Turizm reklam və nəşrləri. Respublikada turizmin inkişafı bu sahə üzrə daha geniş miqyasda
ədəbiyyatın yaranmasına səbəb olmuşdur. Turizmin təbliği məqsədilə Azərbaycan, rus, ingilis dillərində
müxtəlif elmi-kütləvi ədəbiyyat, fotoalbomlar, bələdçi kitabçalar, buklet, prospekt, atlas və xəritə-sxemlər
("Azərbaycan", "Азербайджан", "Welcome to Azerbaijan", "Azərbaycan olduğu kimi", "Bakı", "Böyük İpək
Yolu", "Azərbaycan turizm regionları", "Azərbaycan tarix və arxitektura abidələri ", "Bakının otelləri", "Bakının
əyləncə mərkəzləri və restoranları" və s.) nəşr edilmişdir. "Turizm yenilikləri" qəzeti, "Azerbaijan review"
jurnalı buraxılır.
Dostları ilə paylaş: |