bağlayırdı. Partiya bu səhvi bizə göstərəndən sonra, ən adi quyulara da 308 < 2 V
ciddi fikir verməyə başlamışıq. Axı dəniz özü ayn-ayn damcılardan yaranır! Doğrudur, 155-ci buruğun hər gün verdiyi beş yüz ton neft trestin gündəlik məhsulunda böyük faiz təşkil edir, amma biz qətiyyən onun hesabına yaşaya bilmərik. Biz hər gün yeni-yeni neft mənbələri əldə etməliyik. Çünki neft təkcə bizim çörək ağacımız deyildir. Neft bütün vətənimizin qüdrətini təyin cdon dəqiq bir barometrdir. Bunu başa düşən hər bir neftçi, öz işinin sürətini artırmaq üçün yeni-yeni yol tapır, daima irəliyə, g ələcəyə baxmağı da bacarır! Qüdrət, özü də fərqinə varmadan, müxbirin qarşısında dənizdə aparılan işin perspektivini açıb söyləm əyə başladı: - Bax, bu Xəzərdəki tükənməz neft mənbələri gərək yaxın bir za manda ölkəmizin xıdmoüno verilsin! Müxbir bloknotunu çıxartmamışdı, indi ona hər şey aydın idi. - İndi məni bir m əsələ maraqlandırır, - deyirdi, - Xəzər dənizi içərisində yaranan təzə Abşeronun neft ehtiyatı nə haldadır? Qüdrət uzaqlara, üfüqlə dənizin birləşdiyi yerə baxdı: - Ahşeronun neft yataqlarını Xəzər dənizinə bənzətmək olar. Onun da suyu get-gedə azalır. Ancaq nə zaman qurtaracağını fikirləş m əyə ehtiyac yoxdur. Əslinə baxsanız, bu müqayisəyə də bir qədər tənqidi yanaşmaq lazımdır. Çünki Xozor dənizinə yeni çay qarışmaya caq, amma Abşeron neft yataqlanna Azərbaycanın bir sıra yeni neft çeşmələri qarışır. Bunların hamısı yeni çeşmələrdir... Belə yaza bilər siniz ki, “Azərbaycanın neft buruqları daima qaynayacaq!” - Bolı, bəli, bu daha düz olar, - deyə müxbir Qüdrətin sözlərini YəsuiqVəuı.
Birdən dənizdə qayıqlar göründü. Onlar beş deyil, on deyil, saysız- hesabsızdı.