gəldiyinə istehza edirlər. Tahir Cəm illə bərabər on üçüncü sırada yerlərini tapıb oturduqdan sonra, utancaqlıqdan onun üzündə tər damcıları tumurcuqlanmağa başladı. O, gözlərini yerə dikdi, yaxınlığında oturduğu adamları dinlə mək v ə özünə dair onlann nə dediklərini eşitmək istədi. Ancaq heç bir kəsin ondan danışmadığını biləndə həm sevindi, həm de təəccüblən di. Yox, tamaşaçılar Tahiri lağa qoymurdular, onun haqqında pis söz demirdilər. Qızlar, oğlanlar qayğısız bir tərzdə gülüşür, bəziləri indi göstəriləcək əsərdən, bəziləri isə Tahirin heç ağılına gəlm əyən şey lərdən danışırdılar. Bir azdan sonra işıqlar söndü, salonu bürümüş gurultu yavaş-yavaş azalıb pərdə açılanda, səs tamamilə kəsildi. Səhnədə göstərilən pye sin ilk şəkillərini Tahir o qeder də aydın başa düşmürdü. Bəzi çətin ifadələrin mənasını Cəmildən soruşduqda, böyründəki tamaşaçılar: - Səs salma, yoldaş! - deyə ona imkan vermirdilər. Axırda Tahir də, hamı kimi, bütün diqqətini topladı, aktyorların sevinc, ya qəzəbin dən, sakit v ə qəti hərəkətlərindən, səhnədə danışılan sözləri təxmini mənasını anlamağa və bu yolla da əsərin məğzini dərk etm əyə başla dı. Pyesdə hərəkət və mübarizə qüvvətləndikcə. Tahir tamaşa salo nunda oturduğunu belə unudurdu. Xüsusən inqilabçı qonağı tutmaq istəyən jandarmların qabağında namaz qılmağa başlayan ana çox xo şuna gəldi. Onun işlətdiyi hiylə, bütün tamaşaçılar kimi, Tahirin də gülüşünə səbəb oldu: 3
69 O V
- Afərin, arvad! - deyə onu özlüyündə təriflədi də. Jandarmlar qamçı çekib ananı döym əyə başlayanda, Tahirin ürəyi qəzəblə doldu. Ona ele gəldi ki, döyülən öz doğma anasıdır. Tahir ta