71
Elmi-praktik jurnal
bAyTArlıq
SUNY Dawnştate Tibb mərkəzinin tədqi-
qatcıları əmindirlər ki, onlar nə vaxtsa beyinin
müəyyən molekullarını məhv edərək
arzuolun maz xatirələri aradan götürə
biləcəklər.
İnformasiyanın qorunub saxlanması və
canlandırmaq ücün beyin neyronlarından -
bərabərhüquqlu hüceyrlərdən istifadə olu-
nur və alimlər bu hüceyrələrdən hansıları-
nın yaddaşın funksiyalarını idarə etdiyini
aydınlaşdırmağı qərara alıblar .
Onlar aşkar edirlər ki, M-zeta proteinki-
naza molekulları yüksək keyfiyyətli və
mürəkkəb xatirələrə cavab verir, hərəkət və
hadisələr haqqında xırdalıqları təfsilatı ilə
yadda saxlayır, ancaq bu məlumatların
istifadəsinə təsir göstərmir.
Alimlər belə hesab edirlər ki, M-zeta
proteinkinaza molekullarının məhv edilməsi
yolu ilə yorucu xatirələrin silinməsinin
mənşəini tapmaq mümkündür və bu barədə
Plos Biologi jurnalında məlumat vermişlər.
Tədqiqatın müəllifləri fiziologiya və farma-
kologiya üzrə adyunkt – professor Andre A.
Fenton, fiziologiya, nevrologiya və farma-
kologiya professoru Tod S. Sektor, fəlsəfə
doktoru, fiziologiya və farmakologiya pro-
fessoru Piter Sirano bu barədə cıxış
etmişlər.
“Xoşbəxtlikdən bu ferment hər hansı
ancaq qabiliyyətə deyil, yalnız yüksək
səviyyəli xatirələrə, məlumatlara cavab ve-
rir. Əgər tədqiqatlar bizim nəticələrin düz-
gün olduğunu təsdiq etsə, gələcəkdə yadda-
şın
silinməsinin
müalicəsinin
yeni
üsullarının aşkarlanmasını gözləmək olar” –
deyə, A.Fenton qeyd etmişdir.
Yaddaşın silinməsi ilə depressiya,
qorxu, düşkünlük, zədəsonrası sindromla-
rıni özündə birləşdirən ağrılı xatirələrdən
azad olmaq olar.
“Biz belə hesab etdirik ki, yaddaşın təsir
mexanizminin bir coxları tərəfindən bir-
birindən asılı olmayaraq sərbəst olaraq
qiymətləndirilməsi göstərilsədə, M-zeta
proteinkinaza bir necə müxtəlif yaddaşların
fəaliyyət göstərməsini növ tənzimləyir” –
deyə, T.Sektor xəbər vermişdir.
Dostları ilə paylaş: