Мцяллифдян


Dünyanın  ən  yaxşı  ağ  təbii  şərabları



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə227/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   405
Dünyanın  ən  yaxşı  ağ  təbii  şərabları.  MDB  ölkələrində 

buraxılan  yüksək  keyfiyyətli  markalı  ağ  turĢ  təbii  Ģərablardan 

aĢağıdakıları  göstərə  bilərik.  Rusiyada  Rislinq  üzüm  sortundan 

«Abrau»,  «Anapa»,  «Mısxako»,  «Su-psex»,  «BeĢtau»;  Ukraynada 

Rislinq  üzüm  sortundan  «Krımskiy»,  Aliqotedən,  «Zolotaya 

balka»,  «Perlina  stepu»;  Moldovada  Aliqote,  Fetyaska,  Traminer 

üzüm  sortlarından  «Fetyaska»,  «OneĢtı»  və  b.;  Gürcüstanda 

Rkasiteli və Msavani üzüm sortlarından «Sinandali», «Qurdcaani», 

Rkasiteli sortundan kaxet tipli, ağ markalı «Tibaani» hazırlanır. 



 

~ 329 ~ 


 

Fransanın  ağ  təbii  Burqund  ġabli  Ģərabı  dünya  Ģöhrətlidir. 

Burqundiyada  ġardone  sortundan  digər  əla  kateqoriyalı  ağ  təbii 

Ģərablar - ġabli Premye Kryu, ġabli Qran Kryu, Pti ġabli hazırlanır. 

Bordo  əyalətində  Semilyon,  Muskadel  və  Sovinyon  üzüm 

sortlarından Berje Baron Blan Ģərabı hazırlanır. Bordoda – Paviyon 

Blan dyu ġato Maqro, ġato Raul, Sovinyon Bordo Blan de Blan və 

b. Ģərablar da istehsal olunur.  

Almaniyanın Ģərabçılıq sənayesində təbii ağ Ģərablar demək olar 

ki,  ümumi  istehsalın  əsasını    təĢkil  edir.  Ən  yaxĢı  Ģərablar  ətirli, 

yüksək  turĢulu,  Ģaxtaya  davamlı  üzüm  sortu  olan  Rislinqdən 

hazırlanır.  Silvaner  və  həmçinin  Müller  –  Turqau  üzüm  sortları 

böyük populyarlıq qazanmıĢdır. Almaniyanın ən məĢhur Ģərabçılıq 

regionlarından  biri  Mozel-Saar-Ruver  və  Reyn  vadisidir.  Burada 

Yepiskop  Mayski,  Velener  Zonnenur  Rizlinq  Kabinet,  Qraxer 

Ximmelqayx  Rizlinq  ġpetleze  və  baqĢa  Ģərablar  istehsal 

olunmaqdadır.  Alman  natural  Ģərabları  dünyada  fransız  Ģərabları 

səviyyəsində  bəzən  hətta  ondan  yüksək  qiymətləndirilir.  Öz  ağ 

natural turĢ Ģərabları ilə Ġtaliya,  Bolqarıstan, Macarıstan, Avstriya, 

Argentina, Çili və baĢqaları da məĢhurdur.  

Respublikamızda BayanĢirə üzüm sortundan yüksək keyfiyyətli, 

markalı  ―Sadıllı‖  turĢ  təbii  Ģərabı  hazırlanır.  ġərabın  istehsalına 

1929-cu  ildən  baĢlanmıĢdır.  ġərabın  yetiĢdirilməsinin  birinci  ili 

eqalizasiya, 2 açıq köçürmə və yapıĢqanlnma aparılır. Ġkinci il bir 

qapalı  köçürmə  yerinə  yetrilir.  ġərabın  iĢlənməsi  və  butulkalara 

doldurulması,  hava  ilə  təması  maksimum  məhdudlaĢdırmaqla 

həyata keçirilir.  

ġərab 1,5-2 il saxlanaraq, yetiĢdirilir və sonra satıĢa verilir. Açıq 

samanı  rəngdə  olub,  meyvə  təravətlidir.  Tündlüyü  10-11  h.%, 

titrləĢən  turĢuluğu  5-6  q/dm

3

-dir.  Beynəlxalq  sərgi  və  müsabiqə-



lərdə 3 gümüĢ və bürünc medalla təltif olunmuĢdur. 

Respublikamızda  istehsal  olunan  ordinar  ağ  turĢ  təbii  Ģərablar-

dan  «Ağ  süfrə»,  «Bayan»,  «Maral-göl»,  «Nərgiz»,  «Rislinq», 

«Araz», «ġardone» və b. göstərmək olar. 

   



 

~ 330 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin