Dializ
en tin bədəninə qoyulmsı böyrəkköçürmə adlanır. Böyrəkköçürmədən
sonra həyatın keyfi yyəti periton dializi və hemodializ müalicəsində
olan xəstələrin həyatının keyfi yyətindən və reabilitasiya dərəcəsindən
yüksək olur. Dıgər tərəfdən, bu üsul həmçinin nisbətən ucuz başa
gəldiyi üçün XBÇ müalicə üsulları arasında ən yaxşı seçim sayılır
(fəsil 13).
Adətən, sol böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası
ilə ümumi qalça venası arasında uc-yan, böyrək arteriyası ilə ümumi
qalça arteriyası arasında uc-yan anastomoz yaradılır. Sidik axarı
sidik kisəsinə xarici ureterosistoneostomiya üsulu ilə birləşdirilir
(şəkil 3.6).
Şəkil 3.6. Böyrəkköçürmə zamanı damar anastomozlarının sxemi
107
Fəsil 4. Hemodializ
Fəsil 4
Hemodializ
Ə
vəzedici müalicə kimi XBÇ zamanı hemodializ (HD),
periton dializi (PD) və böyrək transplantasiyası tətbiq edilir.
HD prinsipi.
HD “süni böyrək” cihazının köməyi ilə aparılır
və normal böyrəyin hemostatik funksiyalarını müyyən qədər əvəz
edir. Cihaz dializ məhlulunu hazırlayan qurğudan, ekstrakorporal
qan dövranı konturundan, heparinin durulaşdırılmış məhlulunu in-
fu ziya edən nasosdan və birdəfəlik dializatordan ibarət olur. Azot
müba diləsinin son məhsulları, elektrolitlər dializatorun yarım keçi ri-
ci membranından diffuziya yolu ilə eliminasiya edilir, dövran edən
qanın həcminə, hemodinamikaya nəzarət, dehidratasiya ultra fi ltra-
siya vasitəsilə aparılır. Dializ məhlulunda olan bufer metabolik
asidoza nəzarət edir. HD böyrək AH müalicəsi üçün də effektivdir
(şəkil 4.1).
Şəkil 4.1. HD zamanı qanın və dializ məhlulunun yarımkeçirici membranın
müxtəlif tərəfl ərində əks istiqamətlərdə axını (qarşı-qarşıya axın)
108
Dializ
Dializatorda əks istiqamətlərdə axın qanda kiçik molekulyar
kütləli maddələrin (KMKM) maksimum çıxarılmasını təmin edir.
Yarımkeçirici membran ancaq KMKM və suyu xaric edir.
Suyu keçiriciliyinə, sidik cövhərinin və ortamolekul maddələrin
klirensinə görə dializatorlar aşağı keçiricilikli (low-fl ux) və
yüksəkkeçiricilikli (high-fl ux) olmaqla iki qrupa bölünürlər. Su
və orta ölçülü molekullar üçün çox yüksək keçiriciliyə malik olan
dializatorlara hemofi ltrlər deyilir. “Süni böyrək” cihazını xəstənin
qan dövranına birləşdirmək üçün damar yolu yaradılır: kəskin böyrək
çatışmazlığı (KBÇ) zamanı – müvəqqəti (körpücükaltı, vidaci, bud
venasına kateterin qoyulması), XBÇ zamanı – daimi (arteriovenoz
şunt, arteriovenoz (AV) fi stula) istifadə olunur.
4.1. HD klassifi kasiyası
Kəskin HD.
Böyrək çatışmazlığı zamanı qısa müddətli hemo-
dializ və daimi dializ üsulları tətbiq edilir. Axırıncı aşağı qan cərəya-
nı daimi heparinizasiya ilə bir neçə gün aparılır. Bu üsul hətta qeyri-
stabil hemodinamika olduqda belə, dehidratasiyanı, sidik cövhəri və
elektrolitlərin yüksək klirensini təmin edir.
Daimi arteriovenoz hemofi ltrasiya (DAV-HF) bud arteriyası və
venasına kateter qoyulmaqla aparılır, çıxarılmış qanın maye hissəsi
xüsusi məhlullarla əvəz olunur.
Daimi arteriovenoz hemodializ (DAV-HD) DAV-HF kimi aparılır,
amma əvəzedici məhlul lazım olmur.
Daimi vena-venoz hemofi ltrasiya (DVV-HF)–bud və ya vidaci
venaya kateter qoyulur – AT aşağı olanda aparılır.
Daimi vena-venoz hemodializ (DVV-HD) aparmaq üçün yüksək
keçiricilikli hemodiafi ltrlərdən istifadə olunur.
Albuminli dializ (molekulyar absorbsion – resirkulyar sistem
– MARS) – kəskin qaraciyər – böyrək çatışmazlığı zamanı tətbiq
edilir. MARS üsulunun əsasında hemodiafi ltrasiya aparmaqla
tərkibinə albumin qatılmış dializ məhlulu istifadə olunur. Üsul suda
109
Fəsil 4. Hemodializ
həll olmayan zülalla birləşmiş toksinləri bədəndən çıxarmağa imkan
verir. Donor albumininin akseptor qabiliyyətini bərpa etmək üçün
o, regenerasiyaedən konturda hemodializ-karboperfuziya olunur və
kationdəyişən qətran olan kolonkadan keçirilir.
Xronik HD.
XBÇ-nin müalicəsi üçün istifadə olunur:
– standart periodik HD (asetat ya bikarbonat) məhlulu ilə;
– periodik HF;
– yüksək sürətli (high-fl ux) periodik bikarbonat HD (hemo diafi l-
t rasiya) volumetrik nəzarət ilə;
– yüksəkeffektiv hər günlük qisa HD;
– hər günlük gecə zəif sürətli HD;
– daimi ambulator periton dializi (DAPD)
4.2. Dializ üsulunun seçilməsi
Kəskin böyrək çatışmazlığı.
Renal KBÇ-nin zamanı aktiv
müalicə üsulu kimi HD və PD tətbiq edilir. Bu zaman dializ
müalicəsinə əsas göstərişlər:
- renal KBÇ hiperkatobolizm ilə;
- sidik cövhərinin qanda səviyyəsi >200 mq/dl, kreatinin kon-
sentrasiyası >8 mq/dl;
- anuriya, hiperhidratasiya ilə, ağciyər, beyin ödemi təhlükəsi;
- konservativ üsulla nəzarət olunmayan hiperkaliyemiya;
- dekompensasiya olunmuş metabolik asidoz;
- uremik ensefalopatiya (prekoma).
Katabolik KBÇ zamanı 2–3 gün effektsiz konservativ müalicədən
sonra dializ müalicəsi tətbiq edilir.
Poliorqan zədələnmələri zamanı xüsusi dializ üsullarından
istifadə olunur, (daimi VVHDF) ağciyərlərin süni ventilyasiyası,
aortadaxili ballon kontrapulsasiya, plazmaferez, hemosorbsiya,
HF ilə kombinə edilir. Hepatorenal sindromda və kəskin qaraciyər
böyrək çatışmazlığında albuminli HDF (MARS) istifadə olunur.
KBÇ zamanı dializ terapiyası apardıqda hemodinamikanın
stabilliyi, hiperhidratasiyanın ağırlığı, hiperkatabolizmin dərə cə-
110
Dializ
sin dən və başqa orqanların zədələnməsindən asılı olaraq müalicə
variantı seçilir (cədvəl 4.1).
Cədvəl 4.1
KBÇ-nin müxtəlif ağırlaşmalarında istifadə
olunan dializ variantları
KBÇ xüsusiyyəti
Dializ üsulu
Kollaps, hiperhidratasiya,
hiperkatabolizm yoxdur
Periodik HD, kəskin PD
Hiperhidratasiya var, kollaps,
hiperkatabolizm yoxdur
DAV-HF
Hiperkatabolizm var, kollaps,
hiperhidratasiya yoxdur
DAV-HD
Kritik hiperhidratasiya, kollaps
DVV-HF, kəskin PD
Hiperkatabolizm, kollaps fonunda
DVV-HD, DVV-HDF
Qaraciyər-böyrək çatışmazlığı,
hepatorenal sindrom
Albumin HD (MARS)
Xroniki böyrək çatışmazlığı.
XBÇ zamanı aktiv metodlarla
müalicəyə keçid planlı şəkildə aparılır. YFS 10 ml/dəq-dən aşağı
düşdükdə (qanda kreatinin səviyyəsi 6–8 mq/dl) arteriovenoz
fi stulanın formalaşdırılması əməliyyatı aparılır, yaxud xəstəyə
müstəqil periodik ambulator periton dializi (PAPD) öyrədilir.
Obstruktiv nefropatiya olduqda (böyrəkdaşı, prostat vəzinin
xoşxassəli hiperplaziyası, xərçəngi, retroperitoneal fi broz və s.)
dializ müalicəsindən qabaq sidiyin xaric olması (urodinamika)
bərpa olunduqdan sonra (episistostomiya, nefrostomiya, per ku tan
pielolitotomiya və s.) xəstə dializ müalicəsinə keçirilir.
Dializ terapiyasının formasının seçilməsi.
İki variantdan
istifadə olunur. 1)XПН müalicəsi üçün tam tibbi qulluq ilə HD –
stasionar dializ; 2)özünəxidmət ilə HD – ev və ya ambulator şəraitdə
tətbiq edilir.
111
Fəsil 4. Hemodializ
Stasionar dializ – bütün dializ xəstələrinin keçdiyi lazımi etap
olub, uremiyanın aktiv müalicəsinin birinci ayını əhatə edir. Bu
dövrdə dializin individual rejimi, pəhriz seçilir, “quru çəki” tapılır,
uremik intoksikasiya, AH, anemiya, fosfor-kalsium mübadiləsinin
pozğunluqları müalicə edilir.
Xəstələrin ev dializinə keçirilməsinin tibbi göstəriciləri:
– AH-nın nəzarətə alınması;
– ağır anemiya, hiperkatabolizm, malnutrition sindromu
olmaması.
Etibarlı arteriovenoz fi stulanın (ev dializi üçün) yaxud qənaətbəxş
funksiya göstərən daimi periton kateteri (DAPD üçün) olması vacib
şərtdir.
Dializ metodunun seçilməsi.
Nozoloji vahiddən və XBÇ-
nin ağırlıq dərəcəsindən asılı olaraq dializ metodu seçilir. Dializ
müalicəsində XQN və XBÇ ilə olan xəstələrin 5 illik yaşamaq şansı
diabetik və amiloid nefropatiyalarından 2–3 dəfə çoxdur (müvafi q
olaraq 70% və 30%).
Proqram hemodializi (PH).
Asetat hemodializi birincili
nefropatiyalarda böyrəklərin qalıq funksiyalarının olduğu zaman
aparılır. Böyrəklərin qalıq funksiyası olmadıqda, əzələ kütləsinin
defi siti, diabet, dekompensə olunmuş asidoz, arterial hipotoniyaya
meyllilik, ağciyərlərin obstruktiv xəstəliklərində asetat HD əks
göstərişdir və bu zaman ancaq bikarbonat HD tətbiq edilməlidir.
Daimi ambulator periton dializi (DAPD).
Daimi damar yolunun
mümkün olmadığı hallar (ateroskleroz, diabetik mikroangiopatiya,
hipokoaqulyasiya, qocalar və kiçik yaşlı uşaqlar), arterial hipotoniya,
qeyri stabil ÜİX, böyrəklərin işemik xəstəliyi (BİX), natrium
heparinin yeridilməsinə əks göstərişlər olduqda aparılır.
DAPD və DSPD effektivliyinin şərtləri:
– böyrəklərin qalıq funksiyalarının qorunması (YFS=8-10 ml/
dəq);
112
Dializ
– bədən kütləsinin < 70 kq;
– periton membranın qənaətbəxş diffuziya və UF sürəti.
Sonuncu parametr individual olaraq standart testlərlə əvvəlcədən
qiymətləndirilir.
4.3.Dializin fi zioloji prinsipləri
Dializ bir məhlulda (A) həll olmuş maddələrin başqa məhlula (B)
yarımkeçirici membran vasitəsi ilə keçməsi hesabına onun tərkibinin
dəyişməsidir. Sxematik olaraq özündə dəliklər olan yarımkeçirici
membranı pərdə kimi təsəvvür edək. Molekulyar kütləsi kiçik
olan (su və onda həll olan maddələr) hər iki məhlulda pərdənin
dəliklərindən maneəsiz hər iki tərəfə keçə bilir və onların tərkibi
eyniləşir, amma böyük molekul kütləli maddələr (zülal) dəliklərdən
keçə bilmir və onların konsentrasiyası ilkin vəziyyətdə olduğu kimi,
dəyişiksiz qalır.
Membranın dəliklərindən maddələr iki yol ilə – diffuziya və
ultrafi ltrasiya (konveksiya) vasitəsi ilə keçirlər.
Diffuziya molekulların braun hərəkəti zamanı membranın dəliyinə
düşməsi nəticəsində baş verir (şəkil 4.2). Diffuziya prosesinin sürəti
molekulların qatılığı qradientindən (osmotik təzyiq), molekulyar
kütləsindən, ölçüsündən və onun hərəkət sürətindən asılıdır. Hər
bir molekulun məhlulda hərəkət sürəti onun kütləsinə əksmütənasib
olur. Molekulyar kütlə əksər halda maddənin molekulunun ölçüsü
ilə düz korrelyasiya edir.
Diffuziyaya təsir edən faktorlar həmçinin membranın qalınlığı,
onda olan dəliklərin miqdarı və onun hər hansı bir tərəfi ndə “ikincili
membranın” əmələ gəlməsidir.
Şəkildən göründüyü kimi diffuziya braun hərəkəti nəticəsində,
ultrafi ltrasiya (konveksion transport) zamanı molekulların hərəkəti
hidrostatik və osmotik qüvvənin təsiri altinda baş verir. Kiçik
molekulyar kütləli maddələr yarımkeçirici membrandan keçirlər.
113
Fəsil 4. Hemodializ
Şəkil 4.2. Diffuziya prosesi (yuxarıda) və ultrafi ltrasiya (aşağıda).
Kiçik molekulyar kütləsi olan maddələr membrandan keçirlər
Ultrafi ltrasiya (UF)
yarımkeçirici membrandan molekulların
transportunun ikinci mexanizmidir. Bu zaman su molekullarının
membrandan keçməsi hidrostatik və ya onkotik təzyiqin hesabına
baş verir. Su membrandan keçdikdə özü ilə başqa kiçik molekullu
maddələri də keçirir. UF membranın hər iki tərəfi ndə olan hidrostatik
təzyiq fərqinə görə, membranın qalınlığına görə fərqlənir və
ultrafi ltrasiya koeffi sienti ilə xarakterizə olunur.
Hemofi ltrasiya və hemodiafi ltrasiya. Dializ prosesində UF
həll olmuş maddələrin kənar edilməsində əsas rol oynadıqda ona
hemofi ltrasiya deyilir. Əgər UF hemodializlə kombinə olunursa, ona
hemodiafi ltrasiya deyilir.
114
Dializ
Zülal ilə birləşmiş maddələr HD ilə kənar edilə bilmir, ona görə
bu məqsədlə hemosorbsiya (qanın kömür kolonkalardan keçirilməsi)
plazmaferez aparılır.
Həll olmuş maddələrin dializator vasitəsi ilə çıxarılması
A. Diffuziya
Hemodializ konturu. Dializatorda yarımkeçirici membranın bir
tərəfi ndə qan, digər tərəfi ndə dializ məhlulu olur. Dializ məhlulu
təmizlənmiş suya natrium, kalium, kalsium, maqnezium, xloridlər,
bikarbonat və qlükozanın əlavə olunması ilə hazirlanir. Dializatın
daim yenilənməsi və qanın sirkulyasiyası qan ilə dializat arasındakı
konsentrasion qradienti daima maksimal yüksək səviyyədə saxlayır
(şəkil 4.3).
Şəkil 4.3. Qan dializatorda bir istiqamətdə, dializ məhlulu başqa istiqamətdə
hərəkət edir. Hidrostatik təzyiq dializatın daxil olduğu yerdə maneə yaratmaqla
yaradılır. Qan və dializat borusunda manometrin tipik yeri göstərilir. Dializat
xəttində maneə qeyd olunmuşdur. Bu şəkildə göründüyü kimi, transmembran
təzyiq 300 mm c.süt. bərabərdir.
115
Fəsil 4. Hemodializ
Qanın dializatorda təmizlənməsi.
Dializatordan çıxan qanda
azot mübadiləsinin son məhsullarının miqdarı dializatora daxil
olan qandan az olur. Məsələn, dializatora girişdə karbamid 100 mq/
dl olduqda, çıxışda 25 mq/dl olur. Dializatorun fəaliyyətini yaxşı
xarakterizə etmək üçün onda xaric edilən ziyanlı maddələrin miqdarı
dializatordan axan qanın hərəkət sürətinə vurulur və dəqiqədə
müəyyən maddədən tam təmizlənmiş qanın hipotetik miqdarı təyin
edilir. Yuxarıda göstərilən misalda karbamidin azalması 75%-dir.
Qanın hərəkət sürəti 200 ml/dəq olduqda dəqiqədə 150 ml qanın
karbamiddən tam təmizlənəcəyi məlum olur (0,75×200).
Yuxarıda qeyd olunduğu kimi, qan sadə məhlul kimi götürülür,
amma əslində bu belə deyildir. Qan 200 ml/dəq hərəkət etdikdə
plazmanın axını 140 ml/dəq, eritrosit axını 60 ml/dəq olur (Het=30%
olduqda). Dializatorun giriş və çıxışında təyin olunan maddələrin
konsentrasiyası ancaq həmin maddənin qan plazmasında olan
konsentrasiyasını göstərir. Sidik cövhəri üçün isə qanda eritrositlərin
olması problem yaratmır, çünki karbamid sürətlə eritrositlərə və
əksinə diffuziya edir. Amma kreatinin, fosfat və başqa molekullar
plazma ilə eritrosit arasında sürətli ekvilibrasiya edə bilmədiyi üçün
onların konsentrasiyası eyni olmur, odur ki, plazma göstəricilərinə
hesablanmış klirens tam qanın təmizlənməsini əks etmir.
Qanda olan sudakı sidik cövhərinin klirensinə (K
W
) təsir edən
faktorlar.
Dializ zamanı qandakı sidik cövhərinin klirensinə təsir edən
göstəricilər qanın cərəyan sürəti, dializatın cərəyan sürəti və
dializatorun effektivliyidir. Dializatorun effektivliyi dedikdə
dializatorun keçiricilik səviyyəsi, dializ səthinin sahəsi, membranın
qalınlığı, membranda olan dəliklərin ölçüsü və dializ məhlulu ilə
qanın maksimal kontaktı kimi faktorlar nəzərə alınır.
Kütləkeçiriciliyi koeffi sienti K
O
A.
Məlum dializatorun hər
hansı bir molekul üçün keçiriciliyi kütlə keçiricilik (K
O
A) kimi
daimi göstərici ilə ifadə olunur. K
o
A qanın və dializatın cərəyan
116
Dializ
sürəti və dializatorun klirensinin münasibətini ifadə edən əyriliyin
hündürlüyünü təyin edir və ml/dəq ilə ölçülür (şəkil 4.4).
Səkil 4.4. K
o
A dializatorun effektivliyini göstərən funksiya olub, qanın
nominal cərəyanı (Qq) ilə qan suyundakı sidik cövhərinin klirensinin (K)
münasibətidir
Adi keçiriciliyə malik dializatorların sidik cövhəri üçün K
O
A-
nı vitro göstəricisi 500–700 ml/dəq olur, yüksək keçiricilikli
dializatorlar üçün 700 ml/dəq-dən çox olur. Beləliklə, hər hansı
dializatorun klirensi verilmiş məlum qan və dializat cərəyanı üçün
məlumdursa onda riyazi yolla klirensin piki, yaxud K
o
A hesablana
bilər. K
o
A internetdə olan xüsusi kalkulyatorların köməyi ilə də
hesalana bilər (Urea kinetic modeling calculators – http://www/
hdcn.com/hd/ukmcalc.htm).
117
Fəsil 4. Hemodializ
Molekul kütləsinin diffuzion klirensə təsiri
Kütləsi böyük olan molekullar məhlulda aşağı sürətlə hərəkət edir,
ona görə də membrandan pis diffuziya olunur. Əgər molekul kütləsi
60 D olan sidik cövhəri 75% diffuziya edirsə, molekul kütləsi 113
D olan kreatinin 60% diffuziya yolu ilə dializator vasitəsi ilə qandan
çıxarılır. Molekul kütləsi daha böyük olan vitamin B
12
(1335D) 25%
və 200 ml/dəq qan cərəyanı olduqda klirens 50 ml/ dəq-yə bərabər
olur.
Çox böyük molekullar – beta-2-mikroqlobulin (B-2-MG)
(molekul kütləsi 11800 D) standart aşağıkeçiricilikli membranın
dəliklərindən xaric olmur. Amma yüksəkkeçiricilikli membranlar
B-2-MG keçirirlər.
B. Ultrafi ltrasiya.
Dializ zamanı qəbul olunmuş və mübadilə
nəticəsində bədəndə əmələ gəlmiş mayenin bədəndən çıxarılması
üçün UF tətbiq edilir. Həftədə 3 dəfə HD alan xəstələrin bədənində
1-4 kq maye ləngiyir, bu da 4 saatlıq dializ vaxtı bədəndən çıxarılır.
Beləliklə, 0,5-1 l/saat sürətilə mayenin bədəndən çıxarılması lazım
gəlir.
Sidik cövhərinin xaricolunma göstəricisi.
Sidik cövhərinin enmə dərəcəsi (urea reduction rate – URR)
sidik cövhərinin aşağı düşmə faizi olub dializin adekvatlığını
qiymətləndirmək üçün istifadə olunur. Hesablanması: dializə qədər
sidik cövhəri 60 mq/dl, sonra 18 mq/dl olduqda, sidik cövhərinin
aşağı düşmə dərəcəsi (60-18)/60 = 42/60 = 0,70. URR faizlə ifadə
olunduğu üçün bizim misalda 70% olacaqdır.
Təkpul Kt/V (single-pool Kt/V) təyini.
HD adekvatlığını qiymətləndirmək üçün Kt/V təkpul (single-pul)
göstəricisindən istifadə olunur. İlk dəfə bu üsul ilə hemodializin
adekvatlığının hesablanması konsepsiyası Gotch və Sargent (1985)
tərəfi ndən tətbiq olunmuşdur. Sp Kt/V sidik cövhərinin fraksiya
olunmuş klirensini əks edir.
K – dializatorun sidik cövhərinə görə klirensi, l/saat; t – pro se-
118
Dializ
dur a nın davamiyyəti, saat; V – sidik cövhərinin həll olub yayıldığı
həcm (bədən suyu), l.
Sp Kt/V 1,0 bərabər olduqda bir prosedura zamanı təmizlənən
qanın miqdarı (V) bərabər olması deməkdir. Sidik cövhərinin həll
olduğu bütün bədən mayesinin miqdarı 70 kq çəkisi olan şəxs üçün
təqribən 40 l olur.
URR və Sp Kt/V arasındakı əlaqəni aydınlaşdırmaq üçün hipotetik
olaraq təsəvvür edək ki, qan bir dəfə dializatordan keçdikdən sonra
sidik cövhərindən tam təmizlənir. Əgər qan dövranı 170 ml/dəq. olsa,
onda 1 saat ərzində 10 l qan dializatordan keçməli olur və təmizlənir
- K=10 l/saat. Orta hesabla insan bədənində 40 l su olduğunu nəzərə
alsaq (V=40 l), onda K×t=40 l olacaqdır. Deməli, bütün bədəndə
olan suyun hipotetik olaraq dializatordan keçib təmizlənməsi üçün
4 saat dializ müddəti lazım olacaqdır. Beləliklə, Kt/V=1,0 olacaqdır.
Hazırda dializin adekvatlığını təmin etmək üçün Kt/V=1-1,2-dən
az olmaması tövsiyə olunur. Çünki Kt/V göstəricisinin proqnostik
əhəmiyyəti vardır. Standart hemodializin effektivliyini artırmaq
üçün dializatordan keçən qanın sürətini artırmaq yolu ilə yox, dializ
müddətinin uzadılması hesabına əldə etmək tövsiyə olunur. Ona
görə əksər nefroloqların fi krinə əsasən həftəlik dializ müddəti 12–
15 saatdan az olmamalıdır. Dializ rejimi 9–10 saata endirildikdə
xəstələrin ölümü 12% artır. Qəbul olunmuşdur ki, Kt/V<0,9 olduqda
dializ keyfi yyətsizliyi, qeyri-adekvatlığı ortaya çıxır.
Kt/V-ni hesablamaq üçün bədəndə olan suyun miqdarı xüsusi
nomoqramın köməyi ilə tapılır, yaxud təxminən bədən çəkisinin
60% götürülür.
Təkpul Kt/V-ni hesablamaq üçün Daugirdas (1995) düsturundan
istifadə olunur:
Təkpul Kt/V = -ln(R – 0,008 x t) + (4 – 3,5 x R) x 0,55UF/V,
Burada t – proseduranın davamiyyəti, saat; UF – dializ vaxtı
çıxarılan mayenin miqdarı, l; V – sidik cövhərinin dializdən sonrakı
yayıldığı həcm, l; 0,008 x R–sidik cövhərinin dializdən sonra/
119
Fəsil 4. Hemodializ
əvvəl münasibəti, R – sidik cövhərinin generasiyasını nəzərə alır və
proseduranın davamiyyətindən asılıdır.
Rikoşet (rebound) effekti.
Dializ zamanı sidik cövhərinin
səviyyəsinin birdən güclü düşməsi sidik cövhərinin çıxması urea
inbound, dializ prosedurasından sonra sidik cövhərinin qayıtması,
rikoşeti urea rebound adlanır. Qeyd olunan fenomenlər sidik
cövhərinin hipotetik sekvestrasiya etmiş kameralarda (çoxkameralı
model) paylanması ilə izah olunur.
Ekvilibrasiya etmis Kt/V (eKt/V).
Rikoşet nəticəsində sidik
cövhərinin səviyyəsinin artması 30 – 60 dəq-yə baş verir.Bu dövrdə
dializdən sonrakı zərdab sidik cövhərini (ZSC) təyin edib “həqiqi”,
yaxud ekvilibrə olunmuş URR tapılır. Bu tapılan URR dializ
qurtaran kimi qanda təyin olunmuş sidik cövhəri səviyyəsinə əsasən
hesablanmış URR-dən az olur. Ekvilibrə olunmuş URR-ə əsasən
ekvilibrə olunmuş Kt/V hesablanır.
Zülalın katabolizmi dərəcəsi.
Zülalın katobolizmi dərəcəsi
(protein catabolic rate – PCR) hemodializin effektivliyini göstərən
ən mühüm göstəricilərdən olub, URR və Kt/V ilə bir sırada qoyulur.
PCR göstəricisi yüksək olan xəstələrdə yüksək yaşama göstəricisi
və az xəstələnmə müşahidə olunur. PCR-i tapmaq üçün Kt/V məlum
olan xəstədə həftənin birinci günü dializönü karbamid təyin olunur
(göstərici mq% ilə ifadə olunur). Sonra Daugirdas və Depner
nomoqrammasının köməyi ilə PCR tapılır (şəkil 4.5).
PCR göstəricisi dializarası dövrdə sidik cövhərinin artma dərəcəsi
ilə düz korrelyasiya edir və aşağıdakı formula ilə hesablana bilər:
PCR = 0,32 (0,02 x ðkarbamid, mmol/l)
ðkarbamid – karbamidin keçən dializdən sonrakı göstərici ilə
hazırki dializönü karbamidin göstəricisi arasındakı fərqdir.
Zülalın qəbulu, mənimsənilməsi və katabolizminin hemodializ
xəstələrinin yaşaması üçün prinsipial əhəmiyyəti vardır.
Adətən, PCR göstəricisi 1,2 q/kq/gün və ondan yüksək olmalıdır.
|