Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə99/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   95   96   97   98   99   100   101   102   ...   186
QN-nin aktivliyini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən 
istifadə edilir: 
-
 
NS, kəskin nefrotik sindrom (kəskin QN klinikasına uyğun); 


 
181
-
 
Proteinuriyanın artması; 
-
 
Hematuriyanın artması; 
-
 
AT-nın birdən yüksəlməsi; 
-
 
Böyrək funksiyasının azalması, azotemiyanın qısa müddətdə 
artması; 
-
 
Damar daxili koaqulyasiya – yayılmış damardaxili laxtalanma 
(YDL) – sindromu; 
-
 
EÇS artması; 
-
 
Hiper - 
α
2
 – qlobulinemiya. 
Simptomatik müalicə  tədbirləri hipertoniya, ödemlər, sidik 
sindromuna və s. qarşı aparılır. 
Hematuriyanın çox təzahür etdiyi hallarda qan plazmasının fibri-
nolitik aktivliyinin artması müşahidə olunduqda epsilon-aminokap-
ron turşusu tətbiq olunur. Hematuriyada həmçinin gicitkan cövhəri, 
4-5 həftə ərzində təyin edilir. 
Ödem sindromunda xəstələrə furosemid, etakrin turşusu, veroşpi-
ron təyin edilir. Hipoproteinemiya fonunda ödemlər olduqda po-
liqlyukin, albumin, qan plazması vena daxilinə yeridilir. 
Hipertenziv sindromda AÇFİ, angiotenzin II blokatorları, dopeqit, 
beta-blokatorlar, prazozin, diazoksid, natrium-nitroprussid və s. tət-
biq edilir.  
Xroniki qlomerulonefritin kəskinləşməsində sanatoriya-kurort müa-
licəsinin xüsusi rolunu qeyd etmək lazımdır. Əsasən Misirdə, Türkmə-
nistanda yerləşən Bayram-Əli, Özbəkistanda Buxara şəhəri yaxınlığın-
da olan Sitora Moxi Xosa sanatoriyalarından və Krımın cənub sahillə-
rindən istifadə olunur. Quru, isti iqlim şəraitində periferik damarların 
genişlənməsi, böyrək hemodinamikasının yaxşılaşması hesabına xəstə-
liyin gedişində müsbət dəyişikliklər baş verir. Xəstələr bir neçə il, ardı-
cıl iki aya qədər bu sanatoriyalarda istirahət etdikdə və müalicə olduqda 
müsbət nəticələr alınır. 
Prognoz. Xroniki qlomerulonefritdə  xəstənin yaşama müddəti 
xəstəliyin forması və böyrəklərin fəaliyyətindən asılıdır. Latent for-


 
182
mada proqnoz yaxşı, hipertonik və hematurik formada – ciddi, pro-
teinurik və qarışıq formalarda – pisdir. 
Profilaktika. İlk növbədə kəskin qlomerulonefrit tam müalicə olun-
malıdır, bunun da əsası infeksiya ocaqlarının yox edilməsidir (iltihab-
lanmış badamcıqların çıxarılması, ağız boşluğunun sanasiyası). Xəstələ-
rin soyuqdəymədən qorunması, daim həkim nəzarətində qalması, yün-
gül işə keçmək, vaxtında istirahət, pəhriz və s. məsləhətdir.
 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin