Konyak spirtinin yetişdirilməsində palıd taxtasının rolu.
Konyakın tərkib və keyfiyyətinə təsir edən ən əsas amillərdən biri
palıd taxtası və onun kimyəvi çevrilmə məhsullarıdır.
Palıd taxtasının kimyəvi tərkibi çox mürəkkəb olmaqla, bir çox
komponentlərinin təbiəti hələ də tam aydınlaĢdırılmamıĢ qalır.
Müəyyən olunmuĢdur ki, bu kimyəvi tərkib palıdın növündən və
yayıldığı torpaq-iqlim Ģəraitindən asılıdır., MDB ölkələrində palıd
taxtasının orta kimyəvi tərkibi verilir (N.Ġ.Nikitinə görə %-lə).
Sellüloza-
35,74
Pentozanlar-
20,07
Metil pentozanlar-
0,47
Qalaktan-
0,12
Uron turĢusu-
5,29
AĢı maddələri-
7,3
Suda həll olan maddələr (aĢı maddərsiz)-
3,61
Liqnin-
21,51
Efirdə həll olan-
0,22
Tədqiqatçılar müəyyən etmiĢlər ki, Kazan və Qarabağ palıd-
larından hazırlanmıĢ palıd çəlləklərdə yetiĢdirilən konyak spirti,
Belorus və Lənkəran palıdına nisbətən daha yüksək keyfiyyətli
olur. Bunun əsas səbəbi birincilərin daha çox miqdarda liqninə,
ikincilərin isə az liqninə və çoxlu taninlərə malik olmasıdır.
Alimlər belə güman edirlər ki, palıd taxtası konyakın formalaĢ-
masında ikili rol oynayır. Belə ki, o, konyakı bəzi komponentlərlə
zənginləĢdirməklə bərabər, həm də kimyəvi proseslərə katalizator
təsiri göstərir.
Dostları ilə paylaş: |