Məmmədli Səbinə Həmid qızı



Yüklə 23,31 Kb.
səhifə1/2
tarix28.11.2022
ölçüsü23,31 Kb.
#70900
  1   2
referat 1955


Məmmədli Səbinə Həmid qızı,
BDU-nun “Mülki proses və kommersiya
hüququ” kafedrasının müəllimi 
SAHİBKARLIQ HÜQUQUNUN ANLAYIŞI HAQQINDA


Açar sözlər: sahibkarlıq, sahibkarlıq hüququ, bazar iqtisadiyyatı, sahibkarlıq fəaliyyatı haqqında qanun, qanunvericilik.

Dünya təcrübəsi göstərir ki, azad bazar iqtisadiyyatı olmadan sahibkarlıq fəaliyyətinin zəifliyi şəraitində heç bir cəmiyyətin gələcəyə inkişafı ola bilməz. Ümummilli lider Heydər Əliyevin “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” fikrini rəhbər tutaraq, Azərbaycan dövləti sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit vasitəsi ilə tənzimləyir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 610 nömrəli fərmanı ilə təsdiq etmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı” tətbiq edilməyə başlamışdır. Bu proqramda qeyd edildiyi kimi Azərbaycan Respublikası sahibkarlarına kömək milli fondu, kiçik və orta sahibkarlığın inkişafı agentliyi və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdır.


Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə görə, “hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər” [1, s.19]. Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir. Sahibkarlığın inkişafı üçün vacib olan “Sahibkarlıq fəaliyyəti haqqında”, ”Müəssisələr haqqında”, ”Səhmdar cəmiyyətləri haqqında”, ”Haqsız rəqabət haqqında”, ”Əmək birjası haqqında”, ”Lizinq kompaniyaları haqqında” qanunlar və xeyli sayda digər normativ aktlar qəbul olunmuşdur. Bu sırada xüsusi olaraq 28 dekabr 1999-cu ildə qəbul olunmuş Mülki Məcəlləsini qeyd etməliyik. Mülki Məcəllənin məqsəd və vəzifələrindən biri kimi “sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq”dır [2, s.3]. Mülki Məcəllədə təsbit olunmuş əsas müddəalar müasir dövrdə iqtisadiyyatın hüquqi tənzimlənməsinin əsas mənbəyi kimi çıxış edir və bütünlükdə sahibkarlıq hüququnun yeni nəzəri konsepsiyasının formalaşdırılmasında mühüm rol oynayırlar.
Belə nəticəyə gəlmək olar ki, sahibkarlıq hüququ həm keyfiyyət, həm kəmiyyət nəzərindən böyük dəyişikərə uğramışdır və müasir dövrdə mühüm tam yeniləşmiş normativ bazaya malikdir. Amma buna baxmayaraq qeyd etməliyik ki, hüquq elmində alimlər tərəfindən sahibkarlıq hüququnun anlayışı müxtəlif verilir [7, s.5]. Hətta hüquq elminin bu müstəqil sahəsinin adlandırılmasında da yetkil fikir yoxdur: sahibkarlıq hüququ, kommersiya hüququ, bazar hüququ, təsərrüfat hüququ və s. Biz bu adlandırma fərqliyyətində üstünlüyü elm və tədris sahəsində daha çox təsadüf edəninə, yəni “sahibkarlıq hüququ”na vermək istərdik, çünki sözügedən hüquq sahəsinin predmetini məhz sahibkarlıq fəaliyyəti təşkil edir. Bununla belə qeyd etməliyik ki, sahibkarlıq hüququnun predmeti çoxşaxəlidir
[6, s.3]. Bəzi alimlər sahibkarlıq hüququnu geniş və dar mənada fərqləndirməklə hesab edirlər ki, sahibkarlıq (təsərrüfat) hüququ ikinci dərəcəli hüquq sahəsi olaraq özündə fundamental hüquq sahələrinin əlamatləri və metodlarından istifadə edir [10, s.33].
Qeyd eləmək istərdik ki, ümumiyyətlə dünya praktikasında sahibkarlıq hüququnun predmetinin müəyyənləşdirilməsində dörd əsas sistem tətbiq olunur. Bunlar subyektiv sistem, obyektiv sistem, müəssisə sistemi və qarışıq sistemdir. Qeyd edilən sistemlər sahibkarlıq hüququnun predmetinin müəyyənləşdirilməsi üçün müxtəlif məfhumları əsas kimi seçirlər. Subyektiv sistem sahibkarlıq hüququnun predmetini və əhatə sahəsini hüquqi münasibətin subyekti olan “sahibkar” məfhumunu əsas kimi seçərək müəyyənləşdirir. Obyektiv sistem bu xüsusda “sahibkarlıq fəaliyyətini” seçir. Obyektiv sistemə görə sahibkarlıq hüququ ticari xarakterli hüquqi münasibətlərə başqa bir ifadə ilə sahibkarlıq fəaliyyətinə tətbiq edilən bir hüquq sahəsidir. Burada hüquqi münasibətin subyektlərinin “sahibkar” olub-olmaması önəmli deyildir. Əhəmiyyətli olan hüquqi münasibətin “sahibkarlıq fəaliyyətinin” tərifinə uyğun gəlməsidir. Müəssisə sistemi hərəkət nöqtəsi kimi “müəssisə məfhumunu” seçir. Qarışıq sistemə görə, sahibkarlıq hüququnun predmetini müəyyənləşdirilərkən yuxarıda qeyd edilən sistemlərin tək başına yetərli deyildir. Buna görə də bəzən subyektiv sistemdən, bəzən obyektiv sistemdən, bəzən isə müəssisə sistemindən hərəkət edərək sahibkarlıq hüququnun predmeti müəyyənləşdirilməlidir.
Sahibkarlıq fəaliyyətinin normativ-hüquqi anlayışı ilk dəfə 1992-ci il tarixli “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində verilmişdir: “Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir” [5]. Qeyd etmək lazımdıır ki, göstərilən Qanunun 1-ci maddəsinin redaksiyasına 23 aprel 2002-ci il və 17 aprel 2007-ci il tarixli Qanunlarla dəyişikliklər edildikdən sonra sahibkarlıq fəaliyyətinin anlayışı daha ümumi və lakonik formada verilmlşdir: “Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir” [5]. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsi də sahibkarlıq fəaliyyətinin eyni tərifini verib [2, s.6].
Göründüyü kimi, Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda obyektiv sistemlə birlikdə, subyektiv sistemi də seçilərək qarışıq sistemə əsasən sahibkarlıq fəaliyyətinin anlayışı verilib. Belə ki, Qanunun 1-ci maddəsi sahibkarlıq fəaliyyətinin tərifini verərək, 3-cü maddəsi isə, sahibkarlıq fəaliyyətin subyektlərinin (sahibkarın) tərifini verərək həm obyektiv, həm də subyektiv sistemi seçərək qarışıq sistemi mənimsədiyini göstərir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir. Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.
Sahibkarlıq fəaliyyəti göstərmək üçün məcburi vəzifələr və öhdəlikləri yerinə yetirmək lazımdır. Sahibkarın hüquqları (maddə 6) və vəzifələri (maddə 7). Sahibkar Azərbaycan Respubilkasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanunvericiliyə uyğun olaraq mülk-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır. Belə ki, Cinayət Məcəlləsinin 24-cü fəsli xüsusi olaraq iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyəti müəyyənləşdirir [3].
Sahibkarlığın subyektləri Qanunun 3-cü, formaları isə 4-cü maddələrində müəyyənləşdirilmişdir. Sahibkarlığın subyektləri qismində sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər: 1) fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; 2) mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; 3) hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; 4) xarici hüquqi şəxslər.
Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icaza verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.
Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.



Yüklə 23,31 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin