2.1.8. İşin təhvili İş
in təhvili ilə elmi işin mərhələ modeli tamamlanır. Tamamlanmış
elmi iş elmi rəhbərə və ya kafedraya (magistratura və ya doktorantura
ş
öbəsinə) təhvil verilir. Bunu etməzdən öncə buraxılış işinin kənar şəxs
tərəfindən oxunub, dil baxımından korrektə edilməsi məsləhət görülür.
İ
kinci şəxsin işə baxması vacibdir, çünki tələbə artıq neçə vaxtdır bu işi
yazdığından o, təbii olaraq qrammatik, mexaniki və işarə səhvlərini
görmür. Onun özünün korrektə etmək imkanı yalnız optik qavrama ilə
məhdudlaşır.
Sonuncu variantın işlənməsi tələsik şəkildə baş verməməlidir. Son
mərhələdə faylın əlavə variantının kompyüterin yaddaşında saxlanması
çaşğınlığa səbəb olur. Bu mərhələdə nəzərə çarpan xətalar düzəliş
edildikdən sonra onun çox vaxt bir neçə variantda yaddaşa verilməsi halları
məlumdur. Çap mərhələsində hansı variantın düzgün olmasını araşdırmağa
vaxt qalmadığından səhvlərə malik variant çap oluna bilər. İş tamam hazır
olduqdan sonra o lazım olan nüsxədə çap olunur.