Литературa:
1.Ron Richards: “A Director’s method for film and television”, Focal Press (Boston, London),
1992.
2.Пол Уайт: “Творческая Звукозапись” Переработанное Издание.1989 (2002).
3.Mike Senior: “Mixing Secrets for the small studio”. Focal Press UK, 2011.
4. A Guide to the Project Management Body of Knowledge (Pmbok Guide) - 5th Edition,
Project
Management Inst; 5th edition edition (May, 7, 2013)
1
A Guide to the Project Management Body of Knowledge (Pmbok Guide) - 5th Edition,
Project
Management Inst; 5th edition edition (May, 7, 2013)
2
Ron Richards: “A Director’s method for film and television”, Focal Press (Boston, London),
1992.
3
Mike Senior: “Mixing Secrets for the small studio”. Focal Press UK, 2011.
4
Пол Уайт: “Творческая Звукозапись” Переработанное Издание.1989 (2002).
Mahmud Akın Hasan oğlu
ADMİU-nun magistrantı – Türkiyə
DOĞU MÜZİĞİNİN TARİHİNE DAİR
Peşəkar musiqi tariximiz çox zəngin və qədimdir. Azərbaycanda peşəkar musiqinin
yaranma tarixinin köklərini araşdırarkən bu qədim diyarın mədəniyyət mərkəzlərindən olan
Urmiyada dünyaya göz açmış Səfiəddin Əbdülmaninin İbn Yusif İbn Faxir Urməvinin adı
çəkilir. Onun zəngin musiqi yaradıcılığı və bu mövzuda yazdığı elmi bilgilər bütöv Şərq
müziyinin inkişafında müstəsna rola malikdir. Urməvi musiqi nəzəriyyəsinə dair bir çox dəyərli
əsərlər yazmışdı. O, bəstəkar ifaçı, muallim olmaqla yanaşı “Nuzhə” və “Muviği” isimli musiqi
alətləri icad etmişdi. 1252-ci ildə “Kitab-əl-ədvar” adlı əsər yazmışdır. On beş fasıldan oluşan bu
əsər sonralar Azərbaycan musiqişünasları tarafından öyrənilmişdir. Bundan başqa Azərbaycan
musiqisinin dərin köklərindən danışarkən Mir Möhsün Nəvvabın da adı hatırlanmalıdır. Yaşadığı
dövrün çox bilikli adamlarından olan Nəvvab XIX əsrin görkəmli ensiklopedçisidir. Ərəb, fars,
türk dillərini gözəl bilən Nəvvab Azərbaycan elminə, ədəbiyyatına və mədəniyyətinə muhteşem
katkıda bulunmuşdur.
Türk müzik tarihinden söz açtığında türk müzikologlarından konuşmamak mümkünsüz.
Türk müziğinin yükselişinde kriz yaşandığı dönemde, milli bəstəçilik okulunun bozulmak
korkusu yaşanarken bir gazi gibi ortaya fırlayan büyük türk bestecisi ve müsizyeni Sadeddin
Areldir. Sadeddin Arel türk ulusal müziğini yabancı etkiler girdabından çekip çıkarmak, onun
saflığını ve özgünlüğünü muhafaza etmek için kalbini, beynini, akıl ve mübariz, vatandaşlık
onurunu, asıl türk merdaneliyini koydu ortaya. Yazmış olduğu bilimsel eserlerle O, zengin renkli
64
türk ulusal müziğinin enenelerinin yaşamasını ve gelecek nesillere hasarsız aktarılmasını
sağlamıştır.
Tabii ki, Sadeddin Arel türk müziğini yabancı renklerden hıfz eden tek müzikbilimci
değildi. Türk müziğində bu ideyanı gerçekleşdiren şahslar tüm devrde olmuş, bu gün de vardır
ve onlar kendi kutsal amelleri ile türk dünyasının parlak simaları gibi ebedi kalacaklar.Bu küçük
yazıda türk müziğinin tarihini yazmak imkansızdır. Bu öğrenilmesi beklenen önemli kültürel
sorunlarından biridir.
Ləman Kərimli
ADMİU- magistrant
AZƏRBAYCAN KİNOSUNDA QADIN REJİSSORLARIN
YARADICILIQ MÖVQEYİ HAQQINDA
Azərbaycan kino tarixinə nəzər salanda əsasən üç qadın rejissorun adına rast gəlinir:
Qəmər Salamzadə, Zeynəb Kazımova və Gülbəniz Əzimzadə. Bu üç rejissor arasında vaxta görə
ilk dəfə bədii film çəkmək məhz Qəmər Salamzadənin payına düşür. Düzdür, onun rejissor
bioqrafiyası zəngin olmasa da ilkə o imza atmışdır.
Q.Salamzadənin əsas yaradıcılıq fəaliyyəti "Azərbaycanfilm" kinostudiyasından başlayıb.
Mehdi Hüseynin "Səhər" romanının motivləri əsasında çəkilən eyni adlı filmdə rol almışdır.
Q.Salamzadənin ilk rejissor işi 1930-cu ildə, kinonun lal dövründə çəkilən "Qızıl kol" filmi
olmuşdur. Bu filmdə o, müstəqil deyil, rejissor köməkçisi kimi çalışmışdır. Əlbəttə, rejissor
köməkçisi hələ film rejissoru olmaq deyildi və bu filmdə o öz istedadını, rejissor qabiliyyətini və
dəsti-xəttini göstərmək imkanında deyildi. Yalnız yeddi ildən sonra Qəmər Salamzadə "Dəcəl
dəstə"
(ssenari müəllifi-Yuri Fidler)
adlı səsli filmdə həmkarı Aleksandr Popovla şərikli
quruluşçu rejissor kimi çıxış edir. Bu film
1937-ci ildə Bakı kinostudiyasında çəkilən yeganə
bədii film kimi kino tariximizin ikinci uşaq filmi oldu.
Müstəqil olaraq isə ona bədii film
çəkmək nəsib olmur. Güman ki, onun belə iddiası vardı. Həmin filmə rejissor köməkçisi ikinci
bir qadın rejissor Zeynəb Kazımova olur. Hər iki qadın daha sonra "Səbuhi" filmində rejissor
assisenti kimi fəaliyyət göstərirlər. Sonradan hər iki rejissor öz fəaliyyətini sənədli kinoda davam
etdirərək bir daha bədii kinoya qayıtmırlar.
Dünyanın müxtəlif ölkələrində nümayiş etdirilən "Arşın mal alan" (1945) filmində
rejissor assisenti olmuş Z.Kazımovaya nəhayət, 1961-ci ildə "Həyat öyrədir" adlı qısametrajlı bir
film çəkməyi tapşırırlar. Film hansısa bir kolxozun sürücüsündən bəhs edir. Bundan sonra
Z.Kazımova "Kimi daha çox sevirik?" kinoalmanaxına daxil olan "Dağ meşəsindən keçərkən"
(1964) novellası əsasında film çəkir.
Z.Kazımova sənədli kino rejissoru kimi tanınmışdır. «Akif
Cəfərovun briqadası», «Əzim Əzimzadə», «Umnisə xanım», «Sevil Qazıyeva», «İgidliyin
əbədidir sənin», «Muğan qızı», «Sürəyya», «Gəmilər tarlaya çıxır» və s. sənədli filmlərini,
kinojurnallar üçün çoxlu süjetlər çəkmişdir.
Qadın rejissorlarımız arasında daha çox tanınan və filmlərinin də sayı yetərincə olan
Gülbəniz Əzimzadədir. O, kino fəaliyyətinə müstəqil olaraq çəkdiyi, "Ömrün səhifələri"
almanaxına daxil olan "Nəğmə dərsi" filmi ilə başlayır. Daha sonra Anarla birgə "Dantenin
yubileyi" filmini çəkir. Bu filmdən sonra yazıçı ilə rejissorun birgə bir neçə işləri olur: "Ötən ilin
son gecəsi", "İmtahan" kimi bədii televiziya filmləri. Daha sonra Gülbəniz xanım "Təkcə adanı
özünlə apara bilməzsən", "Qaladan tapılan mücrü", "Avqust gələndə" kimi uşaq filmlərinə, "Qətl
günü", "Müqəddəs oda yanaram", "Ümid" kimi aktual mövzulu filmlərə quruluş verdi.Bu filmlər
azərbaycanlı tamaşaçı tərəfindən müsbət qarşılandı. Həmişə müstəqil film çəkməyə can atan
G.Əzimzadə filmlərində ciddi məsələlərə toxunsa da, onun qadın qəhrəmanlarında rejissorun öz
qadın məni görünmür. Onun Yusif Səmədoğlunun eyniadlı romanı əsasında çəkdiyi "Qətl günü"
filmi tarixin üç zaman kəsiyini əhatə edir. Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilən
"Ümid" filmi isə Qarabağ mövzusuna həsr olunub.
65
Salihə Məmmədova
ADMİU- magistrant
MİXAYIL ÇEXOVUN-AKTYOR PSİXOTEXNİKASININ DÜNYA TEATR
MƏDƏNİYYƏTİNƏ TƏSİRİ
Aktyor texnikası haqqında
Qərbdə Cexovun üsulu akyor ustalığı texnikasına böyük təsiri olmuşdur. Sistemin
bünövrəsi fiziki hərəkətlər hesabına jest və pozlarla gərəkli hiss və duyğuların,aktyor
tapşırıqlarının yerinə yetirilməsi zərurətinə dayanır.Amerika dövrü Çexov üçün nəticələrin,əldə
olunmuş nailiyyətlərin toplanması dövrü idi. Nəticələrdən biridə onu azad şəkildə öz
axtarış,fikirləri,aktyor yaradıcılığı sistemi haqqında toplanmış kitabları idi.Çexovun yaşadığı
müddətdə ABŞ-da işıq üzü görən biri rusca digəri isə ingilisdilində “Aktyor texnikası haqqında”
adlı kitabı aktyor yaradıcılığı üsüllarının yayılmasına zəmin yaratmışdır.Bu kitab illər boyunca
yaradılırdı,bir neçə dəfə ixtisarlara məruz qalıb və nəhayət bir neçə dillərdə
(alman,rus,ingilis)nəşr olunmağa başlayıb.Kitabda dörd yaradıcılıq prosesi
mövcuddur.Məşğələlər –Şah Lir- əsasında verilib.
Çexov Stanislavskinin sistemi üzərindən öz üsulunu inkişaf etdirirdi.
O,öz metodunu “Cəbr” anlandırır, “Hesabını”nı (arifmetika) yaradıcısı Stanislavskiyə buraxırdı.
1932-ci ilin payızında Çexov kitabı yazmağa başlayır,almanca yazılan əlyazma 370 səhifədən
ibarətdir.Kitab uzun “Önsözdən” və dörd fəsildən ibarətdir.Önsözdə aşağıdakı mövzular yer alıb
– “Xülya”,“Söz”,“Mənəvi mühit”,“Ritm”, “Yaradıcı fərdlilik”, “İncəsənətin mexanizmi ilə
naturalizmin mübarizəsi”, “Aktyoru fərdliliyə aparan yol”, “Dünyagörüşü”,“Xalqın
taleyi”,“İdeal insan”, “Mən”.
Birinci Fəsil 192-ci səhifədən başlayır. Burda Stanislavskinin terminologiyasına əsasən –
“təəsurat” anlayışı yeridilir. Abstrakt düşüncə və təəsurat yerinə başqa daha önəmli yanaşma
təklif olunur-təxəyyüldən istifadə üsulu.İkinci mərhələdə (səh.228) rol üzərində iş təklif olunur.
Üçüncü mövzu “Xüsusi üsul (texnika)” (səh.292). Burada yaradıcı proses sxemdə “Piyalə”
şəklində göstərilir.Ardınca on yarımsərlövhələr davam edir- 1.Dramın Məğzi. 2.Dramın
məğzinin aktyorlar tərəfindən incələnməsi (dünyagörüş). 3.Dramda dünyanın obrazı (hissiyyat).
4. İnsan və onun taleyi а) insanın xarakteri; b) xarakter insan tipi kimi; c) onun daxili yolu; d)
daxili yolun istiqaməti. 5. Tutuşdurma (xeyir və şər). 6. Pyesin ab-havası. 7. Pyesin vəziyyətləri.
8. Personajlaın hərəkət azadlığı istiqamətləri. 9. Xarakterlərin kompozisiyası. 10. Nitqin
formalaşması.
Dördüncü və ən kiçik fəslin ardınca “Sonsözdə”mənfi rolu yüksəltməküçün nə etmək lazımdır
sualına cavab tapmaq mümkündür.Əlyazmnın sonunda praktiki tapşırıqlar verilib.Əlyazma
sonralar tanınmaz haladək ixtisarlara məruz qalır.
“Aktyor texnikası haqqında” kitabı Çexov öz hesabına Nyu Yorkda 1946-cı ildə çapa verir.
Çexov kitabdan məmnun qalır.“Mən elə bunu demək istəyirdim” - deyə əlavə edir.
Kitabın ingilis dilində olan nüsxəsi üçün Çexov yeni işçi götürür. Bu Çarlz Leonardo adlı Los-
Ancelesdə prodyuser və rejissor işləyən şəxs idi.Bu şəxs əlyazmanın sonuncu variantının
redaktoru olmuşdur - bu nüsxə 1952-ci ildə üzə
çıxır.
Bu kitabda aşağıdakı fəsillər qeyd olunub:
• Aktyorun psixologiyası və cismi,
• Obrazların təxəyyülü və canlandırması.
• İmprovizasiya və ansambl.
• Mühit və fərdi hisslər.
• Psixoloji jest.
• Xarakter və xarakterlilik.
• Yaradıcılıqda fərdlilik.
66
• Tamaşanın kompozisiyası.
• Tamaşanın fərqli tipləri.
• Rola necə yanaşmalı.
• Sonsöz (11-ci Fəsil),
• İprovizasiya mövzuları.
Bu nüsxədə Stanislavskiyə aid keçidlər əlavə olunur.
Məsələn- 10-cu fəsildərol üzərində iş mövzusunda,Çexov Stanislavskinin kitabını istifadə
etməyi məsləhət görür(Aktyorun öz üzərində
işi-birinci hissə).
11-ci fəsildə Çexov ilk dəfə müəllimindən aldığı xeyir-dua haqında yazır.
- “Stanislavski mənə-Fikirlərini topla,qaydaya sal və aktyorun texnikası haqqında yaz-deyirdi.
O,mənə sən bunu eləməlisən,teatrı sevən və onun gələcəyini düşünən hər bir kəs bunu
etməlidir...”
- “Aktorun texnikası haqqında” kitabından sonra yazıçılıq fəaliyyəti davam edir,çünki Çexovun
düşüncə və məşqləri ömrünün sonudək davam edir.
Çexov təcrübədə yeni aktyor texnikası ideyasını və ozünü təkmilləşdirmə ideyasını həyata
keçirmayi bacarmışdır.
Rəfael Muradxanlı
ADMİU- magistrant
MÜASİR DRAMATURGİYADA VƏTƏNPƏRVƏRLİK MÖVZUSU
Vətənpərvərlik mövzusu incəsənətin müxtəlif növlərində, o cümlədən teatr sənətində,
dramaturgiyada təzahür edir. Vətənpərvərlik mövzusunda çoxlu pyeslər yazılır, teatrlarda
səhnələşdirilir. Bu günün vətənpərvərlik mövzusunun aktuallığı Qarabağ mövzusundadır. Tarixi
hadisələrimizi gənc nəslə çatdırmaqda teatrların rolu böyükdür. Teatrların repertuarlarında
vətənpərvər mövzulu tamaşalar var və bu tipli tamaşalar böyük təbliğata çevrilməlidir.
Akademik Milli Dram Teatrında “Nadir şah”, “Hökmdar və qızı”, “Şah Qacar”, “Xəcalət”, Gənc
Tamaşaçılar Teatrında “Əcəl atı”, Sumqayıt Dövlət Dram Teatrında “Vicdanın hökmü”, Ağdam
Dövlət Dram Teatrında “Ağ qayıq”, “Taleyin hökmü”, Bakı Uşaq Teatrında “Vətən” tamaşası və
s. vardır.
Vətənpərvər mövzulu tamaşalardan biri də Bakı Uşaq Teatrında hazırlanmış “Vətən”
tamaşasıdır. “Vətən” tamaşası Azərbaycanın himninə və bayrağına həsr olunmuş - himni,
bayrağı ürəkdən sevmək hissini böyüyən gənc nəsillərə aşılamaq üçün himn və bayrağın birliyi
olan bir tamaşadır. Tamaşanın quruluşçu rejissoru İntiqam Soltan və Ayşad Məmmədovdur.
Tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə olunub və heç nəyə toxunmadan
Azərbaycan himninin ladları üzərində işlənilib. Azərbaycanın keçdiyi keşməkeşli yol,
bayrağımızın yaranması tamaşada öz əksini tapıb. Plastika üzərində qurulmuş tamaşadır.
Tamaşada daha çox rənglər təqdim olunub - bayrağımızın rənglərini əks etdirən üç obraz vardır:
Göy, Qırmızı və Yaşıl. Bu rənglər siyasi mənalarına, rəmzlərinə qədər qabarıq göstərilir. Bu
obrazların hərəsinin öz tarixi, öz mənası var və öz mənasına uyğun da aktyor onu oynamalıdır.
Məsələn, mavi rəng göytürklərdən gəlmə bir şeydir və bu obraz türkçülüyümüzü də göstərir.
Burada aktyor öz oyununa bozqurda xas olan hərəkətləri də daxil etmişdir. Qırmızı rəng
demokratiya simvoludur. Tamaşada bu obraz canfəşanlıq göstərir, mübarizə aparır, bir-birindən
ayrı düşən digər iki rəngi – Mavi və Yaşılı birləşdirməyə çağırır, bir olmağa səsləyir. Bu obraz
ümumilikdə döyüşkəndir, başlanğıcı da dinamik başlayır. Yaşıl rəng isə, islamın rəngidir, amma
tək islam göstərilmir bu obrazda. Din tarixi, insanlıq tarixi, insanlığın dinlə bağlılığı göstərilir.
Əvvəldə buddistlər, insanın yerə-göyə bağlılığı göstərilir. Bu obrazda İbrahim peyğəmbərdən,
Musa peyğəmbərdən elementlər var. Məsələn, çomaqla gedir, çomaq əsaya çevrilir, sonra
daşlayırlar. Sonra İsa peyğəmbər gəlir, çarmıxa çəkilir. Sonra islam dinindən elementlər
67
göstərilir. Bütün bu tarixi göstərəndən sonra da bezir, onu Tanrı ilə bağlayan ipdən azad olur,
azadlığa çıxır. Məna odur ki, insan Allahın elədiyindən bir növ bezir, qaçmaq istəyir, amma
sonda yenə dərk edir ki, o ip – onu bağlayan ip dağıldısa, o, heç nə edə bilməz. Buna görə çalışır
ki, o ipi bağlasın.
Rauf Hüseynli (bayrağımızın türkçülüyü ifadə edən Mavi rəngi), Cavanşir
Məhərrəmov (bayrağımızın azadlığı simvolizə edən Qırmızı rəngi) vəNiyaz Qasımov
(bayrağımızın islamı bildirən Yaşıl rəngi) ifa edirlər. Sonda Üzeyir Hacıbəylinin bəstəsi olduğu
təntənəli himnimiz səslənir və hamı ayağa qalxaraq fəxarətlə onu ifa edir.
Üç rəngin birləşməsi
bayrağın yaranmasına, bayrağın yaranması himnin yaranmasına, himnin yaranması dövlətin
yaranmasına şərait yaradır. Əgər bayraq, himn, dövlət varsa, millət də var. Tamaşa 2010-cu il,
mayın 28-də Türkiyənin Ərzurum şəhərində uğurla oynanılıb.
Şəbnəm Mahmudova
ADMİU- magistrant
MÜASİR AZƏRBAYCAN TEATRININ ESTETİK PRİORİTETLƏRİ
Teatrın Avropasayağı olmasının ilkin səbəblərindən biri budur ki, baxmayaraq ki, tarixdə
ilk teatr tamaşaları Şərq ölkəsində yaranıb (hələ eramızdan əvvəlki dövrlər nəzərdə tutulur),
Avropa bu mədəniyyəti daha parlaq şəkildə cəmiyyətə təqdim etməyə müyəssər olur. Şərqdə
yaranan teatr sənəti ləng “addımlarnan” irəliləsə də, müəyyən dövrdən sonra, daha yüksək
səviyyədə inkişaf etməyə başlayır.
Azərbaycanda isə həmin prosesin ictimai-mədəni inkişafı fərqlidir. Burada teatr sənətinin
yaranmasını cəmiyyət çox gec qəbul edir, səhnəyə qadın aktrisaların gəlməsi qəbuledilməz bir
proses olub, ətrafda narazılıqlara səbəb olurdu. Biz bu və ya digər amilləri də yada salsaq (teatr
binasının olmaması, qadın aktrisaların yoxluğu, geyim, dekor və s), o zaman teatrımızın keçdiyi
məşəqqətli yolu dəyərləndirmək mümkündür.
Müasir dövrün Azərbaycan teatrından bəhs edərək biz, əsasən ötən əsrin 50-ci illərdən
sonrakı inkişaf proseslərini çözələdik, tamaşalara, rejissor və aktyorların yaradıcılıq
fəaliyyətlərini nəzərdən keçirdik.
Son illərdə Azərbaycan teatrında daha çox mərhum Vaqif İbrahimoğlu poetika axtarışları
istiqamətində eksperimentlər aparıb, bu sahədə bir sıra yeniliklərə imza atıb. Vaqif İbrahimoğlu
sənətə gəldiyi ilk illərdən etibarən özünün orijinal dəsti-xətti ilə seçilib, teatr ictimaiyyətinin
diqqət mərkəzinə çevrilib. Müxtəlif biçimli bədii formalar, üslublar, təqdimat manerası ilə
seçilən tamaşaların müəllifi olan V.İbrahimoğlu milli səhnə ifadəliliyini daima təkmilləşdirməyə
çalışıb. Ayrı-ayrı illərdə müxtəlif dövlət teatrlarında çalışan rejissor artıq 90-cı illərdən etibarən
özünün yaratdığı “Yuğ” teatrında bütün bədii niyyətlərini reallaşdırmağa başlayır. “Yuğ” teatrı
ölkəmizdəki digər teatrlardan üslub və təqdimat prinsipi etibarilə fərqlənən tamaşalar qurmaqla
daha çox diqqəti cəlb edir.
V.İbrahimoğlu və onun teatr sənəti sahəsindəki araşdırmaları təəssüflər olsun ki, yarımçıq
qaldı. Lakin yaratdığı “Yuğ” teatrı hazırda fəaliyyət göstərir, onun ardıcılı olan tələbə rejissor və
aktyorları bu ənənəni davam etdirirlər.
Daima araşdırmalar aparan V.İbrahimoğlu, V.Meyerxold, B.Brext, K.S.Stanislavski və
digər rejissorların yaradıcılıq irsindən bəhrələnmiş, milli teatr poetikasının bəlli hüdudlarını
genişləndirməyə nail olmuşdur.
Azərbaycan müasir teatrının estetik prioritetləri (üstünlükləri – Ş.Mahmudova) mərhum
rejissor H.Atakişiyevin də yaradıcılığında özünü göstərir. Rejissor sağlığında özünün “Gənclər”
teatrını yaradır, həmfikirlərini toplayaraq özünəməxsus tamaşalarla diqqəti cəlb edir. Onu da
qeyd edək ki, hələ Şəki Teatrında işlədiyi illərdən etibarən sevilib-seçilən rejissor, özünün
ekspertlərini bu teatrda da davam etdirib, müasir teatrımızın üslub və ifadə zənginliyinə yönələn
işlər görürdü.
68
Ədəbiyyat:
1. Allahverdiyev M.Q. Teatr tənqidi və müasirlik: İncəsənət İnstitutunun tələbələri üçün dərs
vəsaiti. Bakı: Maarif, 1990, 188 s.;
2. Allahverdiyev M.Q. Müasir teatrda ənənə
və novatorluq məsələləri.Bakı:
Azərnəşr,1974,100 s.;
3. Ağayeva N.K. Azərbaycan teatr tənqidi və teatrşünaslığının inkişaf problemləri. Bakı: Elm,
1977, 356 s.
Qorxmaz Kərimov
ADMİU- magistrant
AŞIQ SƏNƏTİNİN EKRAN TƏCƏSSÜMÜ
Azərbaycan xalqının şifahi təfəkkürünün və ibtidai mədəniyyətinin təzahürü kimi musiqi
mədəniyyətimizin genafondu statusunu daşıyan, aşıq sənəti incəsənətin digər janrları kimi
zaman içərisində televiziyanın da diqqətini özündə cəmləyə bildi və təsadüfi deyil ki, 1980-ci
ildən başlayaraq iyirmidən artıq xalq dastanı Azərbaycan Dövlət Televiziyasında lentə alınaraq
qızıl fonda daxil edilmiş, dəfələrlə ustad aşıqların yubiley tədbirləri televizya vasitəsilə geniş
tamaşaçı kütləsinə çatdırılmışdır. Onlarla Azərbaycan bədii və sənədli filminin musiqi həllində
azərbaycan aşıqlarının zənguləli və şaqraq səsləri həlledici olmuşdur
Günümüzdə televiziya və kino kimi aparıcı sahələrinin prinsiplərinə tabe olamasına
baxmayaraq özündə söz, musiqi vəhərəkəti harmonik şəkildə birləşdirən aşıq sənəti çoxəsirlik
tarixə,əsrlərlə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsrlər keçdikcə ustad-şagird ( bu
söz aşıq terminologiyasında “şəird” kimi tələffüz edilir) münasibətləri formasında nəsildən-
nəsilə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti türk insanının musiqi zövqünün
formalaşmasında müstəsna əhəmiyyət kəsb etmiş, şifahi mədəniyyət hadisəsi kimi xalqımızın
milli duyum və düşüncə tərzini, saz və sözbirliyini özündə yaşadan, klassik ənənəyə bağlı yaşam
fəlsəfəsidir.
Aşıq ədəbiyyatını öyrənmək və onun çoxsahəli fəaliyyətini, zəngin repertuarını
aşkarlamağın müasir dövrdə əsas yolu bu sənətin televiziya vasitəsilə təqdimatına, ekran
təcəssümünə xüsusi diqqət yetirmək olduqca aktual məsələdir. Aşıq musiqisi Azərbaycan
folklorşünaslığında vacib qol olduğu üçün onun ekran təqdimatını araşdırmaq əhəmiyyətlidir.
Müasir dövrdə Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir vaxtda, televiziya ekranlarında
müxtəlif məzmunlu proqramlarda aşıqların iştirakı, Azərbaycan mədəniyyətinin çoxəsirlik tarixi
və zənginliyi baxımından, həmçinin də milli musiqimiz kimi dünyaya çatdırılması nöqteyi
nəzərindən son dərəcə əhəmiyyətlidir. Ozan - Aşıq sənəti nümunələrinin bu gün Avropanın
müxtəlif şəhərlərində keçirilən “Azərbaycan günləri”ndə, UNESCO kimi mötəbər qurumların
Azərbaycana həsr etdiyi tədbirlərdə nümayiş olunması, UNESCO-nun “Bəşəriyyətin qeyri-
maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilməsi, aşıq sənətinin Azərbaycan musiqi
mədəniyyətində necə mötəbər bir yer tutmasının bariz nümunəsidir. 28 sentyabr – 2 oktyabr
2009-cu il tarixində Qeyri-maddi mədəni irsin qorunması Komitəsinin 4-cü sessiyasının yekun
qərarına əsasən UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi aşıq sənətinin
son dərəcə əhəmiyyətinin beynəlxalq səviyyədə təsdiqi deməkdir. Aşıq sənətinin UNESCO-nun
qeyri-maddi irs siyahısına düşməsi bir başa dövlətin mədəniyyətə yüksək qayğısının
göstəricisidir.
Azərbaycan Respublikansının Prezidenti Cənab İlham Əliyevin, “Heydər Əliyev
Fondu”nun Prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban
Əliyevanın aşıq sənətinə böyük qayğı və diqqəti Azərbaycan mədəniyyətinə və Azərbaycan
xalqına dövlət səviyyəsində göstərilən qayğı kimi xalqımızı daim sevindirir.
69
Razimə İsmayılova
ADMİU- magistrant
QƏDİM YUNAN DRAMATURGİYASININ FORMALAŞMASINDA
MİFOLOGİYANIN TƏSİRİ
Yunanıstan, yəqin ki, dünyada yeganə ölkədir ki, müasir həyatla, bağlı deyil keçmişi ilə,
əsatirləri, mifləri ilə məşhurdur. Antik yunan mədəniyyəti, o cümlədən teatrı və dramaturgiyası
mifologiya üzərində qurulub desək, zənnimizcə, yanlışlığa yol vermərik.
Mifologiya yunanca “mifos” və “loqos” sözlərindən əmələ gəlmişdir. Mənası rəvayət,
əfsanə, nağıl dastan kimi anlaşılır.
Mifologiya – allahlar, müxtəlif ruhlar, miflər haqqında elmdir.
Miflər hələ insanların təbiət hadisələrindən baş çıxarmadıqları və onlarla mübarizə apara
bilmədikləri vaxtlarda yaranmış əfsanəvi təsəvvürlər, əsatirlərdir.
Yunan dramaturgiyasının yaranması bilavasitə Dionis mərasimi ilə bağlıydı. Antik yunan
dramaturgiyası köklərini yunan şifahi ədəbiyyatından götürmüşdür. Rüşeymlərini antik
mifologiyadan götürən qədim yunan dramaturgiyası uzun müddət məhz bu xətlə inkişaf edir,
zaman keçdikcə yeni məzmun və forma xüsusiyyətləri qazanirdı. Dramaturgiya da əvvəllər
yalnız mifoloji mövzulara, allahların və ilahələrin həyatından bəhs edən süjetlərə müraciət edir,
Dionisin və digər tanrıların həyatını təsvir edirdisə, zaman keçdikcə tədricən bəşəri məzmun
kəsb edirdi. Artıq Şair Frinixin “Miletin İranlılar tərəfindən alınması” faciəsində Yunan-İran
müharibələrinin nəticələrini göstərirdi. Adından da göründüyü kimi, bu faciə yazılarkən əsatir,
yaxud əfsanə yox, tarixi faktlar əsas götürülmüşdür.
Ancaq zamanla dünyəvi məzmun qazanmasına, “göydən yerə enərək”, bəşəri mövzulara
da müraciət etməsinə baxmayaraq, mifologiya hər zaman antik yunan dramaturgiyası üçün əsas
mənbə, qaynaq rolunu oynamışdır. Yunan dramaturqlarının əsərlərinə ümumi nəzər salmaq
kifayətdir ki, Esxildən tutmuş üzü Yevripidəcən deməy olar ki, hamısının əsərlərinin motivləri,
mifologiyadan götürülməsi faktını təsdiqləyək. Dramaturqlar isə bu əsatirləri öz dövlərinə görə
uyğunlaşdırıb yazmışlar.
Yunan dramaturgiyasının inkişaf yolu mifdən keçdiyi kimi, həm də dastanlardan keçir.
Belə ki, Homerin “İlliada” və “Odisseya” dastanları Yunan mədəniyyətinin mühüm hadisələri
sayılmış, bir çox dramaturqların yaradıcılığına əhəmiyyətli təsir göstərmişdir. Antik
dramaturgiyada Homer yaradıcılığından – “İlliada” və “Odisseya” dastanlarından bəhrələnmə
faktları kifayət qədərdir. “Faciənin atası” Esxil öz faciələrini “Homerin ziyafət masasından
qalmış qırım-qırtılar” adlandırmışdır.
Yunan dramaturgiyasında tanrılar dramaturqlar tərəfindən insaniləşdirilib. Əslində, yunan
müəllifləri insani xüsusiyyətləri Allahların üzərinə köçürürdülər. Yəni tanrılar da insanlar kimi
yemək yeyir, su içir, sevir, nifrət edir, qəzəblənir və s. Onların da cinsəl həyatları və hərənin bir
peşəsi var. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, yunan dramatuqları heç də hər zaman
tanrılara tərif yağdırmayıb. Qədim Yunan dramaturqlarının Allahlara və dinə münasibəti
birmənalı olmamışdır. Antik yunan dramaturqların bəzi əsərlərində allahlara qarşı asi münasibət
də özünü göstərir.
Esxil əsərlərində tanrıları ali varlıq kimi təqdim edib, insan həyatının faniliyini göstərib.
Tanrılar insanlara heçdən cəza verməzlər, onları hər hansı cinayətə görə və ya lovğalığa görə
cəzalandırırlar. Esxili dünyaca tanıdan əsəri “Zəncirlənmiş Prometey” və “Oresteya”
trilogiyasıdır. Esxil həmçinin tarixi-mifoloji mövzuları dramaturgiyaya gətirmişdir.
Yunan dramaturgiyasının ikinci görkəmli nümayəndəsi Sofoklun obrazları isə fatalizmə
qarşı çıxır, qəzavü-qədərə inanmır. Yunan ədəbiyyatında ən kədərli, ən bədbəxt obrazları, demək
olar ki, Sofokl yaratmışdır (hərçənd ki, Aristotel bu təyini Yevripidə aid etmişdir). Buna misal
olaraq, “Şah Edip”, “Antiqona” pyeslərinin baş qəhrəmanlarını göstərə bilərik. Bu əsərlər
Sofokla dünyaca məşhur etmişdir. Sofokl obrazlarını görmək istədiyi kimi təqdim edir və sırf
mifoloji mövzuların basqısından uzaqlaşdırmağa çalışırdı.
70
Antik dramaturgiyanın üçüncü nümayəndəsi Yevripidin də bütün əsərlərinin süjetləri
mifologiyadan götürülmüşdür. Lakin sələflərindən fərqli olaraq, o tanrıların hadisələrin axarında
iştirakını ikinci planda vermişdi. Yevripid əsərlərində xorun aparıcı rolunu azaldaraq, köməkçi
vasitə kimi vermişdir. Yunan dramaturgiyasında heç bir dramaturqun etmədiyini Yevripid etmiş,
səhnəyə xəstə, qoca çirkin personajları çıxardaraq, dramaturgiyanı və teatrı real həyata daha çox
yaxınlaşdırmışdır. Məhz bu addımına görə Aristofan “Qurbağalar” əsərində Yevripidi kəskin
tənqid edir, onu yunan tragediyasını korlamaqda ittiham edirdi. Yevripidin ən məşhur əsəri
“Medeya”nın da motivi mifologiyadan götürülmüşdür.
Yunan mifologiyası simvolikdir, işarələrlə boldur. Burada öləri insan tanrıdan nə istərsə
olarmış. Yazılan faciələrdə də görəcəyik ki, əsərlərdə yuxuya, qurbanvermə mərasiminə, işarətə
böyük inam verilir. Sonda fikirlərimizi ümumiləşdirərək, belə bir qənatə gəlirik ki, antik yunan
dramaturgiyasının formalaşmasında mifologiyanın rolu əsasdır, təyinedicidir. Mifologiya qədim
yunan dramaturgiyasından ötrü dekorativ bəzək, ekzotika, zahiri forma deyil, mifologiya yunan
dramaturgiyasını özülüdür, məğzidir, canıdır. Bu səbəbdən qədim yunan dramaturgiyasının
təhlili yunan mifolojisinin analizindən ayrı təsəvvür edilə bilməz.
Dostları ilə paylaş: |