“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI
NAZİRLƏR
KABİNETİNİN
QƏRARI
Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13
dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7
fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər
barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9-
cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə
uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının
formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1
nömrəli əlavə).
2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli
istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli
əlavə).
3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend
bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend
bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam
etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4
nömrəli əlavə).
5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin
mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5
nömrəli əlavə).
6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların
genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük
ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə).
7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın
Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə).
8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert
şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə),
9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət
istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli
əlavə).
10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və
vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə).
11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi”
təsdiq edilsin (11 nömrəli əlavə).
12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir
biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı
bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə
Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli
əlavə).
13.
Azərbaycan
Milli
Elmlər
Akademiyasının,
Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin iştirakı
ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi
üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın.
14. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar
İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 noyabr 2012-ci il
259
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 13 noyabr
tarixli 259 nömrəli qərarı ilə
təsdiq edilmişdir
4 nömrəli əlavə
Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin
yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davanı etdirilməsi
və sahələrin genişləndirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13
dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının
1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və
Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin
(bundan sonra - brend bitkilər) yayıldığı areallarda bu cür bitkilərin
becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi qaydasını
müəyyən edir.
1.2. Azərbaycan Respublikasına məxsus mədəni brend bitkilər
Azərbaycan xalqının milli sərvətidir. Onlar müsbət bioloji təsərrüfat və
qida xüsusiyyətləri, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə
seçilməklə, uzun dövr ərzində xalq seleksiyası yolu ilə yaradılmışdır.
1.3. Bu Qaydanın əsas məqsədi brend bitkilərin məhv olmaq
təhlükəsindən qorunması, onların mənşə bölgələrində becərilməsini davam
etdirməklə əkin sahələrinin genişləndirilməsi, onların üzərində Azərbaycan
Respublikasının sahiblik və müəlliflik hüququnun təsdiqinin və bu
hüquqların qorunmasının təmin edilməsi ilə əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş fəaliyyətlərin iş mexanizmini tənzimləməkdən ibarətdir.
2. Brend bitkilərin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin
davam etdirilməsi və sahələrin genişləndirilməsi tədbirləri
2.1. Azərbaycan Respublikasının ərazisində mövcud olan qədim brend
bitki nümunələrinin aşkar edilməsini, bərpasını, artırılmasını və səmərəli
istifadəsini təmin etmək məqsədi ilə aşağıda qeyd olunan tədbirlər həyata
keçirilməlidir:
2.1.1. 2014-cü ilin 1 oktyabr tarixinə kimi mərhələ-mərhələ brend
bitkilərin
yayılma
ərazilərinin
müəyyənləşdirilməsi,
areallarının
koordinatlarının təyin edilməsi və xəritələrinin hazırlanması;
2.1.2. brend bitkilərin areallarında monitorinq və inventarizasiya
işlərinin
aparılması,
təbii
yayılma
qanunauyğunluqlarının
və
xüsusiyyətlərinin müəyyənləşdirilməsi;
2.1.3 müsbət bioloji təsərrüfat göstəricilərinə malik brend bitkilərin
elmi ekspedisiya axtarışları ilə aşkarlanması, identifikasiyası və toplanması;
2.1.4.
ekspedisiyalar
zamanı
əldə
edilən
brend
bitkilərin
kolleksiyalarının (ex situ) yaradılması və onların bu kolleksiyalarda
qorunub saxlanmasının təmin edilməsi;
2.1.5. brend bitkilərin qeydiyyata alınması.
2.2. Brend bitkilərin siyahısı və onların ənənəvi yayılma əraziləri
haqqında təkliflər Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən
elmi tədqiqat institutlarının, meşə fondu və xüsusi mühafizə olunan təbiət
ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mütəxəssisləri tərəfindən mədəni bitkilərin genetik ehtiyatları
üzrə Elmi-Texniki Şuraya təqdim edilir. Brend bitkilərin siyahısında və
onların ənənəvi yayılma ərazilərində dəyişikliklər tələb olunduqda, Elmi-
Texniki Şura müvafiq təkliflər hazırlayır.
2.3. Brend bitkilərin aşkarlanmasını, identifikasiyasını və toplanmasını
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat
institutlarının, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində
isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mütəxəssisləri həyata keçirirlər.
2.4. Brend bitkilərin müvafiq kolleksiyalarının (işçi, elit anaclıqlar və
toxumçuluq təsərrüfatları) yaradılmasını Milli Əlaqələndirici İnstitut
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən institutların, meşə
fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə
birgə həyata keçirir. Sahibləri tərəfindən bu kolleksiyalar Elmi-Texniki
Şuranın təsdiq etdiyi pasport deskriptorları əsasında sənədləşdirilir və
onların kompyuter məlumat bazaları yaradılır.
2.5. Ekspedisiyalar nəticəsində aşkar edilərək toplanmış brend
bitkilərin nümunələrinin əlamət və xüsusiyyətlərinin təsvirini, təsərrüfat
göstəricilərinin
qiymətləndirilməsini
Milli
Əlaqələndirici
İnstitut
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların,
meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə
birgə həyata keçirir.
2.6. Brend bitkilərin perspektiv nümunələrinin seleksiyası aşağıdakıları
əhatə edir:
2.6.1. mədəni brend bitkilərin bu sorta məxsus biomorfoloji əlamət və
xüsusiyyətlərinə malik olan nümunələrinin, həmçinin daha yüksək bioloji
təsərrüfat göstəricilərinə malik perspektiv formalarının seçilməsini;
2.6.2. reproduksiya məqsədli və ixtisaslaşdırılmış tingliklərdə,
çoxaldılma bloklarında nümunələrin artırılmasını;
2.6.3. tingliklərin və toxumçuluq təsərrüfatlarının qeydiyyatını;
2.6.4. tingliklərin və toxumların keyfiyyətinə nəzarəti;
2.6.5. tingliklərin və toxumların sertifikatlaşdırılmasını.
2.7. Brend bitkilərin əkin materiallarının müasir və xalq arasında
mövcud olan ənənəvi (yabanı toxmacar, yerində calaq və s.) becərilmə
texnologiyası sistemlərinin elmi əsaslarının işlənib hazırlanmasını, onun
xüsusiyyətlərinin öyrənilməsini Azərbaycan Milli Elmlər Akademiyasının
və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində
fəaliyyət göstərən institutların. meşə fondu və xüsusi mühafizə olunan
təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mütəxəssisləri həyata keçirirlər.
2.8.
İnstitutların
müvafiq
kolleksiyalarında
toplanmış,
qiymətləndirilmiş, yüksək bioloji təsərrüfat və iqtisadi göstəricilərə malik
brend bitki nümunələri Azərbaycan Milli Elmlər Akademiyasının və
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət
göstərən institutların və meşə fondu və xüsusi mühafizə olunan təbiət
ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mütəxəssisləri tərəfindən reproduksiya məqsədli və
ixtisaslaşdırılmış tingliklərdə, çoxaldılma bloklarında və toxumçuluq
təsərrüfatlarında artırılaraq kəndlilər və fermerlər arasında yayılır.
3. Brend bitkilərin mühafizəsi və əkin sahələrinin genişləndirilməsi üzrə
mexanizm
3.1. Brend bitkilərin mühafizəsi və əkin sahələrinin genişləndirilməsi
məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
3.1.1. ədəbiyyat məlumatlarının, yaşlı fermerlərin ifadələrinin, herbari
materiallarının təhlil edilməsi;
3.1.2. milli kolleksiyalarda, elmi institutlarda və onların regional
bazalarında
mühafizə
edilən
xalq
seleksiyası
sortlarının
tam
inventarlaşdırılması;
3.1.3. əldə edilmiş məlumatlar əsasında əksər regionları əhatə edən
ekspedisiyaların təşkil olunması;
3.1.4. yerli mədəni bitkilərin genetik ehtiyatlarının qeydiyyatına,
inventarlaşdırılmasına, toxum və əkin materiallarının toplanmasına yerli
icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən yardım göstərilməsi;
3.1.5. toplanaraq bərpa edilmiş xalq seleksiyası sortlarının elmi
tədqiqat institutlarının regional bazalarında çoxaldılması və reintroduksiya
işlərinin aparılması;
3.1.6. brend bitkiləri qoruyub saxlayan və becərən fermerlərin, fərdi
bağ sahiblərinin dövlət tərəfindən stimullaşdırılması;
3.1.7. brend bitkilər üzrə ümumrespublika və beynəlxalq elmi-praktiki
konfransların təşkil edilməsi;
3.1.8. brend bitkilərin kataloqlarının dərc edilməsi.
3.2. Göstərilən fəaliyyətlər və tədbirlər kompleksi Milli Əlaqələndirici
İnstitut tərəfindən əlaqələndirilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 13 noyabr
tarixli 259 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|