Məmmədov Mahil İsa oğlu



Yüklə 0.74 Mb.

səhifə1/10
tarix18.05.2017
ölçüsü0.74 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 

Azərbaycan Dövlət Aqrar Universiteti 

 

 

 



 

 

Məmmədov Mahil İsa oğlu, 



Zeynalov Zaman Həbib oğlu 

 

 



 

 

 



 

FƏRDİ KOMPÜTERLƏR 

 

 



 

(Dərs vəsait) 

 

 



 

 

 



 

 

 



 

 

GƏNCƏ – 2016 



 



Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinin  08  dekabr  2015-ci  il 

tarixli  1108  nömrəli  qərarına  əsasən  tədris  vasitələrinə  nəşr  hüququ  (qrif) 

verilməsi ali və orta ixtisas təhsili müəssisələrinin özlərinə tapşırılmışdır. 

Dərs  vəsaiti  informasiya texnologiyaları  və  sistemləri  kafedrasının  11 

noyabr  2015  –ci  il  tarixli  (protokol  05),  elektroenergetika  və  informasiya 

texnologiyaları  fakültəsinin  Elmi  Şurasının  24  noyabr  2015-ci  il  tarixli 

(protokol  04),  ADAU-nun  Tədris  Metodiki  Şurasının  12    fevral    2016-cı  il 

tarixli  (protokol  02),  ADAU-nun  Elmi  Şurasının  07  iyun  2016-cı  il  tarixli 

(protokol  08)  iclaslarında  müzakirə  olunmuş  və  nəşr  edilməsi  tövsiyə 

edilmişdir.   

Dərs vəsaitinə Azərbaycan Dövlət Aqrar universitetinin 08 iyul 2016-cı 

il 402 saylı əmri ilə (bənd 1.31) nəşr hüququ (qrif) verilmişdir. 

 

L – 104 

Az – 2016 

 

UOT 004.3 

M51  

 

Məmmədov M. İ., Zeynalov Z.H.– Fərdi kompüterlər (Dərs vəsaiti). 

Gəncə:, AKTA, 2016. -118 səh. 

 

Rəy və təkliflərini bildirən oxuçularımıza təşəkkürümüzü bildiririk. 

mahilmi

@rambler.ru 

 

51 − 036 − 2016 



  əş  

 

 



ADAU-nın nəşriyyatı 2016 

 Məmmədov M. İ., Zeynalov Z.H. 

 

 



 

downloaded from KitabYurdu.org



 



GİRİŞ   

Kompüter,  istifadəcilərdən  aldığı  əmrlərlə  verilənlər  (infor-

masiya) üzərində hesabi və məntiqi əməliyyatları yerinə yetirən, 

yadda  saxlayan  və  saxladığı  informasiyaları  istənilən  zaman 

ötürə  və  əks  etdirə  bilən  enektron  rəqəmsal  maşındaır  (qurğu-

dur).  Kompüterlər bu əməliyyatları yaddaşında olan proqramlar 

əsasında yerinə yetirir, yəni kompüterlər proqramla idarə olunan, 

proqramlaşdırıla  bilən  qurğudur.  Kompüter  öz  basina  heç  bir 

əməliyyatı  yerinə  yetirə  bilməz.  Kompüterlə  bağlı  olan  bəzi  

terminlərin mənaları nəzər salaq. 



 Giris:  İstifadəcilər  tərəfindən  və  ya  kompüter  tərəfindən 

təmin  edilən  verilənlərdir.  Bu  verilənlər  rəqəmlər,  hərflər, 

işarələr, sözlər, səs  və  video  siqnalları  və əmrlərdir.  Verilənlər 

giris (daxiletmə) qurğuları  tərəfindən toplanır (daxil edilir). 

 Əməliyyat:  Verilənlər  məsələnin  həlli  proqramına  uyğun 

olaraq emal blokunda hesabi və məntiqi emaldan keçir ki, bu da 

əməliyyat adlanır.   

 Yaddaş: Verilənlərin saxlandığı fiziki mühitdir. Daxil edilən 

və emal edilən verilənlər və proqramlar yaddaşda saxlanılır. 



 Çıxış: Kompüter tərəfindən emal bloklarında (qurğularında) 

emal  olunan  verilənlərdən  alınan  yeni  verilənlər,  (mətn,  rəsm, 

şəkil,  musiqi, qrafik,  hərəkətli  görüntü,  və  s.)  ekran  (monitor), 

printer,  səsucaldan  kimi  müxtəlif  çıxış  qurğularından  istifadə-

çilərə  catdırılır.  Hər  bir  kompüterin  işəlməsi  üçün  texniki  və 

proqram təminatına ehtiyac vardır. 



Texniki  təminat  (Hardware):  Kompüteri  təşkil  edən  fiziki 

qurğular  yığımına  texniki  təminat  deyilir.  Ekran,  klaviatura, 

yaddaş  qurğuları,  siçan,  printer,  mikroprosessor,  skayner  və  s. 

Kompüterin texniki təminatını təşkil edən hissələrdir. 

 Proqram  təminatı  (Software):  Kompüter qurğularının  işlə-

məsini və məsələlərin həllini təmin edən əmrlər yığımı proqram 

adlanır.  Bu  proqramların  yığımına  proqram  təminatı  deyilir. 

Proqramlara misal olaraq, mətn redaktorları, elektron cədvəllər 

(spread  sheet),  proqramlaşdırma  dilləri  və  s.  proqramları 

göstərmək olar. 

 

 



1. KOMPÜTERLƏRİN TƏSNİFATI 

Kompüterlərin təsnifatı dedikdə onların müəyyən əlamətlərə 

görə qruplaşdırılması nəzərdə tutulur.  

Kompüter texnikasının müxtəlif təsnifatları mövcuddur: 

* inkişaf (nəsillərinə) mərhələlərinə görə; 

* arxitekturasına görə; 

* məhsuldarlığına görə; 

* istismar şərtlərinə görə; 

* prosessorların miqdarına görə; 

* istehlak xüsusiyyətlərinə görə və s. 

Kompüterlərin  siniflərinin  arasında dəqiq  sərhədlər  mövcud 

deyil.  Strukturlarının  və  istehsal  texnologiyalarının  təkmilləş-

dirilməsi  müddətində,  kompüterlərin  yeni  sinifləri  meydana 

çıxır, mövcud siniflərin sərhədləri əhəmiyyətli dərəcədə dəyişir. 



1.1. Kompüterlərin qısa inkişaf tarixi 

İnsanların  gündəlik  həyatında  daha  az  vaxt  sərf  etməklə 

müxtəlif  əməliyyatların  aparmalarını  təmin  etməyə  yönələn 

vasitələr  istehsal  etmələrinin  tarixi  bəşəriyyətin  tarixi  qədər 

qədimdir.  Bu  mənada  kompüterlərin  ilk  əcdadları  sayılan 

vasitələr sadə hesablama işlərini görən mexaniki vasitələrdir.  

Müasir  günümüzə  qədər  yaradılmış  hesablama  vasitələrinin 

tarixi inkişaf dövrünü növbəti dövrlərə bölmək olar: 

1. Əl hesablama vasitələri (b.e.ə. VI əsr.- b.e. XVII əsri.) 

2. Mexaniki hesablama vasitələri (XVII əsr - XX əsrin ortası) 

3.  Elektromexaniki  hasablama  vasitələti  (XİX  əsrin  90-cı 

illərindən XX əsrin 40-cı illərinədək) 

4.  Elektron  hesablama  vasitələri  (XX  əsrin  ortası  –  müasir 

dövr) 


Esxila  faciəsində  Prometey  iddia  edir:  "Düşünün  ki,  mən 

adam  elədim:  say  onlara  ixtira  etdim  və  hərfləri  birləşdirməyi 

öyrətdim",  say  anlayışı  yazının  yaranmasından  (meydana 

downloaded from KitabYurdu.org



 

çıxması)  əvvəl  yarandı.  İnsanlar  nəsildən-nəsilə  öz  təcrübəsini 

zənginləşdirərək çox əsrlər ərzində hesab əməllərini öyrəndilər. 

Hesab, və ya daha geniş - hesablamalar, müxtəlif formalarda 

həyata  keçirilmiş  ola bilər:  şifahi,  yazılı  və  instrumental  hesab 

mövcuddur.  İnstrumental  hesabın  vasitələri  müxtəlif  vaxtlarda 

müxtəlif imkanlara malik idi və müxtəlif cür adlanırdı. 

Bəşəriyyətin son generasiyasının təxmini yaşı — 3-4 milyon 

ildir.  Məhz  o  qədər  il  əvvəl  insan  ayaqları    üzərinə  qalxdı  və 

özlərinin  istehsal  etdikləri  alətləri  istifadə  etməyə  başladı. 

Ancaq, hesab əməllərini icra etmək qabiliyyəti daha sonra 40-50 

min  il  əvvəl  əmələ  gəldi  (son  paleolit).  Bu  mərhələ  müasir 

insanın  (kromonyon)  yaranmasına  (meydana  çıxmasına) 

uyğundur.   

Təxmin etmək olar ki, insanın barmaqları onun birinci hesab 

qurğusu idi. 

Barmaqlar  çox  gözəl  hesablayıcı  alət 

hesab olnurdu. Onların köməyiylə 5-ə qədər 

hesab etmək mümkün idi, əgər iki əl istifadə 

edilsə  10-a  qədər,  ayaqlarla  birlikdə  20-ə 

qədər hesab etmək olutdu. Bu isə insanların 

ehtiyaclarının  əksəriyyəti  üçün  praktik 

olaraq çatırdı. 

Sonra  daşların  yerini  dəyişdirməsiylə 

hesab  yarandı,  təsbehlərin  köməyi  ilə 

hesab… Bu insanın hesab qabiliyyətlərində əhəmiyyətli sıçrayış 

idi — rəqəmin ədəddən ayrılmasının başlanğıcı idi 

Qədimdə instrumental hesabın daha bir növü istifadə edilirdi 

- kərtiklərlə (nişanlar) taxta çubuqların köməyi ilə. Orta əsrlərdə 

nişanlardan  hesab  və  vergilərin  yığılması 

üçün  istifadə  edirdilər.  Nişan  iki  uzununa 

hissəyə kəsilirdi, biri kəndliylə qalırdı, başqa 

-  vergilərin  yığıcısında.  Hər  iki  hissədə 

kərtiklər görə və verginin ödənişinin hesabı 

aparılırdı,  hansı  ki,  nişanın  hissələrinin 

qatlamasıyla (cəmləməsiylə)  yoxlayırdılar. Məsələn İngiltərədə 

bu üsul XVII yüzilliyin sonuna kimi mövcud idi. 

 

Həmçinin  iplərdə  kiçik  düyünlər  tətbiq 

edilirdi.  Onlarda  bağlanmış  kiçik  düyünlərlə 

rəngli iplərin sistemi "topa" adlanırdı. 

Çinlilər,  hindlilər,  perulular  ipin  kiçik 

düyünlərilə  sayların  təqdim  etməsi  və  hesabı 

aparılması  üçün  istifadə  edirdilər.  Amerika 

hindliləri  onları  “KUİRU”  adlandırırdılar, 

avropalılar  Cənubi  Amerikaya  müdaxilə  edənə  qədər  Peru 

şəhərlərində  şəhər  xəzinədarı  “KUİRU  KOMOUOKUNA” 

adlanırdı, yəni kiçik düyünlərin məmuru. 

Ticarətin  arması  ilə  əlaqədar  kiçik  düyünlü  iplər,    nişanlar 

artıq hesablamların ehtiyacını  təmin edə bilmirdi. 

Hesab üçün qurğuların inkişafı o zaman yavaş-yavaş gedirdi. 

Buna səbəb aşağıdakılar idi: 

1)hesabın inkişafına əhəmiyyətli ehtiyaca yox idi; 

2)insanlarının  arasında  əlaqə  olmadığına  görə  təcrübə 

mübadiləsi  praktik  olaraq  olmurdu  və  yeni  ixtiralar  çox  gec 

yayılırdı; 

3)insanın  beyini  kifayət  qədər  ölçüdə  abstrakt  düşüncəyə 

uyğunlaşmış deyildi. 

 Təxminən  3000 il  əvvəl  (V  əsr bizim eradan əvvəl),  hesab 

üçün  Misirdə  ilk  hesab  alətlərindən-abakdan  (abakus)  istifadə 

etməyə  başladılar  və  beləliklə  hesablama  texnikanın  inkişafı 

başlandı. 

Abak  gəlişi  ilə  mexanikayaqədərki  dövr  başlanır.  Abak  

sözünün  mənşəyi  təyin  edilməmişdir.  Alimlərin  əksəriyyəti 

hesab edir ki, "Abak" semit kökündən olub  toz qatıyla örtülmüş 

lövhəciyi bildirir. 

Misir  abakı  haqqında  ilkin  informasiya  Heradota  aiddir. 

B.e.ə.  IV  əsrdə.  Pifaqor  şagirdlərin 

abakın  işinin  qaydalarını  öyrətməyi 

məqsədəuyğun  hesab  edirdi.  Bizə 

birinci  çatmış  yunan  güldanında 

abakın şəkili b.e.ə. III əsrə aiddir. 

 

Qədim  yunan  abakı  (Egey  dənizində  Salamin  adasında 



downloaded from KitabYurdu.org

 

tapıldığı  üçün  "Salaman  lövhəsi"də  adlanır)  dəniz  gilindən 

düzəldilmiş  lövhəcik  təşkil  edirdi.  Lövhə  üzərində  olan 

yarıqlarda  (cığırlarda)  daşlar  yerləşdirilirdi  (latınça  “daşlar”-

“calculos”  adlandırılırdı,  buradan  da  “kalkulyator”,  “kalkul-

yasiya” sözləri meydana gəlmişdir). Bu aralıqlarda olan daşların 

sayı onluq say  sisteminin ədələrinə uyğun olaraq 0- 9 arasında 

dəyişirdi. Ədədlərin toplanması zamanı uyğun mərtəbəyə bir daş 

əlavə edilir, daşların sayı 9-u keçdikdə həmin aralıqdan əvvəlki 

aralığa bir daş əlavə edilir və cari aralıqdakı daşlar götürülürdü. 

Beləliklə, sadə şəkildə hesablama prosesi yerinə yetirilirdi.   

b.e.ə.  V  əsrdə  abak  Yunanıstanda  və  Misirdə  geniş 

yayılməşdır. 

Qədim Romada Abak CALCULI və ya ABACULI adlanırdı 

və  tuncdan,  daşdan,  fil  sümüyündən  və  ya  rəngli  şüşədən 

hazırlanırdı.  CALCULUS  sözü  "çınqıl",  "çaydaşı"  mənasını 

bildirir. 

Bizim eramızın VI əsrində Çində abakın  yeni variantı suan-  

pan  yaradıldı.  Bu  barədə  informasiya  Syu y 

Yuenin “Şuşu tcizii” adlı kitabında verilmişdir. 

Bu  qurğunu  12-ci  əsrdə  yaradılmış  indiki 

“çötkə”nin  ulu  əcdadı  hesab  etmək  olar.  

“Çötkə”  Rusiyaya,  bəzi  mənbələrə  görə,  14-cü  əsrdə,  digər 

mənbələrə  görə  isə  17-18-ci  əsrlərin  qovşağında  tacirlər 

tərəfindən gətirilmişdir.  

“Soroban”  adlı ədədi informasiya emalı qurğusu 1400-cü ildə 

Yaponiyada yaradılmışdır. Buna abak da deyilir. “Soroban” orta 

əsrlərdə  Çindən  Yaponiyaya  gətirilmiş  “Suanpan”  əsasında 

düzəldilmiş qurğudur. “Soroban” ən müasir kompüterlərlə təchiz 

edilmiş  Yaponiyada  bugün  də  istifadə  edilir.  1500-cü  ildə  

Leonardo  da  Vinçi  Yapon  abakının  modifikasiyası  olan 

 

cəmləyici qurğu düzəltmişdir.  10 dişli  çarxlardan qurulmuş bu 

qurğu 13 mərtəbəli ədədləri cəmləyə bilirdi.  

1617-ci  ildə  Neper  hesab  əməllərinin  icrasını  asanlaşdıran 

riyazi tirlər yığımı ixtira etmişdir. Tirlərin üzərində 0-dan 9-dək 

rəqəmlər  və bunların  hasilləri  olan  ədədlər  yazılmışdır. Vurma 

əməlini  icra  etdikdə,  üzərində  uyğun  rəqəmlər  yazılmış  tirlər 

yanaşı elə düzülür ki, tirlərin  yan üzlərində nəticə görünür. Bu 

qurğu  ilə  bölmə  və  kvadrat  kökalma  əməllərini  icra  etmək 

mümkün idi. 

1622-ci  ildə  ingilis  həvəskar-riyaziyyatçısı  Uilyam  Otred 

ədədi  informasi-ya¬nın  emalı  üçün  dairəvi  loqarifm  xətkeşi 

yaratdı.  Bunun  sadəliyinə  baxmayaraq  mürəkkəb hesablamalar 

aparmağa imkan verirdi. 

Şikkard  1623-cü  ildə  cəmləyici  maşın  yaratmışdır.  Bu,  6 

mərtəbəli ədədlər üzərində 4 hesab əməlini yerinə-yetirirdi. 

1643  ildə  Blez  Paskal  tərəfindən  inkişaf  etdirilən  və 

klavişlərlə  daxil  edilən  ədədlər  üzərində  toplama  və  çıxma 

əməllərini  yerinə  yetirən  dişli  mexanizmli  ilk  hesab  maşını 

kompüterin atası kimi qiymətləndirilir. Bir müddət sonra Alman 

riyaziyyatçısı  V.Vilhelm  bu  maşına  vurma  və  bölmə 

əməliyyatlarını apara bilmək qabiliyyətini əlavə etdi. Bu inkişaf 

ilk addım olmaqdan uzağa gedə bilməmişdir. 

1820-ci  ildə  Çarlz  Xavier  Tomas  toplama,  çıxma,  vurma, 

bölmə əməliyyatlarını edə bilən ilk kommersiya mexaniki hesab 

maşınını  yaratdı.  Çarlz  Babbic  fərq  maşını  adını  verdiyi 

avtomatik mexaniki hesab maşınının kiçik bir modelini 1832-ci 

ildə həyata keçirib, 1833-cü ildə buxarla işləyən tam avtomatik 

modelini yaratmışdır.   

Herman  Hollerit  1890-ci  ildə  deşik-deşik  kart  sistemi  ilə 

işləyən kompüteri yaratmışdır. Bu dəlikli kartları yaddaş anbarı 

kimi  istifadə  etmək,  həmçinin  kompüterə  proqramlar  və 

verilənləri daxil etmək üçün istifadə edilirdi. Beləliklə əməliyyat 

sürəti olduqca artmış və xətalar da azalmışdır. 

Hovvard Hathavvay Aikenin rəhbərlik etdiyi bir qrup 1937-

ci ildə Mark-1 adı verilən ilk avtomatik rəqəmli  kompüteri  ya-

ratmağı  bacardı.  Elektromexaniki  rele  ilə  işləyən  bu  kompüter 

downloaded from KitabYurdu.org


 

dörd  hesab  əməlini  yerinə  yetirməklə  yanaşı,  alqoritm  və  tri-

qonometriya funksiyalarını həll edən xüsusi (alt) proqramları var 

idi.  Bu  kompüter  da  deşikli  kart  sistemi  ilə  çalışırdı.  Mark-1, 

Aikenin rəhbərliyində hazırlanan və  yaradılan kompüter serial-

larının  ilki  oldu.  Bu  kompüterlə  bugünkü  mənada  kompüter 

dövrü başlamışdır. 

Kompüterlərin  əsas  iş  prinsipləri  XX  əsrin  40-cı  illərində 

Amerika  alimləri  Con  Fon  Neyman,  Q.Qoldsteyn  və  A.Beris 

tərəfindən  işlənmişdir.    Həmin  prinsiplər  1946-cı  ildə  ABŞ-ın 

Pensilvaniya ştatında  Con Mokli və Presper Ekkertin rəhbərliyi 

altında ENIAC (Electronic Numerical Integrator and Computer) 

adlı  universal  kompüterin  yaradılması  ilə  həyata  keçirilmişdir. 

Məhz həmin tarix kompüterlərin   yaranma tarixi  hesab olunur. 

Lakin,  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  ədəbiyyatlarda  ilk 

kompüterin 1943-cü ildə məhşur alim Allan Turinqin rəhbərliyi 

altında  Böyük  Britaniyada  yaradıldığı  və  ikinci  dünya 

müharibəsində  alman  məxfi  məlumatlarının  “oxunması”  üçün 

istifadə edilən «Collos» kompüterinin olması iddia olunur. Lakin 

əksər  alimlər  «Collos»  kompüterinin  texniki  imkanlarının  zəif 

olması  səbəbindən  onu  yalnız kompüter  yaradılmasında atılan 

önəmli  addımlardan  biri  hesab  edərək,  “kompüter  erasının” 

məhz  ENIAC  kompüterilə  başlandığını  qəbul  edirlər.  

Kompüterlər  sürətli  təkamül  yolu  keçmişlər  və  bu  gün  də 

təkmilləşməkdə davam etməkdədirlər. Kompüterlərin təkamülü  

beş mərhələ ilə xarakterizə olunur:    



I  nəsil.    ENIAC    kompüterinin  yaradılması  ilə  başlayır  və 

1946-1955-ci  (1950-1960)  illəri  əhatə  edir.  Birinci  nəsil 

kompüterlərin  element  bazası  çoxsaylı  elektron  lampalardan 

təşkil  olunmuşdur.  Bu  kompüterlər  elmi-texniki  məsələlərin 

həlli üçün istifadə olunurdu. Çox baha olduğundan əsasən hərbi-

sənaye  kompleksində  və  bəzi  dövlət  təşkilatlarında  istifadə 

olunurdu.  Bu  kompüterlər  çox  böyük  həndəsi  ölçülərə  və 

tonlarla ağır kütləyə malik idi. Elektron lampalar böyuk həcmli 

elektrik  enerjisi  sərf  edirdi  və  tez  qızırdı.  Buna  görə  də  əlavə 

soyutma  sistemindən  istifadə  olunurdu.  Məsələn,    ENIAC 

kompüterində 178468 elektron lampa, 7200 kristallik diod, 4100 

 

10 

maqnit elementləri istifadə olunmuşdur və o, 30 ton ağırlığında 

olub, 200 kvadrat metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi 

sərf edirdi.   

Birinci  nəsil  kompüterlər  yalnız  saniyədə  10-20  min 

əməliyyat  yerinə  yetirə  bilirdi.  Belə  ki,  adicə  loqarifmik  və 

triqonometrik  funksiyaların  hesablanması  üçün  bir  dəqiqədən 

artıq  vaxt  tələb  olunurdu.  Əməliyyatlar  yalnız  ardıcıl  –  bir 

əməliyyat qurtardıqdan sonra digər əməliyyat  yerinə  yetirilirdi. 

Elektron  lampaların  istismar  müddəti  qısa  olduğundan 

kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin 

operativ  yaddaşı  zəif  olub,  512-2048  bayt  2  təşkil  edirdi. 

Operativ  yaddaş  qurğusu  olaraq  ilk  vaxtlar  civə  doldurulmuş 

kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə 

olunmuşdur.  Birinci nəsil kompüterlər üçün proqramlar konkret 

kompüter  üçün  unikal  olan  “maşın  dilində”  tərtib  edilirdi.  Bu 

proqramlar  həddən  artıq  mürəkkəb  olub,  onları  yazmaq  üçün 

proqramlaşdırıcıdan  kompüterin  arxitekturasını  dəqiq  bilməyi 

tələb  edirdi.  Proqramın  daxil  olunması  və  yerinə  yetirilməsi 

idarəetmə  blokunun  açarları  vasitəsilə  həyata  keçirilirdi.  Bu 

proses  mürəkkəb  olduğundan  və  proqramda  meydana  çıxan 

səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi 

və  yerinə  yetirilməsi  prosesinin  proqramlaşdırıcı  tərəfindən 

yerinə  yetirilməsini  tələb  edirdi.    Bu  nöqsanlara  baxmayaraq 

birinci nəsil kompüterlər o dövr üçün elmi-texniki tərəqqinin ən 

böyük  nailiyyəti  hesab  olunur  və  mürəkkəb,  əvvəllər  həlli 

mümkünsüz  hesab  edilən  elmi,  mühəndis  məsələləri  həll  etdi. 

Bunun  nəticəsində  bir  sıra  elm  və  sənaye  sahələrində 

fundamental  nəticələr  əldə  olundu.  Xüsusilə,  atom  fizikası  və 

energetikası, riyaziyyat, astronomiya və hərbi-sənaye kompleksi 

sürətlə  inkişaf  etməyə  başladı.      Qərb  dünyası  ilə  müqayisədə 

kecmiş  SSRİ-də,  o  cümlədən  Azərbaycanda  kompüterlər  bir 

qədər  gec,  keçən  əsrin  50-ci  illərinin  əvvəllərindən  başlayaraq 

istifadə edilmişdir.  Sovet sənayesi  MESM ((Малая Электрон-

ная Счетная Машина) 1950-ci ildə S.A. Lebedevin rəhbərliyi 

altında  Ukrayna  Elmlər  Akademiyasının  Elektrotexnika 

İnstitutunda  hazırlanmışdır  və  SSRİ-də  yaradılan  ilk  komputer 

downloaded from KitabYurdu.org


 

11 

hesab  edilir),  BESM,  Strela,  M-1,  M-2,  M-3,  Minsk-1,  M-20, 

Ural-1, Razdan və s. birinci nəsil kompüterlər istehsal etmişdir. 

II nəsil.  Bu mərhələ  1955-1967 –ci illəri əhatə edir. İkinci 

nəsil  kompüterlər  element  bazası  əsasən  yarımkeçiricilərdən 

(tranzistorlardan) ibarət olan kompüterlərdir. Bu kompüterlərdə 

elektron  lampaları  Bell  Laboratories  (ABŞ)  firmasında  Nobel 

mükafatı  laureatları  Uilyam  Şokli,  Uolter  Bratteyn  və  Con 

Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz etdi.Tranzistorlar 

kiçik  ölçüyə  malik  olub,  daha  davamlı,  elektrik  enerjisinə  az 

tələbkar  idi  və  təqribən  40  ədəd  elektron  lampanı  əvəz  edə 

bilirdi.  Bunun  nəticəsində  kompüterlərin    həcmi  və  kütləsi 

dəfələrlə  kiçildi,  elektrik  enerjisinə  tələbat  azaldı,  maya  və 

istismar  dəyəri  ucuzlaşdı.  Eyni  zamanda  məhsuldarlığı, 

funksional imkanları, etibarlığı on dəfələrlə  yüksəldi. Məsələn, 

Mark-1 adlı birinci nəsil kompüter m175,2 × ölçüyə malik olub, 

maya dəyəri 500 min dollar idisə, PDP-1 ikinci nəsil kompüteri 

artıq məişət soyuducusu həcmində  olub 20 min dollara satılırdı.  

İkinci  nəsil  kompüterlərdə  displeylərdən  istifadə  edilməyə 

başlandı. Bu informasiyanın etibarlı qorunmasını təmin etməklə,  

informasiyanın  daxil  və  xaric  olunmasını  xeyli  asanlaşdırdı. 

Operativ  yaddaşın  həcmi  artaraq  minimum  32  kbayt1  oldu.  

İkinci nəsil kompüterlər üçün xüsusi sistem proqram təminatı, o 

cümlədən  informasiyanın  paket  emalı  sistemləri,  sonralar 

əməliyyat  sistemləri  yaradıldı.  Kompüterin  arxitekturasından 

asılı  olmayan  yüksək  səviyyəli  alqoritmik  dillərin  (Fact, 

MathMatic, Algol, Fortran, Kobol və s.) yaranması və onlar üçün 

müvafiq kompilyatorun və standart altproqramlar kitabxanasının 

yaradılması  ilə  proqramlaşdırılma  olduqca  asanlaşdı  və  həll 

olunan  məsələlərin  əhatə  dairəsi  genişləndi.        Kompüterlərin 

ucuzlaşması  və      proqram  təminatının  inkişafı  onların  tətbiq 

sahəsini  xeyli  genişləndirdi.  Kompüterlər  artıq  elmi-texniki 

hesablamalar  aparmaqla  yanaşı  maliyyəiqtisadi,  istehsal-

texnoloji  proseslərin  avtomatlaşdırılması  üçün  tətbiq  edilməyə 

başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və 

layihələndirmə  mərkəzlərində  geniş  istifadə  olundu.  Azad 

kompüter bazarı formalaşdı, kompüter istehsalı sürətlə artdı. Bir 

 

12 

sıra böyük firmalar, məsələn,  IBM, CDC, DEC və s. kompüter 

istehsalına başladı. Keçmiş SSRİ-də BESM-3,4, Ural-11,14,16, 

Minsk-22,  M-222,  Mir,  Nairi  ikinci  nəsil  kompüterlər  istehsal 

olunmuş və istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 

50-100 min əməliyyat olmuşdu.   





  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə