MəKTƏBƏQƏDƏr yaşli uşaqlarda sadə ÖLÇMƏLƏR ÜZRƏ TƏLİMİN ƏHƏMİYYƏTİ Quluzadə Günay Musa qızı



Yüklə 13,76 Kb.
tarix29.05.2022
ölçüsü13,76 Kb.
#59986
MA-116 Quluzadə Günay Musa qızı tezis


MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA SADƏ ÖLÇMƏLƏR ÜZRƏ TƏLİMİN ƏHƏMİYYƏTİ
Quluzadə Günay Musa qızı
Bakı Slavyan Universiteti
gunay_quluzade_00@mail.ru

Məktəbəqədər yaşlı uşaqlar üçün mürəkkəb məsələlərdən biri ölçmədir. Ölçmə prosesini həyata keçirmək üçün ölçü alətləri ilə tanış olmaq və ölçü vahidləri haqqında məlumata sahib olmaq lazımdır.


Ölçü prosesi aparan zaman ölçmə fəaliyyəti həyata keçirilir. Ölçü fəaliyyəti dedikdə eyni cinsli kəmiyyətlərin müqayisəsi nəzərdə tutulur. Eynicinsli xassəsinə əsaslanaraq ölçmə konkret ölçünün müəyyənləşdirilməsi üçün zəruri şərtlərdən biri hesab olunur. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara aşılanan ölçü vahidləri haqqında biliklər elementar və sadə xarakter daşıyır. Əşyaların ölçüsü müəyyən edərkən ilkin növbədə uşaqlar şərti ölçüdən istifadə edirlər. Buna əsaslanaraq da əşyanın həqiqi ölçüsünü müəyyə etmək üçün şərait yaranır.
Məktəbəqədər yaşlı uşaqlar mürəkkəb ölçmə əməliyyatı aparmırlar. Onların ölçmə bacarığı gündəlik həyat tələbatına uyğun formada formalaşır. Gündəlik tələbata uyğun ölçü bacarıqlarına dərindən yiyələnən uşaq müxtəlif situasiyaları həll etmə bacarığına yiyələnir. Gələcək illərdə insan üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmək üçün məktəbəqədər yaşlı uşaqlarda sadə ölçmələr xüsusi əhəmiyyət kəsb edir.
Uşaqlar ölçü vahidləri ilə daha çox böyüklərin praktik fəaliyyətində tanış olurlar. Buna nümunə olaraq mağazadan alınan hər hansısa əşya qarşılığında ödənilən məbləği və yaxud geyim alarkən onun insan ölçüsünə uyğun olub-olmamasını göstərə bilərik. Bu kimi hallarda valideynlərdlə birlikdə uşaqlarda sadə ölçmələr haqqında ilkin təsəvvürlər formalaşmağa başlayır. Məktəbəqədər təhsil müəssisələrində mağazaya könüllü gəzintinin təşkil edilməsi və yaxud “alıcı-satıcı” kimi oyunun yaradılması ilə uşaqlar valideynlərinin fəaliyyətlərində gördüklərini rollu oyunlarla ifadə edərək ölçmə prosesi haqqında biliklərə yiyələnə bilərlər.
Ölçmə təliminə yiyələnmənin əhəmiyyətindən biri isə ondan ibarətdir ki, uşaqlar ətraflarında gördükləri cisim və əşyaları ölçməklə onlarda, ətraf aləm haqqında təsəvvürlər yaranır, gördüklərini yadda saxlamaqla uşaqların qavraması formalaşır, qavrama prosesində isə onların hiss və duyğu üzvləri daha çox inkişaf edir. Bunun nəticəsində də onların lüğət tərkibi zənginləşir, nitqi formalaşır, idrakı aktivləşir və araşdırma qailiyyəti inkişaf edir. Ölçə prosesini həyata keçirməklə kiçik yaşlı məktəblilərdə səbəb və nəticə əlaqəsi formalaşır.
Ölçmə aparmaqla uşaqlar toplama, çıxma kimi hesab əməllərini öyrənir, eyni zamanda onlar da müstəqil məsələ qurmaq, onu həll etmək kimi bacarıqlar formalaşır. Ölçmə prosesini aparmaq üçün ilk növbədə uşaqlarda rəqəmləri saymaq bacarığı yaranır. Buna görə də məktəbəqədər yaşlı uşaqlara rəqəmlər haqqında ilkin təsəvvürlərin öyrədilməsindən sonra uzunluğun, kütlənin, hündürlüyün, eninin təyin edilməsi qabiliyyətləri aşılanır və möhkəmləndirilir.
Məktəbəqədər yaş dövrü uşağın ev dövrü ilə ibtdai məktəb arasındakı əlaqəni təmin edir. Elə buna görə də məktəbəqədər yaşlı uşaqlarda sadə ölçmələr üzrə biliklərin formalaşdırılması onları təkcə riyaziyyat fənninə deyil, ibtidai siniflərdə tədris olunacaq digər fənlərə də hazırlayır.


Metodika
Yüklə 13,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin