15
Elmi-praktik jurnal
bAyTArlıq
XV əsrdə bu xəstəliyin epizootiyası Av-
ropa və Sibirdə heyvandarlığa çox ağır
zərbə vurmuşdur.
Rus təbiblərindən S.S.Andreyevski
(1786-1789) qarayara xəstəliyinə tutulmuş
heyvandan götürdüyü materialı özünə yolux-
durmuş, bununla xəstəliyin heyvan və insan
üçün ümumi olduğunu qəti sübut etmiş və
xəstəliyin əsasən Sibirdə öyrənilməsini nə-
zərə alaraq ona “Sibir yarası” adı vermişdir.
Rusiyanın Avropa hissəsində 1864-cü
ildə 90 min heyvan, 1875-ci ildə Sibirdə
100 min at, 1879-cu ildə isə Rusiyanın
cənub hissəsində 125 min qoyun həmin
xəstəlikdən tələf olmuşdur. Hər il bu xəs-
təlikdən külli miqdarda kənd təsərrüfatı
heyvanlarının tələf olması ilə bərabər, in-
sanlar da xəstələnirdilər.
Ədəbiyyat məlumatına görə hazırda qa-
rayara Yer kürəsinin bütün qitələrində
müşahidə olunur.
MBD ölkələrində heyvanların ildən-ilə
kütləvi peyvənd edilməsi qarayara xəstə-
liyinin kəskin surətdə azalmasını təmin et-
mişdir. Lakin qarayara törədicisinin spor
halında xarici mühitdə (yemdə, suda) çox
davamlı olması, onların torpaqda 50 ildən
də artıq yaşaması, həmişə qarayara xəstə-
liyinin baş verməsi təhlükəsi yaratdığı üçün
bu xəstəlik baytarlıq və səhiyyə mütəxəs-
sislərinin, həm də bu sahədə çalı şan alimlərin
diqqət mərkəzində olmalıdır.
Xəstəliyin törədicisi (Bas. anthracis)
çöpşəkilli, qram müsbət boyanan, spor və
qılaf əmələ gətirən hərəkətsiz mikroblardır.
Qılafı, adətən, qarayara ilə xəstələn-
miş heyvanın orqanlarından, yaxud onların
qanından və törədicinin köhnə (bir neçə
günlük) kulturasından hazırlanmış yaxma-
larda mikrobun sporlaşmış forması aydın
görünür.
Qarayara törədicisi fakultativ aerob qrup
mikroblara aiddir. Onlar süni qida mühi-
tində, oksigen çox olan şəraitdə daha yaxşı
yetişirlər. Oksigen olmayan şəraitdə ye-
tiş mə zəif olur.
Bu mikrobların süni qida mühitində yaxşı
yetişməsi üçün optimal temperatur 35-37°C,
ph isə 7,2-7,6 olmalıdır.
Qarayara çöpləri orqanizmdən kənarda,
neytral, zəif qələvi və oksigen olan şəraitdə
15-42°C temperaturda oval formalı spor əmə-
lə gətirir. Mikrobun spor forması xarici mü-
hit amillərinin təsirinə olduqca davamlıdır.
Bunlar torpaqda, yemdə, peyində uzun
müddət, xüsusən suda uzun illər qala bilir.
Sporlar 120-140°C teperatur və quru şəraitdə
2-3 saatda, avtoklavda 110°C-də 5-10 dəq.
qaynatdıqda 1 saat müddətində məhv olur.
Dezinfeksiyaedici maddələrdən 5%-li xlorlu
əhəng məhlulu, 4%-li formaldehid məhlulu,
10%-li xloramin məhlulu və 10%-li qaynar
natrium qələvisi məhlulla rından istifadə
etmək əhəmiyyətlidir.
Azərbaycanda qarayara xəstəliyinə görə
qeyri-saglam məntəqələrdə həmin infeksiya
ilə mübarizə məqsədilə tədbir lərin aparılması
və natrium hipoxloritin köməyi ilə antra-
koid (3%-li fəal xlor) və qarayara STİ vak-
sin ştammı sporlarının (10%-li fəal xlor)
zərərsizləşdirilməsi öyrənilmişdir (Ə.A.Ən-
nağıyev, C.M.Daşdəmirov, H.A.Rəhimova,
A.H.Yusifov, Q.H.Dilbazi).
Tərkibində 8% fəal xloru olan DP-2 pre-
paratı, 3%-li yodez və s. mikrobun zərər-
sizləşdirilməsində yaxşı nəticə verir.
Qarayara xəstəliyi bütün növ kənd
təsərrüfatı heyvanlarına yoluxur. Lakin qa-
ramal, davar, at, dəvə və şimal maralları bu
xəstəliyə daha çox, donuzlar isə az həs sas-
dırlar. Qarayara ilə ətyeyən vəhşi heyvanlar
da xəstələnirlər. Yaşlı it və pişiklərin xəs-
tələnməsinə nadir hallarda təsadüf olunur, it
küçükləri isə qarayaraya çox asan yoluxur-
lar. Quşlar təbii şəraitdə bu xəstəliyə həssas
deyildir.
Qarayaranın kliniki əlamətləri xəstəli yin
formasından, törədicisinin virulentli yindən,