MƏDƏNİYYƏt və turizm naziRLİYİ Şəki Regional Mədəniyyət və Turizm İdarəsi Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Yüklə 110.9 Kb.
tarix29.07.2017
ölçüsü110.9 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi
zaqatala1

Xocalı fəryadı


Zaqatala-2017


AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Zaqatala rayon

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xocalı fəryadı

Zaqatala-2017
Tərtib edənlər : S.Rəhimova- metodika və

biblioqrafiya şöbəsinin

böyük metodisti

Redaktor: G.Məmmədova- MKS-nin direktoru

Kompyuter

yığımı: S.Rəhimova- metodika və

biblioqrafiya şöbəsinin

böyük metodisti


Xocalı fəryadı: Metodiki tövsiyələr/ tərt.ed. S.Rəhimova; N.Gəncəvi adına Mərkəzi kitabxana.-Zaqatala,2017.-14s.

N.Gəncəvi adına Mərkəzi kitabxana,2017

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.

Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır.

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etsin.

 

İlham Əliyev



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2017-ci il.



Xocalı soyqırımı
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Bu mənfur siyasət xalqımıza saysız- hesabsız müsibətlər və əzab əziyyətlər gətirmişdir.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı irəli sürdüyü yeni ərazi iddiaları azərbaycanlıların doğma torpaqlarından kütləvi surətdə zorla qovulmasına , coxsaylı terror aktları ilə müşayiət olunan genişmiqyaslı amansız müharibəyə gətirib çıxardı. Nəticədə on minlərlə insan həlak oldu, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi, onun müdafiəçilərinə və dinc sakinlərinə qanlı divan tutulması bu faciələrin ən dəhşətlisi idi.

Yüzlərlə insan-qadın, uşaq, qoca xüsusi vəhşiliklə qətlə yetirildi və işgəncələrlə öldürüldü. Xocalı faciəsi öz qəddarlığına, kütləviliyinə və törədilən cinayərlərin ağırlığına görə bəşəriyyətə qarşı ağır cinayətlər sırasına daxil olmuşdur.

Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız , o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideyinindən , 130 uşaq isə valideynlərindən birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Azərbaycan hökuməti və parlamenti 1994-cü ildən başlayaraq Xocalı soyqırımı, bütövlükdə erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi dünya dövlətlərinə , parlamentlərinə, ictimaiyyətinə çatdırmaq, bütün bunların soyqırım kimi tanınmasına nail olmaq xətti yeridir.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament Assambleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməmişdir.

Bu gün Azərbaycan xalqı sabaha ümidlə baxır. Azərbaycan rəhbərliyi, möhtərəm prezidentimiz İlham Əliyev işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək üçün bütün mümkün vasitələrdən istifadə edir.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü

ilə əlaqədar kitabxanaların qarşısında

duran vəzifələr.
2017-ci il fevralın 26-da Xocalı soyqırımının 25-ci ildönümü tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 24 yanvar 2017-ci il tarixdə “Xocalı soyqırımının iyirmi beşinçi ildönümü” haqqında sərəncam imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə əlaqədar olaraq bütün mədəni-maarif müəssisələrində o cümlədən kitabxanaçıların qarşısında da mühüm vəzifələr durur. Bu münasibətlə hər bir kitabxanada tədbirlər planı işlənib hazırlanmaldır. Bu mövzudan bəhs edən kitabların, həmçinin dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından, kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, oxucu konfranslarından, biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən və s.geniş şəkildə istifadə edilməlidir.

Tədbirlərin başlanğıcı üçün sərgilərin təşkili vacibdir. Sərgilərin təşkilində aşagıdakı başlıqlardan istifadə etmək olar. ”Əsrin faciəsi”, ”Əsrin faciəsi -25 il”, “Qarabağım ,qəm ocağım” və s. başlıqlardan istifadə etmək olar. Sərgi üçün nəzərdə tutulan materialları aşagıdakı formada yerləşdirmək olar.


1. Başlıq: ”Əsrin faciəsi”

2. Əliyev İ. Xocalı soyqırımının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan, 24 yanvar.-2017-ci il.

3.Sitat: Xalqımızın çox qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir xocalı sakininin öz torpağına, millətinə, vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır-vəhşiliyin görünməmiş təzahürüdür.

Heydər Əliyev

ümummilli lider
4. Kitabların sərgisi

5. Dövrü mətbuatda nəşr olunan materiallar.

Kitabxanaçılar mövzu kartotekasının tərtib edilməsinədə fikir verməlidirlər. Xocalı soyqırımı ilə əlaqədar dövrü mətbuatda dərc olunan materialların kartotekasını hazırlayıb oxucuların istifadəsinə verməlidirlər.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü münasibəti ilə oxucularla sual-cavab gecələrinin keçirilməsi olduqca əhəmiyyətlidir. Kitabxanaçılar sual- cavab gecələrinin keyfiyyətli hazırlanmasına, sualların aktuallığına və onların rəngarəngliyinə xüsusi fikir verməlidirlər.

Kitabxanada “ Əsrə sığmayan faciə “, “Tarixin qanlı səhifəsi” və s. mövzusunda oxucu konfransları təşkil etmək məqsədə uyğun olardı. Oxucu konfransının keçirilməsi üçün qabaqcadan ayrıca proqram tərtib edilməlidir. Proqramda keçiriləcək tədbirin adı, məruzəçinin və eləcə də çıxış edəcək şəxslərin adları göstərilməlidir.Tədbirin harada və nə vaxt keçiriləcəyi də qabaqcadan müəyyın edilməlidir. Fonddan konfransın mövzusuna uyğun ədəbiyyat seçilərək məruzəçiyə və çıxışçılara tövsiyə olunmalıdır. Kitabxanaçı konfransda çıxış edəçək hər oxucunu kitablarla təmin etməlidir.Onların çıxışa hazır olduqlarını müəyyənləşdirdikdən sonra konfransın vaxtını təyin edib, elan yazmaq olar.Oxucu konfransının gedişatı haqqında protokol yazılmalı, həmin protokol və məruzəçinin çıxışının mətni kitabxanada saxlanılmalıdır.

Kitabxanalarda keçirilən kütləvi tədbirlərdən biri də biblioqrafik icmaldır. ”Qarabağ müharibəsi bədii ədəbiyyatda” başlığı altında biblioqrafik icmalın təşkil edilməsidə vacibdir.

Kitabxanalarda “Xocalı fəryadı “adlı bədii kompazisiya təşkil etmək olar .
Xocalı faciəsinin 25-ci illiyinə həsr olunmuş

Xocalı fəryadı “ adlı bədii kompazisiyanın


S S E N A R İ S İ
I aparıcı Bir nəğmə eşitmişəm

“Hardan başlanır Vətən?”

Dayan, qardaş, qoy deyim:

Harda şəhid torpaq var,

Ordan başlanır Vətən .

Xocalıdan başlanır

Xocalıdan bu Vətən.
II aparıcı Salam hörmətli tədbir iştirakçıları. Xocalı faciəsinin 25-ci illiyinə həsr olumuş tədbiri açıq elan edirik .

Burada Azərbaycan Respubliksının himni səslənir.
I aparıcı Söz __________________________ verilir.
II aparıcı Əsrlərdən bəri doğma vətənimiz Azərbaycanın zəngin təbii sərvətləri, dünya xəritəsində tutduğu əlverişli mövqeyi böyük imperiyaların daim diqqətində olmuşdur. Torpaqlarımızda yer, süfrəmizdə çörək verdiyimiz nankor ermənilər ac imperiyaların dəstəyinə arxalanaraq dənizdən-dənizə böyük Ermənistan yaratmaq xülyası ilə dönə-dönə torpaqlarımıza basqınlar etmiş, faciələr törətmiş, dövlətimizin içində

dövlət yaratmışlar


I aparıcı Zaman-zaman Azərbaycan xalqının səlnaməsində ermənilərin əli ilə yazılmış qanlı səhnələr, faciəli tarixlə sıralanmışdır. Xocalı soyqırımı xalqımızın ən yeni tarixinin qanlı mürəkkəbi qurumamış səhifəsidir. Xocalı soyqırımı, sanki uzun illərdən bəri ermənilərin törətdiyi 1905-ci il qırğını, 1918-ci il Şamaxı, Quba, Bakı qətliamını unutduğumuz üçün tarixin bizə verdiyi acı yaddaş dərsidir.
II aparıcı Bu gün Xocalı soyqırımının, Xocalı faciəsinin iyirmi beşinci ildönümüdür. Erməni vandalizminin, erməni qəddarlığının açıq nümunəsi olan o qanlı fevral gecəsini hər il bütün Azərbaycan xalqı ürək yanğısı ilə yad edir. Fevralın 26-sı yenə ölənlərə, qalanlara, öldüyü, qaldığı bilinməyənlərə yas tutulacaq!
I aparıcı Dağlıq Qarabağda ən qədim yaşayış məntəqələrindən biri olan Xocalı Ağdam Şuşa yolu üzərində, Əsgəranla Xankəndi arasında yerləşirdi. Xocalı hərbi məntəqə kimi də böyük əhəmiyyətə malik idi. Qarabağda yeganə aeroport burada yerləşirdi.

II aparıcı 1991-ci ilin dekabrında daralan mühasirə halqası şəhərin süqutunu günbəgün yaxınlaşdırırdı. Xocalı düşmən mühasirəsində barıt qoxulu,ölüm hədəli günlərini yaşayırdı.


I aparıcı Şəhər təpədən dırnağa qədər silahlanmış erməni diviziyası qarşısında əliyalın qalmışdı. Lakin fədakar Xocalı sakinləri bütün çətinliklərə sinə gərir, döyüşür və ümidlə kömək gözləyirdi.
II aparıcı İmdad diləyən Xocalı sakinləri hər dəfə fəryad çəkdikcə səsləri Qarabağ dağlarında əks-səda verib özlərinə qayıdır, daş ürəkli millət rəhbərlərinin heç tükü də tərpənmirdi. Fəlakət isə surətlə yaxınlaşırdı.
I aparıcı Dörd aydı düşmən məngənəsində çırpınırdı Xocalı, 4 aydı qeyrətinin, ümidinin dar ağacından asılı qalmışdı Xocalı. Başına od yağırdı, tüstüsü ərşə dirək, ah-naləsi, fəryadı göylərə bülənd olmuşdu Xocalının.

II aparıcı Fəqət , Bakı Xocalını eşitmirdi. Bakıda iqtidar vəzifə

xumarlığında , şirin yuxuda, müxalifət isə hakimiyyət ovunda idi.

I aparıcı Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir

II aparıcı Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideyinindən, 130 uşaq isə valideynlərindən birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Zəlimxan Yaqub”Xocalım, ay Xocalım”
I oxucu
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,

Əlvan saray, güllü bağ, gen aynəbənd varıydı.

Neçə dodağı şəkər, şöhrəti qənd varıydı,

Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.

Yoxdu daha , nağıldı,

İtdi batdı, nağıldı,

Mənim şirin qafiyəm, mənim üçcə hecalım,

Xocalım, ay Xocalım!


Ağzından alov saçan silahlar yedi səni,

İslahatlar,nəfslər, tamahlar yedi səni.

Bağışlanmaz, yuyulmaz günahlar yedi səni.

Göydə Allahı danan “allah”lar yedi səni,

Heç Allah götürərmi qisasımı gec alım?

Xocalım, ay Xocalım!
Neçə ki yer üzündə yamanlar, pislər yaşar,

İçi dolu qurd olan nankor xəbislər yaşar,

Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,

Neçə ki bu şeytanlar, cinlər , iblislər yaşar,

Gərək hər gün, hər saat yağılardan öc alım,

Xocalım, ay Xocalım!


II oxucu
Quruyub cadar olmuş dodaqlara nə deyim?

Kəsilmiş biləklərə, barmaqlara nə deyim?

Qar içində buz olmuş ayaqlara nə deyim?

Yaxınlar eşitmirsə , uzaqlara nə deyim?

Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,

Xocalım, ay Xocalım!


Nə möcüzə göstərim, nə cürə imkan tapım,

Qan itirən kəslərin damarına qan tapım?

Hansı yolu seçim ki, dərdinə dərman tapım,

Amansız cəmiyyətdə sənə nə aman tapım?

Millətəmi güvənim, torpaqdanmı güc alım?

Xocalım, ay Xocalım!


Sənə yas verənlərə yas dalınca yas gərək,

İgidlərim öyməli, oğullarım xas gərək.

Dəmirdən geyim gərək, poladdan libas gərək,

Ölümə ölüm gərək, qisasa qisas gərək,

Gərək səndən ötəri qala yıxım, bürc alım,

Xocalım, ay Xocalım!



III oxucu

Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,

Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.

Təslim olmaq yarımaz bu gün ağrıya ,aha

Yalvarmaq istəyirəm , Allaha,

Haqqımı qaytarmağa bir ömür də borc alım,

Xocalım, ay Xocalım !
Töküldülər üstümə quduz kimi, ac kimi,

Şumladılar yer kimi, qırdılar ağac kimi,

Dağıtdılar çöllərə əsir , yalavac kimi,

Səni qaldırammasam başım üstə tac kimi,

Tarixin yaddaşında çətin qalxım, ucalım,

Xocalım, ay Xocalım!



IV oxucu
Bizdən ürək istədin, ürək vermədik sənə,

Bizdən kömək istədin, kömək vermədik sənə

Bizdən qanad istədin, lələk vermədik sənə.

Aylarla su vermədik, çörək vermədik sənə,

Buraxdıq özbaşına əlimizdən cənnəti,

Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,

Xocalım, ay Xocalım!
Təzədən yandı xallar muğamın nəvasında,

Bayquşlar ötür bu gün bülbülün yuvasında

Biqeyrət oğulların şan-şöhrət havasında,

Kəmfürsət övladların vəzifə davasında,

Harayına çatmağa tapılmadı macalım,

Xocalım, ay Xocalım!


Yerbəyer eləməmiş sevincimi, dərdimi,

Bir-birindən seçməmiş, mərdimi, namərdimi

Əjdahalar əlindən qurtarmamış yurdumu,

Tanrının qırmancına döndərməmiş ordumu,

Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,

Xocalım, ay Xocalım!

XOCALIM, ay XOCALIM!!!
I aparıcı 1992-ci il fevralın25-dən 26-na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən 366-cı mototıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücüm etdilər.
IIaparıcı Fevralın 25-də güclü top atəşinə tutulan Xoca-lı aeroportu dağıdıldı. Aeroportun müdafiəsində 150 nəfər öldürüldü. Rus, erməni tanklarının qarşısını almaq mümkün olmadı.Həmin gecə dünyada misli görünməmiş faciə baş verdi.Ən müasir silahlarla silahlanmış 366-cı alay və erməni hərbi birləşmələri Xocalının uşaqlarını, qadınlarını, qocalarını gülləbaran elədi.

I aparıcı Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur.



Vaqif Nuri. “Xocalı fəryadı”
Bir şəhər var qəlbi yara

Körpələri olub şəhid

Soyqırımı vermir ara

Qoca tarix buna şahid


Mərmilərdən od püskürür

Həyat burda qana dönüb

Fevral ayı, qış gecəsi

Xocalımız külə dönüb


Qoca, cavan fərqi yoxdur

Əsir düşən güllələnir

Dağıdılır qədim yurdum

Ürəklərə od vurulur.


Kəsik başlar, kəsik qollar.

Tanınmayır üzlər burda.

Düşmən cəllad, qan içəndir.

Doymur qandan gözlər burda

Buludlar da qan ağlayır.

Mərmilər yeri dağlayır.

Ağ kəfənlər yağan qardır.

Buzlar da gözü bağlayır.

Ağızda dillər kəsilib,

Burun-qulaqlar kəsilib,

Ürəklərdə dönüb dərdə.

Neçə igid güllələnib.


Dağ çəkilib insanlara,

Gedən bilmir gedə hara

Yol axtarır, yolu yoxdur.

Bu zülümün sonu yoxdur.


Can-can deyir qoca, xəstə

Talan olmuş evlər yanır.

Od qalanıb sinə üstə

Tarixi bir şəhər yanır.


I aparıcı O gecə diri-diri yandırılanların, gözləri çıxarılanların, başı kəsilənlərin sayı-hesabı yox idi. Körpələrin belə qəddarlıqla öldürülməsi faktlarına hələ dünyanın heç bir yerində rast gəlinməmişdi. Xocalı faciəsi dünyanın ən dəhşətli faciəsi kimi tarixdə qalacaq.
I aparıcı Ağsaqqal qocaların, ağbirçək anaların ağ saçı al qana boyandı, oğullarımız erməni qəbirləri üstündə qurban kəsildi o gecə. Körpələrin bədənləri güllələrdən deşik-deşik edildi, süngərlərə keçirildi, qızlarımızın ləyaqəti tapdalandı o gecə.
Oktay Rza “Xocalı”
Tək qalıb vuruşdun darda, çətində.

İki müqəssir var müsibətində:

Daşnaq canilərlə, daxili quldurlar...

Mərmi yağdırdılar, pusqu qurdular.

Döndü yaralanmış mərdə Xocalı!

Bu qan qalmayacaq yerdə, Xocalı!


Neçə gənc ananın, məsum körpənin

Sinəsi atəşə hədəf, tuş oldu:

Bakıya çatanda harayın sənin

Sandım ki, mənim də dərim soyuldu.

Alışdı səma da, yer də , Xocalı!

Bu qan qalmayacaq yerdə, Xocalı!


Birləşib qələbə çalmasaq əgər,

Sənin qisasını almasaq əgər,

Demək nə dövlətik, nə xalqıq onda:

Batarıq zamanın burulğanında ...

Bir də söyləyirəm, bir də , Xocalı!

Bu qan qalmayacaq yerdə, Xocalı!


I aparıcı Erməni faşistləri öz havadarları ilə birlikdə Xocalıda cəhənnəm tonqalı çatdılar. Bu tonqal illər , əsrlər keçdikcə zaman –zaman qorlanacaq, qövr edən yaralarda, kəsilmiş ayaqlarda, çıxarılmış gözlərdə, dağlanan sinələrdə közərəcək.

II aparıcı Bu cəhənnəm tonqalından güc-bəla ilə yaxa qutaranlar erməni qatillərinin yurdlarında törətdiyi yanğınları fəlakətləri hər gecə yuxularında görəcək, minlərlə insanın bu dəhşətdən ərşə qalxmış naləsini ömür boyu yaddaşlarında yaşadacaq, yanar, canlı məşələ dönəcəklər.


I aparıcı 366-cı polkun gücündən , respublika rəhbərliyinin daxilindəki hərc- mətdlikdən, hakimiyyət davasından məharətlə istifadə edən min illik düşmənlərimiz ermənilər yurdumuzun dilbər guşəsi olan Xocalını 2 saatın içində yerlə yeksan etdilər.
II aparıcı Ermənilərin XX əsrin əvvəllərindən bəri havadarlarının himayəsi ilə xalqııza qarşı yönəltdikləri siyasət Xocalıda bütov əhalinin qeyri-adi vəhşiliklə qətlə yetirilməsi ilə nəti-

cələnmişdir.

II aparıcı Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü soyqırım xəttində analoqu olmayan, sivil dünyanın bəşəriyyət tarixinə qara ləkə kimi düşən , kütləviliyinə , vəhşiliyinə görə insanlığı heyrətə gətirən faciələrin ən dəhşətlisidir.
I aparıcı Xocalı soyqırımı XX əsrin sinəsindəki ən dərin yara, qanlı şırımdır.Əsrlər keçəcək, yeni-yeni nəsillər gələcək, amma bu şırımın üstünü heç zaman otlaq, daş-kəsək örtə bilməyəcək.
II aparıcı Xocalı soyqırımı bütün insani hisslərdən , duyğulardan uzaq olan erməni qəddarlığını bəşəriyyət qarşısında nümayiş etdirən tarixi bir akt, qanlı bir sənəddir.

I aparıcı Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.


II aparıcı 8 may 1992-ci ildə Şuşa, 18- may 1992-ci il Laçın, 2 aprel 1993-cü ildə Kəlbəcər, 23 iyul 1993-cü ildə Ağdam , 23 avqust 1993-cü ildə Cəbrayıl, 23 avqust 1993-cü ildə Füzuli, 31 avqust 1993-cü ildə

Qubadlı, 29 oktyabr 1993-cü ildə Zəngilan rayonları ermənilər

tərəfindən işğal olundu.

I aparıcı Ayrı düşdün öz elindən , xoş günündən Qarabağım! Qarı düşmən ayaq açdı pak sinənən murdar əli yara vurdu xilqətinə!


II aparıcı Üzdü səni, əzdi səni! Baharını xəzan etdi. Varlığını viran etdi.Əlim çatmır,

ünüm yetmir tapam səni. Sinə qoyam torpağına! Dizin –dizin sürünərək

hər qayanı, hər daşını öpüm sənin! Sən əbədi sinə dağım. Harda

qaldın, Qarabağım?


I aparıcı Uğurunda neçə-neçə oğulların, ərənlərin şəhid oldu. Kimi canın qurban verdi. Kimizi də bir quruca adı qalan, özü solan kürsüsünü qorumaqçün uf demədən səni, səni qurban verdi! Bax , beləcə oyunlara , məkrlərə əsir oldun, əsr düşən Qarabağım ! Naləm , ağım ! Harda qaldın, Qarabağım!


II aparıcı Xarı bülbül xar olubdu. Daha açmır, ətir saçmır o yerlərdə! Həsrətinin izi qalıb könüllərdə. Sən əbədi ömür yarım, xoş oylağım, yay yaylağım. Harda qaldın, Qarabağım!

I aparıcı Aran elim-Qarabağım güvənərdi sərt qayana, sərt daşına! Alınmazlıq qalasıtək , Şuşası tək iz salmışdın tarixlərin yaddaşına! Harda qaldın , şöhrət qalam?! İmdad gözü yolda qalan, qeyrət qalam?!


II aparıcı Yazıq millət hey aldanır ATƏT-lərin, boş ətlərin yağlı vədlər oyununda . Bir az da döz, sinəsi köz Qarabağım! Aran yurda arxa dağım, sinə dağım. Harda qaldın, Qarabağım!
Burada oxucu Zəlimxan Yaqub

Qarabağ ən çətin sualdı, qardaş” şeirinin söyləyir.


Görən Qarabağın qayıtmağını

Mən öz gözlərimlə görəcəyəmmi?

Şuşa qalasına bir qalib kimi,

Hayqıra-hayqıra girəcəyəmmi?


Görəsən nur alıb Cıdır düzündən

Xarı- bülbül kimi bitəcəyəmmi?

Vaqifin müqəddəs məqbərəsindən

Vaqifin dilində ötəcəyəmmi?
İsa bulağının başında yenə

Görəsən muğamat oxunacaqmı?

Sevən oğullara, sevən qızlara

Məhəbbət çələngi toxunacaqmı?


Görəsən önünə əzizlərimin

Şad bir xəbər kimi çıxacağammı?

Sevincim qəlbimə sığışmayanda

Daşaltı çayıtək axacağammı?


Görəsən güc alıb” Ərimgəldi”dən,

Torpağı qurtaran ər gələcəkmi?

Xəstə ürəklərə Şuşa havası,

Solmuş yanaqlara zər gələcəkmi?


Görəsən muştuluq gətirənlərə

Ömrümü pay kimi böləcəyəmmi?

Yoxsa bu ağrıyla dünyadan köçüb

Elə bu dərdlə də öləcəyəmmi?


Əgər iş qaldısa”goreşen”lərə,

Demək, yer üzünü su aldı, qardaş.

Min sualı varsa əsrin, zamanın,

Qarabağ ən çətin sualdı, qardaş

I aparıcı Azərbaycan hökuməti və parlamenti 1994-cü ildən başlayaraq Xocalı soyqırımı, bütövlükdə erməni şovinist millətçilərinin azərbycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi dünya dövlətlərinə, parlamentlərinə, ictimaiyyətinə çatdırmaq, bütün bunların soyqırım kimi tanınmasına nail olmaq xətti yeridir.
II aparıcı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, Avropa Parlament Assam-bleyasının və bir sıra beynəlxalq qurumların Ermənistan- Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində obyektiv həllini tapmasına dair qətnamə və qərarlarına baxmayaraq, bu günə qədər ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir nəticə verməmişdir.
I aparıcı Xocalı soyqırımı bütün insani hisslərdən , duyğulardan uzaq olan erməni qəddarlığını bəşəriyyət qarşısında nümayiş etdirən tarixi bir akt, qanlı bir sənəddir.
II aparıcı Yurd-yuva həsrəti ilə sinəsi göynəyən, bağrı şan-şan olan Xocalılar ,

illərdən bəri gözləri qan-yaş tökən, dərd əkib qəm biçən Xocalılar, qatili

tapılmayan, günahkarları bilinməyən , qanlı qisası qiyamətə qalan şəhid

övladlarının nigaran ruhları hələ də haqq divanını gözləyir.

I aparıcı Bu gün bu dərd mənim, sənin bizim- bütün azərbaycanlıların dərdidir.Xocalı dərdi! Bu dərd şəhidlər verən şahid Xocalıların dərdidir. Bu dərd Əlifin, Tofiqin və şəhid olan onlarla Xocalı igidlərinin,körpələrinin dəhşətli qətlinə dözə bilməyən Çingiz Mustafayevin hönkürtüsünün dərdidir.
I aparıcı Bülbül güllü bağça, ətirli meşə istəyir. Budaqdan-budağa qonub, sevgi nəğmələrini oxumaq üçün.

II aparıcı Qağayı dəniz istəyir. Ağ köpüklü dalğalar üzərində süzmək, qanad çalmaq üçün , xocalılar yurdunu istəyir, torpağını istəyir. Tüstüsü söndürülmüş ocağını tapmaq üçün, şəhid olan balasının yatdığı torpağı qucmaq üçün, güllələnmiş qalasındakı qəlpələri çıxarmaq üçün.


I aparıcı O müdhiş gecədə qar üstünə çilənən qanların hopduğu şəhid torpağı qarşısında baş əymək üçün. Yetim qalmış şəhərininn qəm dolu qəhərini boşaltmaq üçün, yaralarına məlhəm ola biləcək vətəninə məhrəm olmaq üçün, nəhayət , ana torpağına baş qoyub ölmək üçün.
II aparıcı Bu il yaşanan aprel hadisələri 23 il əvvəli yada saldı.  Əmin olduq ki, tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq.

I aparıcı İllər ötsə də, zaman keçsə də heç kim bizim vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər.


II aparıcı Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Mürgüləyərkən oyandıq. Bir olduq. Birliyimizin fərqinə vardıq. Səfərbərliyin elan edilməsini gözləyən gənclərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazır idilər. Bir sözlə inamımızın, ümidimizin, mübarizliyimizin ölmədiyinin şahidi olduq.
I aparıcı Xocalının sinəsinə sağalmaz dağ basanlar, yuxulu körpələrin nəfəsini kəsənlər, qızlarımızı ləkələyib zindanlar salanlar, günahsız insanların qanına bais olanlar, qarı düşmənlər öz cəzasını alacaq! Qisas yerdə qalmayacaq!

Son
: front -> files -> libraries -> 2476
libraries -> Rafiq Zəka Xəndan-75
libraries -> Zərdab rayon Mədəniyyət və Turizm Şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
2476 -> OĞuzlar (TÜrkməNLƏR)




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə