Digər bir misal. Talışın orta və yuxarı dağ-meşə fıstıq qurşağında kənd təsərrüfatı bitkiləri altında istifadə
edilərək «atılmış» sahələrdə törəmə tipli kolluqlar formalaşmışdır, belə kolluqların tərkibində heç vaxt fıstığa
təsadüf edilmir, belə ki, şumlanmış və kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuş sahələri fıstıq tuta bil-
mir. Kol örtüyündə yemişan, əzgil, itburnu, alça və fındığın, ağac bitkilərindən isə cavanyaşlı palıd, vələs,
azatağacın mövcudluğu vaxtilə bu yamaclarda meşə bitkilərinin yayılmasını sübut edir. Fıstığın tamamilə iştirak
etməməsi isə meşəsizləşdirilmiş sahələrdə vaxtilə fıstıq meşəsinin mövcudluğu fikrinin irəli sürülməsini bir
qədər şübhə altına alır. Lakin 2-20 km məsafəlikdə analoji yamaclarda fıstıq meşələrinin mövcudluğu vaxtilə
burada onun meşələrinin geniş yayılmasını təsdiq edir. Hazırda burada fıstığın olmaması fikrimizcə,
meşəsizləşdirilmiş sahələrin taxıl və digər bitkilər altında istifadə edilməsi nəticəsində eroziya prosesinin inten-
siv inkişafı ilə əlaqədar torpağın üst münbit qatı yuyularaq aparılmış, ana süxur səthə çıxmış, ərazi yarğanlarla
parçalanmış və onun yerli quraqlaşmasına səbəb olmuşdur. Sonralar sahənin şumlanması dayandırılaraq oradan
otlaq və biçənək kimi istifadə edilmişdir. Belə əlverişsiz mühit şəraitində ağac cinslərindən daha dözümlü
sayılan azatağac özünə məskən salmış, sonralar onun tərkibində palıd da peyda olmağa başlamışdır. Fıstıq isə
rütubətsevər ağac olduğundan hazırkı quru bitmə şəraitində ilk dəfə sahəni tuta bilmir. Hazırda sahədə mal-
qaranın otarılması əmələ gələn ağac cinslərinin kollaşmasına səbəb olur və meşənin bərpası istiqamətində de-
mutasiya suksessiyasının qarşısını alır. Belə güman etmək olar ki, mənfi antropogen təzyiq dayandırıldıqdan,
82
torpaq örtüyü və rütubətlik bərpa olunduqdan sonra törəmə tipli suksessiyalar seriyalarının edifikator (fıstıq)
biosenozunun bərpası ilə başa çatması labüdlüyü gözlənilir.
VI Fəsil
BİOSFER
«Biosfer» haqqında təlimi böyük rus alimi, akademik Vladimir İvanoviç Vernadski (1863-1945) yaratmış-
dır.Onun fikrincə biosfer Yerin həyat yayılan xarici qabığıdır. (sferi). Bura bütün canlı orqanizmlər və onların
məskunlaşdığı mühit daxildir. V.İ. Vernadski təsdiq edirdi ki, Yerin canlı orqanizmləri biosferin ən güclü qüv-
vəsi olub onun funksiyasını maddi və enerji cəhətdən təyin edir. Onun fikrincə biosferin maddəsi mütəlif olub
geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mən-
şəli maddə, seyrək yayılmış atomlar, atil (kosniy), biratil (biokos) ibarətdir.
-
Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir.
-
Biogen maddələrə geoloji tarix boyu canlı orqanizmlər tərəfindən yaradılan üzvi və üzvi-mineral maddələr
(daş kömür, torf, neft, əhəng, gil, mərmər, qranit və b.) daxildir.
-
Atil (kosnıy) maddələrə qeyri üzvi mənşəli dağ süxurları, su canlı orqanizmlərin yaşaması üçün substrat və
ya mühit sayılır.
-
Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır. V.İ. Vernadski yazır ki, bu maddələr
biosferdə canlı orqanizmlərlə və atil proseslərlə eyni vaxtda yaranıb bir-birinin dinamik tarazlıq sistemini təşkil
edir. Orqanizmlər biokos maddələrdə mühüm rol oynayır. Planetin biokos maddələrinə çöküntü süxurları, aşın-
ma qabığı, bütün təbii sular, torpaq, sualtı torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nisbəti
tərəddüd edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və biogen) maddələrdən
ibarətdir.
Øÿêil 6.1. Úàíëû îðãàíèçìëÿðèí áèîñôåðèí êîìïîíåíòëÿðè èëÿ
ãàðøûëûãëû ÿëàãÿñè
6.1. Canlı maddə və biosferdə həyatın paylanması.
Əvvəllər planetimizin səthində geoloji zaman ərzində bir-birini əvəz edən proseslərin əksəriyyətinə sırf fizi-
ki, kimyəvi və ya fiziki-kimyəvi hadisələr (yuyulma, həllolma, çökmə, hidroliz və b.) kimi baxılırdı. Vernadski
isə ilk dəfə olaraq canlı orqanizmlərin geoloji rolu təlimini yaradaraq göstərdi ki, canlıların fəaliyyəti Yer qabı-
ğının dəyişməsində əsas faktor sayılır.
Vernadski yazırdı ki, Yerin geoloji tarixində hər bir orqanizmin ayrılıqlı iştirakı cüzidir, lakin yerdə canlılar
hədsiz dərəcədə çoxdur və onlar yüksək çoxalma potensialına malik olub yaşama mühiti ilə aktiv qarşılıqlı əla-
qədədir, son nəticədə birgə (müştərək) xüsusi qlobal miqyasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdirir.
Canlı orqanizmlər hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir çox nəsillərdə təkrar yenidən təzələnir
və təbiətin digər komponentləri ilə müqayisədə seçmə biokimyəvi fəaliyyətə və müstəsna yüksək kimyəvi aktiv-
liyə malikdir.
Planetdəki bütün orqanizmlərin məcmusunu Vernadski canlı maddə adlandırır. O, yerdə olan canlı orqa-
nimzlərin rolu haqqında yazmışdır:
Şişirtmədən təsdiq etmək olar ki, planetimizin, biosferin zahiri qabığının kimyəvi vəziyyəti bütövlükdə həya-
tın təsiri altındadır, canlı orqanizmlərlə təyin olunur, şübhəsiz, biosferə adi görünüş verən enerji kosmik mənşə
83
daşıyır.
O, Günəşdən şüa enerjisi formasında çıxır. Lakin məhz canlı orqanizmlər, həyatın məcmusu bu kosmik şüa-
sının enerjisini Yerin kimyəvi enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır.
Bu canlı maddələr özünün tənəffüsü, qidalanması, metobolizmi, ölümü (məhv olması) və özünün parçalan-
ması, daim öz maddəsindən istifadə etməsi, başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyiş-
məsi, özünün doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş planetar hadisə-
lərdən birini törədir.
Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil edir. Bu enerji hidrosfer, atmos-
fer və litosferdə əksər fiziki və kimyəvi proseslərə hava və su kütlələrinin qarışmasına, buxarlanmaya, maddə-
lərin yenidən paylanmasına, qazların udulmasına, ayrılmasına və s. sərf olunur.
Biosenozun(biotanın) ətraf mühitin formalaşmasında və sabitləşməsində rolunu onun qlobal funksiyaları
(energetik, destruktiv, konsentrasiya, mühit yaratma, nəqletmə) ilə göstərmək olar.
Canlı maddələrin mühityaratma funksiyası bütün funksiyaların birgə nəticəsi hesab olunur: energetik funksi-
ya bioloji dövranın bütün həlqələrini enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq (sey-
rək), lakin həyat üçün çox mühüm elementlərin təbii mühitdən çıxarılması və toplanmasına şərait yaradır.
Şəkil 6.2. Éåðèí áèîñôåðèíè òÿøêèë åäÿí ìàääÿëÿðèí ÿñàñ òèïëÿðè
84
Cədvəl 6.1.
Biosferin və onun əsas təşkilinin təkamülü
(F.Romada görə, 1981)
Cədvəl 6.2.
Biosferdə canlı maddənin əsas funksiyaları
Funksiya-
lar
Baş verən proseslərin qısa səciyyəsi
Energetik Fitosenoz
zamanı Günəş enerjisinin, enerji ilə zəngin
maddələrin parçalanması yolu ilə isə kimyəvi enerjinin
udulması
Konsentra-
siya
Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə
toplanması: 1) orqanizm gövdəsini qurmaq üçün istifa-
dəsi; 2) Metabolizm zamanı orqanizmdən kənar edilmə-
si
Destruktiv
1)Qeyri biogen üzvi maddələrin minerallaşması;
2)Cansız qeyri üzvi maddələrin parçalanması;
3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil)
edilməsi;
Mühitya-
ratma
Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi
(başlıca olaraq qeyri biogen maddələrin hesabına)
85
Nəqletmə Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi istiqamə-
tində aparılması
Canlı maddələrin mühityaratma funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı mühüm hadisələr
baş vermişdir:
a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, biosenoz əsasən yerin oksigen atmosferini
formalaşdırır və karbon qazının konsentrasiyasına təsir göstərir;
b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir.
Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.
ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit, boksid, karbonat və silisium sü-
xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-
ki qraniti keçmiş biosferin izləri adlandırır.
ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir.
d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxarlan-
dırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud Yerin
quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yaratmağa im-
kan vermiş və ona 70-75% nəzarət edir.
e) Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının
parçalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmiş-
dir);
ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası
biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın
dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmosfer-
də olan konsentrasiya ilə müvazinət (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon
qazının konsentrasiyası okeanın səthində və dərinliyində bərabərləşir. Bunun nəticəsində atmosferə CO
2
-nin
atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası atmosferdə CO
2
-nin
konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq ətraf təbii mühitin sabitliyini
təmin edir.
Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasi-
lidir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaran-
mışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan
həyata qədəm qoyan zamandan bəri, yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.
Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir
hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer
(okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.
Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında
2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bəra-
bər yayılmışdır. O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin
digər sahələrində olduqca zəngin (bol) və çoxmüxtəlifliyi ilə fərqlənir.
Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sər-
həd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanların
üst qatlarında, su hövzələrinin dibində və xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ.
Vernadski litosferdə orqanizmlərin ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmışdır.
86
Øÿêil 6.3. Éåðèí áèîñôåðè äàõèëèíäÿ Ýöíÿø åíåðæèñèíèí äàõèë îëìàñû
âÿ ïàéëàíìàñû
Müasir baxışlara görə biosfer planetin möhtəşəm ekosistemi olub maddələrin qlobal dövranını saxlayır. Bi-
osfer anlayışının coğrafi təbəqə və ya coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sino-
nim hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük litosfer, hidrosfer və biosferin
bir-biri ilə qarşılıqlı təmasda olan Yer təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer, Dünya okeanı
və orqanizmlər arasında maddələr və enerji axınları mübadiləsi baş verir. Beləliklə, coğrafi təbəqənin xarakteri-
nə onun bütün komponentlərinin eynidərəcəli təsvirləri daxildir. Biofer anlayışının isə mərkəzi həyatdır, hə-
yatın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz tərkibi, suların, torpağın tər-
kibi və s. daxildir.
6.2. Təbiətdə maddələrin dövranı
Təbiətdə əsas iki maddələr dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran.
6.2.1.Təbiətdə maddələrin böyük (geoloji) dövranı. Bu dövran Günəş enerjisi ilə Yerin dərinlik
enenjisinin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə
yetirilir.
87
Øÿêil 6.4. Ìàääÿëÿðèí áþéöê äþâðàíû
Maqmatik süxurların aşınması hesabına əmələ gələn çökmə süxurlar yer qabığının hərəkətdə olan
zonasında (hərəkət zonasında) yenidən yüksək temperatur və təzyiq zonasına yüklənir (daxil olur). Onlar orada
əriyərək maqmanı – maqmatik süxurların yeni mənbəyini əmələ gətirir. Bu süxurlar yerin səthinə çıxdıqda
aşınma proseslərinin təsirilə onlar təzədən çöküntü süxurlara transformasiya olunur (şəkil 6.4.). Maddələr
mübadiləsinin simvolu dairə deyil, spiraldır. Bu yeni mübadilə tsiklinin köhnə sikli olduğu kimi
təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur.
Quru ilə okean arasında atmosfer vasitəsilə suyun dövranı da böyük dövran adlanır. Dünya Okeanı
səthindən buxarlanan su (buna Yer səthinə düşən Günəş enerjisinin demək olar ki, yarısı sərf olunur) quruya
aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. Suyun dövranı
aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması – su buxarının kondensasyası – həmin
okeanın səthinə yağıntının düşməsi.
İl ərzində Yerdə suyun dövranında 500 min km
3
-dən artıq su iştirak edir.
Suyun dövranı planetimizdə təbii şəraitin formalaşmasında bütövlükdə əsas rol oynayır. Suyun bitkilər
tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı
2 milyon ilə bölünür və parçalanır.
6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində
qeyri-üzvi maddədən canlı maddənin yaranması və parçalanma zamanı üzvi maddələrin yenidən qeyri üzvi
birləşmələrə çevrilməsindən ibarətdir.
Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək,
yaranaraq (doğularaq) və ölərək (məhv olaraq) planetimizdə həyatı saxlayır, biogeokimyəvi maddələr dövranını
təmin edir.
Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu
enerji bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80
0
ş.e.d.)
üç dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına
sərf olunur və s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%).
Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə
dövran adətən bioloji dövran adlanır (şəkil 6.5.). O, dəfələrlə trofik zəncirlərlə istifadə edilən maddələrin qapalı
tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer ala
bilər, «yağışlı» tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi
səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən bitkiyə» təmin oluna bilər.
88
Øÿêil 6.5. Ãóðóäà ìàääÿëÿðèí áèîýåîêèìéÿâè äþâðàíû ñõåìè
(Ð.Êîøàíîâà ýþðÿ, 1984)
Lakin bütün biosfer miqyasında belə dövran mümkün deyildir. Burada biogeokimyəvi dövran fəaliyyət
göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi maddələrin (CO
2
, H
2
O) atmosfer, hidrosfer və litosferin
maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski biogeokimyəvi tsikllər
adlandırmışdır. Tsiklin mahiyyəti aşağıdakı kimidir: orqanizmlər tərəfindən udulan kimyəvi elementlər axırda
onu tərk edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. Belə
elementlər biofil element adlanır. Bu tsikl və dövranlarla bütövlükdə biosferdə canlı orqanizmlərin mühüm
funksiyaları təmin olunur. V.İ,Vernadski 5 belə funksiya ayırır:
- Birinci – qaz funksiyası – Yer atmosferinin əsas qazları, biogen mənşəli azot və oksigen, həm də bütün
yeraltı qazlar – ölmüş orqanizmlərin parçalanma məhsulu;
- İkinci – konsentrasiya funksiyası – orqanizmlər bədənlərində (gövdələrində) çoxlu kimyəvi elementlər
toplayır, onların arasında birinci yerdə karbon, metallar arasında – birinci kalsium hesab olunur. Silisiumun
konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku – yosunlar (laminariya), fosforunku onurğalı heyvanların
skeletləri;
- Üçüncü oksidləşmə – reduksiya funksiyası – su hövzələrində yaşayan orqanizmlər oksigen rejimini
nizamlayır və bir sıra metalların (V, Mn, Fe) və qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır;
- Dördüncü – biokimyəvi funksiya – canlı maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi;
- Beşinci – insan fəaliyyətinin biogeokimyəvi funksiyası – Yer qabığının getdikcə artan maddələrini, o
cümlədən insanın təsərrüfat və məişət ehtiyacı üçün lazım olan daş kömür, neft, qaz və b. bu kimi
konsentratorları əhatə edir.
Biogeokimyəvi dövranda iki hissə ayırmaq lazımdır:
1) ehtiyat fondu – orqanizmlərdən asılı olmayaraq hərəkət edən böyük kütlə; 2) mübadilə fondu – bir
qədər az, lakin aktiv olub orqanizmlər və onların bilavasitə əhatəsində olan biogen maddənin birbaşa
mübadiləsindən irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda aşağıdakıları ayırmaq olar: 1) atmosfer
və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin dövranı və 2) yer qabığında (geoloji dövranda)
ehtiyat fondu ilə çöküntü tsikli.
Bununla əlaqədar olaraq Yerdə yalnız bir prosesi – fotosintez nəticəsində üzvi maddələrin yaranmasını
qeyd etmək lazımdır. Bu proses Günəş enerjisini sərf etmir, əksinə onu toplayır.
89
6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri
Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında gedən proseslərdə maddələrin
dəfələrlə (təkrarən) iştirakı elementlərin dövranı adlanır. Oksigen, karbon, azot, kükürd və fosforun dövranı xü-
susilə böyük əhəmiyyət kəsb edir.
Oksigenin dövranı
Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndi-
rir. Oksigenin dövranının əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin əmələ
gəlməsi, bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi, üzvi qalıqların və
Øÿêèë 6.6. Áèîñôåð, ùèäðîñôåð âÿ ëèòîñôåð àðàñûíäà îêñèýåí,
êàðáîí ãàçû, ñó áóõàðû ìöáàäèëÿñèíèí ñõåìè.
(Ìÿììÿäîâ, Ñóðàâåýèíà, 2000)
qeyri-üzvi maddələrin (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişik-
liklər, bunlar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların fotosintetik çevrilmələ-
rin yeni tsiklinə cəlb edilməsinə səbəb olur. Oksigenin dövranında canlı maddənin aktiv geokimyəvi fəaliyyəti
aydın təzahür olunur, bu canlı maddənin tsikl prosesində aparıcı roludur. İl ərzində sintez olunan üzvi maddələ-
rin kütləsinə əsaslanaraq (15% tənəffüs prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, pla-
netin yaşıl bitki örtüyünün illik oksigen məhsulunun miqdarı 300x10
9
ton təşkil edir. Onun az miqdarı, yəni
25%-dən bir qədər artığı quruda yerləşən bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən or-
qanizmləri tərəfindən ayrılır, sərbəst oksigen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş və-
ziyyətdə mövcuddur. Dünya okeanı sularının həcmi cəmi 137x10
19
litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm
3
oksigen həll olunur. Deməli, Dünya okeanı sularında 2,7-dən 10,9x10
12
ton həll olunmuş oksigen vardır.
Oksigen yanma prosesi və antropogen fəaliyyətin digər növləri üçün istifadə edilir. Bəşəriyyətin 1980-ci ilə
qədər olan tarixində dünyada 84 mlrd. ton daş kömür, 30 mlrd. ton neft və 7,3 trln. m3 təbii qaz yanacağından
istifadə olunmuşdur. Bu qədər yanacağın yandırılmasına 273 milyard ton oksigen sərf edilmişdir, bunun nəticə-
sində 322 milyard ton karbon qazı əmələ gəlmişdir. Göstərilən yanacağın 90%-ə qədəri son 40-60 ildə yandırıl-
mışdır.
Bura insan, heyvan, bitkilərin tənəffüsünə, mikroorqanizmlərin oksidləşmə reaksiyalarına sərf olunan oksi-
geni əlavə etmək lazımdır.
Karbonun dövranı
Məlum olduğu kimi karbon biosferin ən mühüm kimyəvi elementlərindən biri sayılır. Bu aşağıdakılarla bağ-
lıdır:
Dostları ilə paylaş: |