MəRSİYƏLƏR ƏBDÜLHÜseyn axundzadə



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə5/96
tarix29.07.2023
ölçüsü2,04 Mb.
#137873
1   2   3   4   5   6   7   8   9   ...   96
MƏRSİYƏLƏR (1)

“Şiələr, namaz!” 
Hüseynə ağlamağın vardı yaxşı bir səməri, 
Xamuş edər bəli duzəxdəki yanan şərəri. 
Fəqət bu şərtilə ey aşiqane şahi-hicaz, 
Hüseyn özü buyurub “Şiələr, namaz, namaz!” 
Hüseyn namaza görə eliyubdir cəngü-cədəl
Hüseyn namaza görə çəkdi itrətindən əl. 


18 
Hüseyn namaza görə teşnə baş və qan verdi
Hüseyn namaza görə Əkbəre-cavan verdi. 
Namazın ərzişinə bu işarəsi bəsdi: 
Yazıllar Şümre-ləin səcdədə başın kəsdi. 
Şiələrin müqtədası 
Hüseyndir Xaliqi ə`zəm fədası, 
Hüseyndir dine-İslamın bəqası, 
Hüseyndir aləmin zibo-səfası, 
Hüseyndir şiəyanın müqtədası, 
Hüseyndir ənbiyanın dilrübası. 
Gözəldir çöhrəi-izəd nüması, 
Cəmi kainatın rəhnüması, 
Atasi Mürtəza şiri-Xudadı, 
Anası Fatimə xəyrun-nisadı, 
İki dünyanın olmuş pişvası. 
O dəm ki, məqtələ sultan yıxıldı, 
Gəlib səs höccəte-Rəhman yıxıldı, 
Sütune-xanei-iman yıxıldı, 
Səfa öldü, yerə irfan yıxıldı, 
Olar həşrə kimi bərpa əzası. 
Sərasər cismi olmuşdu qızıl qan, 
Baxıb səmte-səmayə şahe-xuban, 
Dedi sən şahid ol, ey həyyi-sübhan, 
Hüseyn eliyib vəfayi-əhdo-peyman, 
Minayi-eşq olubdur Kərbəlası. 


19 
İlahi üzmüşəm əl Əkbərimdən, 
Ləb ətşan şirxarə Əsğərimdən, 
Bəlalı itrətimdən yavərimdən, 
Nənəm Zəhraya bənzər xahərimdən, 
Mənə minnətdi eşqin hər bəlasə. 
Sənin eşqində sərməstəm Xudaya, 
Tərəktul-xəlqə turrən fi həvaka, 
Və əytəmtul əyalə kulli əraka, 
Və ləv qəttə`təni fil-həbbi irba 
Ola qanilə möhkəm din binası.
Qərəz ərşe-Xuda qudalə düşdü, 
Rüxe-zibaya qandan halə düşdü, 
Yaralı Kə`bəyi-amalə düşdü, 
Dilim gəlmir deyim nə halə düşdü, 
Çıxıb əndazədən xəncər yarası. 
Axardı yarəsindən qan sərasər
Duranmazdı ayaq üstə o sərvər
Gəlibdi naləyə yeksər mələkər,
Boyandı qanına Zəhra balası. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin