15.Yazıçı Vaqif Musanın anadan olmasının 85 illiyi (15.01.1936-24.10.1996)
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin
üzvü (1964)
Musayev Vaqif Məmmədyusif oğlu 1936-cı ilin yanvarın 15-də Quba rayonunun
Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra
ADU-nun filologiya fakültəsində təhsil almıĢdır (1960-1965).
Ġlk hekayəsi –―KiĢi, qadın və qız‖ 1965-ci ildə ―Azərbaycan‖ jurnalında çap olunub.
Əmək fəaliyyətinə ―Azərbaycan‖ jurnalının nəsr Ģöbəsində ədəbi iĢçi kimi baĢlamıĢdır
(1965-1976). 1991-ci ildən ömrünün sonuna kimi ġərq-Qərb nəĢriyyatında nəsr
Ģöbəsinin müdiri vəzifəsində çalıĢmıĢdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü
olmuĢdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (―Od,
yaxud gecə mahnısı‖, ―Bəyim çayı boyunca‖, ―Səhər mehi‖ və s.) müəllifidir. Vaqif
Musayev 1996-cı il oktyabrın 24-də vəfat etmiĢ, Rustov kəndində dəfn edilmiĢdir.
Əsərləri: ‖KiĢi, qadın və qız‖(1967), ―Od, yaxud gecə mahnısı‖(1973), ―Səhər
mehi‖(1978), ―Bəyim çayı boyunca‖(1982), ―Ömrün də yazı varmıĢ‖(1988), ―Sənin
yolunda‖(1994) və s.
13
17.Şairə Mədinə Gülgünün anadan olmasının 90 illiyi (17.01.1926-17.02.1991)
“Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın qəlbinin münbit
əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq,
doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində
həmişə öz əksini tapmışdır”.
Professor Bəkir Nəbiyev
“Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Onun qəlbində vətən
həsrəti, analıq duyğuları, mübarizə eşqi bir vəhdət təşkil edir. Ürəyində belə gözəl
duyğular yaşadan şairənin yolu daim yüksəlişədir!”
Xalq şairi Mirvari Dilbazi
Mədinə Gülgün-Azərbaycan şairəsi, Azərbaycanın
əməkdar incəsənət xadimi. Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı"
ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və
digər medallarla təltif olunmuşdur.
Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində
anadan olmuĢdur. M.Gülgün Azərbaycan Pedaqoji Ġnstitutu-
nun dil və ədəbiyyat fakültəsini bitirmiĢdir. Mədinə Gülgünün ilk
yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə
illərinə təsadüf edir.Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini
təĢkil edir. Onun Ģeirlərində baĢlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan
irəli gəlirdi. Mədinə Gülgünün poeziyasının ağır sinaqlarla dolu olan yollarında ilk
addımıarını atdığı gündən onun lirasının ötdüyü nəğmələrin baĢ ahəngini xalqa,doğma
vətənə övlad məhəbbəti,oxucularını ağ günlərə və qurtuluĢ uğrunda döyüĢlərə çağırıĢ
nidaları baĢlıca motivlərini təĢkil etmiĢdir. Onun əsərləri bir sıra xarici
ölkələrin dillərinə tərcümə olunmuĢdur. ġairin Bakıda və Moskvada ―Təbrizin baharı‖
(1950), ―Savalanın ətəklərində‖ (1950); ―Sülhün səsi‖ (1951); ―Yadigar üzük‖
(1953); ―Təbriz qızı‖ (1956); ―Firudin‖ (poema) (1963); ―Dünyamızın sabahı‖ (1974);
―Durnalar qayıdanda (1983); ―Dünya Ģirin dünyadır‖ (1989) ―Çinar olaydı‖, ―Arzu bir
ömürdür‖, ―Yora bilməz yollar məni‖ (1978), ―Könlümü ümidlər yaĢadır‖ və onlarca
diğər Ģeir kitabı dərc olunmuĢdur. Bu kitabların baĢlıca mövzusu insan,
azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir.
Onun lirik Ģeirlərinə mahnılar bəstələnmiĢdir. Mədinə Gülgün 17 fevral 1991-ci
ildə Bakıda vəfat etmiĢ, Fəxri Xiyabanda dəfn olunmuĢdur.
Əsərləri: ―Təbrizin baharı‖ (1950), ―SeçilmiĢ əsərləri: ġeirlər və poemalar‖ (1986),
‖Yadigar üzük‖ (1953), ‖Pərvanə‖(1955), ‖Günlər və xatirələr‖ (1959), ‖Firidun‖
(1963), ‖Dünyamızın sabahı‖ (1976), ‖Arzu da bir ömürdür: (ġeirlər və poemalar)‖
(1976), ‖Ömrün payız dayanacağı‖ (1983), ‖Dünya Ģirin dünyadır‖ (1989), ‖Mən bu
ömrü yaĢadım‖ (1997), ―Yora bilməz yollar məni‖ (1978), ―Çinar olaydı‖ (1985),
‖Qürbət elə qürbətdi; Bir dəli rüzgarım...; DanıĢım danıĢmayım..;‖ (ġeirlər) (1993),
―Sarı bülbül‖ (ġeirlər) (1992) və s.
14
19.Yazıçı, publisist Əşrəf İbrahimovun anadan olmasının 75 illiyi
(19.01.1941-09.12.2000)
İbrahimov Əşrəf Məmmədvəli oğlu nasir, publisist, 1988- ci
ildən Azərbaycan Yazıçılar Birliyinin və Rəssamlar
Birliyinin üzvü (1981)
1941 - ci il yanvarın 19-da Azərbaycanın VartaĢen (indiki Oğuz) rayonunun Yaqublu
kəndində kolxozçu ailəsində doğulmuĢdur. Orta məktəbi VartaĢendə bitirmiĢ, Ə.
Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirmiĢdir
(1959-1964), Azərbaycan SSR Dövlət Musiqi Mədəniyyəti Muzeyində tərtibçi-
rəssam(1967-1969) iĢləmiĢdir. ADU- nun jurnalistika fakultəsində təhsilini davam
etdirmiĢdir(1965-1971). Azərbaycan Dövlət Televiziya və Radio VerliĢləri ġirkətində
―Gənclik‖ redaksiyasında kiçik redaktor, məktəblilər üçün veriliĢ redaksiyasında,
ədəbiyyat və incəsənət redaksiyasında redaktor, böyük redaktor olmuĢdur(1970-1978).
―Ədəbiyyat və incəsənət‖ qəzetində təsviri incəsənət Ģöbəsinin müdiri(1978-1991),
―Ġncəsənət‖qəzetinin baĢ redaktoru (1991-2000) olmuĢdur. Hekayə və publisist yazıları
dövri mətbuatda 1969- cu ildən müntəzəm dərc olunmuĢdur. ƏĢrəf Ġbrahimov 2000-ci il
dekabrın 9-da Bakıda vəfat etmiĢdir.
Əsərləri: ―Talelər‖ (1971), ―Azərbaycan mənzərəsi‖ (1975), ―Bəyli kəndinin evləri‖
(1985), ―Hafiz Məmmədov‖ (1985), ―Hacağa Nəzərov‖ (1986), ‖Hekayələr‖ (1990),
―Sultan Məhəmməd‖ (1992), ‖Əminə Dilbazi‖ (2000) və s.
15
22.Yazıçı Məmmədrza Afiyətin anadan omasının 90 illiyi (1926-1995)
Məmmədrza Afiyət ədəbiyyat və mədəniyyətimizi müvəffəqiyyətlə təmsil edən
müəlliflərdəndir.
Yazıçı-publisist Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-
cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaĢı
olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə
baĢa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan
yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi
məktəbə daxil olaraq, təhsilini uğurla baĢa vurub. Sonra
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə
məĢğul olub. 30 ilə yaxın ―Azərbaycan‖ qəzetinin baĢ redaktoru
vəzifəsində çalıĢıb. Azərbaycan Yazıçılar Ġttifaqının üzvü olan Afiyət mətbuatda
çalıĢdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, BalaĢ Azəroğlu,
Bəxtiyar Vahabzadə kimi yazıçı və Ģairlərlə iĢləyib, dostluq və əməkdaĢlıq edib. Fars
dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra
dilləri mükəmməl bilmiĢ və ədəbi-bədii fikrin formalaĢmasında mühüm rol oynamıĢdır.
Onun müxtəlif vaxtlarda ―Səttərxan‖, ―Ürəkdə iĢıq‖, ―Atamı istəyirəm‖ adlı kitabları
nəĢr edilib.
Əsərləri: ―Alov‖ (1959), ―Atamı istəyirəm‖ (1961), ―Sərdari-milli Səttərxan‖ (1968),
‖MəĢrutə Ġnqilabı və Pəhləvi dərbarının xəyanətləri‖ (1978), ―Sərdare-milli Səttərxan‖
(1980), ―Ürəkdə iĢıq‖ (1984) və s.
Tərcümələri: ―Balaca qara balıq‖ (1978), ―Cuğundur satan oğlan‖ (1960), ―Səməd
Bəhrəngi. Məhəbbət nağılı‖ (1987) və s.
16
27. İsmayıl bəy Qutqaşınlının anadan olmasının 210 illiyi (1806-1855)
Qutqaşınlı İsmayıl bəy Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı.
―İ. Qutqaşınlı rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş,
dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur."
Salman Mumtaz
Ġsmayıl bəy QutqaĢınlı 27 yanvar 1806-cı ildə keçmiĢ
QutqaĢın mahalında (indiki Qəbələ) anadan olmuĢdur.
Ġsmayıl bəy QutqaĢınlı uĢaqlıq və gənclik illərində dini
təhsil almıĢ, ərəb, fars dillərini öyrənmiĢ, klassik
Azərbaycan və ġərq ədəbiyyatı ilə yaxından tanıĢ
olmuĢdur. Ġsmayıl bəy QutqaĢınlı uĢaqlıq və gənclik
illərində dini təhsil almıĢ, ərəb, fars dillərini öyrənmiĢ,
klassik Azərbaycan və ġərq ədəbiyyatı ilə yaxından tanıĢ
olmuĢdur. Xidmət illərində Ġ. QutqaĢınlı bir sıra
mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmıĢ, rus və Qərbi Avropa
mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiĢ, dövrünün ən savadlı Azərbaycan
ziyalılarından biri olmuĢdur. Eyni zamanda o, Azərbaycanın böyük maarifçi alimləri -
Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və baĢqaları ilə
yaxından dostluq etmiĢdir. Bu Ģəxslər Azərbaycan ədəbiyyatında ―Paqonlu maarifçilər‖
adı ilə məĢhurdurlar. Ġsmayıl bəy QutqaĢınlı 1852-ci ildə arvadı ilə Yaxın ġərq
ölkələrinə səyahətə getmiĢdir. Böyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində
olmuĢdur. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuĢ ―Səfərnamə‖ adlı yol
qeydlərini yazmıĢdır. Əsər QutqaĢınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində
böyük əhəmiyyət daĢıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmıĢdır. Ġsmayıl bəy
QutqaĢınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır.
QutqaĢınlı yaradıcılığının Ģah əsəri ―RəĢid bəy və Səadət xanım‖ əsəridir. Ġ.QutqaĢınlı
―Miskin‖ təxəllüsü ilə Ģeirlər də yazmıĢdır. Təəssüf ki, onun əlyazmaları 1930-cu illərdə
repressiya dövründə məhv edildiyindən bizə gəlib çatmayıb. Ancaq ona aid olması iddia
edilən və 1973-cü ildə aĢkarlanan, 1999-cu ilin aprelin 22-də Qəbələdə "Qəbələ"
qəzetində nəĢr edilən ―Ġki quĢun söhbəti‖ adlı Ģeir də var. Bu məsələ hələ də mübahisə
mövzusudur.
1855-ci ildə Ġsmayıl bəy
QutqaĢınlı Qəbələdəki Soltanbaba
qəbiristanlığında dəfn edilmiĢdir. Ġsmayıl bəy QutqaĢınlının adı Azərbaycan xalqının
qəlbində daim yaĢayır. Qəbələ Ģəhərinin mərkəzi küçələrindən birinə Ġsamyıl bəy
QutqaĢınlının adı verilmiĢdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmıĢ, xatirə-
ev muzeyi yaradılmıĢdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də
QutqaĢınlının adı verilmiĢdir.
Əsərləri: ―RəĢid bəy və Səadət xanım‖, ―Səfərnamə‖, ―Ġki quĢun söhbəti‖, ―Tutu‖ və s.
17
30.Ədəbiyyatşünas Araz Dadaşzadənin anadan olmasının 80 illiyi
(30.01.1936- 02.11.1990)
Araz Məmməd Arif oğlu Dadaşzadə - Azərbaycan tənqidçisi
və ədəbiyyatşünası, əməkdar elm xadimi. Araz Dadaşzadə
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya
heyətinin və elmi-redaksiya şurasının (1976-1990),
Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-
1990), ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiya heyətinin
(1977-1982) üzvü olmuşdur. 1989-cu ildə Araz Dadaşzadəyə
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı
verilmişdir.
Araz DadaĢzadə 1936-cı il yanvarın 30-da Bakı Ģəhərində akademik Məmməd Arif və
görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuĢdur. Araz DadaĢzadə
1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə
daxil olmuĢdur. Araz DadaĢzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet
Ensiklopediyasının nəĢrə hazırlanması və nəĢri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-
ci illərdə Ensiklopediyanın BaĢ redaksiyasında Ədəbiyyat və Ġncəsənət redaksiyasının
müdiri, 1976-1988-ci illərdə isə baĢ redaktorun birinci müavini iĢləmiĢdir. A.DadaĢzadə
1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının
BaĢ redaktoru vəzifəsində çalıĢmıĢdır. A.DadaĢzadə ədəbi fəaliyyətə 1956-cı ildə
―Azərbaycan gəncləri‖ qəzetində çıxan ―Tərli kürəklər‖ kinofilminə yazdığı eyniadlı
resenziya ilə baĢlamıĢ, müxtəlif vaxtlarda ―Kral Lir‖, ―Dədə Qorqud‖, ―DərviĢ Parisi
dağıdır‖ və s. filmlərə həsr edilmiĢ məqalələrin müəllifi olmuĢdur. O, 1964-cü ildə
―M.P.Vaqifin yaradıcılığı‖ mövzusunda namizədlik, 1977-ci ildə isə ―XVIII əsr
Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)‖ mövzusunda
doktorluq dissertasiyası müdafiə etmiĢdir. Araz DadaĢzadə 1990-cı il noyabrın 2-də
vəfat etmiĢ və Bakıda, ikinci Fəxri xiyabanda dəfn olunmuĢdur.
Əsərləri: ‖Molla Pənah Vaqif (həyat və yaradıcılığı)‖ (1966), ‖Molla Pənah Vaqif
(həyat və yaradıcılığı haqqında oçerk)‖ (1968), ‖Həyat müğənnisi‖ (1968), ‖XVIII əsr
Azərbaycan lirikası‖ (1980), ‖Xeyirxahlıq və gözəllik poeziyası‖ (1986) və s.
18
Xarici ədəbiyyat
12.Amerika yazıçısı Cek Londonun anadan olmasının 140 illiyi (1876- 1916)
“İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır.”
Cek London
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar, 1876 -
22 noyabr, 1916) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə
dolu hekayə və romanlar müəllifi
Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-
Fransisko Ģəhərində anadan olmuĢdur. Cek London çox kiçik
yaĢlarından ağır zəhmətə qatlaĢmalı olur. Məktəbli illərində
qəzetlər satır, on dörd yaĢında isə konserv fabrikinə iĢə düzəlir.
Lakin iĢi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan
olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məĢğul olur.
1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz piĢiyi ovuna çıxan gəmiyə
matros düzəlir. Ġlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun
gələcək yaradıcılığına böyük təsir göstərir. Əsərlərinin motivləri əsasında 50-dən artıq
film çəkilmiĢdir. Cek London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə
gəlir və bu gəliĢ kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri
gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston,
1900), "Atalarının tanrısı" (Çikaqo, 1901), "ġaxtanın övladları" (Nyu-York, 1902),
"Ġnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "ĠtirilmiĢ sima" (Nyu-
York, 1910) hekayələrindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904),
"Martin Ġden" romanları yazıçıya böyük Ģöhrət gətirir. 1894-cü ildə Buffaloda 30 gün
müddətinə həbs edilən London daha sonra Oaklanda geri qayıtdı və Oakland Litseyinə
yazıldı. Burada ―Aegis‖ məktəb jurnalında bəzi yazıları nəĢr edilir. Cek London 1916-ci
il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen Ģəhərciyində vəfat edir.
Əsərləri: ―Yaponiya sahillərində tayfun‖, ―Canavar oğlu‖ (Boston, 1900), ―Atalarının
tanrısı‖ (Çikaqo, 1901), ―ġaxtanın övladları‖ (Nyu-York, 1902), ―Ġnsana inam‖ (Nyu-
York, 1904), ―Ayüzlü‖ (Nyu-York, 1906), ―ĠtirilmiĢ sima‖ (Nyu-York, 1910)
hekayələrindən ibarət toplu, ―Qarlar qızı‖ (1902), ―Dəniz canavarı‖ (1904),
‖Martin Ġden‖, ―Həyat eĢqi‖ və s.
19
13.İngilis yazıçısı ssenarist Maykl Bondun anadan olmasının 90 illiyi (13.01.1926)
Ġngilis yazıçısı, ssenaristi Maykl Bond 13 yanvar 1926-cı ildə
Böyük Britaniyanın cənub-Ģərqində, Nyuberidə, BerkĢir
qəsəbəsində anadan olmuĢdur. ―Ayı balası Paddinqton‖
haqqında məĢhur kitablar seriyasının müəllifidir.
M.Bond 1945-ci ildə yazıçılığa baĢlayır. 1958-ci ildə artıq bir
çox pyeslərin və hekayələrin müəllifi olan yazıçı, Paddinqton
haqqında ilk hekayəsini nəĢr etdirir. BBC-də çalıĢan M.Bond
1965-ci ildə artıq bu balaca ayı haqqında hekayələr seriyasını
dərc etdirir. Bundan sonra radiodan iĢdən çıxan yazıçı özünü
bütünlüklə yaradıcılığa həsr edir. Yazıçı 1997-ci ildə Britaniya
imperiyası ordeni ilə təltif edilmiĢdir. Hal-hazırda Londonda yaĢayır. 2007-ci ildə
Redinq universitetinin ədəbiyyat üzrə doktoru seçilmiĢdir.
14.Rus yazıçısı Anatoli Rıbakovun anadan olmasının 105 illiyi (14. 01.1911)
Rus yazıçısı Anatoli Rıbakov 14 yanvar 1911-ci ildə yəhudi ailəsində anadan olmuĢdur.
1930-cu ildə Moskva Nəqliyyat mühəndisləri institutuna daxil olmuĢ, lakin
komsomoldan və institutdan xaric olunaraq sürgün olunmuĢdur. 1941-ci ildən
müharibədə müxtəlif cəbhələrdə vuruĢmuĢ, Berlinin alınmasında iĢtirak etmiĢdir. 1998-
ci ildə Nyu-Yorkda vəfat etmiĢdir. 1947-ci ildə yaradıcılığa baĢlayan A.Rıbakov gənclər
üçün macəra əsərləri olan ―Bürünc quş‖ və s. povestləri qələmə alır. Ġlk romanı olan
―Sürücülər‖ 1950-ci ildə yazılmıĢdır. Yazıçı sonrakı illərdə ―Yekaterina Voronina‖,
―Ağır qum‖, ―Arbat övladları‖ və s. romanlarını qələmə almıĢdır.
Yazıçının əsərləri ümumi tirajı 20 milyon nüsxədən çox olmaqla 52 ölkədə nəĢr
olunmuĢ, çoxu ekranlaĢdırılmıĢdır.
20
14.Hyu Con Loftinqin anadan olmasının 130 illiyi (14.01.1886-1947)
Ġngilis uĢaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər
silsiləsinin müəllifi Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada,
Meydenxeddə (BerkĢir qraflığı) anadan olmuĢdur. ABġ-da Massaçusets texnoloji
institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmiĢdir. Mühəndis kimi
Kanadada, Cənubi Afrikada, Kubada iĢləmiĢdir. 1912-ci ildən Nyu-Yorkda yaĢamağa
baĢlayır. Onun yazıçılıq karyerası da burada baĢlayır.
H.C.Loftinq Birinci Dünya müharibəsində iĢtirak edir, yaralanır və ordudan
tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini
bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəĢr
etdirir. Yazıçı eyni zamanda mühazirələrlə çıxıĢ edir və daim öz gənc oxucuları ilə əlaqə
saxlayır. Sonralar Kaliforniyaya köçən yazıçı 1947-ci ildə burada vəfat edir.
Əsərləri: Doktor Dulittl haqqında əsərlər silsiləsi, Doktor Dulittlın səyahəti, Doktor
Dulittlın sirki, Doktor Dulittlın zooparkı, Hay-küyçü Nora və s.
21
17.Bencamin Franklinin anadan olmasının 310 illiyi (17.01.1706-17.04.1790)
Bencamin Franklin 1706-cı il yanvar ayının 17-də Bostonda də-
mirçi ailəsində anadan olmuĢdur. 13 yaĢından tipoqrafiyada
iĢləməyə baĢlamıĢdır. Artıq 16 yaĢına çatanda yerli qəzetlərdə
məqalələri çıxmağa baĢlayır. Lakin Boston ona cansıxıcı
gəldiyindən o Pensilvaniyaya - Filadelfiya Ģəhərinə gəlir. Orada
özünə çox böyük Ģöhrət qazanır və Filadelfiya qubernatoru
tərəfindən Londona göndərilir. Bir çoxları bilməsə də məhz
Bencamin Franklin tərəfindən dünyada ilk dəfə olaraq öz
üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan
klub yaradılmıĢdır. Həmin dövr üçün bu, görünməmiĢ addım
idi. Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü ildə Amerika Fəlsəfə
cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı bu dahi Ģəxsiyyət olmuĢdur.
Franklin bütün koloniya nümayəndələrinin iĢtirakı ilə konqressin çağırılmasının ilk
təĢəbbüskarlarından olmuĢdur. 1757-1775-ci illərdə Franklin ġimali Amerika
koloniyalarının Londonda təmsilçisi olmuĢdur. Azadlıq Müharibəsi baĢlayan kimi o öz
vətəninə qayıtmıĢdır. Tezliklə Parisə yenidən nümayəndə kimi göndərilmiĢdir. Onun
xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danıĢıqları uğurla baĢa çatır.
1783-cü ildə Versal danıĢıqlarında Böyük Britaniyanın Amerikanı suveren və müstəqil
olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin
uğurlu sonluğunun və bugünkü qüdrətli Amerika dövlətinin təməlini qoyan və dövlətin
xarici düĢmənlərini neytrallaĢdıran Ģəxsiyyət idi. 1785-ci ildə vətəninə qayıdanda
qanunverici yığıncağın prezidenti seçilir. Onun digər bir xidməti də ABġ
Konstitusiyasının hazırlanması zamanı yaxından bu iĢdə kömək etməsi olmuĢdur.
Bencamin Franklin Amerika BirləĢmiĢ ġtatlarının banilərindən biri, yüksək intellektə
sahib olmaqla, yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı,
dövlət xadimi və diplomat kimi məĢhurluq qazanmıĢdır. Elmdə elektrik və optika
sahəsindəki tədqiqatları ilə tanınır. O, ABġ-da ilk ictimai kitabxananın və
Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır. Bencamin Franklin ABġ-ın
baniləri arasında yeganə Ģəxsdir ki, Amerika BirləĢmiĢ ġtatlarının yaranmasında əsas rol
oynayan hər üç sənədə imza atmıĢdır. Bunlar ABġ Ġstiqlal Bəyannaməsi, ABġ
Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni
bitirən 1783-cü il Versal sülh müqaviləsidir. 1928-ci ildən Franklinin portreti ABġ-ın
100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur. Onun dahiliyi həm də onda idi
ki, o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil, həm də alim kimi o dövrün ən
məĢhur simalarından idi. Belə ki, müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları
ilə bağlı elmi yanaĢmanın banilərindən biri də Bencamin Franklin olmuĢdur. Franklin,
yaĢamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququnu insanın təbii ayrılmaz
hüquqlarından sayırdı. Onun elmi pamfletləri və məqalələri əsasında günlərimizdə ən
inkiĢaf etmiĢ dövlətlər insan hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən
edirlər. Bencamin Franklin 1790-cı il aprel ayının 17- də vəfat etmiĢdir.
|