MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə56/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   52   53   54   55   56   57   58   59   ...   75

Kollar  

Amorfa  




Yulğun  



İydə  




 

 VII qrupa birinci növbədə meşə zolaqları salınacaq sahələr aiddir.  

VIII qrupa mövcud meşə əkini sahələri daxildir.  

 


 

326


XV Fəsil 

 

AZƏRBAYCANDA YAŞILLAŞDIRMA 

İŞLƏRİNİN VƏZİYYƏTİ 

 

Şəhər və digər yaşayış  məntəqələrində  ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəz edilməzdir. 



Yaşıllıqlar səhiyyə-gigiyena  əhəmiyyəti daşıyıb havanı  nəqliyyat və  sənaye müəssisələrinin buraxdığı  zəhərli 

qazlardan və tozdan təmizləyir, havanın rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü 

azaldır, yayın qızğın vaxtlarında sərinlik yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, 

parklar,  şəhər, qəsəbə  və digər yaşayış  məntəqələrinin abadlaşdırılması  və memar-bədii tərtibatının mühüm 

elementlərindən biri sayılır.  

Azərbaycanda yaşıllaşdırma işi qədim tarixə malikdir. İlk yaşıllıqlar  əsasən qala və  çəpərlər boyunca 

salınmış və fərdi xüsusiyyət daşımışdır. Azərbaycanda ilk ictimai park və bağlar Naxçıvan, Gəncə və Şamaxı 

şəhərlərində salınmışdır. VIII-XII əsrlərdə ticarət  əlaqəsi, abadlığı, yaşıllığına görə  Bərdə  şəhəri Reyn və 

İsfahandan sonra birinci yeri tuturdu. XI-XIII əsrlərdə Gəncə şəhəri Yaxın Şərqdə ən qabaqcıl, yaşıllıqlara qərq 

olmuş gözəl şəhər olmuşdur. Fransız səyyahı A.Filippinə görə XVII əsrin sonlarında Gəncə yaşıllığı və abadlığı 

ilə Orta və Yaxın Şərqdə ən gözəl şəhər hesab edilirdi. XIX əsrin əvvəlində Gəncə şəhərində geniş sahəni əhatə 

edən bağ salındı. Bu bağ  Gəncə xanlığı – Ziyadxan oğulları, daha sonra isə Cavadxan Ziyad oğlunun adı ilə 

bağlıdır. Park əvvəlcə «Xan bağı» (1804), sonralar isə «Sərdar bağı» (Qubernator bağı) adı ilə  məşhurlaşdı. 

1850-ci ilə qədər o, əsasən meyvə bağı olmuş, 1860-cı ildə isə mərkəzi hissədə çinar xiyabanı salınmışdır. 1899-

cu ildə park yenidən qurulmuş, Batumdan və digər ölkələrdən Gəncə xanına hədiyyə kimi gətirilərək parkda 

əkilmişdir.  

Hazırda ilk növbədə  nəzəri cəlb edən möhtəşəm çinar ağaclarından başqa, Xan bağında qiymətli ağac 

cinslərindən nəhəng Qafqaz cökələri (100 ədəddən çox), veymut şamı, ağşam, himalay sidri, kafur ağacı, şərq 

küknarı, nəhəng ağcaqayın, gözəl ağcaqayın, qarmaqvari şam, iriçiçək maqnoliya (10 ədəd), at şabalıdı, 

dağdağan, qovaq növləri, sərv ağacları, palmalar, Qafqaz xurması və b. göstərmək olar. Ölçü işlərimiz göstərdi 

ki, parkda sidr ağaclarının boyları 25-28 m, döş bərəbarində diametrləri 80-120 sm, uyğun olaraq cökəninki 23-

25 m və 72-88 sm, at şabalıdınkı 24 m və 40-48 sm, maqnoliya 10-12 m və 16-24 sm təşkil etmişdir,  ən 

möhtəşəm ağac bağın yuxarı hissəsində veymut şamı olub boyu 30 m, döş bərabərində çevrəsinin uzunluğu 365 

sm olmuşdur.  

XI-XIII əsrlərdə Gəncə Yaxın Şərqdə ən qabaqcıl, mütərəqqi, yaşıllıqlara qərq olmuş gözəl şəhər olmuşdur. 

Fransız səyahhı A.Filippin məlumatına görə XVII əsrin axırlarında Gəncə yaşıllığı, abadlığı və bulaqları ilə Orta 

və Yaxın Şərqdə ən gözəl şəhər hesab edilirdi.  

Ü.A.Ağamirov, V.Ş.Quliyev, S.H.Bağırovun (1983) məlumatına görə Gəncə şəhərinin yaşıllaşdırılmasında 

86 cinsə aid 122 ağac və kol növündən istifadə olunmuşdur. Gəncə  şəhərində 368 ədəd, Xanlar rayonunun 

ərazisində isə 345 ədəd qocaman, möhtəşəm çinar qeydə alınmışdır (Quliyev, Bağırov, 1997). Hazırda Gəncə 

şəhərinin yaşıllıq işlərində Himalay sidri və küknara da yer verilir.  

Yaşıllaşdırma işləri iqlim, torpaq şəraiti, su ehtiyatlarının olmasından və başqa amillərdən çox asılıdır. Bu 

baxımdan Azərbaycanın müxtəlif regionlarında yaşıllaşdırma işləri fərqlənmişdir. Gəncə-Qazax zonasında 

1000-dən artıq qocaman çinar ağacları mövcuddur. Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Goranboy 

şəhərlərində  əsrlərin yadigarı çinarlardan əlavə XIX əsrin sonu və XX əsrin əvvəllərindən bəri salınmış park, 

bağ  və xiyabanlar təqdirə layiqdir. Qazax şəhərini misal gətirək. Şəhərin mərkəzi bağı (kilsə bağı) salınarkən 

yalnız qafqaz cökəsindən istifadə olunmuşdur. Yaşı 100-ü ötən bu ağacların maksimum diametri 94 sm-dir. 

Hazırda bu bağda diametri 40-80 sm, boyları 12-20 m-ə çatan 20 ədəddən çox cökə ağacı qalmışdır. Bu ağaclar 

keçmişin yadigarları olub özlərini yaxşı hiss edir. Sonralar bu bağda  şərq çinarı,  şaquli və ehramvari sərvlər 

əkilmişdir. Onların yaşı 30-40 olsa da boyları qocaman cökə ağaclarına çatır və hətta onları ötüb keçir. Lakin 

cökə kölgəyə davamlı ağac cinsi olduğundan çətir altında ziyan çəkmir və onlarla birlikdə davamlı ekosistem 

yaradır.  

Qazax rayonunun icra hakimiyyəti binasının qarşısında himalay sidri, sərv və 3 ədəd küknar, 1 ədəd yapon 

xriptomeriyası  ağacları bura xüsusi yaraşıq verir. Şəhərin Nərimanov (köhnə Lenin) adına bağda və onun 

qarşısındakı Səməd Vurğun bağında yaşları 100-ü keçən ilk yaşıllıqların yadigarları cökə ağacları özünü daimi 

sakin kimi göstərir. Boyları 25-30 m, diametrləri 80-100 sm olan cökə ağacları H.Z.Tağıyev, Sabir və Qazaxın 

digər mərkəzi küçələrində vardır. Son vaxtlar yaşıllaşdırmada sidr, sərv, çinar və eldar şamına üstünlük verilir, 

qovaq növlərinə və amerika ağcaqayınına da rast gəlinir. Cökənin uzunömürlü, yaraşıqlı, geniş çətirli, yüksək 

fitonsid xassəyə malik olması yaşıllaşdırmada ondan geniş istifadə olunması vacibliyini göstərir. Qazax-Gəncə 

zonasında cökəni nə sərv, nə eldar şamı əvəz edə bilməz.  

Qazax şəhərində yaşı çox olan ağaclardan mərəzi poliklinikanın qarşısında yaşı 100-dən artıq olan 4 ədəd 

şaquli və ehramvari sərv ağacları (boyları 25-30 m, d=52-60 sm), Nərimanov bağının yanındakı üçbucaqşəkilli 



 

327


bağda yaşı 100-ü keçmiş 1 ədəd himalay sidri bitir, bu ağacın döş  bərabərində çevrəsinin uzunluğu 312 sm, 

boyu 25 m-dir.  

Qazax şəhəri doğum evinin (keçmiş xəstəxana) əsası 1904-cü ildə Baba Babayev tərəfindən qoyulmuşdur. 

Ehtimal ki, bu xəstəxananın  ərazisindəki böyük maraq doğuran yaşıllıq da həmin dövrə  təsadüf edir. Bu 

yaşıllıqda himalay sidri, veymut şamı, üfiqi və ehramvari sərv ağaclarından istifadə edilmişdir. 6 ədəd şamın ən 

irisinin döş bərabərində yoğunluğu 74 sm, boyu 25 m-dir. 9 ədəd himalay sidrindən ən irisinin döş bərabərində 

diametri 104 sm, boyları isə 35-40 m-ə çatır. 10 ədəd üfiqi və ehramvari sərvlərin diametrləri 44-60 sm, 

hündürlükləri 30 metrə çatır. 3 ədəd yapon xriptomeriyası ikinci yarusda (kölgədə) qaldığından sıxışdırılaraq 

sıradan çıxır.  İkinci yarusda boyu 5-8 m olan səlb də bitir. Ağaclar cərgə ilə  əkilib (3,5x6,0 m). Birləşmiş 

çətirlərin altında meşə mühiti yaranmışdır, 2-3 sm qalınlığında meşə döşənəyi əmələ gəlmişdir.  

İqliminə, torpaq şəraitinə, təbii formalaşmış və süni yaradılmış yaşıllıqların tərtibatına görə Şəki-Zaqatala 

zonasının  şəhər və  qəsəbələrinin də özünəməxsus xüsusiyyətləri vardır. Gürcüstan sərhədindən Xəzər dənizi 

sahillərinə qədər uzanan Böyük Qafqaz sıra dağlarının cənub yamacındakı qoz, şabalıd, fındıq və alma bağları, 

park və digər yaşıl guşələr insanı valeh edir.  

Zaqatala  şəhərinin yuxarı hissəsində «Qala düzü» deyilən sahədə yaradılan istirahət parkı,  şəhərin 

mərkəzindəki əsrlərin yadigaı nəhəng çinar ağacları, kənd təsərrüfatı texnikumunun ərazisindəki ekzot ağac və 

kol cinslərindən ibarət bağ  və xiyabanlar, Şəki  şəhərindəki istirahət parkları, Xan sarayı yanındakı çinarlar, 

Soyuqbulağa, Marxala gedən yolda, Kiş çayının keçmiş yatağında yeni üslubda salınmış meşə-park 

diqqətəlayiqdir. Bu regionlarda keçmişdən ən çox istifadə olunan ağac cinslərindən çinarı və cökəni göstərmək 

olar. Zaqatala, Qax və  Şəki  şəhərlərinin küçə  və parklarında  əsrlik cökə  ağacları buna misaldır. Qızmar yay 

günlərində cökələrin sərin kölgəli çətirlərinin altı yerli sakinlərin  ən çox toplaşaraq istirahət etdikləri yer 

olmuşdur. Oğuz  şəhərində yolların yaşıllaşdırılmasında və  şəhər parkında cökəyə az rast gəlinsə  də digər 

ağaclardan daha yaraşıqlı görünür. Şəhərin mərkəzi küçəsinin yuxarı hissəsində tarix-diyarşünaslıq muzeyinin 

həyətində nəhəng cökə ağacı adamı özünə cəlb edir. Yoğunluğu metrdən çox olan bu ağacın gövdəsinə taxılmış 

lövhədə «2 əsrin yadigarı cökə» sözləri yazılmışdır.  

Qəbələdən başlayaraq Gürcüstanın sərhədinə kimi dağ çaylarını kəsib keçən şose yolu kənarı boyunca XIX 

əsrin sonlarında salınan qoz xiyabanının sədası respublikamızdan çox uzaqlardan gəlir. İndi burada diametri 1,0-

1,5 metrə çatan qoz ağacları vardır. Təəssüf ki, son 15 ildə bu ağaclara nəinki qayğı göstərilmir, hətta qanunsuz 

kəsilir.  

Kiçik Qafqaz dağlarının qoynunda yerləşən  şəhər və  kəndlərimizdə yaşıllaşdırma üslubu əsasən təbii 

yaşıllıqlar fonunda yaradılmışdır.  

Qarabağın mərkəzi hissəsində yerləşən rayonların özlərinin də  səciyyəvi yaşıllaşdırma üslubu olmuşdur. 

Ağdam, Füzuli, Ağcadədi, Cəbrayıl, Mirbəşir şəhərləri və onun kəndlərində yaşıllaşdırma işlərinin tarixi əsasən 

4-5 əsr bundan əvvəl başlamışdır. Həmin dövrlərdən bizə yadigar qalan ağac abidələri sübut edir ki, keçmişdə 

aparılan yaşıllaşdırma işləri park, bağ  şəklində deyil, ya zolaq şəklində – yolların, arxların, kəhrizlərin 

kənarında, yaxud da tək-tək və  cərgəvi  şəkildə  bəylik və xanlıqlara məxsus olan torpaq sahələrinin 

sərhədlərində, məscid, ev və digər obyektlərin görkəmli yerlərində aparılmışdır. Ağcabədi rayonunun Sarıcalı, 

Kəhrizli, Bala-Kəhrizli, Minəxorlu, Hüsülü, Bərdə rayonunun Şirvanlı, Boyəhmədli, Alpout, Güloğlular, 

Əlyandı, Mollalı, Ağdam rayonunun Şelli, Sarı Hacılı kəndlərində və başqa yerlərdə təsadüf olunan qocaman 

çinar, dağdağan, palıd, cökə, göyrüş, qoz ağaclarını buna əyani misal göstərmək olar. Hazırda Bərdə rayonunun 

Boyəhmədli kəndini iki hissəyə bölən «Köbər arxı»ın kənarında çinar xiyabanı var. Onun uzunluğu bir 

kilometrə yaxındır. Burada 150-200 yaşı olan 71 ədəd nəhəng çinar ağacı ucalır. Onların boyları 30-35 m, 

yoğunluğu 1,5-2,0 m-ə çatır. Bu ağaclar zərərli həşəratları  və sürünənləri məhv edən hacıleylək quşlarının 

sığınacağı olmuşdur. Buradakı hər çinar ağacında 6-14 hacıleylək yuvası qeydə alınmışdır.  

Lakin nədənsə  Bərdə, Tərtər, Yevlax rayonları müasir ictimai park, bağ  və digər yaşıllıqlarına görə 

respublikamızın digər rayonlarından geri qalır.  

Respublikamızın Goranboy, Füzuli, Cəbrayıl rayonlarında da uzaq keçmişi xatırladan ağac nümunələri, 

yaşıl guşələr çoxdur. Bu baxımdan, Cəbrayıl rayonunun Karxulu, Fuqanlı, Horovlu kəndlərindəki, Goranboy və 

Füzuli şəhərlərindəki 1000-2000  yaşlı çinar ağacları respublikamızda məşhurdur.  

Yaşıllaşdırma sahəsində Şirvan zonası rayonlarının da özünəməxsus yeri var. Burada ilk yaşıllıqlar Göyçay 

şəhərində  şərq çinarı ilə aparılmışdır. Salınan çinar xiyabanları  şəhəri öz çətri altına alır,  şəhər sakinlərini 

Şirvanın qızmar günəşindən qoruyur.  

Şirvan zonasında  ən qocaman yaşıllıq nümunəsi Ağdaş rayonunun Həsil kəndi yaxınlığında, Bakı-Tiflis 

yolunun kənarındakı «Yolçular çinarı»dır. Son illərdə də Şirvan zonasında yaşıllaşdırma işlərinə böyük diqqət 

verilmişdir. Ağdaş və Göyçay rayonlarının bir çox yaşayış məntəqələrində yaşıllıqlar salınmışdır.  

Apardığımız tədqiqat işləri göstərdi ki, Sabirabad və Salyan şəhərlərinin yaşıllaşdırılmasında  əsasən 

regionun torpaq şəraitinə uyğun ağac cinsləri seçilmişdir. Məsələn, Sabirabad şəhərinin yaşıllıqlarının 30%-ni 

eldar şamı, 30%-ni isə Amerika ağcaqayını təşkil edir, sonrakı yerləri yaşıl göyrüş və qovaqlar tutur. Sərv, çinar 

və sidr ağacları yaxşı bitsə də, onlardan çox az istifadə edilmişdir. Yaşıllıqlarda söyüd, qarağac, lələk ağacına da 


 

328


təsadüf olunur, kollardan isə ölməz kol (pirakanta), səlb və birgözə üstünlük verilmişdir, tək-tək palma və 

qızılgülə rast gəlinir.  

Münbit torpağına, subtropik iqliminə, zəngin yaşıllıqlarına görə  Lənkəran zonasının sədası 

respublikamızdan çox uzaqlarda yayılmışdır.  Şəhər və  qəsəbələrin yaşıllaşdırılmasında  əsasən azatağac, 

şabalıdyarpaq palıd, ipək akasiyası, hirkan qovağı, Xəzər lələyi, dəmirağac,  şam, sərv, tunq, dəfnə, evkalipt, 

pişikdırnağı (mimoza) və s. ağaclardan istifadə edilmişdir. Ekzot həmişəyaşıl ağac və kol cinslərindən (əsasən 

iynəyarpaqlı) salınmış xiyabanlar daha gözəl görünüşə malikdir. Lənkəran şəhəri İcra Hakimiyyətinin qarşısında 

vətən müharibəsində  həlak olanlara qoyulmuş abidə olan meydanın yaşıllaşdırılmasında Lənkəran (ipək) 

akasiyası, tikanlı (mavi) küknar ağacları və qızılgüllərlə gözəl mənzərə yaradır: akasiyanın bol açan qırmızımtıl 

al, qızıl güllərin ağ, sarı, qırmızı  rəngli çiçəkləri, küknarın mavi və tünd yaşıl çətri, palmaların yaraşıqlı 

budaqları meydana bayram libası geydirir. Bura Lənkəran şəhərinin sevimli istirahət yerlərindən biri olmuşdur. 

Şəhərin mərkəzi parkında digər ağaclar arasında çoxsaylı Xəzər lələyi ağacları daha möhtəşəm görünür, onların 

döş bərabərində yoğunluğu 80-110 sm, hündürlüyü 35-40 metrə çatır.  

Lənkəran  şəhərindən kənarda yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və subtropik bitkilər 

institutunun filialında yerli ağaclarla bərabər ekzot ağac növlərinə daha çox rast gəlinir. Burada 1928-ci ildən 

bəri əkilən onlarla pekan (Amerika qozu) ağaclarının döş bərabərində (130 sm) diametrləri 32-86 sm, boyları 

20-24 m, veymut şamının boyu 23 m, diametri 78 sm təşkil edir, sahədə 20 ədədə qədər sabun ağacı (h=14-20 

m, d=18-32 sm) 10 ədəd çörək ağacı (h=6 m, d=16 sm), evkalipt ağacları (h=18 m, d=36 sm), mantar (probka) 

palıdı (h=20-22 m, d=32-76 sm) ağaclarını qeydə aldıq.  

Astara  şəhərinin yaşıllaşdırılmasında  əsasən ehramvari sərv və eldar şamından istifadə olunmuşdur, tut 

ağacına da çox rast gəlinir. Qayçılanaraq forma verilən dəfnə və birgöz şəhərin küçələrinə özünəməxsus yaraşıq 

verir. Lənkəran akasiyası və dəmirağac kimi yerli ağac cinslərinə nədənsə olduqca az yer verilib. Halbuki tək-

tək təsadüf olunan bu ağaclar yerli şəraitdə daha dözümlü olub görkəmli şəkil alır.  

Yaşıllaşdırma və digər abadlıq işlərinin aparılması baxımından, Naxçıvan MR əhalisinin də özünəməxsus 

səciyyəvi  ənənəsi olmuşdur. Buradakı keçmiş yaşıllıqlar sahəcə az, tərtibatca sistemsiz olsa da, bəzi 

xüsusiyyətlərinə görə  nəzəri cəlb edir. Mövcud yaşıllıqlarda uzunömürlü, dektorativ ağac və kollardan (çinar, 

şam, sidr, nalbənd, püstə  və s.) az istifadə edilmişdir. Möhtəşəm gövdələrinə, dekorativliyinə görə Ordubad 

şəhərinin mərkəzi hissəsində (şəhər meydanı, bazar, Yuxarı Ambaras məscidi qarşısında), Vənənd, Yuxarı Əylis 

kəndlərində olan çinarlar diqqəti daha çox cəlb edir. Onların haqqında qəribə rəvayətlər var. Bir rəvayətə görə 

Yuxarı  Əylis kəndi vaxtilə Ordubad rayonunun ən böyük, abad və  şəfalı  kəndi (mərkəzi) olmuşdur. Buranın 

bazarı nəinki ətraf rayonlarda, hətta İran, Türkiyə və Gürcüstanda məşhur imiş, yerli əhali başqa ölkələrlə ticarət 

əlaqələrini bu bazarda ucalan qocaman çinar ağacının sərin kölgəsində aparırmış. Deyilənlərə görə buradakı 

çinarlar vaxtilə ticarətçilər tərəfindən əkilmişdir.  

Muxtar Respublikanın mərkəzi Naxçıvan  şəhəri və onun digər rayonlarında son vaxtlar yaşıllaşdırma 

işlərinə daha çox fikir verilmişdir. Bu məqsədlə yerli, ekzot  ağac və kollardan geniş istifadə olunur.  

Coğrafi yerləşməsi, mülayim iqlimi, məhsuldar torpağı, coşub daşan çayları, bulaqları, yaşıl meşələri, barlı 

meyvə bağları ilə  fərqlənən Quba-Xaçmaz zonası  nəinki respublikamızda, həm də ondan çox-çox uzaqlarda 

məşhurdur. Zonanın şəhər və qəsəbələri əsasən təbii formalaşmış meşələr qoynunda, çay kənarlarında, dağların 

ətəklərində yerləşir. Bundan əlavə Quba rayonunun Nügədi, Üçgün, İqriq, Tülər, Xuçbala, Dəvəçi rayonunun 

Aygünlü, Qərəh, Gilvar, Qorğan, Zeyvə, Çinar-baba, Gəndob, Xaçmaz rayonunun Müzəffəroba, Qaradağlı, 

Çaxçaxlı, Ləcət və s. kənd və qəsəbələrində, yolkənarı sahələrdə və xiyabanlarda tək-tək və cərgə şəklində 100-

dən çox qocaman çinar, qoz və digər ağaclar vardır. Bu ağaclar 2-3 əsr bundan qabaqkı yaşıllaşdırma 

mədəniyyəti və onun tarixindən xəbər verir.  

Bakı və Abşeronun təbiəti, torpağı, bitki örtüyü və iqlimi haqqında ilkin məlumatlar XVI əsrin əvvəllərində 

qələmə alınmışdır. Həmin dövrdə məşhur ərəb coğrafiyaşünası Əmin Əhməd Rza «Yeddi iqlim» adlı əsərində 

yazmışdır ki, Bakı  və onun ətraflarında nə ot, nə  də  ağac bitir. Abşeronun  ərazisi cərrah-alim N.İ.Piroqov 

tərəfindən 1847-ci ildə «Qafqaz səyahəti üzrə tibbi hesabat»da belə təsvir edilir: «Biz Qusardan keçib Bakıya 

gedirdik.  Şəhərə yaxınlaşdıqca yovşan bitən quru səhra ilə gedirsən. Onun üzərinə çökən duz çöküntüləri 

payızda bəzən yovşan yarpaqlarını dumana bənzədirdi».  

Bakıda ilk yaşıllıqlar XVIII əsrin birinci yarısında salınmışdır. Bu dövrdə  «İçəri  şəhər», «Bayıl  şəhəri» 

(For-Ştadt)  ətrafında heç bir yaşıllıq yox idi. Yalnız Çəmbərəkənddə  (şəhidlər xiyabının yanı) zəfəran 

yetişdirilən bağ var idi.  

XIX  əsrin ortalarında neft sənayesinin inkişafı ilə  əlaqədar olaraq (1859-cu ildə) Quberniya mərkəzi 

Şamaxıdan Bakıya köçürüldü. Neft sənayesinin inkişafı Bakıda kiçik ərazilərdə yetişdirilmiş meyvə bağları, 

üzümlüklər və tərəvəz sahələrinin də neft quyuları altında qalıb xarab olmasına səbəb oldu. Arxiv məlumatlarına 

görə Bakıda mövcud olan 235 ha bağ və üzümlüklər neft buruqları altında qalaraq sıradan çıxmışdır.  

XIX  əsrin sonu XX əsrin  əvvəllərində Bakı  və Abşeronun ağır iqlim-torpaq şəraiti (torpağın duzluluğu, 

qumluqlar, güclü küləklər, suvarmaq üçün suyun çatışmazlığı) burada yeni bağ  və parkların yaradılmasında 

çətinliklər törədirdi. Bunun üçün yerli şəraitə uyğun ağac-kol cinslərinin seçilməsi, qarışdırılması sxemlərinin 


 

329


hazırlanması, bitkilərin bir iqlim şəraitindən digərinə köçürülməsi vacib bir məsələ kimi qarşıda dururdu. Həmin 

dövrdə varlı adamlar özlərinə  Mərdəkan,  Şüvəlan, Buzovna, Zaqulba, Pirşağı  və s. kəndlərdə yaşıllaşdırma 

məqsədilə əncir, tut, üzüm bağları salırdılar.  

Qazan Universitetinin professoru İ.N.Beryozin 1842-ci ildə Bakıya səyahət edərkən şəhərin dar küçələrini, 

alçaq evlərini və cüzi yaşıllığı olan karvansaraları təsvir etmişdir.  

1887-ci ilin mayında bəstəkar P.İ.Çaykovski Bakıda olmuş  və  şəhər barədə N.F.Fon-Mekkə yazdığı 

məktubunda göstərmişdir ki, Bakı onun üçün gözlənilməz olmuşdur, təmiz, gözəl, səliqə ilə tikilmiş səciyyəvi 

bir şəhərdir, lakin yaşıllığı çox azdır.  

XIX  əsrin sonunda M.Qorki Bakı barədə yazırdı: «Mən belə kasıb ev görməmişəm, pəncərələri çiçəksiz

ətrafda isə ot, kol və s. bitkilər yoxdur». Həmin dövrdə Bakıda K.Marks adına bağ. «Malakan bağı» və dəmir 

yolu vağzalı yaxınlığında kiçik sahələrdə bağlar salındı. O zaman nəinki yaşıllıqların suvarılması üçün, hətta 

içməyə su çatışmırdı. Yaşıllaşdırma üçün olduqca az məsarif xərclənirdi.  

İnventarizasiya bürosunun məlumatına əsasən Bakı şəhərində ictimai istifadədə olan yaşıllıq sahələri 1880-

ci ildə 3,02 ha, 1908-ci ildə 4,68 ha, 1910-cu ildə 5,95 ha, 1913-cü ildə 9,62 ha, 1920-ci ildə 2026 ha olmuşdur. 

1920-ci ildə Bakıda hər adambaşına 0,5 kvadratmetr ictimai yaşıllıq sahəsi düşürdü.  

1920-ci ildən sonra yaşıllahdırma işlərinə diqqət artırıldı. Bakı və Abşeronun yaşıllaşdırılmasının nəzəri və 

təcrübəvi əhəmiyyətini nəzərə alaraq görkəmli alimlərin (P.Z.Vinoqradov-Nikitin, A.A.Mixeyev, V.P.Smirnov-

Loginov) iştirakı ilə Bakıda elmi müşavirə çağırıldı. Bu müşavirədə iri zavodların arasında, qəsəbələrdə yaşıl 

zolaqlar yaradılması  qərara alındı. Bu məqsədlə insanın sağlamlığı üçün fitonsid. ətirli maddələr buraxan 

iynəyarpaqlı  və  həmişəyaşıl ağac və kollardan istifadə edilməsi nəzərdə tutulurdu. 1934-cü ilə  qədər  şəhər 

ərazisində, o cümlədən Qaraşəhərdə, Bayıl qəsəbəsi və  dənizkənarı  ərazidə, eyni zamanda fabrik, zavod çox 

olan digər fəhlə  qəsəbələrində  cəmi 70 ha yaşıllıq salınmalı idi. 1930-cu ildə isə yaşıllaşdırma işində böyük 

dönüş yarandı. Mərdəkan və Buzovna kurortları  ərazisində 1000 hektara yaxın meşə-parklar salınması 

planlaşdırıldı. 1931-ci ilin iyun ayında MK-nın xüsusi çağırılmış plenumunda fabrik-zavodlarla əhatə olunmuş 

ərazilərdə yaşıllıqların artırılması  və 736 ha sahədə yeni parkların salınması haqda qərar qəbul edildi. Bu 

məqsədlə Bakı Soveti nəzdində bağ-park şöbəsi təşkil olundu.  

1921-1940-cı illər ərzində 241 ha sahədə yaşıllaşdırma işi görülmüşdür. 1940-cı ildə Bakıda cəmi 261,3 ha 

yaşıllıq sahəsi var idi, bu da hər adama 3,43 kvadratmetr təşkil edirdi.  

1941-45-ci illərdə Böyük Vətən müharibəsi illərində yaşıllaşdırma işi dayandırılır. 1952-ci il avqustun 20-

də Nazirlər Sovetinin 934№-li birinci göstərişində 1953-1957-ci illərdə 1814 ha sahədə yaşıllıq salınması planı 

təsdiq edilmişdir. Həmin ildə Nazirlər Sovetinin verdiyi 1335 saylı ikinci göstərişində 1953-1958-ci illərdə  

Bakı  və Sumqayıt  şəhərlərinin səhiyyə-gigiyena vəziyyətini yaxşılaşdırmaq məqsədilə Abşeronda 4150 ha 

yaşıllıq salınması planlaşdırılır. Bu məqsədlə Respublika Dövlət Meşə  Təsərrüfatı Komitəsinə 49,8 milyon  

ədəd standart əkin materialı yetişdirmək tapşırılmışdır. Həmin dövrdə Ceyranbatan gölü ətrafında 850 ha, 

Sumqayıtın şimal-şərq hissəsində isə böyük sahədə qoruyucu yaşıl zolaq salınmışdır.  

1971-1975-ci illər Bakı şəhəri və Abşeronun yaşıllaşdırılması işi daha da yüksək zirvələrə qaldırıldı. 1971-

ci ilin fevralında Bakı  şəhər Partiya Komitəsinin 40-cı konfransında Azərbaycan KP MK birinci katibi 

H.Ə.Əliyev öz çıxışında Bakı və Abşeronun yaşıllaşdırılmasının ən vacib bir problem olduğunu qeyd etmişdir. 

O göstərmişdir ki, yaşıllaşdırma işini Bakı şəhər Soveti və Respublika Dövlət Meşə Təsərrüfatı Komitəsinin iş 

sürəti ilə aparsaq, onda bizə 10 illərlə vaxt lazım olacaqdır. Sonra H.Ə.Əliyev yaşıllaşdırma işini ümumxalq işi 

elan edib, bu işə ictimaiyyəti cəlb etməyi təklif etdi. O, göstərdi ki, hərə 2 ədəd ağac əkib becərsə, görün Bakı 

ətrafında bir neçə ildə nə qədər ağac yetişdirilmiş olar. Odur ki, yaşıllaşdırılacaq sahələr idarə və müəssisələr 

arasında bölüşdürülüb, onları işçi qüvvəsi ilə və əkin materialı ilə təmin edərək Bakıda yaşayan hər bir adama 2 

ağac  əkib becərmək prinsipini həyata keçirmək lazımdır. Bu məsələ 1971-ci ildə çağırılmış Azərb. KP-nın 

XXVIII qurultayında da öz əksini tapdı  və 7 sentyabr 1971-ci ildə «Bakı  şəhəri və Abşeron yarımadasının 

yaşıllaşdırılması tədbirləri haqqında» qərar qəbul edildi. Bu qərara əsasən 1971-1975-ci illərdə 1224,8 ha sahədə 

bəzək ağacı  və kolların  əkilməsi müəyyən edildi. 5 il üçün nəzərdə tutulan yaşıllaşdırma işləri 4,5 ilə yerinə 

yetirildi, nəzərdə tutulana qarşı 2520 ha yaşıllıq salındı.  



Cədvəl 15.1.   


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin