Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə91/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   405
Əzici  maşınlar  fasiləli  və  fasiləsiz  iĢləyən  olmaqla,  iki  qrupa 

bölünür. Fasiləsiz iĢləyənlər vallı- və mərkəzdənqaçma qüvvəsi ilə 

iĢləyən  əzici-daraqayıranlar;  fasiləli  iĢləyənlər  isə  yalnız 

mərkəzdənqaçma qüvvəsi ilə iĢləyən əzicilər kimi fərqləndirilir.  

Vallı  əzici-daraqayıranlar  üzəri  yeyinti  rezini  ilə  qapanmıĢ  və 

bir-birinə  qarĢı  fırlanan  2-4-6  valdan  ibarət  qurğudur.  Vallar 

arasındakı  məsafə  üzümün  sortundan  və  tələb  olunan 

məhsuldarlıqdan asılı olaraq dəyiĢir və tənzimlənir. Hazırda MDB-

nin  Ģərab  zavodlarında  daha  geniĢ  yayılan  vallı  əzici  daraqayıran 

B2-VD2Q-20  olub,  məhsuldarlığı  saatda  20  tondur.  O,  əzicidən, 

daraqayırandan, əzinti qəbuledicidən, bir yerdə yığılmıĢ rama və üz 

hissədən  ibarətdir  (Ģəkil  4.7).  Xaricdə  çox  vaxt  üzümün  emalında 

əvvəlcə  darağın  ayrılması,  sonra  gilənin  əzilməsindən  istifadə 

edilir.  Bu  sxem  üzrə  üzümü  emal  etmək  üçün  vallı  daraqayırıcı  -

əzici  tipi  tətbiq  olunur.  Məsələn,  Diemme  firması  (Ġtaliya)  dörd 

modeldə Karra tipli məhsuldarlığı saatda 10-dan 90 tona qədər olan 

vallı daraqayırıcı-əzicilər istehsal edir. (Ģəkil 4.8). 

MaĢın  daraqayırıcıdan,  vallı  əzicidən,  vintili  əzinti  nasosundan 

və  nəqletdrici  Ģnekdən  ibarətdir  Karra  tipli  maĢınlarda  əvvəlcə 

darağın  ayrılma  prosesi  sonra  isə  gilənin  əzilməsi  baĢ  verir. 

MaĢının  konstruksiyası  daraqayıranı  dayandırmağa  və  üzümün 

əzilməsinin  daraqla  birgə  aparılmasına  imkan  verir.  Belə 

maĢınlardan istifadə edilməsi göstərir ki, əzilmədən əvvəl darağın 

ayrılması gilənin əzilmə səviyyəsinin yüksəlməsinə zəmin yaradır, 

darağın nəmliyini azaldır və nəticədə Ģirə itkisini, həmçinin Ģirədə 



 

~ 124 ~ 


 

olan  asılqan  və  arzuolunmaz  maddələrin  miqdarının  azalmasını 

təmin edir. 

 

 



Mərkəzdənqaçma  qüvvəsi  ilə  iĢləyən  əzici-daraqayıranlar 

(SDQ-20)  bir-birinin  üzərində  yerləĢən  4  vertikal  slindrdən  ibarət 

olub, xaricdən maĢının korpusunu təĢkil etməklə, daxildən üzərinə 

qısa  qamçılar  bərkidilmiĢ  fırlanan  vertikal  valdan  ibarətdir  (Ģəkil 

4.9). Mərkəzdənqaçma qüvvəsi nəticəsində intensiv zərbəyə məruz 

qalan  salxım  əzilərək  əzinti  və  darağı  ayrılır.  Mərkəzi  slindrin 

dəlinmiĢ səthindən keçən əzilmiĢ gilə və Ģirə əzinti toplayıcıya, da-

raq isə fırlanan üfüqi kürəklər vasitəsilə daraq konveyrinə ötürülür.  




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin