Cürə nağara Əsasən, zurnaçılar dəstəsini müşayiət edir. Musiqi folklorunda özünə məxsus rolu və
funksiyası vardır. Əsas nağaradan xeyli kiçik olur. Alətin adı “ cürə” (kiçik) sözü də bu
mənanı verir.
Sağanağı müxtəlif ağac növlərindən silindrik formada hazırlanır. Üzünə keçi və yaxud
qoyun dərisi çəkilir. Demək olar ki, heç vaxt tək istifadə edilmir, həmişə quruluşları eyni
olan böyük nağara ilə birlikdə səsləndirilir. Baş tərəfi geriyə əyilmiş iki yüngül çubuqla
səsləndirilir.
Diametri 300-320 mm, hündürlüyü 340-360 mm-dir.