Əlaqə rekvizitləri:e-mail: sara-bayramova@inbox.ru; tel: (mob) 055-403-44-55; (ev) 012-422-60-80
Gün ərzində kollecdə olduğu vaxt: 10:00-1600
Təltiflər:Azərbaycan Respublikası Təhsil Nazirliyinin ixtisasartırma təhsili haqqında sertifikatı
Xarici dil:türk, rus 2.FƏNN HAQQINDA MƏLUMAT
Fənnin kodu: İRHT 3.2
Fənnin növü: qarışıq
Fənnin tədris ili: 2014/2015-ci il
Auditoriya: 200
Fənnin krediti: 8
Fənnin tədris yükü (saat): 120 saat (11 illik baza) (I, II tədris illəri)
Fənnin prerekviziti: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur
Fənnin tədrisi forması: Mühazirə-seminar məşğələ 3.FƏNNİN ƏSAS MƏQSƏDİ
Dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mənimsənilməsi təmin edilməklə, ixtisasa dair başlıca elmi-metodiki ədəbiyyatlarla tanışlıq aparmaqla:
İxtisas üzrə başlıca anlayışları, xüsusilə fənnin mövzusu, məqsədi, vəzifələri, əhəmiyyətini mənimsətmək;
Məktəbəqədər tərbiyə üzrə başlıca qanunlar, inkişaf proqramları, hüquqi-normativ sənədlərlə tanışlığı təmin edilməklə, rəsmi sənədlərlə maraqların aşılanmasına nail olmaqdır.
Doğma Azərbaycanımızın ən kiçik sakinlərini tərbiyə etməyə hazırlaşan gənc mütəxəssislərə pedaqogika elmini öyrətməkdir. Klassik pedaqoqların tətbiq etdiyi tərbiyə prinsiplərini örnək gətirməklə körpələrimizi Vətənə, xalqa, doğma torpağa məhəbbət ruhunda tərbiyə edərək böyütməkdir.
Müstəqil Azərbaycan dövlətinin təhsil islahatını sürətlə həyata keçirdiyi tarixi bir dövrdə xalqın taleyi gələcək nəslin düzgün tərbiyə olunması ilə bağlıdır. Məktəbəqədər tərbiyə müəssisəsinin əsas məqsədi də ailənin və cəmiyyətin mənafeyinə uyğun olaraq, uşaqların hərtərəfli inkişafına nail olmaq, fiziki və psixi sağlamlığını mühafizə etmək, fərdi xüsusiyyətlərini məqsədyönlü surətdə inkişaf etdirmək, xarakterlərinin bağlıca cəhətlərini formalaşdırmaq və onların inkişafındakı çatışmamazlıqları vaxtında aradan qaldırmaqdır. Bu məqsədlə uşağın ilk gündən başlayaraq sağlamlığının bünövrəsini qorumaq, uşağı əqli, əxlaqi, fiziki və estetik cəhətdən tərbiyə etməkdir.
Beləliklə, fənnin əsas məqsədi rəqabətqabiliyyətli yeni insan formalaşdırmaqdır.
4.FƏNNİN TƏDRİSİ NƏTİCƏSİNDƏ ƏLDƏ OLUNAN
KOMPETENSİYALAR: Fənni mənimsəyən hər bir tələbə
Məktəbəqədər tərbiyənin əsas anlayışları, tərbiyənin insan cəmiyyəti üçün əhəmiyyətini mənimsətməklə tərbiyənin əhəmiyyətini açıqlamağı mənimsəyir.
Tərbiyədə dərin hörmət hissini formalaşdırmaq, bu zaman tərbiyə prosesində yaşın nəzərə alınmasını və vahidliyin ardıcıllığını, sistemliliyini gözləməklə uşaqların formalaşması üçün tərbiyənin ən yeni metodlarından istifadə edir.
Tərbiyə işində uşaqlara inamın çox qüdrətli vasitə olduğunu açıqlamaqla, alışdırma üsulunun intizam tərbiyəsində vacibliyini açıqlamağı öyrənir.
Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsinin düzgün qurulmasını və fizki işgörmə qabiliyyətinə malik olmaqla əməyin oyunla əlaqələndirilməsini təmin etməkdir.
əsas pedaqoji üsulları mənimsəyir.
fənnin başqa elmlərlə əlaqəsini öyrənir.
ixtisasa dair ilkin informasiyanı mənimsəyir.
5.FƏNNİN XARAKTERİSTİKASI
FƏNNİN ÖYRƏNİLMƏSİNİN TƏQVİM PLANI I yarım il (mühazirə)
Sıra
№-si
Mövzunun adı
Ayrılan saatlar
Pedaqogika elminin mövzusu, əsas anlayışları, başqa elmlərlə əlaqəsi, sahələri
2
Məktəbəqədər pedaqogika pedaqogika elminin bir sahəsi kimi, predmeti, funksiyaları, metodoloji əsasları
2
Pedaqoji tədqiqat üsulları. Məktəbəqədər pedaqogikanın tədqiqat üsulları
Məktəbəqədər yaş dövrləri. Məktəbəqədər təhsil müəssisələrinin qruplara görə bölgüsü
2
Məktəbəqədər təhsilin dövlət standartı və proqramı: hər yaş qrupuna görə bölgüsü
2
Həyatın I və II ilində uşaqların tərbiyə edilməsi. Orqanizmin möhkəmləndirilməsi
2
Həyatın I və II ilində uşaq fəaliyyətinin təşkili və məzmunu
2
Həyatın I və II ilində təlim işlərinin planlaşdırılması
2
Həyatın III ilindı təlim xarakterli oyun-məşğələlər. Sağlamlıq və möhkəmləndirmə tədbirləri
2
Uşaq bağçasında təlimin ümumi didaktik prinsiplərinin səciyyələndirilməsi
2
Pedaqoji texnologiyalar və fəallaşdırıcı təlim
2
Cəmi:
24
6.FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI Fənn üzrə smester ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:
№
Mövzunun adı
Son tarix
Pedaqogika elminin mövzusu, əsas anlayışları, başqa elmlərlə əlaqəsi, sahələri
4-cü həftə
Məktəbəqədər pedaqogika pedaqogika elminin bir sahəsi kimi, predmeti, funksiyaları, metodoloji əsasları
5-ci həftə
İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji, sosial amillərin rolu
6-cı həftə
Azərbaycan Respublikasının təhsil sisteminin quruluşu, məzmunu, vəzifələri
7-ci həftə
Müəllim, körpələr evi və uşaq bağçasının tərbiyəçisi
8-ci həftə
Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurrikulumu) (3-6 yaş)
9-cu həftə
Məktəbəqədər tərbiyə Azərbaycan təhsil sisteminin ilk mərhələsi kimi
10-cu həftə
Yaş dövrləri: Erkən yaş dövrünün xüsusiyyətləri
11-ci həftə
Didaktika haqqında anlayış. Uşaq bağçasında təlimin əsasları, ümumi didaktik prinsipləri
12-ci həftə
Məktəbəqədər yaşlı uşaqların inkişafında pedaqoji innovasiyalar, təlimin texnologiyaları
13-cü həftə
Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir. 7.TƏLƏBƏNİN NAİLİYYƏTLƏRİNİN CARİ VƏ ARALIQ
QİYMƏTLƏNDİRMƏSİ Fənn üzrə kredit toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimi olacaq
50 bal – imtahana qədərki bal:
10 bal dərsə davamiyyətə görə (fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fənndən imtahana buraxılmır).
30 bal laboratoriya dərslərinin nəticələrinə görə (fənn üzrə kurs işi və məşğələ dərsi nəzərdə tutulmadığı halda).
8.TƏHSİLALMA PROSESİNƏ NƏZARƏT VƏ TƏLƏBƏLƏRİN
BİLİYİNİN YEKUN QİYMƏTLƏNDİRMƏSİ
10 bal dərsə davamiyyətə görə (fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fənndən imtahana buraxılmır).
A
“əla”
91-100
B
“çox yaxşı”
81-90
C
“yaxşı”
71-80
D
“kafi”
61-70
E
“qənaətbəxş”
51-60
F
“qeyri-kafi”
51 baldan aşağı
Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə, 51 baldan aşağı bal toplayan yələbə isə fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.
9.TƏLƏBƏNİN NİZAM-İNTİZAMINA QOYULAN TƏLƏBLƏR
Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş, daxili intizam və davranış qaydalarının tələblərinə riayət etmək;
Auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planları və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
Kollecin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, otaqlarda təmizliyə və səliqəyə riayət etmək.
10.İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
H.Əliyev və Azərbaycan məktəblilərinin gözü ilə. Bakı, 1998.
A.Həsənov. Məktəbəqədər pedaqogika. Bakı, 2000.
R.Mursaqulova, N.Rüstəmova. Məktəbəqədər pedaqogika. Bakı, 2005.
Y.Kərimov. Qönçə. Maarif, Bakı, 1987.
F.Rüstəmov, Ə.Paşayev. Pedaqogika. Bakı, 2008.
M.İlyasovş Pedaqoji ustalığın əsasları. Bakı, 2013
A.Abbasov. Milli əxlaq və ailə etikası. Bakı, 2010.
S.Bayramova, K.Mənsimova. Təhsilin modernləşdirilməsi kontekstində kiçikyaşlı məktəblilərin humanizm tərbiyəsinin metodiki aspektləri. Bakı, 2014.
S.Bayramova. Uşaq və yeniyetmələrin tərbiyəsinə ailənin psixoloji iqliminin təsiri. Bakı, 2005.
Azərbaycan Respublikasının məktəbəqədər tərbiyə müəssisələrinin Əsasnaməsi. Bakı, 2010.
A.Həsənov. Uşaq bağçasında təlimin prinsip və metodları. Bakı, 1992.
Z.Vəliyeva. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsi. Bakı, 1993.