~ 476 ~
yetiĢdirilməyə baĢlandı. Bununla da Konyak Ģəhərinin bu içkisi
həddindən ziyadə məĢhurlaĢdı və istehsal olunduğu yerin adı ilə də
adlandırılmağa baĢlandı.
Sonralar ġarantada alınan konyaklar böyük dünya Ģöhrəti qazan-
dı. Qeyd etmək kifayətdir ki, hazırda burada istehsal olunan
konyakın 80%-i ixrac olunur.
Konyak üçün əsas üzüm sortları Ağ fol və Kolambardır. Emal
zamanı 10%-ə qədər Semilyon və Sovinyon sortlarından istifadə
etməyə icazə verilir.
Üzüm adətən, oktyabrda yığılıb, destilləyə 1 dekabrdan baĢlanır.
ġərab destilləyə tam durulmamıĢ, çöküntü ilə verilir. Xam spirt
alındıqda, Ģərab materialı mayalarla birlikdə istifadə olunur. Bu
üsul fransız konyakları alınmasının ən baĢlıca fərdi cəhətlərindən
biri olub, onlarda enant efirinin yüksək miqdarı ilə səciyyələnir.
Destillə prosesi fasiləli iĢləyən bir kublu Ģaranta aparatlarında
həyata keçirilir. ġərab kuba (qazana) doldurulur. Destillədən sonra
xam spirt alınır. Bu əməliyyat 3 dəfə təkrar olunur. Alınan üç
partiya assamblyaj olunur və qarıĢıq destilləyə verilib, üç-baĢ, orta
və qalıq fraksiyalar alınır. Orta fraksiya (poqon) yetiĢdirilməyə
verilir.
Konyak spirti həcmi 200 litr olan palıd çəlləklərdə, yerüstü
binalarda yetiĢdirilir.
Hazırda konyak, Fransa, MDB, Bolqarıstan, KeçmiĢ Yuqosla-
viya, Ġspaniya, Ġtaliya, ABġ və baĢqa ölkələrdə istehsal olunur.
Ayrı-ayrı ölkələrdə bu müxtəlif adda buraxıla bilir. Məsələn,
armanyak, brendi, vaynbrendi, vinyak və s.
Rusiyada üzüm arağı ən əvvəl XVIII əsrin sonunda Kizlyarda
istehsal olunmağa baĢlanmıĢdır. Lakin bu araq yetiĢdirilmirdi.
XIX əsrin sonunda üzüm arağı istehsalı Moldova, Odessa
vilayəti, Krım və həmçinin Zaqafqaziyada geniĢ yayılmıĢdı.
Lakin konyak istehsalı, müəyyən destillə və yetiĢdirmə
texnologiyasına riayət etməklə keçən əsrin ikinci yarısında
Gürcüstan, Azərbaycan, Moldava, Ukraynada təĢkil olunmuĢdur.