MƏDƏNİYYƏT: problemlər və perspektiVLƏR



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix29.01.2020
ölçüsü1,5 Mb.
#30337
1   ...   12   13   14   15   16   17   18   19   20
konf2


Cəmilə Qasımova 
ADMİU- magistrant 
 
AZƏRBAYCAN TELEVİZİYASINDA PEŞƏKAR ÜSLUB PROBLEMİ 
 
Televiziya sosial həyatın unikal bir institutu olaraq, müasir cəmiyyətin ayrılmaz hissəsinə 
çevrilmişdir.Televiziya ilə  əlaqədar stereotiplər müxtəlifdir.Cəmiyyətin bir hissəsi televiziyaya 
laqeyd və ironik münasibət bəsləsə  də,böyük  əksəriyyət onu gündəlik həyatının atributu kimi 
qəbul edir,ən vacib və etibarlı komunikasiya vasitəsi sayır.Bu xüsusən yaşlı nəslə və regionların 
əhalisinə aiddir.Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. 
Televiziya məkanımızın birincisinin izi müstəqillik dövründə yaradılan bütün telekanalların 
fəaliyyətində özünü qabarıq  şəkildə göstərib.1991-ci ildə  məhz Azərbaycan televiziyası 
rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya kimi tarixə düşən «215 KL» adlı 
qrup fəaliyyətə başladı. Həmin studiya Azərbaycan televiziyasının tərkibində  və onun daxili 
vəsaiti hesabına yaradılmışdı.Sonrakı illərdə Azərbaycan televiziya və radiosunda yetişən 
peşəkar televiziyaçılar Space TV, Lider TV, İTV kanallarının yaradılması prosesində yaxından 
iştirak etmişlər. Azərbaycan televiziyası elə bir məktəbdir ki, bu gün onun hətta təqaüdə çıxmış 
kadrları da bir sıra özəl kanallar tərəfindən işə  cəlb olunurlar.Müstəqilliyini bərpa etmiş 
dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər 
arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, 
böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında 
durur.
  
Müasir dövrdə televiziyanın təkcə kommunikasiya vasitəsi deyil, həmçinin həyatın 
istiqamətverici qüvvəsi kimi dəyərləndirilməsi yetişən nəslin mənəvi, psixoloji tərbiyəsində 
özünün başlıca və danılmaz yerini tutur. Televiziyanın ictimai funksiyaları olan informasiya, 

 
134
əyləncə, həmçinin də maarifçiliyin tərbiyə işində əhəmiyyətli yeri var. Bu günün gəncini və ya 
yeniyetməsini, uşağını televizora baxmadan yaşamasını  təsəvvür etmək çətindir. İctimai 
məsuliyyəti üzərinə götürən televiziya tədris verilişlərində açıq, informasiya və bədii verilişlərdə 
isə dolayısı ilə mədəni tərbiyə funksiyasını yerinə yetirir. Kütləvi informasiya vasitələri arasında 
xüsusi yer tutan televiziya da mədəni təbliğata xidməti onun mövcud olduğu sistemin ideoloji 
tələbinə bağlıdır. Televiziya insanlara bir-biri ilə  və  cəmiyyətlə qarşılıqlı yaşayış qaydalarını 
təbliğ edərək, cəmiyyət subyekti – şəxsiyyətin biçimləşməsinə xidmət edir.Yeni nəslin mənəvi, 
mədəni və intellektual tərbiyəsində maarifçi teleoyunların əhəmiyyəti danılmazdır. Lakin bir çox 
hallarda bizim teleməkanda olan bu tip verilişlərdə ssenarinin olmaması və tamaşalılıqdan uzaq 
sualların bəsitliyi əksər halda zövqsüz və primitiv bir verilişin meydana gəlməsinə, eyni zamanda 
maarifçilik effektini sıfıra enməsinə  səbəb olur. Maarifçilik və  tədris verilişləri cəmiyyətin 
formalaşmasında xüsusən də  gənc nəslin tərbiyəsində başlıca rol oynadığından bunlar zövqlü, 
sənətkarlıqla hazırlanmalıdır. Yalnız bu halda istənilən effekti əldə etmək olar. Məhz onda 
maarifçilik özünün müsbət təsiri ilə yeni nəslin mənəvi qalxınmasına xidmət edə bilər. 
Demokratiya mühiti mədəniyyətin hər hansı formada asıllığını rədd etsə də, bazar iqtisadiyyatı 
müstəqil televiziya və radioları belə tədris funksiyasının sosial sifarişini yerinə yetirməyə vadar 
edir. Maarifçilik  televiziyanın başlıca funksiyası kimi bütünlüklə yaradıcı  və informasiya 
mühitinin aparıcı ünsürü olaraq özünü bu və ya digər tərzdə əks etdirməlidir. Savadlı, hazırıqlı 
cəmiyyət görmək arzusundayıqsa, maarifçilik işi günümüzün böyük reallığı kimi hər zaman 
özünün böyük təsir qüvvəsi ilə  şüurlarda dəyişikliklər etməsi üçün zəmin yaratmalıdır. 
Cəmiyyətin mənəvi tərbiyəsi yönündən götürəndə televiziyanın birbaşa təsiri ilə yanaşı dolayısı 
ilə, yəni altşüura təsir etmək imkanları ilə effektli təsir edə bilir. 
Televiziya tarixinə  nəzər yetirdikdə burada bəşər mədəniyyətinin  ən böyük 
nümunələrinin yeni və televiziya sənətkarlığı  cəhətdən hazırlanaraq təqdimatı olduqca böyük 
təsir etməklə  cəmiyyətin mənəvi tərbiyəsində özünəməxsus rolu oynaya bildi. Hazırda 
telefilmlər, teletamaşalar, istərsə  də digər sırf  ədəbi-bədii verilişlər  şüurlara təsir edə biləcək
onların hiss həyacanlarını  əks etdirəcək maarifləndirmə  işini təşkil edə bilir. Müasir dövrdə 
insanlar televiziya kanallarından, radiodan, qəzet və jurnallardan aldıqları informasiyalarla 
kifayətlənmir, dünyada baş verən hadisələrdən özləri üçün daha münasib vaxtda və istənilən 
şəraitdə  xəbər tutmağa üstünlük verirlər. Ona görə  də dünyanın nüfuzlu televiziya kanalları 
insanları operativ surətdə informasiya ilə  təmin etmək üçün daim müasirləşən informasiya 
texnologiyaları vasitələrindən daha geniş istifadə etməyə çalışır. Bu baxımdan AzTV da 
fəaliyyətinin keyfiyyətcə yeni dövrünə qədəm qoyur, zamanla ayaqlaşmağa çalışır. Elmi-texniki 
tərəqqinin ən yeni nailiyyətlərinin telekanalların işində tətbiq edilməsi məsələlərinə media elmi 
nəzəriyyəçilərinin tədqiqatlarında geniş yer verilir. 
Bu gün bəşəriyyətin yeni informasiya-texnologiya erasına qədəm qoyması  və getdikcə 
daha ciddi hiss olunan yeni meyillərə Azərbaycan rəhbərliyinin vaxtında münasibət bildirməsi 
AzTV və digər kanalların qarşısında məsul və eyni zamanda, şərəfli bir vəzifə qoymuşdur. 
 
 
Мехрибан  Назарова 
Магистрант - АГУКИ 
 
 
ТВОРЧЕСКОЕ НОВАТОРСТВО Г. АЛМАСЗАДЕ В СИНТЕЗЕКЛАССИЧЕСКОЙ 
ХОРЕОГРАФИИ С ЭЛЕМЕНТАМИ АЗЕРБАЙДЖАНСКОГО ТАНЦА 
 
Народная артистка Азербайджана великая балерина и хореограф-Г.Алмасзаде, сколь-
ко поводов подражания для современных женщин присутствует в ее портрете и характере. 
Такие как: великая, лучшая, неповторимая, яркая, звезда – гордость своего народа.  
 Бакинский балет создал женщину – Г. Алмасзаде. Собственно можно также с пол-
ным основанием сказать, что она создала азербайджанский балет. Одним словом, процесс 

