266
2 T2
–
şiş 7 sm böyük ancaq
böyrəkdə
T1-T2
NO - zədələnmə
yoxdur,
N1 tək-tək
MO - metastaz
yoxdur,
MO
3 T3a
–
şiş Herot fasiyası
daxilində böyrəküstü
vəziyə və böyrəkətrafı
toxumaya yayılır
T3b- şiş böyrək venasına
və aşağı boş venaya
invaziya edir, diafraqmaya
qədər
T3
şiş venadaxili
diafraqmaüstünə
də
invaziya edir
NO, N1
MO, N1
MO, N1
MO
MO
MO
4 T4 – şiş Herot
fasiyasından kənara yayılır
T- hər hansı
T- hər hansı
MO, N1
N2-
birdən çox
N-hər hansı
MO
MO
M1 metastaz
vardır
Uşaqlarda böyrək şişi olduqda Wilms şişi (nefroblostoma) haqda
düşünmək lazım gəlir, az hallarda müşahidə edilir.
Diaqnoz. Dəqiq diaqnoz üçün USM, KT, NMR kimi yüksək
informasiyalı üsulların nəticələri istifadə olunmalıdır. Bəzən selek-
tiv arterioqrafiya da aparılır.
Differensial diaqnostika. Böyrək şişi sadə kista, polikistoz, hidro-
nefroz, nefroptoz, böyrək karbunkulu, pionefroz, peritonarxası sahə
şişləri və s. ilə defferensasiya olunur. Ən sadə və informasiyalı müayi-
nə üsulu USM sayılır. Bu zaman qeyd olunan böyrək böyüməsi –
həcmli törəmə üç cür olur: bərk, mayeli, qarışıq.
Bərk şiş üçün daxili
exosiqnal əmələ gəldiyi üçün qeyri-homogen strukturla aşkar edilir.
267
Kista üçün konturların düz olması, daxili exostrukturu olmayan
törəmənin distal sərhəddində səs dalğasının güclü əks olunması mü-
şahidə olunur. Amma belə hallar abses, hematoma, adenoma və lipo-
mada da müşahidə oluna bilər. Bəzi halda hətta USM altında iynə ilə
törəmə punksiya olunur və götürülmüş material (maye)
sitoloji müa-
yinədən keçirilir, yaxud kistoqrafiya edilir. Bəzi xəstələrdə maye da-
xilində bərk exostruktura aşkar edilir. Bu zaman multilakunar kistoz
nefroma, böyrəyin kistoz açıq rəngli nüvəli xərçəngi, böyrək exino-
kokkozu, yaxud nekroza uğramış böyrək xərçəngi arasında differen-
sasiya aparılır. Angioqrafiyada damarsız törəmə aşkar edilir. Əksər
xəstələrdə ancaq çıxarılmış böyrəyin morfoloji
müayinəsindən sonra
dəqiq diaqnoz qoyulur. Hər iki tərəfdə böyümüş böyrəklərin əllən-
məsi polikistoz haqda düşünməyə əsas verir, amma hətta polikistoz
böyrəkdə də şiş ola bilər.
Qeyd etmək lazımdır ki, böyrək sallanması olan bütün hallarda
(böyrəklərin əllənməsi) xəstələrə şişi inkar etmək üçün USM və rentge-
noloji müayinələr aparılmalıdır. Hidronefroz diaqnozu USM-nin kömə-
yi ilə qoyulur.
Böyrək şişlərinin 6-8%-i xoşxassəli olur.
Cərrahi əməliyyata qə-
dər angiolipoma və lipoma kimi xoşxassəli şişlərin diaqnozu qoyula
bilir. KT zamanı hiperexogen törəmə aşkar edilir. Diaqnoz öz təsdi-
qini ancaq aspirasion biopsiyanın köməyi ilə tapa bilər.
7-9% hallarda, xüsusən kiçik diametrli şişlərdə onun təbiətini ay-
dınlaşdırmaq mümkün olmur, hətta o böyrək parenximasının əlavə
payı ilə differensasiya edilir. Bu zaman
kontrast maddə vurulmaqla
KT aparılır.
Böyrək xərçəngini ksantoqranulomatoz pielonefritin düyünlü for-
ması ilə differensasiya etmək lazım gəlir. Cərrahi əməliyyat zamanı
perifokal infiltrativ prosesin olması ksantoqranuloma üçün xarakte-
rikdir.
Müalicə. Cərrahi müdaxilə – nefrektomiya xəstəliyinin yeganə sağal-
maya aparan düzgün yolu sayılır. Heç bir yaş məhdudiyyəti qoyulmur.
Bu zaman böyrək paranefral toxuma və fassiya ilə birlikdə çıxarılır.
268
Əməliyyat aparıla bilməyən hallarda böyrək qanaxması olduqda
arteriyanın embolizasiyası tətbiq edilir. Metastaz zamanı şüa terapi-
yası aparılır. Kimyəvi terapiya ağciyərlərə metastaz olduqda aparılır.
Bəzən hətta böyrək yatağında xərçəngin residivi olduqda da təkrarı
cərrahi əməliyyat aparılır.
Böyrək xərçənginə görə əməliyyat aparılmış xəstələr (nefrektomiya)
4 aydan bir, 3
il müddətində, 6 aydan bir 3-5 il arasında, ildə 1 dəfə bü-
tün həyatı boyu nəzarət yoxlamasından keçməlidirlər.
Dostları ilə paylaş: