Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix28.11.2023
ölçüsü0,62 Mb.
#166978
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

 
yönəldilən
 
şeylərdir və məhz bu da gələcək hazır məhsulun 
maddi əsasını təşkil edir. Əmək cisimləri ya təbiətin özü tərəfindən verilir (məsələn: filiz yatağı), 
yaxud əvvəlki əməyin məhsulu, yəni xammal kimi olur. Sonuncu özündə əsas xammalı 
(bilavasitə istehsal vasitələrinin hazırlandığı cisimlər) və yardımçı materialları (məhsulun 
hazırlanmasında istifadə olunan şeylər, məsələn, tikiş sənayesində bunlar rənglər, saplar və s. ola 
bilər) ehtiva edir.
Elmi-texniki tərəqqi nəticəsində insan əvvəlcədən verilmiş xassələri olan və təbiətdə 
mövcud olmayan əmək cisimləri hazırlayır. Təbiət, torpaq, yerətrafı məkan da daxil olmaqla 
geniş mənada bütövlükdə bizi əhatə edən aləm ümumi əmək cismini təşkil edirlər. Xammalın 
istehsalda rolu artır, lakin əmək cisimlərinin ilkin əsası yenə də torpaqdır.
Təbiiət maddəsinin hazır məhsula çevrilməsi üçün o bir və ya bir neçə mərhələdə emal 
olunmalı, yarımfabrikata çevrilməlidir. Hazır məhsuldan (əməyin bitkin, istehlaka hazır nəticəsi) 
fərqli olaraq, yarımfabrikat istifadəyə yararlı hazır məhsul olmaq üçün hələ emal olunmalı olan 
əmək məhsuludur.

Əmək vasitələri



insanın özü ilə əmək cismi arasında yerləşdiyi əşya və ya əşyalar 
kompleksi; hazır məhsulu yaradarkən insanın əmək cisiminə təsir etdiyi şeylər; əmək vasitələri 
istehsalın inkişaf səviyyəsinin ən mühüm göstəriciləridir.
Maddi əmək vasitələri təbii (torpaq, dəyənək, daş və s., əhliləşdirilmiş ev heyvanları, üzvi 
gübrələr, həmçinin işçinin bədən üzvləri) və texnikiyə (yəni insan tərəfindən süni yaradılanlar) 
bölünürlər.
Texniki əmək vasitələrinə əmək vasitələri – müxtəlif maşınlar, mexanizmlər, qurgular, 
alətlər, mühərriklər, ötürücü qurgular daxildir. Maşın istehsalı şəraitində mexaniki əmək 
vasitələri üç tərkib hissədən: işçi maşın, mühərrik, ötürücü qurğudan ibarət maşın sisteminə 
çevrilmişlər. Elmi-texniki inqilab (ETİ) maşın sisteminə dördüncü hissəni – maşın sisteminin 
idarə edilməsi üzrə zehni əmək vəzifəsini yerinə yetirən idarəedici qurğunu əlavə etdi. Get-gedə 
kibernetik adlandırılan texnika tətbiq olunur ki, onun bütün başqa maşınlardan əsas fərqi ondadır 
ki, o, enerjini (fiziki maşınlar kimi) və ya maddəni (kimyəvi kimi) deyil, informasiyanı emal 
edir. Robototexnika geniş yayılır. İstehsalın kompyuterləşməsi və avtomatlaşdırılması insanın 
rolunu dəyişir.: o tədricən bilavasitə istehsal prosesindən çıxış və onunla yanaşı dayanır.
Vəhdətdə götürülən əmək vasitələri və əmək cisimləri istehsal vasitələrini təşkil edir. 
İstehsalın bütün mövcud amillərinin qarşılıqlı təsiri nəticəsində məhsulun yaradılması 
texnologiya ilə, yəni informasiya imkanlarını daxil etməklə məhsul istehsalı üsulları və istehsalın 
idarə edilməsinin xüsusi sistemini nəzərdə tutan istehsalın təşkili ilə vasitəlidir.
İstehsalın nəticə etibarilə səmərəliliyi resursların keyfiyyətindən, onların kombinasiyası və 
istehsalın təşkili formalarından asılıdır. İstehsalın nəticə etibarilə səmərəliliyi nöqteyi-nəzərindən 
resurslar məhsuldar qüvvələr kimi səciyyələnir.
Məhsuldar
 
qüvvələr - məhsul istehsalının yaradılması və artırılmasının cəmiyyətin mövcud 
resurslarında olan imkanlarıdır. Məhsuldar qüvvələrin inkişafı – məhsul və sərvətin daimi 
artmasının əsasıdır. 
Həyat fəaliyyəti prosesində insanlar arasında iqtisadi, siyasi, hüquqi, sosial, etik münasibətlər 
yaranır ki, bunlar da cəmiyyətin sistemli qarşılıqlı əlaqələrini əks etdirirlər. İstehsal 
münasibətlərə maddi nemət və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı ilə bağlı 
münasibətlər daxildir.


11 
Məhsuldar qüvvələr ictimai istehsalın aparıcı tərəfidir. Məhsuldar qüvvələrin hər bir inkişaf 
mərhələsinə (marksizmə görə) onların sosial-iqtisadi hərəkət formaları kimi çıxış edən müəyyən 
istehsal münasibətləri müvafiqdir.
İstehsal və ya iqtisadi münasibətlər cəmiyyətin iqtisadi təşkilinin əsasını əmələ gətirirlər, 
məhsuldar qüvvələr ilə birlikdə isə sistemlərin spesifik forma və növlərini müəyyənləşdirirlər. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin