Kitabları: ―Rus qadınları‖, ―ġaxta baba‖, ―Mazay baba və dovĢanlar‖, ―Kapitan
Vrunqelin macaraları‖, ―Dəmir yolu, ―Elegiya‖, ―ġair və vətəndaĢ‖, ―ġaxta, qırmızı
burun‖, ―Yolda‖ ―Dobrolyubovun xatirəsinə‖, ―Kəndli uĢaqları‖ və s.
300
İncəsənət
25.Xalq artisti Mərziyə Davudovanın 115 illiyi (25.11.1901-06.01.1962)
“Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək
kimi doğmuşdu. Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa
səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən
heyrətamiz bir istedada malikdir”.
C. Cabbarlı
Mərziyyə xanım Davudova Azərbaycan səhnəsinin ən qüdrətli
aktrisası sayılırdı. 1901-ci ildə HəĢtərxanda anadan olmuĢ
Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaĢı vardı. O,
HəĢtərxanda Ġqbal məktəbində "Birinci Teatr" adlı ikipərdəli
tamaĢada (1917-ci il) Əfifə rolunu yaratmıĢdır. Səhnəyə böyük
həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəĢf edən unudulmaz Hüseyn
Ərəblinski olub. O, 1918-ci ildə HəĢtərxanda qastrolda olarkən bu gənc qızın oyununu
bəyənmiĢ və onu Bakıya dəvət etmiĢdi. 1920-ci ildə Bakıya gələn və taleyini əbədi
olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də
teatr sənətinin inkiĢafında misilsiz xidmət göstərmiĢdir. Mərziyyə xanım Üzeyir
Hacıbəyovun "ArĢın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə
Cahan xala rollarında çıxıĢ edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu
məharətlə təsdiqləyib. Hüseyn Cavidin "Ġblis" əsərinin tamaĢasında Abbas Mirzə
ġərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox
keçmir ki, Mərziyyə Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və
bənzəməyən müxtəlif qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı
kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması Ģərafəti
məhz Mərziyyə xanımın qismətinə düĢdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının
"Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb
olmuĢdur. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq,
təsirli, təbii alınmıĢdı ki, tamaĢa salonundakı qadınlar öz çadralarını elə oradaca
atmıĢlar. GeniĢ yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan
kinosunun inkiĢafında da müəyyən xidmətlər göstərmiĢdir. "Hacı Qara", "Bir Ailə",
"Bakının ĠĢıqları", "Bir məhəllədən iki nəfər", "Koroğlu" və digər filmlərə
çəkilib. Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə
Ġbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının
əsərləri ilə yanaĢı, rus və Qərbi Avropa ədiblərinin də tamaĢalarında bir-birindən fərqli
və mürəkkəb qadın obrazları yaratmıĢdır. 1956-cı ildən ömrünün sonuna kimi
Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində
qaranlıq bir mühitdə parlayan ulduz idi.
Filmoqrafiya: Ağasadıq Gəraybəyli (film, 1974), Bakının iĢıqları (film, 1950),
Bəxtiyar (film, 1955), Bir ailə (film, 1943), Bir məhəllədən iki nəfər (film, 1957), Əsl
dost (film, 1959), Hacı Qara (film, 1929), Koroğlu (film, 1960), Qızmar günəĢ altında
(film, 1957), Min birinci söz (film, 1997), Onlar belə sevirdilər (veriliĢ, 2007) və s.
301
Dekabr
Əlamətdar tarixi günlər və bayramlar
Beynəlxalq QIÇS-lə mübarizə günü 01.12
Beynəlxalq Əlillər günü 03.12.1992
Rabitə və Ġnformasiya texnologiyaları sahəsi iĢçilərinin peĢə bayramı 06.12.2006
Beynəlxalq Aviasiya günü 07.12.1996
Ümumdünya futbol günü 07.12.
Ümumdünya Ġnsan hüquqlarının müdafiəsi günü 10.12.1950
Ümumdünya UĢaq Televiziyası Günü 11.12.1992
―Qızıl qələmlər‖ ədəbi cəmiyyətinin yarandığı gün 25.12.1925
Dünya Azərbaycanlılarının Həmrəylik günü 31.12.1991
Bu tarixi unutmayaq
Xankəndinin iĢğalı günü 26.12.1991
Yubilyar yazıçı və şairlər
ƏdəbiyyatĢünas, tənqidçi Vəkil Hacıyevin 80 illiyi (1936)
ġair Əflatun Cəfərlinin 80 illiyi (1936)
ġair, publisist, dramaturq Abdulla Qurbaninin 60 illiyi (13.12.1956)
ġair Ramiz RövĢənin 70 illiyi (15.12.1946)
Tənqidçi, ədəbiyyatĢünas Məmmədəli Əsgərovun 95 illiyi (18.12.1921-1991)
Xalq yazıçısı Süleyman Vəliyevin 100 illiyi (21.12.1916-1996)
ġair Müzəffər ġükürün 75 illiyi (23.12.1941)
Tənqidçi, ədəbiyyatĢünas Əbülfət Misiroğlunun 70 illiyi (23.12.1946)
Akademik, ĢərqĢünas Ziya Bünyadovun 95 illiyi (24.12.1921-1997)
ƏdəbiyyatĢünas, tərcüməçi Əli Sultanlının 110 illiyi (25.12.1906-1960)
ġair, publisist ġahmar Əkbərzadənin 75 illiyi (28.12.1941-2000)
ġair Nüsrət Kəsəmənlinin 70 illiyi (28.12.1946-2003)
Yazıçı, ədəbiyyatĢünas Əzizə Cəfərzadənin 95 illiyi (29.12.1921-2004)
Folklor
AĢıq Pənahın anadan olmasının 90 illiyi (1926-1978)
Xarici ədəbiyyat
Rus yazıçısı, tənqidçi, jurnalist Nikolay Karamzinin 250 illiyi(12.12.1766-1825)
İncəsənət
Kinorejissor, ssenarist, cizgi filmləri ustası Uolt Disneyin 115 illiyi (05.12.1901-1966).
Aktyor Həsənağa Salayevin 95 illiyi (05.12.1921-1981)
Xalq artisti, baletmeystr Tamilla ġirəliyevanın 70 illiyi (08.12.1946)
Xalq rəssamı Mikayıl Abdullayevin 95 illiyi (19.12.1921-2002)
Xalq artisti Əlövsət Sadıqovun 110 illiyi (22.12.1906-1971)
Xalq artisti, baletmeystr Çimnaz Babayevanın 70 illiyi (23.12.1946)
Xalq artisti Zeynəb Xanlarovanın 80 illiyi (28.12.1936)
Xalq artisti Əbülfət Əliyevin 90 illiyi (30.12.1926-1990)
Milli qəhrəmanlıq zirvəsi
Orucov Vəzir Surxay oğlu (26.12.1956-22.03.1993)
Əsgərova Salatın Əziz qızı (16.12.1961-09.01.1991)
302
DEKABR
Əlamətdar tarixi günlər və bayramlar
1. Beynəlxalq AİDS-lə (QİÇS) mübarizə günü
Hər il dekabr ayının 1-də Ümumdünya AĠDS günü
qeyd edilir. AĠDS xəstəliyinin inkiĢafı 70-ci illərin
sonlarına təsadüf edir. Bəzi mənbələrdə isə onun
tarixi 1959-cu ilə gedib çıxır. Azərbaycanda isə ilk
AĠDS-ə yoluxma 1987-ci ildə Uqanda və
Keniyadan olan xarici vətəndaĢlarda qeydə
alınmıĢdır. Bu xəstəliyin yaranması ilə əlaqədar
bəzi alimlər belə bir fərziyyə irəli sürürlər ki, HĠV virusunun təhlükəli formaları bioloji
silahın təsadüfi və yaxud qəsdən sızması nəticəsində yaranmıĢdır. Bu fərziyyəyə əsasən,
virus xüsusi hərbi laboratoriyada gen mühəndisliyi metodu ilə alınmıĢdır. Ġki virusun –
Visna və insan onkoloji viruslarından birinin birləĢməsi nəticəsində HĠV virusu əmələ
gəlmiĢdir. Bu virus ömürlük həbs cəzası və yaxud ölüm cəzasına məhkum olmuĢ
könüllü dustaqların üzərində sınaqdan keçirilmiĢdir. Belə ki, onlara sınaqdan sonra
azadlıq vəd edilmiĢdir. Bu yolla da virus laboratoriya divarlarından kənara çıxaraq
yayılmıĢdır. Bir çox virusoloq, epidemioloqlar hesab edirlər ki, AĠDS epidemiyası
Afrikada baĢlayıb və bu xəstəliyi törədən virus çox güman ki, ―meymun‖ mənĢəlidir.
Afrika cəngavərliklərində yaĢıl əntərlərdə və makakalarda AĠDS-ə oxĢar xəstəliklər
aĢkar edilmiĢdir. Belə fərz edilir ki, insanlar bu meymunları ovladıqda və onlarla
təmasda olduqda xəstəlik insanlara keçmiĢdir. Yəqin ki, bu səbəbdən AĠDS ən çox
Afrika qitəsində yayılmıĢdır.
Statistika
Dünyada təxminən 39,5 milyon insan HĠV virusuna yoluxub. Onların da əksəriyyəti 15-
24 yaĢ arasında olan yeniyetmə və gənclərdir. Yer üzündə hər gün HĠV/AĠDS
xəstəliyindən 15 yaĢına qədər 1.400 uĢaq və 15-24 yaĢ arasında 6.000 gənc insan vəfat
edir. 2006-cı ildə bütün dünyada AĠDS pandemiyası nəticəsində 2,9 milyon nəfər, o
cümlədən 380.000 uĢaq həlak olmuĢdur. Hər il 15 yaĢına qədər 640.000 uĢaq və 15-24
yaĢ arasında 2 milyon gənc HĠV virusuna yoluxur. 15 yaĢına qədər uĢaqların 15%-nə bu
xəstəlik öz anaları vasitəsilə ötürülür.
AIDS ( Acquired Immune deficit Symptoms) xəstəliyini yaradan virus HĠV ( Human
Immune deficit Virus) adlanır. HĠV (ĠĠV) – Ġnsanın ĠmmunçatıĢmazlığı Virusu, AĠDS
(QĠÇS) - QazanılmıĢ Ġmmun ÇatıĢmazlığı Sindromu deməkdir. HĠV virusuna yoluxan
insanın orqanizmi bu infeksiya ilə mübarizə edir və mübarizə aparan xüsusi ―antibodis‖
adlı molekullar yaranır. Əgər qan yoxlanıldıqda ―antibodis‖ molekulları aĢkarlanarsa,
bu həmin insanda HĠV virusunun olduğunu təsdiqləyir. HĠV antibodisi olan insanlar
―HĠV daĢıyıcısı‖ adlanırlar. HĠV-daĢıyıcısı və ya HĠV viruslu insanın AĠDS xəstəsi
olduğunu demək düzgün deyil. Çox insanlar var ki, onlar HĠV-daĢıyıcısıdırlar, lakin
uzun illər xəstələnmirlər. HĠV virusu orqanizmdə daha çox qaldıqca immun sistemi
yavaĢ-yavaĢ zəifləyir və nəticədə AĠDS xəstəliyi yaranır.
303
3. Beynəlxalq Əlillər günü
3 dekabr Beynəlxalq Əlillər günüdür. Əlillər günü 1992-ci
ildə BMT-nin baĢ məclisində qəbul edilib. Ümumdünya
Səhiyyə TəĢkilatnın məlumatına görə dünya üzrə fiziki
qüsurlu insanların faiz göstəricisi 10%-dir. Bu göstərici
Azərbaycan üzrə 4,4% təĢkil edir ki, bu da MDB
məkanında ən aĢağı göstərici hesab edilir. Azərbaycanda
dörd yüz mindən artıq əlil insan var. Onların bir hissəsi 2-
ci dünya müharibəsi, bir hissəsi erməni təcavüzü
nəticəsində
əmək qabiliyyətlərini itirən Ģəxslərdir.
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi haqqında dövlət proqramına uyğun olaraq
artıq 10 ildir ki, onların xaricdə müalicəsi təĢkil olunur. Əlil insan dedikdə hər kəsin
ağlına müəyyən orqanlarını itirmiĢ insanlar gəlir. Unudulmamalıdır ki, bu onların
iĢləməyinə, həyat fəaliyyətlərinə və ya insani keyfiyyətlərinə əngəl deyil və
olmamalıdır. Fiziki deyil, mənəvi cəhətdən qüsurlu olmamaq gərəklidir. Ġnsanların
hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaĢı, əlillər və Ģikəstlər də vardır.
Əlillik və Ģikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat,
istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmıĢ əlillik və Ģikəstlik vardır. Əlillər
əhalinin baĢqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə,
humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar
belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar.
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət
əhəmiyyətli proqramlar həyata keçirilmiĢdir. Əlillər mənzil, maĢın, əlil arabaları ilə
təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları
keçirlər. Beynəlxalq aləmdə əlillərin hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər
həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata
keçirilmiĢ Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin baĢa çatması
münasibətilə BMT BaĢ Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq
günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmiĢdir. Bu günün məqsədi
cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların
hüquqlarını qorumaqdır.
304
6.Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı
Dekabrın 6-da Azərbaycanda rabitə və
informasiya texnologiyaları sahəsi iĢçilərinin
peĢə bayramı qeyd edilir. Bu gün Azərbaycan
Respublikasının Prezidenti Ġlham Əliyevin 2
dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis
olunub.
O
vaxtdan
bütün
respublikada
rabitəçilər və informasiya texnologiyaları
sahəsinin iĢçiləri öz peĢə bayramlarını qeyd
edirlər. PeĢə bayramının məhz bu gündə qeyd
olunması Azərbaycanda ilk telefon xəttinin
yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda ―Nobel qardaĢları‖
cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmiĢdir. Azərbaycanda rabitə sahəsi
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkiĢaf
etməyə baĢlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkiĢaf dövrü 70-80-ci illərə
təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiĢ Heydər Əliyevin bu sahənin
inkiĢaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniĢ Ģəkildə
öz əksini tapır. 1976-cı ildə təkcə Bakı telefon Ģəbəkəsinin gücü 1927-ci illə
müqayisədə 20 dəfədən çox artmıĢ, telefon Azərbaycan əhalisinin məiĢətinin ayrılmaz
hissəsinə çevrilmiĢdir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı
sahələri də diqqətəlayiq inkiĢaf yolu keçmiĢdir. 1979-cu ildə Heydər Əliyevin Ģəxsi
rəhbərliyi altında yaradılmıĢ komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin
yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq
edildi və 1981-ci ildə obyektin tikintisinə baĢlandı. Buna baxmayaraq bir sıra obyektiv
və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı
sayəsində xalqın istifadəsinə verildi. Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə
hakimiyyətə
gəldikdən
sonra
Azərbaycanda
informasiya
kommunikasiya
texnologiyaları bölməsi də inkiĢaf etməyə baĢladı, ölkədə bu yeni sektorun inkiĢafı
prosesi sürətləndi, Azərbaycanın internet seqmenti geniĢləndi. Azərbaycanda rabitə və
informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkiĢafı birbaĢa
ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti Ġlham Əliyevin Ģəxsi diqqəti
və qayğısı nəticəsində əldə olunmuĢdur. 2012-ci il ərzində Ġnformasiya
Texnologiyalarının ĠnkiĢafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və
Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanmıĢdır.
Həmin ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaĢı, Bakıda dünya
əhəmiyyətli Ġnternet Ġdarəçilik Forumu (IGF 2012) da keçirilmiĢdir. Bütün bunlar
hökumət tərəfindən ĠKT bölməsinə böyük diqqətin yetirilməsini bir daha sübut edir.
305
7. Beynəlxalq Aviasiya günü
1994-cü ildə Beynəlxalq Mülki Aviasiya haqda
Konvensiyanın imzalanmasının 50 illiyi ilə əlaqədar
olaraq 1996-cı ildə BMT BaĢ Assambleyası tərəfindən
7 dekabr tarixi Beynəlxalq Mülki Aviasiya Günü elan
olunub. Bakıda ilk uçuĢ 1923-cü ildə həyata
keçirilib. 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya
qrupu yaradılıb ki, bu tarix 2006-cı ildə Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan
Mülki Aviasiya Günü kimi elan edilib. Bakı Ģəhərinin
üzərindən ilk təyyarə 20 oktyabr 1910-cu il tarixində
uçub. Sergey Utoçkinin idarə etdiyi uĢaqsayağı yöndəmsiz və möhkəm olmayan
―Farman-4‖ sistemli fransız biplanı heyrətdən yerində donmuĢ tamaĢaçıların baĢı
üzərində bir neçə dairə vurub, sonra isə alqıĢlar altında yerə enib. Azərbaycanın aviasiya
ilə ilk tanıĢlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması
üçün on beĢ il tələb olunub. 1923-cü ildə ―ZAKAVĠA‖ Zaqafqaziya Mülki Aviasiya
Səhmdar Cəmiyyəti yaradılıb. Artıq 1923-cü ilin aprel ayında ―Yunkers‖ təyyarəsində
Bakı-Tiflis-Bakı marĢrutu ilə uçuĢ həyata keçirilib, iki il sonra isə KeĢlədə aerodrom
tikilib və mülki ―Hava stansiyası‖ yaradılıb. 1926-cı ildə Mineralnıye-Vodı–Qroznı–
Mahaçqala–Bakı–Yevlax–Tiflis marĢrutları üzrə müntəzəm uçuĢlar həyata keçirilməyə
baĢlanıb. Sovet Ġttifaqı dağıldıqdan sonra mülki aviasiyaya 200 milyon dollardan yuxarı
sərmayə qoyulub. Bu, aviaparkı müasir ―Boeing-757‖ təyyarələri ilə təkmilləĢdirməyə,
uçuĢları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların
hazırlanması sistemini yaratmağa və bu gün altmıĢdan yuxarı aviaĢirkətin təyyarələrini
qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı Ģəhərində açılmasına imkan
verib. Növbəti illərdə ―Naxçıvan‖ beynəlxalq hava limanı, ―Gəncə‖ beynəlxalq hava
limanı və ―Zabrat‖ hava limanında yeni təyyarə vağzalının binası istismara verilib.
2008-ci ildə ―Lənkəran‖ və ―Zaqatala‖ beynəlxalq hava limanları açıldı.
Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan və Bakı-
Qəbələ marĢrutları üzrə uçuĢlar yerinə yetirir. ―Azərbaycan Hava Yolları‖ QSC Avropa,
MDB, Yaxın ġərq və Asiya ölkələrinə sərniĢin daĢımaları həyata keçirir. 2014-cü ildə
uzaq uçuĢ məsafəsinə malik olan ―Boeing‖ təyyarələrinin yeni partiyası alındıqdan
sonra ġimali Amerika və Cənubi-ġərqi Asiya ölkələrinə daimi marĢrutların açılması
planlaĢdırılır. Ġndi ―Azərbaycan Hava Yolları‖ QSC Azərbaycanın Milli DaĢıyıcısı kimi
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (ĠATA) layiqli yer və MDB ölkələrinin
aviaĢirkətləri arasında lider mövqe tutur. ―Azərbaycan Hava Yolları‖ QSC həm
regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.
306
10
.Ümumdünya futbol günü
10 dekabr Ümumdünya futbol günü BMT-nin qərarı ilə qeyd olunur. Beynəlxalq
ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu, milyonlarla insan üçün
sadəcə oyun deyil, həm də həyat tərzidir. Futbol – ―ayaqla top oyunu‖ haqqında ilk
xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O,
Çsu Çyu adlandırılıb, mənası ―ayaqla itələmək‖ deməkdir. Bu oyunun ilk dəfə nə vaxt
baĢlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri
VIII əsrdə Ġngiltərədə yaĢayan saksonlar olub. Futbolu Qədim Yunanıstanda və Romada
təxminən 2500 il bundan əvvəl oynayıblar. Yunanıstanda bu oyun ―top uğrunda
mübarizə‖ adlandırılıb.
307
10. Ümumdünya İnsan hüquqlarının müdafiəsi günü
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”
Ulu öndər Heydər Əliyev
1948-ci ilin 10 dekabrında BMT-nin BaĢ Məclisi tərəfindən ―Ġnsan hüquqları haqqında
ümumi bəyannamə‖ qəbul edilmiĢdir. 1950-ci ildən baĢlayaraq isə hər il dekabr ayının
10-u bütün dünyada ―Beynəlxalq Ġnsan Hüquqları Günü‖ kimi qeyd olunur. Ġnsan
hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir.
Ġnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına
görə eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac
olmadan hər kəsə bərabər Ģəkildə aid edilməlidir. Avropada əsas insan hüquq və
azadlıqlarının qorunması üçün Azərbaycan Respublikasının da qoĢulduğu 4 noyabr
1950-ci il tarixli ―Avropa Ġnsan Hüquqları Konvensiyası‖ mövcuddur. Bu
konvensiyanın beynəlxalq müqavilələrdən baĢlıca fərqi ondan ibarətdir ki, Avropada bu
konvensiyaya əsaslanan və eyni zamanda real iĢləmə mexanizminə malik əsas insan
hüquq və azadlıqlarını qoruyan Avropa Ġnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir.
Ġnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun
olaraq aĢağıdakı kimi ifadə olunur: Hər bir insan onun malik olduğu irqdən, cinsdən,
dildən, dindən, siyasi və digər baxıĢlardan, milli və sosial mənĢəyindən, mülkiyyətdən,
doğum və baĢqa hallardan asılı olmayaraq təmin olunmuĢ insan hüquqlarına malikdir.
308
11.Ümumdünya Uşaq Televiziyası Günü
.
“Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq
uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq
uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır".
Ulu öndər Heydər Əliyev
Ötən əsrin sonlarından BMT tərəfindən hər il
dekabrın 11-i UĢaqların Beynəlxalq Televiziya və
Radio Günü kimi qeyd olunur. (YUNĠSEF-in
(BMT UĢaq fondu) təĢəbbüsü ilə 1992-ci ildən
qeyd olunur. Ümummilli lider Heydər Əliyev
tərəfindən 1998-ci il mayın 19-da imzalanmıĢ
"UĢaq
hüquqları
haqqında"
Azərbaycan
Respublikası Qanununun 3-cü maddəsində deyilir:
―UĢaqlar barəsində dövlət siyasəti hər bir uĢağın
zəruri maddi və məiĢət Ģəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər
əsasında təhsil almasının, layiqli vətəndaĢ kimi formalaĢmasının təmin edilməsinə
yönəldilir‖. UĢaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il
tarixdə qüvvəyə minmiĢ ―Valideynlərini itirmiĢ və valideyn himayəsindən məhrum
uĢuqların sosial müdafiəsi haqqında‖ Azərbaycan Respublikasının Qanunudur. Ulu
öndərimiz Heydər Əliyev həmiĢə uĢaqların bu əlamətdar günündə onlarla bir yerdə
olmağı çox sevirdi. Ulu öndər uĢaqlara göstərilən bu diqqəti belə dəyərləndirirdi. Belə
ki, Televiziya və Radio Günü ilə əlaqədar uĢaqların hazırladığı mərasimdə iĢtirak
etməkdən böyük zövq alırdı. Fərəhlə demək olar ki, uĢaq və gənclərə göstərilən
diqqətin, qayğının daha da artırılmasında ölkə Prezidenti Ġlham Əliyevin xidməti
çoxdur. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması
buna əyani sübutdur. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ĠSESCO-nun
xoĢməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu yolda
gördüyü iĢlər xüsusi qeyd edilməlidir. Fondun ―YeniləĢən Azərbaycana yeni məktəb‖
layihəsi çərçivəsində həyata keçirilən geniĢmiqyaslı inĢaat və yenidənqurma iĢləri
bölgələrimizdə uĢaqların təhsili üçün gözəl imkan yaratdı. Azərbaycanın ən ucqar dağ
kəndində də belə uĢaqların təhsili üçün hər cür Ģəraiti olan təhsil ocaqlarının tikilməsi
bu qayğının təzahürü kimi təqdir edilməlidir. Təbii ki, uĢaqların diqqətini çəkən, onların
maraq dairəsinə daxil olan vərdiĢlərdən biri də televiziyadır. Hər bir kanalın uĢaqlar
üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır. Bu sarıdan Azərbaycan Televiziya
və Radio VeriliĢləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uĢaqlar üçün
proqramlar hazırlanması diqqət çəkir. Ġstər AzTV-də, istərsə də onun ―Mədəniyyət‖
kanalında uĢaq və gənclərə həsr olunan veriliĢlərin təkcə adlarına fikir verək: ―Təmas
nöqtəsi‖, ―Tələbə dünyası‖, ―Mən də uĢaq olmuĢam‖, ―ÇoxbilmiĢlərdənsinizmi?‖, ―Mən
Azərbaycanlıyam‖, ―Müasir Azərbaycan gəncliyi‖, ―Biləyən‖, ―Bəbək‖, ―Ana dili‖,
―Əlaçı‖ və s.
|