Oksidləşmə-reduksiya proseslərinin izahı üçün : Bu halda fərz edilən maddənin oksidləşmiş və reduksiya olunmuş
formalarında entalpiya dəyişikliyi müqayisə olunur. Bu prosesin getmə
müddətində müxtəlif faktorların təsviri haqqında məlumat verir. Məsələn,
halogenlərin oksidləşdiricilik qabiliyyətinin müəyyən edilməsi üçün mühüm
faktor halogenid ionlarının hidratlaşma entalpiyasıdır.
Maddənin həll olması və həll olmamasını izah etmək üçün: Əvvəlki müzakirələrə uyğun olaraq bunu aşağıdakı əsas vəziyyətlərə görə
izah etmək olar: həll olan maddənin hissəciklərinə ayrılması zamanı entalpiya
dəyişilməsinin qiyməti ilə (qəfəs entalpiyası) həlledicinin hissəciklərə ayrılması
(buxarlanma entalpiyası) zamanı entalpiya dəyişikliklərini hissəciklərn birləşməsi
ilə məhlulun əmələ gəlməsi zamanı entalpiya dəyişikliyini (solvatlaşma
entalpiyası, suda məhlulda olduqda hidratlaşma entalpiyası) müqayisə edək :
İdarə olunmayan şəraitdə reaksiyanın gedişi zamanı entalpiya dəyişməsinin müəyyən edilməsi üçün: Məsələn, oksidləşdiricinin təsiri ilə etanol sirkə aldehidinə qədər oksidləşir,
bu proseslərdə entalpiya dəyişməsini etanolun və sirkə aldehidinin yanma
parametrlərinin qiymətinə görə müəyyən etmək olar:
Kimya məktəbdə 45
Maddənin molekulyar formulunun izahı üçün: Məsələn, nə üçün maqnezium-xloridin formulu MgCl və ya MgCl
3
deyil,
MgCl
2
kimidir ?
Bu birləşmələrin hər üçünün əmələgəlməsi üçün Born- Qaber tsikli göstərir
ki, MgCl
2
formulu digər iki formulla müqayisədə daha termostabildir.
İon qəfəsindəki enerjinin hesablanması üçün : Born-Qaber tsiklindən belə nəticə çıxır ki ;
Bərk halda metallardan kation əmələ gəlməsi tamamilə bərk ion
birləşmələrin formuluna uyğundur;
Anionların əmələ gəlməsi də bu cür baş verir;
İonlar birlikdə birləşərək ion qəfəsi əmələ gətirir.
Natrium-xloridin əmələ gəlməsinin mərhələli yolu və birbaşa reaksiyalar
bərk maddənin onun elementlərindən əmələ gəlməsi entalpiyasına görə
ekvivalentdir, ona görə də qəfəsin enerjisini müəyyən etmək olar.
Birbaşa yolun entalpiya dəyişməsi mərhələli yolun entalpiya dəyişməsinə
bərabərdir:
2(66)2019 46
Birbaşa olmayan əmələgəlmə = ionların əmələgəlməsi + qəfəs enerjisi