 
135
формирования балета в Баку неразрывно связано с именем Г. Алмасзаде. Более половины 
своей  яркой  жизни  посвятила  искусству,  звездой  которого  она  была  и  осталась  в  нашей 
памяти.  Я  будучи  ее  ученицей  могу  с  полной  ответственостью  заявить,  что  кроме  всего 
прочего Г.  Алмасзаде являлась великим педагогом. Каждый ее урок был праздник. Нельзя 
было не понять ее урок или образ преподавания, благодаря открытости в общении и ис-
кусству  перевоплощения. 
  Театральные  откровения,  как  и  образы,  созданные  Г.  Алмасзаде  являются  чудес-
ным достоянием нашего народа. 
Следя и изучая каждый шаг, и миг ее присутствия на сцене можно впасть в изумле-
ние. Порой через мгновение все, казалось такое знакомое, становится другим, совершенно 
новым и вновь неповторимым. Это истинные праздники танца, которыми одаривала бале-
рина восхищенных зрителей. 
 И после передавая, одаривая последователей своим мастерством, передавая  профес-
сионально, по доброму щедро, эмоционально наполненно, она продолжала утверждать ле-
генду, созданную ее искусством.  
Задумываясь о путях развития балета республики, Г. Алмасзаде обращается к неис-
черпаемой сокровищнице – народному творчеству. В советское время на сцене как многих 
других, так и оперного театра культивировались танцы отвлеченного характера, которым 
придавалась  некая  “экзотика”.  Все  это  входило  в  арсенал  так  называемых  “восточных” 
танцев,  выдававшихся  за  подлинно  народный  азербайджанский  танец.  Самой  Гямяр  ха-
нум, принимавшей участие в спектаклях, приходилось исполнять подобные танцы, но она 
отлично понимала, что это не азербайджанские народные миниатюры, а просто выдумка 
балетмейстеров – постановщиков. По инициативе Г. Алмасзаде для изучения танцевально-
го фольклора Азербайджана была создана бригада, в составе которой совместно с компо-
зитором, кинооператором и музыкантами Гямяр ханум уезжает в глубь своей родины на 
поиски  истинных  народных  танцев.  Шемаха,  Тауз,  Карабах,  Шуша...  бригада  побывала 
везде – на морском побережье и в горных местностях, собрала много фольклорного мате-
риала. Эта поездка явилась для Г. Алмасзаде своего рода школой народного танца, обога-
тившей  ее  исполнительское  мастерство  и  повлиявшей  на  всю  дальнейшую  творческую 
деятельность великой артистки. В своей работе над народным танцем Г. Алмасзаде нашла 
гармоническое  соотношение  между  этнографическим  материалом  и  балетмейстерской  
выдумкой, смогла постичь характер внутренний смысл и неповторимое своеобразие азер-
байджанских танцев. Она придала им новые, яркие краски и четко отточенные формы. Не 
утратив своей самобытности, танцы эти одновременно остались и подлинно народными, и 
стали сценичными. Получился своего рода синтез. 
 Сегодня  хореографическое  искусство  Азербайджана  имеет  огромный  опыт,  накоп-
ленный балетмейстерами и артистами в течение многих десятилетий. А тогда в 30- е годы 
стали вырисовываться едва заметные, неясные контуры будущего азербайджанского бале-
та. Г. Алмасзаде своим творчеством внесла огромный вклад в это дело и сыграла   решаю-
щую роль в становлении балетного искусства Азербайджана.  
Aynur  İsgəndərli  
ADMİU- magistrant 
 
BÜLBÜLÜN VOKAL  İFAÇILIĞINA DAİR NƏZƏRİ GÖRÜŞLƏRİ 
 
Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ xalq artisti, professor Bülbüldən 
danışarkən, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri göz önünə  gəlir. 
Onun çoxcəhətli yaradıcılığına nəzər saldıqda isə, həqiqətən də heyrətlənməmək mümkün deyil. 
 Bülbül  musiqi  sənətində öz yaradıcılığı ilə yeni yollar, yeni mərhələ açmış ustad 
sənətkarlar sırasına daxildir. Bu kontekstdə Bülbülün  yaradıcılığının tədqiqi, onun Azərbaycan  

 
136
şifahi  ənənəli və  professional musiqi mədəniyyətinin inkişafındakı rolunun öyrənilməsi müasir 
musiqişünaslığın aktual məsələlərindəndir. 
 
Əminliklə qeyd etmək olar ki, Şərq və  Qərb oxuma üsulları arasında ortaq məqamları 
arayan müğənni öz yaradıcılığında xalq ifaçılığı ilə professional vokal məktəbinin qanunlarının 
mükəmməl vəhdətinə nail olmuşdur. Bununla da o, Azərbaycanda professional vokal ifaçılığının 
təməlini qoymuşdur. Səciyyəvidir ki, bu mürəkkəb problemi dahi müğənni həm nəzəri cəhətdən 
işləmiş, həm də prakrtiki baxımdan həyata keçirmişdir. Beləliklə  də Bülbül tarixi missiyasını 
həyata keçirərək, Azərbaycan musiqi mədəniyyətinin inkişafında yeni səhifə açmışdır. 
 Bülbülün 
Azərbaycan musiqi mədəniyyətinin inkişafına dair fikirləri və nəzəri görüşləri 
onun saysız-hesabsız məqalə və məruzəsində öz parlaq ifadəsini tapmışdır.  
  
Bülbülün 
məqalə  və  məruzələrinin böyük bir hissəsi vokal təhsili və bu sahədə milli 
kadrların yetişdirilməsi problemləribə  həsr olunub. O, milli vokal  sənətinin  əsaslarını  və öz 
pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən işləmiş görkəmli sənətkarlar sırasına 
daxildir. “Bülbül. Seçilmiş  məqalə  və  məruzələri” toplusunun tərtibçiləri Q. Qasımov və  Ə. 
İsazadənin qeyd etdikləri kini, “görkəmli nəğməkar öz qaynar həyatının 35 ilini həmin 
məsələlərə  həsr etmişdir”. 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında etdiyi 
“Diafraqma vasitəsilə səsçıxarma üsulunun türk mahnısının ifasında tətbiqi” məruzəsində Bülbül 
musiqi ilə dilinin üzvi vəhdətindən bəhs edərkən qeyd edirdi:  “Musiqimizdən danışarkən dilimiz 
haqqında da danışmaq lazımdır. Bu ən mühüm məsələdir. Dil mahnıda olduqca böyük 
əhəmiyyətə malikdir. Dilimizdə 9 sait vardır, bunun əhəmiyyəti son dərəcə böyükdür”. 
 Artıq 30-cu illərdə Bülbül Azərbaycanda milli zəmindən ayrılmadan Avropa operalarında 
müvəffəqiyyətlə  çıxış edə bilən vokal ustalarının yetişdirməsinə böyük diqqət ayırırdı. 
Səciyyəvidir ki, 1934-cü ildə solo oxuma sinfinin təşkili məsələsinə  həsr olunan müşavirədə 
oxuduğu məruzəni Bülbül bu mülahizə ilə başlamışdır: “ İndiki mərhələdə həyat Azərbaycanda 
türk vokal məktəbi yaradılmasını tələb edir”. 
Bülbülün məqalə  və  məruzələrinin mühüm bir hissəsi  ənənəvi Azərbaycan musiqisinin 
problemlərinə  həsr edilmişdir. Qeyd etmək lazımdır ki, onun tarixi- nəzəri  əsərlərində musiqi 
ifaçılığı sənətinə dair qiymətli elmi mülahizələr, dəyərli elmi müddəalar irəli sürülmüşdür. Bütün 
bunlar muğam sənətinin ifaçılıq və janr xüsusiyyətlərinin izahı  və muğam və  aşıq ifaçılığının 
tarixi baxımından araşdırılması üçün mühüm əhəmiyyətə malikdir. Məsələn, onun məqalə  və 
məruzələrindən muğam ifaçılığı  sənətinə dair ətraflı  məlumat  əldə etmək mümkündür. O, 
muğam ifaçılarının, xüsusilə  də xanəndələrin ustalığını, bacarığını incəliklə  şərh etməyə 
müvəffəq olmuşdur.  
Beləliklə, qeyd etmək olar ki, Bülbülün vokal ifaçılığına dair nəzəri görüşləri böyük tarixi 
əhəmiyyətə  malikdir. 
 

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin