2.5.10. XBÇ zamanı fəsadlar
XBÇ zamanı orqanizmdə baş verən metabolik, endokrin,
hemodinamik və immunoloji disbalans nəticəsində, orqanizmin
bütün orqanları və sistemlərində struktur-funksional pozğunluqlar
baş verir (cədvəl 2.12). BXX inkişaf mərhələlərinə uyğun olaraq
gözlənilən fəsadlara görə müvafi q tədbirlər planlı şəkildə yerinə
yetirilir. Xəstələrin taleyi aparılan diaqnostik və müalicə tədbirlərinin
düzgün qurulması və vaxtında aparılmasından asılıdır. İlk növbədə
YFS-nin pozulma dərəcəsindən və hər bir xəstənin individual
xüsusiyyətindən asılı olaraq risk faktorları, orqan və sistemlərdə
baş vermiş dəyişikliklər və müşahidə oluna biləcək ağırlaşmaların
qarşısının vaxtında alınması ilə əlaqədar tədbirlərin hazırlanması və
həyata keçirilməsi vacibdir.
67
Cədvəl 2.12
YFS-nin müxtəlif səviyyələrində diaqnostik-müalicə
tədbirlərinin planı
YFS, ml/
dəq/1,73m
2
Xarakteristika
Diaqnostik-müalicə tədbirlərinin planı
≥60
Böyrəklər
zədələnməmişdir
I Mərhələ
Funksiyalarının
normal, yaxud
artması ilə
müşayiət
olunan böyrək
zədələnməsı*
II Mərhələ
Funksiyalarının
yüngül dərəcəli
azalması
Yüksək riski olan xəstələr yoxlanılır
(siqaret çəkmək, şəkərli diabet, AH,
50 yaşdan çox)
• Sidiyin ümumi analizi;
• Proteinuriyanın tapilması;
• AT ölçülməsi
Ürək-damar xəstəliklərinin risk
faktorlarının nəzarət olunması
(AT, lipidlərin və qlükozanın
səviyyələrinin nəzarətə alınması,
siqaretin məhdudlaşdırılması yaxud
atılması, artıq çəkinin azaldılması,
fi ziki aktivlik)
30
–
59
III Mərhələ
Böyrək
funksiyalarının
orta dərəcəli
azalması
Stadiya 2 analoji olaraq +
• YFS hər 3 ay təyin etmək;
• Nefrotoksik preparatlardan
çəkinmək;
• Proteinuriyanı azaldan
preparatların qəbulu: ( AÇFİ,
yaxud ARA II blokatorları);
• Anemiya, asidoz,
hiperparatireozun müalicəsi;
• Böyrək funksiyasına
uyğun dərman vasitələrinin
dozasının seçilməsi;
• Xəstəni nefroloqun
məsləhətinə göndərmək
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
68
Dializ
15
–
29
IV Mərhələ
Böyrək
funksiyalarının
ağır dərəcəli
azalması
Stadiya 3 analoji olaraq +
Xəstəni dializ müalicəsinə
hazırlamaq:
• Fistula formalaşdırmaq
• Peyvəndlər etmək
• Periton dializinı aparmağı
öyrətmək
Xəstəni böyrəkköçürməyə hazırlamaq
<15
V Mərhələ
XBÇ terminal
mərhələsi
Stadiya 4 analoji olaraq +
Seçilmiş aktiv üsulla müalicəni
davam etmək
*Pozğunluqlar şüa diaqnostikası, yaxud böyrək biopsiyası ilə tapılır
–
proteinuriya/hematuriya
XBÇ-nin fəsadları
XBÇ xəstələrində müxtəlif orqan və sistemlər tərəfi ndən poz-
ğunluqlar və ağırlaşmalar müşahidə edilir.
Bədən mayesinin həcmi və tərkibi
* Hiponatriyemiya
* Hiperkaliyemiya
* Metabolik asidoz
* Hiperfosfatemiya
* Hipokalsiyemiya
* Hipermaqneziyemiya
Ürək-damar sistemi
* Xroniki ürək çatışmazlığı
* Arterial hipertenziya
* Perikardit
* Aritmiya
* Kardiomiopatiya
* Sürətlənmiş ateroskleroz
69
Tənəffüs sistemi
* Atipik ağciyər ödemi (“sulu ağciyər”)
* Fibrinoz plevrit
Mədə-bağırsaq traktı
* Qastroenterit, anoreksiya, ürəkbulanma, qusma
* Qastrit, duodenit, peptik xora
* Assit
* Divertikulyoz
* Virus hepatiti
* Stomatit, gingivit
* Parotit
* Enterokolit
* Pankreatit
* Arteriovenoz malformasiya, qanaxma ilə
Retikulo-endotelial sistem
* Anemiya
* Hemorragik sindrom (trombosit disfunksiyası)
* Limfositlərin funksiyasının depressiyası
Dayaq-hərəkət sistemi
* Pozulmuş müvazinət (disequilibrium) sindromu
* Ensefalopatiya
* Periferik neyropatiya
* Dializ demensiyası
Endokrin sistemi
* İkincili hiperparatireoidizm - osteodistrofi ya, osteopeniya,
osteoporoz, kalsifi kasiya
* D vitaminin mübadiləsinin pozulması
* Qlükozaya qarşı tolerantsızlıq
* Amenorreya (qadınlarda)
* Seksual disfunksiya (kişilərdə)
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
70
Dializ
Sinir sistemi
Mərkəzi:
* Gündüz yuxululuğu
* Yaddaş zəifl iyi
* Əlaqəsiz danışıq
* Dezorientasiya, çaşqınlıq
* Asteriksis və miocllonus
* Demensiya
* Koma
Periferik:
* Sensoromator periferik neyropatiya
* Əzələ zəifl iyi, əzələ qıcolması.
71
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
Fəsil 3
Xronik böyrək çatışmazlığının
müalicəsi
3.1. XBÇ- nin konservativ müalicəsi
X
BÇ-nin yüngül (erkən) və ağır dərəcədə inkişaf etmiş
mərhələlərində müalicə iki qrup üsulların köməyi ilə aparılır:
1. Konservativ müalicə üsulları;
2. Aktiv müalicə üsulları və ya böyrək əvəzedici terapiya (BƏT).
Konservativ müalicə üsulları pəhriz, medikamentoz vasitələr,
dərman bitkiləri, fi zioterapevtik, sanator-kurort müalicələrini əhatə
edir. Bu üsullar YFS-nin 15 ml/dəq-dən yüksək olduğu zaman tətbiq
olunur. Böyrəklərin funksiyasının ağır zədələnməsi zamanı, yəni
YFS 15 ml/dəq-dən aşağı endikdə isə böyrək əvəzedici terapiya
(BƏT) tətbiq edilir.
Konservativ tədbirlərin planının əsasında nefroproteksiyaya
yönəldilmiş müalicə üsulları durur. Nefroproteksiya dedikdə XBÇ-
nin proqress etməsində mənfi rolu olan faktorların qarşısının alınması,
yaxud minimal həddə endirilməsi nəzərdə tutulur. Başlanğıcda pəh riz-
də xörək duzunun azaldılması (0,07 – 0,08 q/kq/gün) tövsiyə olunur.
Son illərdə güclü az zülallı pəhriz (0,4–0,6 q/kq/gün), zülal-energetik
çatışmazlığı yaratma ehtimalı olduğu üçün, geniş tətbiq olunmur.
Angiotenzini çevirən fermentin inhibitorlarının (AÇFİ) tətbiqi, (onları
pis keçirəndə) angiotenzin II reseptorların blokatorları nəinki arterial
təzyiqi normallaşdırır, həmçinin reminant nefronlara düşən fi ltrasion
yükü azaldır. AÇFİ preparatlarının başqa nefroprotektiv təsiri onların
(xüsusən, diabetik nefropatiya nəticəsində baş verən XBÇ zamanı)
proteinuriyanı azaltmasıdır. Arterial təzyiqin (AT) normallaşdırılması
əsas nefroprotektiv təsir edir, odur ki, proteinuriya 1 q/gündən
72
Dializ
çox olduqda AT 125/75 mm civə sütunu səviyyəsindən az olmalı,
proteinuriya 1 q/gündən az olduqda AT 130/80 mm civə sütunundan
aşağı olmalıdır. Şəkərli diabet zamanı AÇFİ ilə yanaşı, hidropiridin
sırasından olmayan kalsium antaqonisti – verapamil kombinasiyası
daha qənaətbəxş təsir edir. Kreatinini yüksək olan xəstələrdə AÇFİ-
nin tətbiqi zamanı kaliumun qanda səviyyəsinin artmaması üçün
kaliumqoruyucu diuretiklərdən imtina etmək lazım gəlir.
Şəkərli diabeti olan xəstələrdə metabolik dəyişikliklər (qlikemiya,
lipidemiya, urikemiya) daim nəzarətdə saxlanılmalıdır. Siqaretdən
tam imtina nefroproteksiyanın və böyrəyin qalıq funksiyasının
qorunmasının əsas müddəası olmalıdır. Statinlərlə terapiya (HMQ-
KoA- reduktaza inhibitorları) nəinki qan zərdabında lipidlərin
səviyyəsinin normallaşdırılmasına, həmçinin böyrəklərdə fi broz
prosesin inkişaf sürətinin ləngiməsinə səbəb olur.
Son illərin tədqiqatlarına görə xəstələrin vaxtında nefroloqa
məsləhət üçün göndərilməsi dializ müalicəsinin nəticələrinin
yaxşılaşması və birinci ilin məsrəfl ərinin azalmasına səbəb olur.
EDTA (European Dialysis and Transplant Association) ekspertlərinin
tövsiyələrinə görə YFS 60 ml/dəq-dən aşağı düşdükdə xəstənin
nefroloqun məsləhətinə göndərilməsi mütləq lazımdır, sonrakı
dövrdə xəstə nefroloqun nəzarəti altında olmalıdır.
XBÇ aşkar təzahür mərhələsində pəhriz (xörək duzunun və zülalın
məhdudlaşdırılması), hipotenziv terapiya ilə yanaşı ağırlaşmalar
(anemiya, fosfor-kalsium mübadiləsi pozğunluqları, metabolik
asidoz) korreksiya edilir.
Hemodializ müalicəsinə hazırlıq güman olunan vaxtdan 6–12 ay
əvvəl başlanır. Multidissiplinar münasibətlər qurulur – yəni müxtəlif
mütəxəssislər (dietoloq, psixoloq, endokrinoloq və s.) nefroloqun
koordinasiyası ilə bu prosesdə iştirak edirlər. İlk əvvəl damara yanaşma
üçün işlər görülür. Said nahiyəsində vena damarının arteriyanın
böyrünə tikilməsinə üstünlük verilir. Bəzən damar yanaşması üçün
politetrafl oretilendən hazırlanmış damar protezi istifadə olunur. Dializ
73
müalicəsinə hazırlığın əsas şərti xəstələrin QIDS, hepatit viruslarına görə
yoxlanılması, B hepatitinə qarşı vaksinasiya olunmasıdır.
Böyrək əvəzedici müalicəyə imkanı olmayan XBÇ-nin ağır
mərhələsində konservativ müalicə aparılır. Konservativ müalicənin
köməyi ilə XBÇ-nin gedişində müvəqqəti də olsa, müsbət nəticələr
əldə etmək mümkündür.
Böyrək disfunksiyasının bərpa olunması, ağır elektrolit poz-
ğunluqlarının aradan qaldırılması nəinki inkişaf etmiş XBÇ-nin
proqres etməsinin qarşısını alır, hətta onun geriyə dönməsinə nail
olmağa imkan verir.
Yaşlı xəstələr HD-i yaxşı keçirəcəklərinə ümid etmədikdə
konservativ müalicəyə üstünlük verirlər.
İnkişaf etmiş XBÇ-nin konservativ müalicəsi müsbət terapevtik
seçim olub, dializ müalicəsinin həyatın keyfi yyətini yaxşılaşdır-
madığı və ya onu uzatmadığı xəstələrə aparılır. İnkişaf etmiş XBÇ,
böyük yaş, yanaşı xəstəliklər xəstələri konservativ müalicə seçimi
etməyə sövq edir. Çünki:
– yaşlı xəstələrdə kompensator proseslərin hissəvi bərpası nis-
bətən yaxşı baş verir;
– HD-yə qarşı əsassız qorxu və depressiya xəstələri konservativ
müalicəyə yönəldir;
– HD namizədliyinin sərhədində olan, həyatın keyfi yyətinin yax-
şılaşacağına və onun uzanacağına tam əmin olmayan xəstələrdə də
seçim çətinliyi dializin xeyrinə olmur.
İnkişaf etmiş mərhələlərdə XBÇ konservativ müalicəsi bəzən
gözlənilməz effekti verməklə keyfi yyətli həyatın davam olunmasına
kömək edir. Konservativ müalicə ancaq simptomların və ağır
vəziyyətlərin aradan qaldırılmasına yönəlmir, o həmçinin gələcəkdə
proqress əldə edə bilən XBÇ, onun ağırlaşmalarının və yanaşı
xəstəliklərin qarşısını alır.
Konservativ müalicənin prinsipləri:
– zülalın, kaliumin, fosfatların pəhrizdə YFS səviyyəsinə uyğun
olaraq adekvat miqdarda qəbulu;
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
74
Dializ
– AT-nin nəzarətdə saxlanması, onun yüksəlməsinin və çox
enməsinin qarşısını almaq;
– su-duz və qələvi-turşu müvazinətini saxlamaq;
– böyrək mənşəli anemiyanın qarşısının alınması;
– hiperparatireozun korreksiyası;
– mədə-bağırsaq traktından azot mübadiləsinin son məhsullarını
bədəndən çıxaran dərmanların və proseduraların təyini;
– kəskin infeksion ağırlaşmaların müalicəsi;
– bütün nefrotoksik dərmanlardan imtina etmək;
– nefrotoksiklik və polifarmasiyadan qaçmaq üçün daimi olaraq
bütün dərmanları qiymətləndirmək (məs.: QSİƏP, koksiblər, AÇFİ,
ARB, artıq miqdarda vitamin D), böyrək ekskresiyası qabiliyyətinə
uyğun gəlməyən dərmanlar (məs.: allopurinol, diqoksin) və başqa
əks göstəriş olan dərmanlar (məs.: metformin – lakto asidoz riski);
– böyrək disfunksiyalarının kəskin nəticələrinin sürəkli bərpasın-
dan qaçmaq, o cümlədən hüceyrəxarici maye pozğunluqlarının və
AT bərpası;
– antidepressantlar;
– disesteziyada karbamazepin, narahat ayaqlar olduqda qaba-
pentin, hıçqırmada xlorpromazin, uremik miokloniyada klonazepam
tövsiyə olunur;
– daxilə soda bikarbonat;
– analgetik dərmanlar;
– daima müxtəlif tibb sahəsi mütəxəssislərinin məsləhətini təşkil
etmək.
Terminal XBX-nin dializsiz müalicəsinin şərtləri:
– dializin müalicədə xeyirli olmayacağının aşkar olunması;
– böyrək disfunksiyalarının bərpasının mümkünlüyü aşkar lan-
dıqda;
– simptomları müalicə etdikdə;
– ağır elektrolit pozğunluğunu müalicə etdikdə;
75
– XBÇ-nin ağırlıq dərəcəsi ləng proqress etdikdə və ya heç
etmədikdə;
– sosial vəziyyətdə problemlər olduqda;
– sosial işçilərlə, heriatr ilə məsələni müzakirə etdikdə;
Beləliklə, konservativ müalicənin əsas məqsədi XBÇ proqressinin
qarşısını almaq, səbəbləri aradan qaldırmaq, onun gedişinin
dərinləşməsinə yol verməmək, böyrəklərin qalıq funksiyalarının
qorunması üçün optimal şərait yaratmaq, uremiyanın metabolik və
hormonal pozğunluqlarını müalicə etmək, infeksion ağırlaşmaları
aradan qaldırmaqdan ibarətdir.
Az zülallı pəhriz
Az zülallı pəhriz (AZP) XBÇ-nin proqress etməsinin qarşısını
almaqla xəstələrin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Pəhrizin
seçilməsi XBÇ-nin mərhələsindən, xəstəliyin inkişaf tempindən
asılı olur, böyrəklərin funksional vəziyyətindən, gün ərzində sidikdə
itirilən zülalın miqdarından, fosfor-kalsium, su-elektrolit, qələvi-
turşu müvazinəti, zülal katabolizminin vəziyyətindən asılı olaraq
seçilir. Bu göstəricilərin arasında YFS parametrlərinə görə müvafi q
AZP seçilməsi məntiqə daha uyğun hesab olunmalıdır.
Erkən XBÇ mərhələsində pəhriz
(YFS 40 ml/dəq yüksək) XBÇ
proqress etmədikdə, təbii gediş tempi zəif olan xəstəliklərdə (xroniki
pielonefrit, podaqrik nefropatiya, qeyri-aktiv, latent qlomerulonefrit,
hipertoniya xəstəliyi) qanda kreatinin göstəricilərinin və YFS son
6–8 ay ərzində stabil qaldıqda, böyrəklərin funksional ehtiyatı
lazımi qədər saxlandıqda az məhdudlaşdırılmış pəhriz tətbiq edilir.
Bu zaman pəhrizdə zülalın miqdarı 1 q/kq/gün, kaloriliyi 35 kkal/
kq/gün istifadə olunur. Bu pəhrizdə həmçinin bitki mənşəəli zülallar
çox (85% qədər) tətbiq edilir. Belə zülallarda fosfor az olduğu üçün
yumaqcıq fi ltrasiyasını sürətləndirir. Əksər xəstələrdə qeyd olunan
pəhriz azotemiyanı uzun müddət sabit, aşağı göstəricilər üzərində,
qanda albuminin normal səviyyədə saxlanmasına imkan verir.
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
76
Dializ
Təbii inkişaf tempi yüksək olan xəstəliklər (diabetik nefropatiya,
nefrotik və qarışıq variant qlomerulonefrit) zamanı pəhriz bir qədər
də məhdudlaşdırılır. Əgər xəstədə 6 ay ərzində YFS 20%-dən çox
aşağı düşmüşsə, bu, pəhrizin məhdudlaşdırılmasını labüd edir. Belə
hallarda pəhrizdə zülal 0,7 q/kq/gün endirilir, amma kalori dəyişməz
saxlanılır (35 kkal/kq/gün). Pəhrizin daha erkən başlanması böyrək
funksiyasının pisləşməsinin qarşısını alır. Yaxşı mənimsənilən, tam
keyfi yyətli essensial aminturşu tərkibli zülallardan istifadə olunur.
YFS 15–39 ml/dəq olduqda pəhriz
YFS 15–39 ml/dəq olduqda istifadə edilən pəhrizdə zülalın
miqdarı 0,6 q/kq/günə endirilir, kalorilik 35 kkal/kq/gün saxlanılır.
Əvəzolunmayan aminturşuların bədənə daxil olması yumurta ağı,
ət, balıq, süd məhsulları hesabına təmin olunur. Xəstələrdə yüksək
proteinuriya olduqda hər 6 q itirilmiş zülala 1 yumurta ağı istifadə
edilir. Mənfi azot balansı müşahidə edildikdə essensial aminturşular
əlavə olunmalıdır.
Hiperfosfatemiya olduqda heyvani zülallarla yanaşı, paxlalı
bitkilərdən hazırlanan yeməklər, göbələk, qırmızı kələm, ağ çörək,
süd, qoz, düyü, kakao məhdudlaşdırılır.
Hiperkaliyemiya aşkar edildikdə qara çörək, düyü, meyvə şirələri,
banan, gül kələmi, paxlalılar, qoz, cəfəri, quru meyvələr, kartov,
göbələk, ərik, əncir pəhrizdə azaldılır.
Bəzi xarici ölkələrdə fabrik istehsalı olan hazır paketlərdə qida
qarışıqları buraxılır. Məsələn, Almaniyanın ”Fresenius” şirkətinin
hazırladığı ”Survimed renal” tərkibi 5,2 q zülal, 5,8 q bitki yağları
və əvəzolunmayan aminturşular, 69 q karbohidratlar və bütün
vitaminlər, mikroelementlərdən ibarətdir. Bir paketdəki məhsullar
330 kkal verir. Gündəlik doza (1 komplekt – 6 paket) – 31,2 q zülal
kaloriliyi 1980 kkal-a bərabərdir.
YFS < 15ml/dəq olduqda pəhriz
YFS 15 ml/dəq aşağı düşdükdə kreatininin səviyyəsi qanda 6 ay
ərzində stabil qaldıqda pəhrizdə zülal 0,6 q/kq/gün, kalorilik 35 kkal/
77
kq/gün götürülür, amma K və P çox məhdudlaşdırılır. Belə pəhrizdə
hiperkatabolizm, kaxeksiya (malnutrition), immunodefi sit, mənfi
azot mübadiləsi baş vermir.
YFS-nin 6 ay ərzində proqressiv azalması, uremiya simptomlarının
artması daha sərt pəhrizə keçməyi diqtə edir. Bu pəhriz 1962-
ci ildə italyan alimi Giovanetti tərəfi ndən tövsiyə edilmiş, zülalın
miqdarı 0,3–0,4 q/kq/gün məhdudlaşdırılır. Zülalın 10 q tərkibində
əvəzolunmayan aminturşular hesabına (kəsmik, yumurta ağı, çox
bişirilmiş ət, soya məhsulları) təmin olunur. Balıq yağının pəhrizə
daxil edilməsi çox məqsədəuyğun sayılır. Kalorilik 35 kkal/kq/gün-
dən az olmamalıdır, əsasən yağların (1 q – 9 kkal), karbohidratların
(1 q – 4 kkal), hesabına təmin olunur. Bəzən, əgər hipertriqliseridemiya
olmadıqda, hətta əlavə enerji mənbəyi kimi alkoqollu içkilər (1 q etil
spirti – 7 kkal) verilir. Həmçinin müxtəlif başqa pəhrizlər: yumurta,
kartof pəhrizi, ”isveç pəhrizi” təklif olunmuşdur. Amma belə ağır
pəhrizin uzun müddət istifadə olunması mənfi azot balansına və
ağırlaşmalara (asidozun artması, hiperkaliyemiya, hiperkatabolizm)
səbəb ola bilir.
Azzülallı pəhriz ilə essensial ketoturşu preparatları (ketosteril,
ketoperlen, ultramin, aminess və s.) birlikdə istifadə edildikdə mənfi
azot balansı riski azalır, zülalın bədəndə utilizasiyası yaxşılaşır.
Azzülallı pəhrizin ketosterillə (”Fresenius”, Almaniya) birlikdə (0,2
q/kq/gün) daxilə istifadə etdikdə yumaqcıqdaxili hipertenziyanı,
proteinuriyanı aşağı salır, fosfor-kalsium mübadiləsi, PTH səviyyəsi,
insulin, qlyukaqon, prolaktin səviyyəsini normallaşdırmaqla XBÇ
proqress etməsinin qarşısını alır. Soyadan hazırlanmış tərkibində
fosfor, K olmayan və bütün essensial aminturşular daxil olan
“Protein Technologies İnt”, (ABŞ) qida əlavəsi kimi istifadə edilir.
Amma ketosterildən fərqli olaraq bu preparat hiperfosfatemiya,
hiperparatireozu tam nəzarət etməyə imkan vermir, böyrək yumaqcıq
hemodinamikasına mənfi təsir edə bilir.
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
78
Dializ
Pəhrizin effektivliyinin nəzarəti üçün aşağıdakı tədbirlər
görülür:
– xüsusi cədvəllərin (bax: Əlavələr) istifadəsi ilə qida gündəliyini
aparmaq;
– antropometrik ölçmələr;
– gün ərzində ekskressiya olunan sidik cövhərinin miqdarına
nəzarət;
– biokimyəvi monitorinq (albumin, transferrin, kreatinin, sidik
cövhəri, kalsium, fosfor, kalium səviyyələri, limfositlərin miqdarı).
Gündəliyin aparılması mühümdür, çünki bu zaman bütün
istifadə olunmuş hazır qida məhsulları qeyd olunur. Müxtəlif qida
məh sul larının tərkibində olan zülal həkim-dietoloq ilə birlikdə
qiymətləndirilir və nəticə çıxarılır (cədvəl 3.1).
Gün ərzində istifadə olunan zülalın miqdarının nəzarət olunmasına
sidik ilə karbamidin ekskresiyası kömək edir.
Zq=21+4,3×Ke/214
burada Zq – qəbul olunan zülal, q/gün; Ke – ekskresiya olunan
karbamid, q/gün.
Sidikdə ekskressiya olunan karbamid azotunun miqdarının
ölçülməsi daha dəqiqdir:
Zq=6,25×(KZe+0,031×çəki)+GP
burada KZe – karbamid azotunun ekskresiyası, q/gün; GP –
gündəlik proteinuriya, q/gün.
Bədən çəkisinə uyğun karbamidin sidikdə ekskresiyası da istifadə
oluna bilər və q/kq/gün ilə ifadə olunur.
Azzülallı pəhrizin effektivliyini qiymətləndirmək üçün Hb, Het,
limfositlərin səviyyəsi, azot mübadiləsinin son məhsulları, albumin,
transferrin, β-lipoproteidlər, xolesterin, triqliseridlər, şəkər, K, P,
Ca, qələvi-turşu müvazinəti göstəriciləri monitorinq olunur. Qanda
uremik intoksikasiyanın, dispepsik halların azalması, anemiya
göstəricilərinin yaxşılaşması, fosfatların, PTH, sidik turşusu (ST),
səviyyələrinin aşağı düşməsi, ST/kreatinin koefi sientinin 7–8 qədər
azalması, hipoalbuminemiya, hipotransferrinemiya, limfopeniya,
79
hiperkaliyemiya, qanda pH və bikarbonatların stabil səviyyəsi
müalicənin düzgün istiqamətdə getdiyini təsdiq edir.
Antropometrik nəzarət müalicənin effektivliyini müşahidə
etməyə imkan verir. Bədən çəkisinin, bədən kütləsi indeksinin(BKİ)
dinamikada, qarının yan tərəfi ndə, göbək səviyyəsində dəri bükü-
şünün qalınlığının kaliper ilə ölçülməsi, bazu dairəsinin ölçülməsi
zamanı əldə edilən göstəricilərə nəzarət edilir. Alınmış nəticələr
ideal göstəricilərlə müqayisədə %-lə analiz olunur.
Cədvəl 3.1
Tərkibində 5 q zülal olan məhsullar
Məhsullar
Porsiyanın
çəkisi
, q
Çörək
60
Düyü
75
Yarmalar (qarabaşaq, manna, çovdar,
arpa)
55–75
Yumurta, 1 ədəd*
50
Ət
25
Balıq 25
Kəsmik
30
Pendir
20
Piy (salo)
300
Süd
150
Xama
200
Kərə yağı
500
Kartof
300
Lobya
25
Noxud
75
Təzə göbələk
150
* 1 ədəd yumurta ağında 12,7 q zülal vardar
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
80
15> Dostları ilə paylaş: |