Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə85/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   81   82   83   84   85   86   87   88   ...   382
Sechilmish eserleri II cild

gərək olacaq.
Tahirin əl-ayağı yerdən üzüldü: “Bakıda yaşamağın bu xeyri var”
deyə xəyalından keçirtdi vo Lətifənin biliyinə, çalışqanlığına qibtə
eləm əyə başladı.
Nəhayət onlar qəsəbənin mədəniyyət sarayına gəlib çatdılar.
İçəri qapıların birində “Rayonun səyyar kitabxanası” sözləri yazıl­
mışdı.
- Burada olmayan kitabları Sabir kitabxanasından gətirdə bilər­
sən, - deyə Lətifə yenə Tahirdən qabaq içəri girdi. - Vay! Zivər
yoxdur. - Lətifə, növbəyə durmuş uşaqlara kitab verən qoca arvada
müraciətlə soruşdu: — Bu gün istirahətdədir? — Beli.
- Anastasiya İvanovna! Bu oğlanı üzv yaza bilərsiniz?
73


-Ə lb ə ttə !
Lətifə gülümsəyib Tahirə baxdı:
- M ənə görə başqa qulluğun?
- Qul sahibi olasan.
Tahirin, tez-tez atasından eşitdiyi bu köhnə ifadəni Lətifə başa
düşmədi:
- N ə dedin? - Deyirəm ki, çox sağ ol!
- Dəym əz!
Tahir Lətifənin sadə xasiyyətini ürəkdən bəyəndi və onun bu nə-
vazişkarlığma qarşı nə iso bir təşəkkür eləmək istədi:
- Daha sən zəhmət çəkmə, — dedi, ancaq qızın aynhb getməyə ha­
zırlaşdığım görəndə bu sözləri dediyinə de peşman oldu. Lətifə əlini
irəli uzatdı.
- Hələlik, - deyə daha da İncə bir nəvazişlə gülümsədi.
Tahir könülsüz halda onun əlini sıxdı, amma birdən özünü toplayıb:
- İzin ver, indi də mən səni ötürüm! — dedi.
- Yox, sağ ol. Tələsik işim var. Mən getdim. O, sürətlə kitabxana­
dan çıxdı.
Qoca kitabxanaçı Tahiri üzv yazıb, istədiyi kitabı verdi.
Tahir tez-tələsik eşiyə çıxıb küçədə oyan-buyananə qədər boylan­
dısa da, Lətifəni görə bilmədi və ehtiyatsızlıq etdiyi üçün özünü danla-

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin