130
yerinə yetirilmir. Bundan başqa kreatininin qanda səviyyəsi yüksəl-
dikdə YFS təyini
yüksək nəticələr göstərir, çünki bu zaman kreati-
nin yumaqcıqda filtrasiya olunmasından əlavə kanalcıqdan sekresi-
yası vaş verir. Böyrək çatışmazlığının səviyyəsi yüksəldikcə bu poz-
ğunluğun miqyası artır. Belə ki, TXBÇ zamanı sidikdəki kreatininin
40%-ə qədəri sekresiya vasitəsi ilə xaric olur. Ona görə ambulator
şəraitdə və TXBÇ zamanı YFS göstəricisini tapmaq üçün D.Cock-
roft və M.Gault (1976) təklif etdikləri düsturun köməyi ilə
hesablama üsulundan istifadə olunur.
Bu üsul ilə YFS qan zərda-
bında kreatinin səviyyəsinə, antropometrik göstəricilərə və cinsə gö-
rə hesablanaraq tapılır:
YFS =
(140-yaş) x (bədən çəkisi, kq) x 0,85
- qadın üçün
814 x qan zərdabında kreatinin, mmol/l
YFS =
(140-yaş) x (bədən çəkisi, kq)
-
kişi üçün
814 x qan zərdabında kreatinin, mmol/l
Bu formulaya bəzi əlavə və düzəlişlər oluna bilər, məsələn, para və
ya tetraplegiya olan xəstələrdə YFS göstəricisini müvafiq olaraq 20 və
40% azaltmaq, qara dərili kişilərdə 12% artırmaq lazımdır. Həmçinin
ABŞ-da çox ciddi Modification of Diet in Renal Disease (MDRD)
tətqiqatı nəticəsində J.D.Koople və başq. (1989) tərəfindən hazırlan-
mış formula vasitəsi ilə də YFS-nı hesablamaq olar (Nephvol Dial.
Transplant, 2002, v. 17, s. 7, pp. 7-15). Bu üsul YFS-i nin MDRD for-
mulu ilə hesablanması adlanır.
YFS=170 x (kreatinin x 0,0113)
-0,999
x yaş
– 0,176
x (sidik cövhəri
x 2,8)
– 0,17
x albumin
0,318
;
və ya
YFS= 170 x kreatinin
-0,999
x yaş
– 0,176
x sidik cövhəri
– 0,17
x albu-
min.
0,318
131
Yaş – il
Albumin (qanda) – q/l
YFS = ml/dəq/ 1,73 m
2
.
Qara dərili insanlar üçün alınan rəqəm 1,18-ə vurulur, qadınlar üçün
alınan rəqəm 0,762-yə vurulur.
Kreatinin (qanda) - mmol/l.
Sidik cövhəri (qanda) - mmol/l.
Etiologiya. XBÇ-nin əsas səbəbləri aşağıdakılardır:
-
böyrək yumaqcıqlarının zədələnməsi ilə keçən xəstəliklər
(xroniki qlomerulonefrit-XQN, yarımkəskin qlomerulonefrit), böy-
rək kanalcıqlarının və interstisial toxumanın pozğunluqları ilə gedən
xəstəliklər (pielonefrit, interstisial nefrit - İN);
-
böyrəklərin zədələnməsi ilə keçən birləşdirici toxumanın
diffuz
xəstəlikləri (qırmızı qurd eşənəyi, sistem sklerodermiya, düyünlü
periarteriit, Veqener qranulomatozu, hemorragik vaskulit);
-
mübadilə pozğunluğu xəstəlikləri (şəkərli diabet, amiloidoz,
podaqra, sistinoz, hiperkalsiuriya);
-
böyrəklərin anadangəlmə (irsi) xəstəlikləri (böyrək polikistozu,
Alport
sindromu, diffuz mezangial nefroskleroz və nefropatiya ilə
müştərək keçən skeletin başqa anadangəlmə xəstəlikləri);
-
damarların birincili zədələnməsi: bədxassəli hipertoniya
xəstəliyi (essensial hipertoniya);
-
obstruktiv nefropatiyalar: böyrəkdaşı xəstəliyi, hidronefroz,
sidik-cinsiyyət sistemin şişləri.
Son illər XBÇ-nin səbəbləri arasında şəkərli diabet birinci yerə
çıxaraq qeyri-infeksion xəstəlik epidemiyası şəklini almışdır. ABŞ-
da dializ xəstələrinin 42%-i, Avropada 30-35%-i, şəkərli diabet (əsa-
sən 2-ci tip) təşkil etmişdir. Dünya əhalisinin yaş həddinin artması
nəticəsində XBÇ-nin nəticələri arasında angiogen nefroskleroz
(hipertonik, aterosklerotik) və sidik yollarının obstruksiyası ilə gedən
uroloji xəstəliklər (prostatın xoşxassəli hiperplaziyası, şiş, daş) daha
çoxluq təşkil edir. Moskva dializ mərkəzlərinin statistikasına əsasən
132
dializ xəstələrində XBÇ-nin səbəbi 39,8%, Avstraliyada 35%, Ya-
poniyada 39,8% XQN olmuşdur. Sidik yollarında durğunluqla nəti-
cələnən uroloji xəstəliklər zamanı baş verən
XBÇ olduqda diaqnozu
düzgün təyin etməyin böyük proqnostik əhəmiyyəti vardır. Çünki
düzgün məntiqlə qoyulmuş diaqnoz nəticəsində etiotrop müalicə
apardıqda, yəni sidiyin sidik yollarında passajını təmin etdikdə XBÇ
reqress edir. Analgetik dərmanların nəzarətsiz, uzun müddət qəbulu
analgetik nefropatiyaya səbəb olur və XBÇ ilə nəticələnə bilir.
Avropa ölkələrində analgetiklərin nüsxəsiz satışına qadağa qoyul-
ması nəticəsində dializ tələb edən analgetik nefropatiyanın
dializ
xəstələri arasında tezliyinin 1980-ci ildə 3%-dən 1990-cı ildə 1%-ə
qədər azalması baş vermişdir, Avstriyada isə bu azalma 28%-dən
12%-ə qədər olmuşdur. Beləliklə, 20-30 il əvvəlki statistikadan fərqli
olaraq dializ müalicəsinə səbəb olan xəstəliklərin tezliyi dəyişir –
şəkərli diabet, böyrəklərin işemik xəstəlikləri və sairələrinin tezliyi
artır.
15>
Dostları ilə paylaş: