“Mədəniyyət”. 2010. 28 may. N. 35. S xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr



Yüklə 19.91 Kb.

tarix10.06.2017
ölçüsü19.91 Kb.

“Mədəniyyət”.-2010.-28 may.-N.35.-S.7.

Xalq Cümhuriyyətinin mədəniyyətimizə verdiyi töhfələr

Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920)  mövcud  olduğu  qısa  müddətdə  xalqımızın  mədəni  inkişafına,

elm,  təhsil  sahəsinin  tərəqqisinə  də  böyük  töhfələr  verib.  Cümhuriyyətin  ilk  hökumət  kabinetində  Xalq  Maarif

Nazirliyi təsis edilmişdi və ilk xalq maarif naziri Nəsib bəy Yusifbəyli idi.

O dövrdə yeni  yaranmış müstəqil  dövlətin  təhsilli  milli  kadrlara  çox  ehtiyacı var  idi.  Ona  görə  də  hökumət

1918-ci il avqustun 28-də «Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında» qərar qəbul etdi. Həmin qərara

görə,  bütün  ibtidai  tədris  müəssisələrində  təhsil  şagirdlərin  ana-türk  (Azərbaycan)  dilində  aparılırdı.  Rus  dilində

tədris aparılan siniflərdə də, Azərbaycan dilinə məcburi fənn kimi həftədə 3-4 saat ayrılırdı. 

Respublikada milli müəllim kadrlarına da  böyük  ehtiyac  var  idi.  Ona  görə  də,  ibtidai  siniflər  üçün  müəllim

hazırlamaq  məqsədilə  Bakı,  Gəncə,  Şuşa,  Qazax  və  başqa  şəhərlərdə  xüsusi  pedaqoji  kurslar  təşkil  edildi.  Qori

Müəllimlər  Seminariyasının  Azərbaycan  şöbəsi  1918-ci  ildə  Qazaxa  köçürüldü.  Bakı, Gəncə  və  Şəkidə  fəaliyyət

göstərən «Nina» qızlar məktəbinin əsasında qızlar gimnaziyaları yaradıldı, bundan əlavə oğlanlar üçün 7 gimnaziya

açıldı. 

Ali təhsil müəssisələri və milli kadrların hazırlanması

O  zaman  hökumətin  qarşısında  duran  mühüm  işlərdən  biri  də  ölkədə  milli  kadrların  hazırlanması üçün  ali

təhsil  müəssisəsinin  açılması idi.  Bu  məqsədlə  1919-cu  il  sentyabrın 1-də  Azərbaycan  Parlamenti  Bakı şəhərində

universitet açmaq haqqında qanun qəbul etdi və həmin ayın 29-da Bakı Dövlət Universitetinin nizamnaməsi qəbul

edildi. 

Xalq Cümhuriyyəti dövründə Azərbaycanda milli cəmiyyətlər, o cümlədən, onların içərisində «Türk Ocağı»

Cəmiyyəti yaradılmışdı. Cəmiyyətin işində A. Şaiq, A. Kazımzadə və başqa ziyalılar yaxından iştirak edirdilər. Bu

Cəmiyyətin məqsədi əhali arasında türkçülük və azərbaycançılıq ideyasını təbliğ etmək idi. 

1919-cu il dekabrın 29-da «Müsəlman Şərqini Öyrənmə Cəmiyyəti» təsis edildi. Cəmiyyət Azərbaycanın orta

əsr maddi mədəniyyət abidələrinin öyrənilməsinə də böyük diqqət yetirirdi. Qurum öyrənilmiş  materiallar əsasında

sərgilər  təşkil  edirdi.  Bu  da  xalqımızın  öz  tarixi  keçmişinə  marağı  artırır,  onlarda  vətənpərvərlik  hissini

gücləndirirdi. Bu cəmiyyətlərlə bərabər Bakıda «Qurtuluş», «Yaşıl qələm» cəmiyyətləri də təşkil edilmişdi. Burada

Azərbaycanın ən qabaqcıl milli mədəniyyət xadimləri toplaşmışdılar. 

Muzeylər və kitabxanalar

Xalq  Cümhuriyyəti  hökuməti  ölkəmizdə  muzeylərin  yaradılması  istiqamətində  də  mühüm  işlər  görmüşdü.

Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan «İstiqlal» muzeyi o dövrün yadigarıdır. 

Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk

dövlət  muzeyidir.  Muzey  1919-cu  il  dekabrın  7-də  Azərbaycan  Parlamentinin  işə  başlamasının  ildönümü

münasibətilə  onun  binasında  açılıb  və  parlamentin  nəzdində  fəaliyyət  göstərib.  Muzeyin  təşkili  və  fəaliyyəti  ilə

bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən

eksponatlar - məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.

Bundan  başqa,  1920-ci  ilin  əvvəllərində  Maarif  Nazirlyi  nəzdində  Arxeologiya  şöbəsi  yaradılmışdı.

Azərbaycan hökuməti öz fəaliyyəti dövründə mətbuatın inkişafına da xüsusi diqqət verirdi. 1919-20-ci illərdə Bakı,

Gəncə  və  digər  şəhərlərdə  bir  çox  qəzet  və  jurnallar  nəşr  olunurdu.  Xalq  Cümhuriyyətinin  rəsmi  orqanı  kimi

Azərbaycan  və  rus  dillərində  «Azərbaycan»  qəzeti  nəşr  olunurdu.  Qəzet  əvvəlcə  Gəncədə,  1918-ci  ilin  15

sentyabrında Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdükdən sonra isə paytaxtda çap edilirdi. Qəzetin Azərbaycan

variantının redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi.

“Azərbaycan” qəzeti ilə bərabər, «İstiqlal», «Açıq söz» və b. qəzetlər nəşr olunurdu. 

Azərbaycan  xalqının öz  istiqlalını əldə  etməsi  ədəbi  mühitdə  də  böyük  canlanmaya  səbəb  olmuşdu.  Şair  və

yazıçılarımızın  yaradıcılığında  vətənpərvərlik  ruhu  güclənirdi  və  istiqlal  uğrunda  mübarizəni  özündə  əks  etdirən

əsərlər yaranırdı. Hüseyn Cavid, Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif

Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və s. ədiblərimiz öz əsərlərilə milli ruhun oyanmasına kömək

edirdilər. 

Bu dövrdə H. Cavidin «Şeyx Sənan», M. Hadinin «Eşq ilahəsi» əsərləri çap olunmuşdu. C. Cabbarlı Bakının

türk  qoşunları  tərəfindən  azad  edilməsinə  həsr  etdiyi  «Bakı  müharibəsi»  pyesini  yazmışdı.  O,  Azərbaycan

istiqlaliyyətini «Azərbaycan bayrağı» şeiri ilə alqışlamışdı.  C. Məmmədquluzadənin «Anamın kitabı», «Kamança»

pyesləri də o dövrün məhsullarıdır. 

Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyətində baş  verən dəyişikliklər teatrın inkişafına da təkan

vermişdi.  Xalqın  milli  mənlik  şüurunun  formalaşmasında  teatrın  rolunu  qiymətləndirən  Azərbaycan  hökuməti



«Mailov  Qardaşlarının  Teatrı»nı Maarif  Nazirliyinin  tabeliyinə  vermişdi.  Ceyhun  və  Üzeyir  Hacıbəyli  qardaşları

tərəfindən  Bakıda  teatr  truppası  yaradılmışdı.  Truppada  Hüseyn  Ərəblinski,  Hüseynqulu  Sarabski,  Abbas  Mirzə

Şərifzadə,  Mirzağa  Əliyev  kimi  böyük  sənətkarlar  çalışırdılar.  Bakıda  Hüseyn  Ərəblinskinin  rəhbərliyi  altında

Azərbaycan  Dövlət  Teatrı  fəaliyyətə  başlamışdı.  Teatrda  oynanılan  əsərlərin  çoxu  xalqın  qəhrəmanlıqla  dolu

keçmişini,  türk  dünyasının  əzəmətini  əks  etdirirdi.  C.  Cabbarlının  «Bakı  müharibəsi»,  «Yulduz,  yaxud  Trablis

müharibəsi» kimi tarixi əsərləri tamaşaya qoyulmuşdu. 

1918-20-ci  illərdə  Üzeyir  Hacıbəyovun  «O  olmasın,  bu  olsun»,  «Arşın  mal  alan»,  Əbdürrəhimbəy

Haqverdiyevin  «Bəxtsiz  cavan»,  Namiq  Kamalın «Akif  bəy»  yaxud  «Namus»  əsərləri  də  teatrlarda  oynanılmışdı.

Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edir.

Azərbaycan hökuməti ölkədə kinematoqrafiyanın inkişafına da xüsusi diqqət verirdi. 1919-cu ildə Bakıda 16

kinematoqraf fəaliyyət göstərirdi. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradıldı.  Studiyanın üzvü Bəhruz Kəngərli

öz  tablolarında  əsasən  erməni  təcavüzü  zamanı  yurd-yuvalarından  qaçqın  düşmüş  qadın  və  uşaqların  ağır

vəziyyətini təsvir edirdi. O, qaçqınlar mövzusuna aid böyük rəsm qalereyası yaratmışdı. 

Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  mövcudluğu  dövründə  mədəni-maarif  işinin



yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu yöndə tarixi əhəmiyyətli işlər görülmüşdür. 

Mehparə

: docs -> qazet
qazet -> “Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar
qazet -> Nitqin gücü onun səmimiyyətindədir Azərbaycan nitq mədəniyyətinin təşəkkülündə əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin nitq və
qazet -> Bakı xəbər. 2016. 17 noyabr.№208. S. 15. Multikulturalizmlə azərbaycançılığın vəhdəti Kiş məbədi İradə sariyeva
qazet -> “Xalqımızın müstəqil yaşaya biləcəyinə inanırıq ” Əli Mərdan bəy Topçubaşovun Parisdən göndərdiyi məktubundan götürülmüş bu sətirlər XX
qazet -> 1906-cı ildə Zəngəzurun türk-müsəlman əhalisinə qarşı erməni təcavüzü Tofiq Həsənov
qazet -> “Palitra”. 2010. 8 yanvar. N s vidadi Salahov
qazet -> S. Azərbaycan səhiyyəsi bu gün
qazet -> "Xalq qəzeti". 2015. 31 mart. N 65. S. 2-3
qazet -> C o m İ Kİ s a h I l h t t p : / / w w w I k I s a h I l
qazet -> Ötən IL nayo uğurlu olub Ramil Əliyev: ”2010-cu ildə 28 böyük layihə həyata keçirməklə yenidən göstərdik ki, nayo norveçdə Azərbaycanı və azərbaycanlıları layiqincə təmsil və təbliğ edir”




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə