Su hövzəsində qaz rejiminin balıqlara
təsiri. Oksigen, azot və karbon qazının ba-
lıqçılıq su hövzəsində bütün heyvani orqa-
nizmlər və bitkilər üçün böyük əhəmiyyəti
vardır. Bütün bu qazlar həm birbaşa, həm
də dolayısı yollarla balıq orqanizminə təsir
edirlər.
Bu qazlardan başqa balıqçılıq göllərində
və təbii su hövzələrində bəzən çox zəhərli
qazlar – kükürd qazı və metana da təsadüf
edilir. Bu qazların suda olması gölün və su
hövzəsinin antisanitar vəziyyətini göstərir.
Məsələn, balıqları parazitoloji müayinə
olunmuş axarlılığı olmayan İsmayıllı rayo-
nunun ərazisində yerləşən Aşıq Bayramlı su
anbarında və Zaqatala rayonunun Qozluq
axmazının suyunun hidrokimyəvi müayinəsi
göstərmişdir ki, kükürd qazı 2-3 ml/l, oksi-
gen 1,5-2 ml/l, karbon qazı 50 ml/l, suyun
aktiv reaksiyası (PH) 5-6 olmuşdur. Elə ba-
|