Təfəkkür və Onun Növləri
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir.
Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı.
Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir.
Təfəkkürün əsas növləri
T əfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-digərindən fərqlənir. Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.
Nəzəri təfəkkür, öz predmetinin qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür. İnsan məsələ həlli zamanı anlayışlara müraciət edir, hərəkətləri əqlində yerinə yetirir, birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən axıra hazır biliklərin hesabına fikrən yerinə yetirir. Bu hazır bilik formaları anlayışlar, hökmlər, əqli nəticələrdir. Nəzəri anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir. Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri digərinə keçir. Onlar arasında fərq nisbidir.
Nəzəri obrazlı təfəkkür – anlayışlar təfəkküründən obrazların istifadəsi ilə fərqlənir. Hər hansı təfəkkür az və çox dərəcədə əyani – hissi obrazlarla qarışır. Anlayışlar və obraz- təsəvvürlər bu təfəkkür növündə ayrılmazdır. İnsan təsəvvürlərsiz ancaq anlayışlarla hissi əyanilikdən uzaq fikirləşə bilməz, o, həmçinin təkcə hissi-əyani obrazlarla, anlayışlarsız fikirləşə bilməz. Ona görə də əyani və anlayışlar təfəkkürünü xarici əksliklər kimi qəbul etmək olmaz. Lakin unutmaq olmaz ki, təsəvvür və anlayışlar nəinki bir-biri ilə bağlıdır, həmçinin bir-birindən fərqlidir, vahid təfəkkür daxilində bir tərəfdən əyani, digər tərəfdən abstrakt – nəzəri təfəkkürü fərqləndirirlər.
Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla obyektiv reallığın dərkinə yönəlib. Mücərrəd təfəkkürün anlayışları ümumini inikas etdirir. Lakin ümumi xüsusi və təkcənin elementlərindən xali deyil. Təkcə obrazda əks olunur. Obraz təfəkkürün həm aşağı, həm də yuxarı pilləsində təkcənin inikasıdır. Əyani –obrazlı təfəkkür və nəzəri-mücərrəd təfəkkür təkcə iki səviyyə deyil, vahid təfəkkürün iki növü və ya iki aspektidir, təkcə anlayış deyil, həm də obraz ən yüksək təfəkkür səviyyəsində fəaliyyət göstərir.
Obrazın fikri zənginləşdirdiyini hər hansı metaforanın misalında görmək olar. Hər hansı metafora ümumi fikri ifadə edir, metaforanın anlanılması obrazlı formada onun ümumi anlam məzmununun aydınlaşdırılmasını tələb edir. Metaforik ifadələri işlədərkən elə obrazları axtarıb tapmaq tələb olunur ki, bu obraz ümumi fikri adekvat ifadə edə bilsin.
Nəzəri obrazlar ya hafizədən əldə edilir, ya da təxəyyüldən yaradıcılıqla yaradılır. Ədəbiyyat, incəsənət yaradıcı əmək adamları belə obrazlı təfəkkürə malikdir.
Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı mövcuddur. Onlar bir-digərini qarşılıqlı tamamlayır, qarşılıqlı əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır. Nəzəri anlayışlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümumiləşmiş, həm də daha düzgün əks etdirir.
Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra olunmur. Fikir hissi – əyani olaraq, insanı gerçək aləmə bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan obrazlar təfəkkür üçün zəruridir.
Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı cisim və hadisələrin, icra etmiş olduğu praktik işin surəti əsasında fikirləşir. Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda özünü qabarıq şəkildə göstərir.
Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafizədən əldə edir, sonra dəyişdirir. Bu təfəkkür forması məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır. Praktik fəaliyyətlə məşğul olan yaşlı insanlara da bu təfəkkür növü xasdır.
Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri daşıyır və insan onu real predmetlərlə icra edir. Məsələ həlli zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir. Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir. Ona görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də adlandırırlar. Bəşəriyyətin tarixi inkişafı prosesində birinci növbədə əyani-əməli (praktik) təfəkkür özünü göstərir. Üç yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani əməli xarakter daşıyır. Bu təfəkkür növü istehsal proseslərində çalışan adamlara da məxsusdur və nəticəsi konkret məhsulun hazırlanmasından ibarətdir.,
Mücərrəd (məntiqi) təfəkkür təfəkkürün ən yüksək inkişaf etmiş növüdür. Adətən məktəb yaşı dövründə praktik təcrübə əsasında, ilk dəfə sadə şəkildə olsa da, mücərrəd təfəkkür yaranır və inkişaf edir. Mücərrəd təfəkkür mücərrəd məfhumlara istinad edən təfəkkür olmaqla, mücərrəd məfhumlar, hökmlər əsasında baş verir.
Qeyd etmək lazımdır ki, adını saydığımız təfəkkür növləri eyni anda baş verir və inkişafın səviyyələri kimi özünü biruzə verir.
Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki, onlar praktika ilə müxtəlif cürə bağlıdır. Praktik təfəkkürün işi xüsusi konkret məsələ həllinə yönəlir, nəzəri təfəkkür isə ümumi qanunauyğunluqların həllinə istiqamətlənir.
Dostları ilə paylaş: |