Elmi işlərin tərtibi
52
ixtisaslaşmış şəkildə tətbiqinə imkan verən metodlar arsenalına və
təhsilin profilinə uyğun gəlməlidir. Ancaq bu o demək deyil ki,
tədqiqat prosesində mövzu əsas ixtisas fənninin sərhəddindən kənara
çıxa bilməz. Əksinə, tələbə mövzunun seçilməsində tədqiqatın aparıl-
masındakı sualları həmçinin qarışıq fənlərdən quraşdıra bilər. Seçilmiş
mövzunun tədris olunan fənnə uyğun olması tələbi, tələbənin tədqiqat
nəticəsində əldə etdiyi nəticələri kurs və buraxılış işlərində, hesabat-
larda istifadə edəbilmə şərtindən irəli gəlir.
Mövzunun seçilməsi zamanı onun həmçinin birbaşa təhsil məktəbində
icra olunma imkanı da araşdırılmalıdır. İlk növədə seçilmiş mövzunun
işlənməsi üçün tədris prosesində tələbəyə verilən zaman kəsiyi nəzərə
alınır. Bundan əlavə mövzunun işlənməsinin material və malliyə
baxımından mümkünlüyü hərtərəfli öyrənilməlidir. Təcrübələr göstərir
ki, tələbə tərəfindən mövzunun seçilməsində onun kafedranın elmi
–
tədqiqat işlərinin istiqamətinə uyğunluğu böyük rol oynayır. Məsələn,
tələbə buraxılış işini elmi rəhbərin, müəllimin rəhbərliyi altında icra
edir. O, yalnız rəhbərindən tövsiyyə və göstərişləri o zaman ala bilər
ki, mövzu rəhbərin məşğul olduğu elmi istiqamətə uyğun gəlsin. Digər
tərəfdən elmi rəhbər ilə tələbənin maraqlarının üst
–üstə düşməsi
tələbənin işinə marağı artırır, onun yerinə yetirilmə prosesini
sürətləndirir, iş metodlarının axtarılmasını asanlaşdırır. Onu da qeyd
etmək lazımdır ki, tələbə mövzunu seçməkdən öncə bu sahədə mövcud
olan ədəbiyyat mənbələri ilə yaxından tanış olmalıdır.
Dostları ilə paylaş: