Qeyri-rəsmi ünsiyyət- daha çevik və təbii rabitə qurulur,əsasən şəxsiyyətlərarası münasibətlərə yönəldilir və çox vaxt işin rifahına ən çox təsir edən biri olur.
İşgüzar ünsiyyətin dörd əsas funksiyası var:
1.İnstrumental, yəni müştərək əməli fəaliyyət (məsələn, birgə görülən kollektiv iş);
2.Sindikativ ünsiyyət- qoşulanların birliyi;
3.Özünü ifadəetmə- qarşılıqlı anlaşma və kommunikasiya;
4.Yayım- fəaliyyət imkanlarını yaymaq, dəyərləndirmə (məsələn, internetdə paylaşma).
Ünsiyyətin strukturu ünsiyyətdə bir-biri ilə əlaqəli üç aspekti vurğulamaqla xarakterizə olunur: kommunikativ, interaktiv, preseptual. Kommunikativ tərəf ünsiyyət quran şəxslər arasında məlumat mübadiləsindən ibarətdir.İnteraktiv tərəf ünsiyyət (hərəkət mübadiləsi ) arasında qarşılıqlı əlaqənin təşkilidir.Pereseptual ünsiyyətdə tərəfdaşlar tərəfindən bir-birini qavraması və bilməsi və bu əsasda qarşılıqlı anlaşmanın qurulması prosesi deməkdir.
İşgüzar ünsiyyətin kommunikativ nitq qaydaları bunlardır:
Vəziyyətdən asılı olmayaraq özünü ədəblilik çərçivəsində aparmaq
Emosiyaları idarə etməyi öyrənmək və onların xarici təzahürlərinə qadağa qoymaq
Fikirlərinin gedişatını izləmək və həmsöhbəti diqqətlə dinləmək
Düzgün danışıq tərzini inkişaf etdirmək.
Müasir cəmiyyət iş məsələlərinin həllinin əksəriyəti elektron yazışmalara aiddir, bu zaman işgüzar ünsiyyətin aşağıdakı kommunikativ nitq qaydaları tətbiq olunur:
Bir-birinin iş məqsədlərinə hörmət və diqqətlilik;
İnformasiyanın sərbəst yazılması;
Savadlılıq və punktallıq.
İşgüzar ünsiyyətin əsas formaları və qaydaları arasında danışıqlar prosesinə təsir edən bir sıra maneələr vardır.