biy, yerüstü səth qatında – herpetobiy, mamır yarusundakı – briobiy, ot örtüyündəki –fillobiy, bir qədər
yüksəkdə yerləşən, həşəratlar isə aerobiy adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuqkimilər,
tetra quşu, tənək quşu və b.), kol yarusunda yuva quranlar (oxuyan qaratoyuqlar, qar quşu, silviya quşu) və ya
ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü, iri yırtıcılar və b.) ayrılır.
Su ekosistemlərində irimiqyaslı şaquli strukturu ilk növbədə xarici faktorlar əmələ gətirir. Pelaqialda
təyinedici faktorlara işıqlanma və temperatur qradiyetləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə
hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qruntun müxtəlifliyi, dib qatlarında suyun
hidrodinamikası əlavə olunur. Şaquli strukturun xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz
olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.
Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə əvəz olunur, onların ölçüləri qısalıb, yaxud
böyüyə bilər.
Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. Ona görə onların
daxilində struktur vahidləri ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir, məs. mikroqruplar, mikrosenozlar, mi-
krofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, sıxlığına,
məhsuldarlığına və başqa xassələrinə görə fərqlənirlər.
Mozaiklik müxtəlif səbəblərdən – biotopun xüsusiyyətlərindən, mikrorelyefin, torpağın müxtəlifliyindən,
mikroiqlimin təsirindən, bitkilərin mühitəmələgətirmə təsirindən və onların bioloji xüsusiyyətlərindən yaranır.
O, heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə örtülməsi, qarışqa yuvalarının əmələ
gəlməsi, dırnaqlılar tərəfindən səthin topalanması və bitkilərin yeyilməsi (zədələnməsi) və s.) və ya insanın təsiri
(meşənin qırılması nəticəsində yeni ağaclığın əmələ gəlməsi, mal-qara otarılması, ocaq qalama və s.), güclü
küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.
Dostları ilə paylaş: |