159
Muzeydə Gəncənin qədim qapısının fotoşəkli nümayiş olunur. Bu qapını 1063-cü ildə dəmirçi Osman
oğlu İbrahim hazırlayıb. 1140-cı ildə gürcü çarının hücumu zamanı qarət kimi Gürcüstana aparılan qapı hazırda
Gürcüstanın Herat monastırında saxlanılır.
Muzeyin salonlarından biri dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Bu bölmədə həmçinin
XII əsrdə yaşamış şairlərdən Məhsəti Gəncəvi və Əbül-üla Gəncəvi barədə məlumat verilir. Gəncə hökmdarı
Cavad xan, şair Mirzə Şəfi Vazeh, Azərbaycan Xalq Cümhuriyyəti barədə materiallar Gəncənin nisbətən yaxın
tarixini əks etdirir.
Muzeyin ünvanı: Gəncə şəhəri, Atatürk prospekti, 244
Telefon :56-35-94
***
Dostları ilə paylaş: