bAyTArlıq
Elmi-praktik jurnal
54
Baytarlıq sahəsində də belə təcrübə var-
dır. Ancaq bu sahədə fəaliyyət göstərən belə
təşkilatların mövcud durumu heç də günün
tələbləri səviyyəsində deyildir. Belə ki, bay-
tarlıq sahəsində ilk ictimai peşə təşkilatı
– “Azər bay can Bay tar Hə kim lər İt ti fa qı”
1991-ci ildə, hələ Sovet İttifaqının möv-
cudluğu dövründə yaradılmışdır. Baytar
Həkimlər İt tif aqı ya ran dı ğı dövr də res pub-
li ka mız da bay tar lıq xid mə ti nin struk tu ru
mü a sir dövr də ol du ğun dan əsas lı su rət də
fərq lə nir di və bu dövrdə Qeyri-Hökumət
Təşkilatlarının ya ra dıl ma sı və fə a liy yə ti qa-
nun ve ri ci lik lə tam tən zim lən mir di. Bir çox
çə tin lik lər ə bax ma ya raq İt ti faq uzun müd-
dət fə a liy yət gös tər miş dir. An caq müstə-
qilliyin ilk dövr ləri ndə bay tar hə kim lə ri nin
iş lə tə mi na tın da də yi şik lik lər ol du ğu üçün
on lar la əla qə sax la maq və ic ti mai peşə təş-
ki latı ət ra fın da bir ləş dir mək bir qə dər çə-
tin ləş miş dir ki, bu da İt ti fa qın fə a liy yə ti-
nin zə ifl ə mə si nə və ma liy yə çə tin lik lə ri
ilə üz ləş mə si nə sə bəb ol muş dur. Ha zır kı
dövr də Azər bay can da apa rı lan aq rar is la-
hat la rın nə ti cə si ola raq ye ni tə sər rü fat qu-
rum la rı mey da na gəl miş və bay tar mü tə xə-
sis lə ri nin iş lə tə min olun ma sı, ilk növ bə də
on la rın fər di bay tar lıq xıd mə ti gös tər mə si
üçün şə ra it ya ran mış dır. Bunlar nəzərə alı-
naraq İttfaqın hüquqi varisi kimi “Azər-
baycan Baytar Həkimləri Assosiasiyası”
İctimai Birliyi (ABHA) 01 avqust 2003-cü
il tarixdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində qeydiyyata alınmışdır.
Ölkədə sahibkarlıq subyektlərinin sayı
durmadan artır ki, bu normal bir haldır. Bay-
tarlıq xidməti də bu prosesdən kənarda deyil
və bu sahədə hər hansı ümumazər baycan
miqyaslı bir peşə təşkilatının olub-olmama-
sından asılı olmayaraq özəl əsaslı baytarlıq
subyektləri də günbəgün inkişaf edir. Ancaq
dünya dövlətlərinin mütərəqqi təcrübəsini
respublikaya gətirməklə bir özəl baytarlıq
xidmətinin inkişaf etdirilməsi üçün daha
münbit şərait yaradıla bilər. Bunun üçün
ABHA ümumazərbaycan miqyaslı, öz üzv-
lərinin peşə yönümlü ehtiyaclarını və maraq-
larını mütəmadi olaraq öyrənən və bu ma-
raqların yerinə yetirilməsinə yardım edən bir
təşkilata çevrilməlidir. Bu sahədə dünyada
kifayət qədər təcrübə vardır və məqalədə bu
məsələləri Avropa Birliyinin (AB) Baytarlıq
Federasiyasının və Türkiyənin misalında
müqayisəvi şəkildə şərh ediləcək.
Özəl baytarlıq sistemi spesifik xüsusiy-
yətlərə malik olan sahibkarlıq forma-
sıdır. Bu təşkilatlar özünüidarə edən,
müstəqil, qeyri-siyasi, demokratik quru-
luşlu və sahəvi struktura malik olmaq kimi
prinsiplər əsa sında təşkil olunurlar.
AB-nin Baytarlıq Federasiyası 1975-ci
ildə yaradılıb. O, 38 Avropa ölkəsində fəa-
liyyət göstərən 46 təşkilatı birləşdirir. Fede-
rasiyanın tələblərində qeyd edilir ki, baytar
mütəxəssisi cəmiyyətdə fəaliyyət göstərmək
üçün xüsusi davranış məcəlləsinin tələb-
lərinə əməl etməlidir (2). Bu tələblər aşağı-
dakı fəaliyyət subyektlərini əhatə edir:
• Heyvanlar;
• Mülkiyyətçilər;
• Baytarlıq sənətinin ümumilikdə və
xüsusi olaraq hər bir baytar həkiminin
mənafeyi;
• Professional baytar heyəti;
• Cəmiyyət;
• Səlahiyyətli qurumlar.
Cəmiyyətdə və iqtisadiyyatda mütəmadi
olaraq inkişaf və dəyişikliklər getdiyi kimi
baytarlıq sahəsində qanunvericilik aktları
və normalar mütəmadi olaraq yeniləşir.
Son dövrlərdə yaradılmış belə qanunveri-
cilik aktlarından biri də AB-nin 2006/123/
CE saylı Direktividir. Direktivlə müstəqil
müəssisə yaratmaq və AB-nin daxilində
yerdəyişməklə azad fəaliyyət göstərmək
qaydaları tənzimlənir.
Türkiyə Respublikasında QHT kimi
fəaliyyət göstərən “ Türk Veteriner Hekim-