Karneqi Mellon Universitetinin professoru Xouvi
Çouzetanın rəhbərliyi ilə çalışan mühəndis və həkimlər
qrupu tərəfindən qeyri-adi robot-cərrah yaradılıb. Belə
ki, robot bədəndə hər hansı kəsik etmədən kifayət qədər
mürəkkəb cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə
malikdir.
AZƏRTAC “hi-news.
ru” saytına istinadən xəbər
verir ki, “The Flex Robotic
System” (“TFRC”) ad-
lanan yeni ixtira yüksək
təsvir ölçüsünə malik
kamera və elastik zond
formasındadır. İdarəetmə
kontrollerin köməyi
ilə həyata keçirilir. Ro-
bot toxumaları tutmaq,
kəsmək üçün müxtəlif
alətlərə, həm cərrah
bıçağı, həm də qanaxmanı
dayandırmaq üçün koaqulyator kimi istifadə edilən lazerə
malikdir. Bundan başqa, robot orqanizmdən toxumaları, ma-
yeni çıxarmaq, həmçinin analiz üçün müxtəlif nümunələr
götürmək iqtidarındadır. Robot narkoz altında olan pasi-
yentin ağzı vasitəsilə insan bədəninə nüfuz edir.
İstehsalçılar bildiriblər ki, qurğunun prototipi hələ 2004-
cü ildə hazırlanıb və layihənin tam reallaşmasına 10 ildən çox
vaxt sərf olunub.
Dostları ilə paylaş: |