125
qulluq etmək lazımdır. Dəri örtüyü gündə iki
dəfə kamfora spirti
məhlulu ilə təmizlənir.
Xəstələrin pəhrizində əsas məqsəd zülalların azaldılması, kalori-
nin yağ və karbohidrat hesabına ödənilməsidir. Belə ki, aclıq zamanı
zülalların sürətli katabolizmi baş verərək qanda azotlu maddələrin
həddən çox artmasına; hiperkaliemiyaya, hiperhidratasiyaya səbəb
olur. Ona görə əvvəlcə xəstənin mədəsini 2%-li
natrium-hidrokar-
bonat məhlulu ilə yuyub-təmizlədikdən sonra həmin zondla mədəyə
tərkibində 50 q şəkər və 50 q kərə yağı qarışdırılmış maye yeridilir.
Xəstə süni böyrək şöbəsində olduqda qidada zülalın miqdarı artırılır.
Veriləcək zülalın miqdarı 40-60 q olmaqla, orqanizmdə baş verən
dəyişikliklərdən asılı olaraq təyin edilir.
Xəstəliyin ilk mərhələsində (xüsusən şok zamanı) vena daxilinə
mannitol məhlulu (hər kq bədən çəkisinə 1 q) yeridilir.
Eyni za-
manda şokdan çıxdıqdan sonra xəstələrə vena daxilinə laziks məh-
lulu yeridilir (10-20 ml). Lakin oliqo-anuriya baş verdikdə bu müali-
cə tədbirlərini tətbiq etmək olmaz. Hazırda qandan (bədəndən) azotu
çıxaran xüsusi dərmanlar yoxdur, lakin
bir çox dərman maddələrinin
tətbiqi bəzi halda xüsusi əhəmiyyətə malikdir. Əgər böyrəklərin
fəaliyyəti zəifləmişsə, bu zaman vena daxilinə lespenefrili yeritmək
məsləhətdir. Retabolol tətbiqi ilə zülal katabolizminin qarşısını al-
mağa və habelə, qalıq azotun qanda artma sürətinin azalmasına nail
olmaq olar.
İnfeksion ağırlaşmaların qarşısını almaq
üçün az nefrotoksik
təsirə malik olan penisillin qrupu antibiotiklərindən istifadə olunur,
amma anuriya zamanı bunlar yarı dozada təyin olunur. İnfeksion
ağırlaşmalar olduqda geniş spektrli təsirə malik olan antibiotiklərdən
istifadə olunur.
Əsasən damarların tonusunu saxlamaq üçün kardiamin,
sulfokamfokain, kofein tətbiq edilir, amma ürək çatışmazlığı olduqda
ürək qlyukozidləri tətbiq olunur.
Ürəkbulanma, qusma olduqda
da xəstənin mədəsi yuyulur,
serukal, reqlan, sinet və s. dərmanlar istifadə olunur.
126
Ümumiyyətlə, anuriya zamanı gün ərzində bədənə daxil olan
mayenin miqdarı 300-500 ml-dən artıq olmamalıdır. Su-duz mübadi-
ləsinin pozğunluqlarının və asidozun aradan qaldırılması xüsusi
əhəmiyyətə malikdir.
Xəstələrə vitaminlərdən C və B qrupu təyin edilir. Qaraciyərin fəa-
liyyətinin pozğunluğunda hepatotrop maddələr tətbiq olunur. Anemiya
zamanı xəstələrə eyni qrupdan olan eritrosit kütləsi köçürülür.
KBÇ-nin müalicəsində istifadə olunan müalicə faktorlarından
süni diareyanı (75%-150 ml sorbit daxilə), bağırsaq dializini, qanın
dəyişilməsi və s. istifadə oluna bilər.
Son zamanlar peritoneal dializindən də istifadə olunur.
Bu zaman
periton pərdəsinin KBÇ zamanı artıq dərəcədə toksik maddələrin
ifrazetmə qabiliyyətinə malik olmasını nəzərə alaraq ondan müalicə
məqsədi ilə istifadə olunur. Bunun üçün xüsusi hazırlanmış məhlulun
köməyi ilə periton boşluğunu yumaqla müəyyən qədər azotlu mad-
dələri bədəndən xaric etmək mümkündür. Orta xətt üzrə göbəkdən
aşağı nahiyədə qarın boşluğuna çoxlu deşikləri
olan polietilen boru
salınır. Həmin boru vasitəsilə qarın boşluğuna hipertonik məhlul ye-
ridilir və 45 dəqiqə saxlandıqdan sonra (ekspozisiya) həmin boru va-
sitəsilə yeridilmiş məhlul xaric olunur. Sonra bu əməliyyat yenidən
təkrar edilir və 12-18 saat ərzində 20 l-ə qədər məhlulla periton pər-
dəsi yuyulur.
KBÇ-nin ən müasir müalicə üsullarına
hemodializ, hemosorbsiya,
hemofiltrasiya, plazmaferez aiddir.
Dostları ilə paylaş: