14
Kimsə var yatanda şirin röyalar görər, kiməsə var kabus. Mən bir adamam ki gecə -gündüzü kabusdur...
Bütün səhnələr, simalar, qarma-qarışıq, bir dalğalı çay kimi məni götürüb.
Onların dalı-qabaqlığın, incəliklərin seçə bilmirəm; çox çətindir biləmə. Bir sıra kölgə kimi, röya, kabus kimi
zehnimə gəlirlər. Və hər şey qırılıb qovuşmada, yaranıb qaçışmadadır.
Huşa gəldiyim zamanlar gərək onları sıraya düzüb yadımda saxlayım, bəlkə qalalar.
Yox unuda bilmərəm; maraqlıyam, məni çəkirlər.
Dostlarımı, gəliş-gedişlərin, sözlərini sevirəm. Və içimdə bir gözəl dinc yaradırlar.
Varlığım axır. Hər anın, hər zərrənin bətnində...
Səfər! Dostum nəyi düşünürsən? Sənnənəm; səsimi eşidirsənmi? Nədir bizim aramızdakı bu lənətlik divar? Gah
uçub tökülür, gahda özün keçilməz göstərir. Gah ölüm-dirim arasındakı dərin dərə kimi aramızı kəsib uzaqlıq
salır, gahda bizi bir-birə özgə edir?...
Gahdan səndə əriyirəm, gahdan, bu "Şüşə duvar"-ın dalında, bir avara qaraltı kimi gəzirəm. Nəmənədi bizi bir-
birdən ayıran, bu lənətə gəlmiş duvar?...
Hər irin, hər kir olur olsun, ancaq, mənim üçün, bir ürəyi, ikiyə bölən, bir qanı daman xəncərdir.
Nəyi düşünürsən dostum? Yox, mənə fikir eləmə. Lazım dəyil ölüyə fikir elliyəsən. Mən əldən çıxmışam. Bircə
son nəfəsim gəlir-gedir. Onda ki həftələr boyu gəzmələr məni, o gizlin evdə saxlayıb, təcavüz etdilər, maşına
qoyub şəhər qırağında yendirər kən gülləyə basıb getdilər, daha sən gərək məni ölülər cərgəsində sayasan.
Onlar gedəndə arxayın idilər ölmüşəm, yoxsa biləmi buraxmazdılar.
Onda ki başı kəsilmiş toyuq kimi qan içində çabalırdım, böyürümü təpiyə verib, leşimi sürüyüb, çuxura atdılar;
daha arxayın idilər ki mən ölmüşəm. Yalnız bir az iqbalsız oldular ki, yoldan geçənlər məni görüb tez
mərizxanaya yetirdilər.
Pərəstar qadın deyir:
"Bu möcüzədir. İndiyəcən bir belə yaraynan, heç kim diri qalmayıb". Əslində mən diri deyiləm. Hərdən bir huşa
gəlib özümü tanıyıram, çox vaxt komadayam. Belə bir adam genə diri sayılarmı?...
Yox, niyə, ancaq buda bir cürə yaşayışdır. Xas səni mən bu ölüm-dirim arasında tapmışam, eskizim.
Tapdalanmış arzularımı, yol və amacımı canlandıranı.
Yolum bura düşməsəydi, bəlkə heç vaxt səni tapmazdım.
Düz, öyrənci zamani evdən qırıb sənlə oldum, kütlə içində. Öyrəndim əfi ilanları necə sevmək olar:
«Əfilərin içində, ilan kimi huşyar olmaq gərək, yoxsa biləyin çalarlar. Bunla belə, onların oyanmağı üçün
zəhmətə dözməliyik »- Səndən öyrəndim.
Yalnız xoşluğum sən idin. Mən sənin röyanla, çevrənin kabusuna dözdüm; həyatın düşünüb gördüm və sənlə
böyüdüm.
Sənə "eskizim" dedim. Həyə, bundan artıq gözəl bir ad tapa bilmədim. Düzdü, mən eskizimə vurğunam.
Yadındadır birinci dəfə istədim biləyin öpəm: «Narahat olmasan hələ döz, qoy zamanı gəlsin»-dedin? Və onda ki
dustaqdan çıxdın bir-birimizi basıb bağrımıza öpürdük, mən dedim: «Döz qoy vaxtı gəlsin»- Sən güldün?...
Yox, mənə fikir eləmə. Lazım deyil ölüyə fikir eliyəsən. Mən əldən getmişəm. Bircə ailəmə de məni bağışlasın.
Yaşayışdır da; hərə öz yolun getməlidir. De hamisini sevirəm...
Ax çəkmə! "Zamana Zamana" Deyib qəmli-qəmli adımı təkrar eləmə; qəmiyən dözümüm yoxdur. Əyə narahat
olmasan döz qoy vaxtı gəlsin...
Ax! Haradayam mən? Qarışmış dalğalar aparır məni.
Mən axıram, hər anın, hər zərrənin bətnində:
Məhbəsdən sonra Əli səni Bəhram-nan tanış elədi. O bir işçi ailədən idi. Kitaba maraq göstərirdi.
Buna görə də arada yoldaşlıq yaranmışdı. O oxuduğu kitabları ona da verirdi.
Əli öyrənci idi və bacısı Bahar məhəssil. Mən öyrənci zamani dağçılar içində sən və yoldaşlarınla tanış oldum.
Öyrəcilərin içində, Urmu-da ,Tehran və Təbriz-də bizim çoxlu yoldaşımız vardı.
Və müəllimlərin içində. Xəbərlər əlimiz dəydi. Yadıma gələn baharın əvvəlləri idi, Əli gəldi sizə. Sən mərizidin,
yorğan döşək də yatmışdın:
«Qalx ayağa! Bəhram-nan gedirik Araza; həm çayı görək, həmdə qırağındaki kəndləri»-dedi.
«Görürsən mərizəm, soyuq dəyib, təb içindəyəm, hər yerim ağrıyır; ayaq üstə dura bilmirəm.»
«Bəs mən tək gedirəm.»
«Mən getməyən yerdə səndə getməzsən.»
«Amma mən istirəm gedib məntəqəni görəm.»
«İstirsən Səmədin nağılın mənim başıma gətirəsən?»
«Yox! Bunun nə rəbti var Səmədin qəziyyəsinə?»
«Bəhram-nan gedirsən, neçə illik dostumuzdu, düz. Aydın fikir di, düz; amma mən Araza getməyə heç kəsə
etimad eləmərəm. Sən getdin başıyan bir bəla gəldi, mən ata-anaya, dostlara nə cavab verəcəyəm; diyə bilərsən.
Bəyə mənim yaxam-nan əl çəkərlər. Deməzlər niyə qoydun getsin?»
«Yox canim! Bir şey olmaz. Bu qədər qara baxma. Bəhram məni gözlər. Uşaq dəyiləm ki. Oda yoldaşımızdı,
mənim ona etimadım var.»
«Mənim Araza getməyə heç kimə etimadım yoxdur. İndi ki sözə qulaq asmırsan məjburam bu naxoş halım-nan
səni tək buraxmayam.»
Getdiz. Bəhram "sərbaz"-lıq dövrəsini keçirdirdi. Çay qırağında bir kəndə "Supah-e-daniş" -idi. Uşaqlara dərs
verirdi. Kənddən çaya 5-6 dəqiqə yoludur.
Kəndə yetişən günün axşamı, sən otaqda uzanmışdın. Bəhram-nan Əli hazırlandılar çay qırağına getsinlər.
Sən durdun onlarınan gedəsən:
«Sən mərizsən, qal dincəl » –Bəhram dedi.
«Yox, yaxcıyam, gələ bilərəm» -dedin. Və getdiz.
Çay qırağı. Hava qaranlıq. Araz çomurlu suyunan şaqqıldırdı. Elə ki öküzün ayağı suya dəysəydi getmişdi. Çaya
yaxın "əkiz" saldız. Amma sən Bəhramın tələsik tərpəşmələrinə gözüdün. O hey deyirdi:
Oyana-buyana gəlin, belə-elə durun. Çalışırdı sizi çayın lab qırağına çəksin:
«Ağa can! Sal qurtar! Elə bura yaxcıdı» -deyib sözünə baxmadın.
Bir az akiz salıb qayıtdız. Bir neçə gün ordaydız, gözün Əli-dəydi: «Huşun başında olsun, çay qırağına
getməyəsən»- hey ona dedin. Çox yerə getdiz, amma həmişə çaydan ara saxladız.
Səni Əli qatdı bu işə. Bəhram tək onu dəvət etmişdi. Ancaq sağ səlamət gedib gəldiz, və sənin soyuq dəyməndə
toxdadı.
1356-nin yayı gəldi.(1978)
Əli bir "e`lamiyyə" gətirdi, təksir edib yaymaq üçün. Bir "əl- poly copy maşını"-düzəltdik. Amma mürəkkəb
yoxumuzudu. Bazarda onu hər adama satmayırdılar. Qərar oldu Bahar onu alsın. Bahar bir az paltarın, qiyafəsini
dəyişib getdi bir kitab satan mağazaya ki; bu şeylərdən satırdı. Bu adınan ki mədrəsə babasının qızıdır və
mürəkkəbi mədrəsə üçün alır. Çətinlik qabağa gəlmədi, aldı.
E`lamiyyəni təksir elədik. Yayılmaq üçün, Əli bəstəni Bəhrama verdi. Bir neçə həftə ondan sonra, Savakin
məmurları töküldü evə Əli-ni tutdular və sən qaçdın.
Əli mülaqat-da Bahara dedi: Bəhram Savakidi. Və bir neçə ay ondan sora ki məhbəsdən çıxdı: "E`lamiyyələr"
bəstə-inən Savak da miz üstə idi" -dedi. Və eləki Savakin məmurlarının ad listi nəşr oldu Bəhramın adı da orda
idi. Son dəfə ki Bəhramı gördün «Bu nə işidir sən gördün. Heç olmasaydı o əməkçi ata-anandan bir utanaydın» -
dedin.
«Yaşayışdır da» -cavab verdi.
Savak-inan Bəhram istəyirdi sizi ya heç olmasaydı Əlini Arazda boğsun?
Bu bir sualdır ki mən hələdə ona bir cavab tapa bilməmişəm.
1979, İnqilab-İran , qış. Bəhmən ayının 21-22. si.
Şahin hökuməti yıxıldı. Kütlənin və siyasi qüvvələrin əlilə.
İslamistlər öz qüvvələrin bütün alınan yerlərə tikdilər və onları saxladılar. Başqa qüvvələrin heç biri bu fikirdə
olmadı.
Tərsinə özləri alan yerləri də Xumeyni-nin qüvvələrinə tapşırdılar. O günlər ki yaxından bu işləri gördüm mənə
aydın oldu ki inqilab əldən getdi. Öldü! Bir iş görə bilmədik. Millətin yüzə 70-şi savadsız,, savadlıların çoxu da
düşdü Xumeyninin dalına. Beləliklə İslamistlər milləti çəkdilər öz dallarınca. Hökuməti qapsadılar.
“1357, inqılab əldən getdi!”. Bəzi düşünən insanlar dedilər.
İran İnqılab 1979 (1357)
...57-nin Bəhmən ayından Urmu universitetin qabaqcıl Öyrənciləri , çoxlu nitq bərnamələri qoydular. Pakdis
karxanasının işçiləri, yeni azad olan siyasi məhbuslar, və sa... qruplar bu işlərdə çalışırdılar.
Kütləyə ictimai ədalət və azadlıqlar uğrunda, və onların acil tələbləri barədə geniş məlumat verilirdi.
"Kar, həftəlik nəşriyyə dəftəri "yarandı. Fədai gənclər(qız,, oğlan) oraya yığışdılar. 58-də, yayın axır ayı ,
İslamistlər və məscid camaatı hücum edib binasında yıxıb dağıtdılar. Gənclərin bir neçəsin də yaxaladılar.
Ondakı Xumeyninin qüvvələri Kürdüstana, Türkmən- Səhraya, və siyasi qüvvələrin dəftərlərinə bütün şəhərlərdə
hücum etdilər, boğultu, qırğın bütün məmləkətə hakim oldu. Gənclər Saysız hesabsız qırıldı. O gənclər ki ədalət,
azadlıq, hüquq birlığın dən başqa bir şey istəmirdilər. Hamisi biçildi. Və o iş ki başımıza gəlməyəcək idi gəldi.
Xumeyninin liderliyi ilə İslamistlərin dini Totalitar və Faşist hökuməti taun kimi məmləkətə qələbə elədi...
Ondakı minlər üzvü təşkilat sahibi etməyə, Milli Məclis üçün 15 min rəyə , Fədai qız və oğlanların gecə-gündüz
xalq üçün çalışma larına fikir elirəm; ondaki Fədai gızı Təhmin-i düşünürəm, və onun ana dilində nitqlərin,
Dunxaniyat karxanasında savadsız, işçi qadınlara savad öyrətməsin; və yoxsul əkinçilərə hasil götürməkdə
yardımları, Urmu işçilər Heyətin yaratmağı, və bonların hədər getməsin , yoldaşların qırılmağın, dura-dura
gözlərimdən yaş ələnir...
Ax! Təhminm, əzizim, dostum, yadındadı dedim «səni görəndə romanlardaki qızlar yadıma düşür?». Və sən
gülüb dedin:
« Fikrin haradadır dostum, bizlər yeni romanlar yazırıq...»
Və yavaşca oxudun: «Əzizim Zamana-oxum gəlmir kamana- yolumuz azadlıq-düz demir zamana...»
Təhmin deyirəm, tək səni demirəm. Sənin adın hammının adının rəmzidir. Mənim o gücüm yoxdur hamının adın
sayam, amma əyə duruluq, igidlik, insaniyyət, təcəssüm tapsa olar Təhminlər. Oradaki gözəllik eyniyyəti tapır...
Adın haminin adının rəmzi...
Bu acı günlərdə bir anda sizi unutmamışam. Bəyə olar insan öz varlığın unutsun. Aman, Bu ağır günlərdə səndən
də elim üzülüb. Hər şeydən qırılmışam. Eyə Səfər-də olmasaydı mən indi çoxdan ölmüşdüm. Söz yox ki, indidə
diri deyiləm; fəqət astanada dayanmışam...
Ax! Səsim kimsəyə çatmır...
Sə...fər...! Dostum, nəyə fikir elirsən? Əzizim, niyə ,niyə sınqın çıxdıq, səhvimiz haradandı?...
15
Hava bulud idi, yağış yağırdı. Uzaqlarda ildırım çaxırdı.
Birdən-birə ildırım çaxarkən düşdü arx qırağına və ağacları odladı.
Şüşə divar titrəyib sınıb töküldü.
Eviyizi gördüm. Binası dəyişib ,daha orda sizdən bir adam yaşamayır.
Ailəyin soruşdum: tanımarıq, dedilər. Səfər! Çox sıxılıram, bir pis hissim var.
Düşüb sən iki dəyirman daşının arasına!
Burda yaşayış budur, görürsən. Qürbət dən deyim:
Ölüm, mərizdi, və gənc Mələki, sənin adıyın çəkə-çəkə oğurlayıb aparacaq.
Gülzar sənin üzün görmək həsrətiylə gedəcək.
Ali mərizdi, həyətdə yıxılıb qanına bələşəcək. Yunis ruhi noxuşluğu üçün dəlixanada öləcək. Gəzmələr eviyin
talıyacaqlar.
Obiri tərəfdən, qürbət hər şeyi deyişəcək. Hətta daşlarıda.
Uşaqların böyüyüb sənə özgə olacaqlar. Ailə buz kimi əriyib məhv olacaqdır...
»Zamana! Ekizim, gəl bu xəzan vurmuş bağın, mövləri yanında otur. Uzun yol gəlmişik, yorğun san.
İnsan biri`nən də olsa yalqızdır, mini`nən də olsa. Yalqız doğulub, yalqızda gedir.
İnsan həmişə yalqızdır. Gəl, sual eləmə, indi heç bir sorquya cavab yoxdu. Başın
qoy çinimə ,bir dincəl. Insan bu toratan turunda, bir şikar olaraq , yalnız öz ekizinlə xoşbəxtdir. Demə sənə fikir
verməyim; sən həmişə mən`nən varsan. Yoxuda oyaqlıqda , şirin röyalarda və qorxunc kabuslarda. Gəl dincəl,
bizim gücümüz dincdədir. Ancaq bu lənətli turu yırtıb dağıtmağa bir yol tapılacaq; bələdə qalmaz. Bilir sən,
özümdən qaça bilərəm, amma səndən heç vaxt...«
**
Əmi qalxdı ayağa otaqda addım atarkən dedi:
Səfər qapıdan girərək pillələrdən yoxarı çıxdı. İkimci mərtəbə də :
«Bağışlayın, kimi axtarırsiz» –pərəstar deyib soruşdu.
« İstəyirəm mərizimi görəm.»
« Adı nədir?»
«Zaman.»
«Soy adi ?»
«Zamana, o ki çox yaralıdır.»
«Burda Zamana adili çox adam var, hamısıda yaralıdı.»
« O qabaq 58-imci otaqda olurdu, amma indi orda dəyil.»
«Həyə, bəzən mərizlərin otağı əvəz olur.»
«Sağ olun, taparam.»
«Yox, bir dözün.»
Pərəstar otaq qapıların bir-bə-bir açıb ona göstərdi. Taxtlərın üstündə Zamana ya, bir az bənzər , yaralı qızlar
yatmışdılar.
«Zama`n...a,Zama`n...a «-deyib bağırdı.
Doktor və pərəstarlar yığışıb dedilər:
«Məriz bura gəlib gedir. Sizin məriziyiz hətmən mürəxxəs olub, gedin dəftərdən soruşun.»
Dəftər ona yardım edə bilmədi:
«...Bəli , bəzi mərizlərin adı dəftərdə yoxdur-cavab verdi.»
Səfər "Gəzmələr...Gəzmələr ... "sözün dodaq altı deyərkən mərizxananı tərk elədi...
**
Səfərin müəllimi öz yerində oturar kən dirsəyin mizi üstünə qoymuşdu.
Necə ki dərs saatının əvvəlindən gözün Səfərə zilləmişdi, yavaşca əlin çənəsi altından götürüb :
«Səfər vaxtın qurtuldu, nə yazıbsan gətir təhvil ver«-dedi.
«Baş üstə ağa, indi getirirəm.»
Səfər son şagird idi ki imtahan verirdi; uşaqların hamisi eşik dəydi.
Müəllimin sözündən sonra oda vərəğəsin təhvil verib eşiyə çıxdı...
Amirkəbir mədrəsə sinin tətil zəngi çalındı. Uşaqlar hay- küvnən, şuxluq eliyə-eliyə çıxıb evə sarı getdilər.
İbad əmi mədrəsə qabağından geçirdi:
«Gəl bala! Yaxçı vaxtda gördüm; eyə dedin nə almışam sənə?»-dedi.
«Heyva?»
O bir yekə heyva cibindən çıxardıb ona verdi.
« Baba səni çox istirəm.»
**
Dəftər burada qurtuldu, amma o şeyi ki, mən axtarıram təzə başlanır...
Son
Dostları ilə paylaş: |