Menecmentin prin­sip­lə­ri və metodları



Yüklə 52,55 Kb.
səhifə8/8
tarix02.06.2023
ölçüsü52,55 Kb.
#122507
1   2   3   4   5   6   7   8
Mövzu 4

4.5. Menecmentin metodları
Metod (yunanca: “methodos”) — anlayışının özü «davam etmək», «izləmək» mənasını bildirir. Metod özlüyündə insanların dərki, islahatçı fəaliyyətinin təşkili və idarə olunması üçün lazım olan üsul və priyomlar sisteminin məcmusudur. Metod – elementləri qanunlar və kateqoriyalar, həmçinin praktiki-konkret dərketmə fəaliyyətinin nizamlama prinsipləri olan mürəkkəb struktura malikdir.[1]
Obyekt-yönlü proqramlaşdırmada: hər hansı sinfə (CLASS), yaxud obyektə aid olan funksiya və ya prosedur. Prosedurlu proqramlaşdırmadakı prosedur kimi, metod hansısa əməliyyatı yerinə yetirmək üçün müəyyən sayda deyimlərdən (STATEMENT) ibarətdir, giriş arqumentləri yığınına və qaytarılan qiymətə malikdir. Metodları iki qrupa ayırırlar: sadə metodlar və statistik metodlar:
• sadə metodlar obyektin verilənlərinə (verilmiş sinfin konkret nüsxəsinə) erişə bilir
• statistik metodlar obyektin verilənlərinə erişə bilmir və onlardan istifadə etmək üçün verilmiş sinfin nüsxələrini yaratmağa gərək yoxdur.
Metodlar hər hansı sinfin obyektinin verilənlərinə erişmək üçün interfeys təqdim edir. Metodun təqdim etdiyi erişim səviyyəsindən asılı olaraq, onları aşağıdakı növlərə ayırırlar:
• açıq (public) interfeys – verilmiş sinfin bütün istifadəçiləri üçün ümumi interfeys;
• qorunmuş (protected) interfeys – verilmiş sinfin bütün varisləri üçün daxili interfeys;
• qapalı (private) interfeys – yalnız verilmiş sinfin daxilindən erişməyin mümkün olduğu interfeys.
Menecmentdə metod dedikdə əmək prosesində işçilərin yaradıcı və təşəbbüskar işləmələrini təmin etmək üçün tətbiq edilən müxtəlif qayda və fəndlərin toplusu başa düşülür. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir. 
İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır.
Menecmentin metodu – istehsalın təşkili və idarə olunması prosesində tətbiq edilən fəndlərin cəmi şəklində kollektivin məqsədyönlü fəaliyyətə yönəldilməsi başa düşülməlidir.
Metodların tətbiq edilməsi aşağıdakıların təmin edilməsindən ibarətdir:

  • İşçilərin və təşkilatın yüksək məhsuldarlıqla və səmərəli işləmələrinin təmin olunması;

  • Əmək kollektivinin ahəngdar və müntəzəm işləmələrinin təmin olunması;

  • Əmək prosesinin və texnoloji proseslərin, eləcə də idarəetmənin dəqiq təşkil edilməsi və müxtəlif sahələrin əlaqələndirilməsinin təmin edilməsi;

Qeyd etmək lazımdır ki, “metod” yunan sözü olub mənası üsul deməkdir. İdarəetmənin metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf və vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunması formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır. Bu metodlardan istifadə edib müəssisələrin idarə olunması isə rəhbərlərin öz idarəetmə üslubundan asılıdır. İdarəetmə üslubu isə hər bir rəhbərin öz xarakterinə xas olan fərdi idaərəçılik seçimi, yəni fərdi idarəetmə xüsusiyyətidir.
Hal-hazırda idarəetmə prosesində ən çox tətbiq edilən idarəetmə metodları aşağıdakılardır:

  • İqtisadi; 2. İnzibati; 3. Sosial-psixoloji; 4. İdeoloji; 5. Partisipativ; 6. Qrafik.

Təsnifatada qeyd olunan son 3 metod iqtisadi idarəetmədə az tətbiq olunduğundan bunlara izahat verməyə ehtiyac yoxdur. Əvvəlki 3 metodun izahatına isə teqdimatda baxılacaqdır.
Yüklə 52,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin