MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə4/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   2   3   4   5   6   7   8   9   ...   96
MƏRSİYƏLƏR (1)

Dərmanım Hüseyn (ə) 
Rəsmidir şanə
2
deyər zülfi-pərişanə sözün, 
Andırar rəmzilə ta bilməyə biganə sözün. 
Bu məlahət, bu lətafət ki, sənin var, cana, 
Yeri vardır yazalar səfhəi-Qur`anə sözün. 
Naz edəndə mənə nazında nələr var demirəm, 
Açmaram özgələrə nərgise-məstanə sözün. 
Hər zaman dərdin olanda de təbibin özünə, 
Demədi mur
3
o zə`filə Süleymanə sözün. 
Müftiyi-ə`zəm eşqin bizə fitvası budur: 
Zülmdür kim deyə aqillərə divanə sözün. 
Zəhra əzizi 
Bir gün olar yollara çox baxarsan, 
Sinənə sən qəm oxunu taxarsan, 
Qəbrin xarab olar, yaddan çıxarsan, 
Hüseyn əzasındakı rəhmət qalar. 
İltafidə
4
kimsə Hüseynə çatmaz, 
1
İslam fədailərinin adları 
2
Daraq 
3
Qarışqa 
4
Lütf etməkdə 


12 
Aləm səni gözdən ata, o atmaz, 
Yaddan o şah nökərini çıxarmaz, 
Onu Allah edib kərəmdə dərya, 
Odur Mövla, odur əzize-Zəhra.
Hüseyn həbibidir Pərvərdigarə, 
Hüseyndi ərş və fərşə güşvarə
1

Hüseyn tək sahibe-fəzlo-kəramət, 
Cahana gəlməyib gəlməz dübarə. 
Növhə 
Mənzil-mənzil getmiş karvan, 
Ya Hüseyn getdi əldən cəvani
Heyf ola görmədim Kərbü-bəlani, 
Ya Hüseyn, ya Hüseyn, ya Hüseyn can! 
Ey şəhidi- rəhe-din və Qur`an, 
Ayrılıqdan ürək oldu al-qan, 
Mən dedim qəbrinə zair ollam, 
Altıguşə gözəl qəbrinə qurban! 
Ya Hüseyn can, gözü yolda qaldım, 
Hey xəbər aşnalərdən aldım, 
Sən anan canı bir bizlərə bax, 
Getdi əldən cavanlıq, qocaldım. 
Ya Hüseyn can, səni yada sallam,
Qara bayraqdan ətrivi allam, 
Qəbrinə zair olsam mən ölsəm, 
1
Sırğa 


13 
Həşrə tək orda asudə qallam. 
Şur 
Dünyaya sərvər ya Hüseyn! Ya Əba 
Əbdullahil-Hüseyn!
Dillərə əzbər ya Hüseyn ! Ya Əba 
Əbdullahil-Hüseyn! 
Qurban mərame-eşqinə! Ya Əba 
Əbdullahil-Hüseyn! 
Azadə rəhbər ya Hüseyn ! Ya ƏIba 
Əbdullahil-Hüseyn! 
Əldə susuz ölən Hüseyn! Ya Əba Əbdulla 
Hüseyn! Dinə fəda verən Hüseyn! 
Ya Əba Əbdullahil-Hüseyn! 
Ey şahe-Kərbəla Hüseyn Ya əba
Əbdullahil-Hüseyn 
Ey nure Neynəva Hüseyn! Ya Əba 
Əbdullahil-Hüseyn! 
Dəryaye rəhmətdur qapın, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Biz etdik iltica Hüseyn! Ya Əba 
Əbdullahil-Hüseyn!
Kəsmə inayətin ağa, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Bizdən xəta səndən əta, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Hicrunda yandı şiələr, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Dərdə gəlibdir sinələr. Ya Əba 
Əbdullahil-Hüseyn! 


14 
Ey şahe məhşər və mina! Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ey dərdməndanə dəva! Ya Əba 
Əbdullahil-Hüseyn! 
Lütf eylə bu aşiqlərə, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ağa bərate-Kərbala! Ya Əba 
Əbdullahil-Hüseyn! 
Hüseyn behiştin zinəti, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Hüseyn cəhanın izzəti, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Xune-Xudadır bu ağa, Ya Əba
Əbdullahil-Hüseyn! 
Dillərdə var məhəbbəti, Ya Əba
Əbdullahil-Hüseyn! 
Çıraği-asimanidir, Ya Əba
əbdullahil-Hüseyn! 
Mərizlərə dərmanidir, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Sahibe izzo cahidir, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Iki cahana şahidir, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Aşiqlərə ətası var, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ürəklərə səfası var, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ürəklərə dolub nəva, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Ürəkdə çün yarası var, Ya Əba 
Əbdullahil-Hüseyn! 


15 
Hüseyndi qəlbe-Fatimə, Ya Əba
Əbdullahil-Hüseyn! 
Cahan batıbdı matəmə, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Gəl ağlayaq yarasına, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Səfa verək əzasına, Ya Əba
Əbdullahil-Hüseyn! 
Ziyaye-çeşme Mustafa, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Müsibətində ağlayın, Ya Əba 
Əbdullahil-Hüseyn! 
Alın mərizizə şəfa. Ya Əba 
Əbdullahil-Hüseyn! 
Şur 
Dərgəhinin dəxiliyik , Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dinə fəda olan Hüseyn! Ya Hüseyn 
yəbnə-Zəhra! 
Zülmün əlilə qəlbinə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qırmızı qan dolan Hüseyn! Ya Hüseyn 
yəbnə-Zəhra!
Dərdimizə dəva elə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Mərizlərə şəfa elə. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Başa qara bağlamışıq, Ya Hüseyn 
yəbnə-Zəhra! 


16 
Sinəmizi dağlamışıq, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Sən bil Əliyyü Əkbərin, Ya Hüseyn 
yəbnə-Zəhra 
Qanına qəltan Əsğərin. Ya Hüseyn 
yəbnə-Zəhra 
Dərdimizə dəva elə, Ya Hüseyn 
yəbnə-Zəhra 
Mərizlərə şəfa elə. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dəhridə hər qədər varıq, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Damənivi buraxmarıq, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Biz yolunu bağlamarıq, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Milləte Kufə olmarıq. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qoyma yanaq şəmatətə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Biz də şataq səadətə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Kəmininə batanların, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qəlbinə ox atanların, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Əlləri şil olaydı kaş, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Xeyməvə od vuranların. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dərd oturub ürəklərə, Ya Hüseyn 
yəbnə-Zəhra! 


17 
Xəbər yetib Peyğəmbərə. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Tutubdu ərş əza sənə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Eşqidə mərhəba sənə! Ya Hüseyn 
yəbnə-Zəhra! 
Sahib-əzadı xuncigər, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Ürəkdə Mustafa sənə. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qara çəkiblər göylərə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Yetibdi qəm mələklərə. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Qur`ana can verən Hüseyn, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Ləbteşnə can verən Hüseyn. Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dərdimizə dəva elə, Ya Hüseyn 
yəbnə-Zəhra! 
Dolubdu qəm ürəklərə. Ya Hüseyn 
yəbnə-Zəhra! 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin