Murtuza Nağıyevin memorial muzeyi. 1998-ci ildə yaradılmışdır. AMEA-nın Kimya Problemləri
İnstitutunda yerləşir. Muzeydə görkəmli kimyaçı-texnoloq, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza
Fətulla oğlu Nağıyevin (1908-1975) həyat və fəaliyyətini əks etdirən materiallar: alimin fundamental əsərləri,
təltifləri, sənədlər, fotolar, albomlar toplanmışdır. Muzeydə alimin büstü (heykəltəraş A.Mustafayev)
qoyulmuşdur.
Muzeyin ünvanı: Bakı şəhəri H.Cavid pr., 29 Telefon: 4392908, 4387756, ***