Məktəb həyəcanlılığı sorğusu Ad,soyad : Sinif : Tarix



Yüklə 15,82 Kb.
tarix12.04.2022
ölçüsü15,82 Kb.
#55204
növüDərs
Məktəb həyəcanlılığı sorğusu


Məktəb həyəcanlılığı sorğusu

Ad ,soyad :___________________________________________Sinif :______Tarix :_______

1. Özünü bütün siniflə bir səviyyədə tutmaq sənin üçün çətindirmi? 2. Müəllim sənin materialı mənimsəmə səviyyəvi yoxlamaq istədiyini deyəndə çoxmu həyəcanlanırsan? 3. Sinifdə müəllimin tələb etdiyi səviyyədə işləmək sənin üçün çətindirmi? 4. Sən heç yuxuda görmüsənmi ki, dərsi öyrənmədiyin üçün müəllim sənə möhkəm qəzəblənib? 5. Heç elə olubmu ki, sinif yoldaşın səni vursun və ya döysün? 6. Yeni materialın izahı zamanı müəllimin sən onun dediyini başa düşənə qədər tələsmədən danışmasını tez-tezmi istəyirsən? 7. Cavab verən zaman və ya tapşırığı yerinə yetirən zaman çoxmu həyəcanlanırsan? 8. Səfeh bir səhv buraxacağından ehtiyatlandığın üçün dərsdə danışmaqdan çəkindiyin heç olubmu? 9. Səni dərsə danışmağa çağıranda dizlərin əsirmi? 10. Siz müxtəlif oyunları oynayanda tez-tezmi səni lağa qoyurlar? 11. Gözlədiyindən aşağı qiymət aldığın vaxtlar olubmu? 12. Sinifdə ikinci il qalmaq məsələsi səni heç həyəcanlandırırmı? 13. Səni adətən heç vaxt seçmədiklərinə görə seçkili oyunlarda iştirak etməməyə çalışırsanmı? 14. Səni cavab verməyə çağırdıqları zaman başdan – ayağa titrədiyin vaxtlar olurmu? 15. Səndə belə bir hiss yaranırmı ki, sənin etmək istədiyini heç bir sinif yoldaşın etmək istəmir? 16. Tapşırığı yerinə yetirməzdən əvvəl möhkəm həyəcanlanırsanmı? 17. Valideynlərinin səndən gözlədikləri qiymətləri almaq sənin üçün çətindirmi? 18. Sinifdə əhvalının xarab olacağından qorxduğun vaxtlar olurmu? 19. Cavab verən zaman səhv buraxsan sənin sinif yoldaşların sənə güləcəkmi? 20. Sən öz sinif yoldaşlarına bənzəyirsənmi? 21. Sən sinifdə işlədiyin zaman hər şeyi yaxşı yadda saxladığından əminsənmi? 22. Sən sinifdə işləyən zaman hər şeyi yaxşı yadında saxladığından əminsənmi? 23. Heç belə bir yuxunu tez-tez görürsənmi ki, guya sən məktəbdəsən və müəllimin sualına cavab verə bilmirsən? 24. Uşaqların əksəriyyətinin sənə dostcasına yanaşması doğrudurmu? 25. Biləndə ki, sənin işinin nəticələrini sinif yoldaşlarının nəticələri ilə müqayisə edəcəklər, daha da çox işləyərsənmi? 26. Səndən dərs soruşanda az həyəcan keçirməyini çox tez-tezmi arzulayırsan? 27. Bəzən mübahisəyə girməkdən qorxursanmı? 28. Müəllim sənin dərsə hazırlığını yoxlayacağını bildirəndə ürəyinin tez-tez döyündüyünü hiss edirsənmi? 29. Sən yaxşı qiymətlər alanda sənin dostlarından bəzilərini sənin bunu özünü gözə soxmaq üçün etdiyini düşünürmü? 30. Uşaqların xüsusi bir diqqətlə yanaşdığı sinif yoldaşlarınla özünü yaxşı hiss edirsənmi? 31. Elə olubmu ki, bəzi uşaqların sinifdə dedikləri nə isə sənə toxunsun? 32. Sənin fikrincə, dərsin öhdəsindən gələ bilməyəcək şagirdlər rəğbətdən düşürlərmi? 33. Bu doğrudurmu ki, sənin sinif yoldaşlarının çoxu sənə fikir vermirlər? 34. Sən tez-tezmi mənasız bir hərəkət etmiş kimi görünməkdən qorxursan? 35. Müəllimlərin sənə qarşı münasibətindən razısanmı? 36. Sənin anan da sənin sinif yoldaşlarının anası kimi sinif şənliklərinin təşkilində iştirak edirmi? 37. Səni əhatə edənlərin sənin haqqında nə düşündükləri səni heç narahat edibmi? 38. Gələcəkdə əvvəlkindən daha yaxşı oxumağa ümidin varmı? 39. Səncə, sən də sinif yoldaşların kimi yaxşı geyinirsənmi? 40. Dərsə cavab verərkən başqalarının bu zaman sənin haqqında nə düşündükləri barədə tez-tezmi fikirləşirsən? 41. İstedadlı şagirdlər sinifdə olan digər uşaqlara nisbətən hansı isə xüsusi hüquqlara malikdilərmi? 42. Bəzi sinif yoldaşların sən onlardan daha yaxşı göstəricilər əldə edəndə hirslənirlərmi? 43. Sinif yoldaşlarının sənə olan münasibətindən razısanmı? 44. Müəllim ilə tək qalanda özünü yaxşı hiss edirsənmi? 45. Sənin sinif yoldaşların bəzən sənin xarici görkəmini və davranışını lağa qoyurlarmı? 46. Sən heç düşünürsənmi ki, sən öz məktəbəqədərki işlərin barəsində digər uşaqlardan daha çox narahat olursan? 47. Səndən soruşanda və sən cavab verə bilməyəndə sən hiss edirsənmi ki, indicə ağlayacaqsan? 48. Axşamlar sən yataqda uzananda sən bəzən heç düşünürsənmi ki, sabah məktəbdə nə olacaq? 49. Çətin tapşırıq üzərində işləyərkən sən bəzən hiss edirsənmi ki, əvvəllər yaxşı bildiyin şeyləri tamamilə yaddan çıxarmısan? 50. Sən tapşırıq üzərində işləyən zaman əlin yüngülcə titrəyirmi? 51. Müəllim sinifə tapşırıq verəcəyi haqqında məlumat verəndə sən narahat olmağa başladığını hiss edirsənmi? 52. Məktəbdə sənin biliyinin yoxlanılması səni qorxudurmu? 53. Müəllim sinifdə tapşırıq verəcəyini deyəndə onun öhdəsindən gələ bilməyəcəyinə görə qorxu keçirirsənmi? 54. Bəzən sənin yuxuna girirmi ki, sənin sinif yoldaşların sənin edə bilmədiyini edirlər? 55. Müəllim materialı başa salanda sənə elə gəlmirmi ki, sinif yoldaşların onu səndən yaxşı başa düşürlər? 56. Məktəbə gedərkən müəllimin sinifə yoxlama işi verəcəyi düşünərək narahatlıq keçirirsənmi? 57. Tapşırığı yerinə yetirəndə adətən bunu yaxşı etmədiyini hiss edirsənmi? 58. Müəllim səndən lövhəyə çıxaraq bütün sinif qarşısında tapşırıq yerinə yetirməyi tələb edəndə əlin yüngülcə əsirmi?

NƏTİCƏ:
Yüklə 15,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin