70
filtrasiyasının səviyyəsini (F) hər hansı maddənin plazmadakı
qatılığına (P) vurduqda təyin edirik. Bu miqdar həmin maddənin
sidiklə xaric olan miqdarına
bərabərdir, yəni bir dəqiqədə ifraz olu-
nan sidiyin miqdarını (V) həmin maddənin sidikdəki qatılığına (U)
vurmaqla bu kəmiyyəti alırıq. Bunu aşağıdakı düstur vasitəsilə ifadə
etmək olar.
F
x
P = U
x
V
Buradan:
F = U x V / P
alırıq.
Bu düsturda U, V, P qiymətlərini yerinə qoyduqda yumaqcıq filt-
rasiyasını alırıq, yəni bir dəqiqə ərzində qanın plazmasının
nə qədəri
həmin maddədən tam azad olub, bu klirens adlanır. Adətən yumaq-
cıq filtrasiyası endogen kreatinin təmizlənməsinə görə təyin edilir.
Çünki kreatinin yumaqcıqdan filtrasiya olduqdan sonra kanalcıqda
reabsorbsiya və sekresiya olunmur. Bu Reberq sınağı adlanır.
Bu sınağı apardıqdan sonra suyun kanalcıqda reabsorbsiyasını da
hesablamaq olar. Belə qəbul olunur ki, kreatinin qatılığı qan plazma-
sında və yumaqcıq filtratında eynidir, onda kanalcıqdan keçən filtra-
tın neçə dəfə qatılaşmasını təyin etmək olar. Onda reabsorbsiyanın
həddini, reabsorbsiya olunan suyun faizini təyin edirik:
R = (F - V)
x
100 / F
Sağlam şəxslərdə yumaqcıq filtrasiyasının kəmiyyəti 65-120
ml/dəq, suyun kanalcıq reabsorbsiyası 98,5-99% -dir.
1926-cı ildə Reberq yumaqcıq
filtrasiya sürətini ekzogen
kreatininin köməyi ilə təmin etməyi təklif etdi. 1936-cı ildə
71
E.M.Taryev yumaqcıq filtrasiyasını endogen kreatininin köməyi ilə
təyin etməyi təklif etdi. Ona görə yumaqcıq filtrasiyasının endogen
kreatininin klirensinə əsasən təyin olunması bəzən Reberq-Taryev
sınağı da adlandırılır.
Kreatinin klirensini və yaxud yumaqcıq filtrasiyası aşağıdakı
qaydada təyin edilir. Səhər saat 8.00-da xəstə sidiyini xaric edir və
0,5 l su və ya açıq rəngli çay qəbul edir. Sonra 2 saat ərzində saat
10.00-dək sidik yığılır. Sidiyin miqdarı təyin
olunduqdan sonra
dəqiqəlik diurez (V) və sidikdə kreatinin qatılığı təyin edilir (U).
Saat 9.00-da venadan götürülən qan plazmasında kreatinin səviyyəsi
təyin edilir (P).
F = U
x
V / P düsturu ilə yumaqcıq filtrasiyası təyin edilir,
məsələn: V=1,2 ml/dəq, U=100000 mkmol/l
P=100 mkmol/l
Rəqəmləri yerinə qoyduqda:
F = 100000 mkmol/l
x
1,2 ml/dəq / 100 mk/mol/l = 120 ml/dəq
alırıq.
Böyrək çatışmazlığı inkişaf etdikdə yumaqcıq filtrasiyası tədricən
aşağı düşməyə başlayır və hətta 5-2-1 ml/dəq-ə qədər enə bilər.
Kanalcıq reabsorbsiyası isə 80-60% -ə qədər düşə bilir.
Bir qrup maddələr həm yumaqcıqlarda filtrasiya olunur, həm də
kanalcıqlarda sekresiya olduqları üçün qarışıq klirens verir: filtrasiya-
reabsorbsiya, yaxud filtrasiya-sekresiya klirensi. Belə klirens böyrəyin
tam funksiyasını qiymətləndirməyə imkan verir.
Bəzi maddələrin
(dioqrast, fenolrot, paraaminhippur turşusu – PAH və s.) klirensi
həddən yüksək olub böyrək qan cərəyanına (1 dəq. böyrəkdən keçən
qan) yaxınlaşır və beləliklə, bu maddələrin köməyi ilə böyrək qan
cərəyanı təyin edilir.
Klinikada ən çox istifadə olunan sınaq kreatinin klirensidir. Bu
sınağın nəticəsinə görə böyrəklərin
funksional vəziyyəti haqda
obyektiv mühakimə yürütmək olar. Dinamikada təyin olunduqda
sınağın praktik qiyməti daha da artmış olur. Belə ki, yumaqcıq
72
filtrasiyasının 1,5-2 il ərzində 50 – 40 ml/dəq. düşməsi xroniki
böyrək xəstəliyinin (qlomerulonefrit, pielonefrit) nefroskleroz mər-
hələsinə keçməsini göstərir və xroniki böyrək çatışmazlığı haqda
fikirləşməyə əsas verir.
Dostları ilə paylaş: