Hüceyrə. Hüceyrə canlı orqanizmlərin kiçik hissəciyi olmaqla, bir-biri ilə əlaqəli tam sistem əmələ gətirir. Formasına, quruluşuna, ölçüsünə, funksiyasına görə hüceyrələr fərqlənirlər. Lakin istənilən hüceyrə üç hissədən qılaf, sitoplazma və nüvədən ibarətdir. Onun sitoplazmasında səpələnmiş halda orqanoidlər yerləşir. Bunlara endoplazmatik şəbəkə, ribosomlar, mitoxondrilər, lizosomlar, Holci kompleksi, hüceyrə mərkəzi, plastidlər, hərəkət orqanoidləri və hüceyrə törəmələri aiddir. Nüvənin yerləşməsinə görə hüceyrələr prokariot və eukariot formalara bölünür. Prokariotlara bakteriya və göy-yaşıl yosunlar aiddir. Prokariot hüceyrələrdə nüvə görünmür və Holci kompleksi, mitoxondrii, endoplazmatik şəbəkə kimi orqanoidlər olmur. Eukariot hüceyrələrə bitki, heyvan və insan hüceyrələri daxildir.