Meşə təsərrüfatı Giriş



Yüklə 42.65 Kb.
PDF просмотр
tarix04.07.2017
ölçüsü42.65 Kb.

Meşə bizim evimizdir

165

1

Meşə təsərrüfatı

Giriş

Meşələr təbiətdə bir çox vacib funksiyaları yerinə yetirir. Oksigen və karbon qazının, digər element

və maddələrin dövr etməsində iştirakı bu funksiyalar sırasına daxildir. Meşələr bəşəriyyətə ağac və

külli miqdarda digər məhsullar (göbələk, meyvə, giləmeyvə, qoz-fındıq və s.) və sənaye üçün xammal

(qətran və s.) verir. Çoxsaylı bitki və heyvanların yaşayış məskəni olaraq meşələr yer kürəsində bioloji

müxtəlifliyin qorunub saxlanılmasına yardımçı olur.



Əsas fikir

Ênsanlar və ətraf mühit üçün meşə çox vacib rol oynayır, ona görə də 

ictimaiyyətin öhdəsinə onu düzgün idarə etmək və xüsusi qayğı 

göstərmək məsuliyyəti düşür



Müddəti

3 tədris saatı



Êlin fəsli

Êstənilən



Yer

Məktəb (tədris kabineti)



Tədris vəsaitləri

Yazı lövhəsi, videokaset, işçi vərəqləri, biryulkalar (çöp oyunu) 



Tədris fənləri

Biologiya, coğrafiya, ekologiya, davamlı inkişaf, sinif saatı



Məqsəd

• Meşələr tərəfindən yerinə yetirilən funksiyalar barədə, insanlar və 

ətraf mühit üçün vacibliyi barədə şagirdlərin biliklərini genişləndirmək; 

• Qeyri-savadlı və yaxud hədsiz istismar, eləcə də düzgün olmayan 

turizm və istirahətin təşkili nəticəsində meşələrə və onu əhatə edən 

ərazilərə yaranacaq təhlükəyə diqqəti yönəltmək



Metodlar

Mühazirə, diskussiya, təqlid oyunları, fideofilmlərə baxış, zehni mükalimələr

Meşə bizim evimizdir

Müəlliflər: Kliment Mindjov, Andrey Şerbakov, Viktor Zubakin, Pənah Muradov, Namik Rzayev

Oyun müəllifi: Viktor Zubakin


Meşələr çay və göllərin su rejiminə böyük təsir göstərir, torpağı eroziyadan qoruyur, havanın

temperaturunun və nəmliyinin enib-qalxmasını tənzimləyir. Meşələr ətraf mühitin keyfiyyətini

yaxşılaşdırır, səs-küyü azaldır, güclü küləklərə maneçilik törədir, tozu yığır və qazları udur.

Beləliklə, meşələr iqlim və landşaftı (mənzərə) şərtləndirməklə turizm və istirahət üçün cəlbedici

yer hesab olunur.

Məşğələlərin aparılması

I Hissə. Ağaclar nə üçün lazımdır?

1

Şagirdlərdən yazı lövhəsində sıx çətiri (qol-budaqları) və yeraltı kök sistemi olan ağac

şəkli çəkmələrini xahiş edin.

2

Zehni mükalimələr aparıb ardıcıl olaraq aşağıdakı suallara cavab almağa cəhd edin:

Ağaclardan biz nə əldə edirik? (ağac material, qatran, meyvə, giləmeyvə, qoz-fındıq, 



bal, yağ, dərman və s.);

Ağaclar nəyə xidmət edir və onlardan hansı materialları alırlar? (inşaat və xırda



məmulat hazırlamaq üçün material, odun, şpal, şaxta üçün dayaq ağacı, müxtəlif növ

göbələklərin, bitkilərin və heyvanların məskəni, bir sıra xalqların mədəni və dini

mərasimlərinin keçirildiyi yer və s.);

Mümkündür ki, biz nə haqdasa danışmayaq? (Ağacın kölgəsində düşərgə salıb



dincəlmək olar, ağacın yarpaq və budaqları payızda tökülür və tədricən çürüntüyə

çevrilir, iynəyarpaqlı meşələrdə hava fitonsidlərlə zəngin olduğundan müalicəvi

xüsusiyyətə malikdir, meşənin özünün xışıltısı və yaratdığı yarımqaranlıq insanın əsəb

sisteminə sakitləşdirici təsir edir).



3

Şagirdlərə xatırladın ki:

Fotosintez (xlorofilli yaşıl bitkilərin işıq 



şüalarının verdiyi enerji vasitəsilə qeyri-üzvi 

maddələrdən üzvi maddələr yaratması 

prosesi) zamanı yaşıl bitkilər karbon qazını 

udur və biz nəfəs aldığımız oksigen qazını 

buraxır. Meşələrin sahəsi nə qədər azdırsa, 

o qədər də çox atmosferdə karbon qazı olur 

və uyğun olaraq parnik effektivliyi güclü olur 

(bax: “Üstəgəl yenə bir dərəcə” bölməsi);

Ağacların, kolların və otların kök sistemləri torpağı



yuyulmadan (su eroziyası) və üst qatının külək

tərəfindən sovrulmasından, çayları və gölləri isə

çirklənmədən və evtrofikasiyadan qoruyur;

Meşə bitkiləri yağan yağış və əriyən qardan yaranan nəmliyi ləngidib soyuq havaya



buraxaraq nəmliyin düşüb qalxmasını yumşaldır və özünəməxsus “bulud” rolunu oynayır;

Bir çox ağaclar, kollar, meşə otları digər meşə məskunlarının həyatı ilə sıx bağlıdır: 



ağac mikorizaları (göbələk) və digər otlar (əsasən səhləb), giləmeyvə kolları, arıların

bal topladığı bitkilər və s. Misal qətirmək olar ki, sobol heyvanları “kedr qozları”

yeməsələr çoxalma imkanlarını itirərlər.

4

Sonda qeyd edin ki, meşə salınması (geniş massivlər və yaxud meşə zolaqları) eroziyaya

və səhralaşmaya qarşı təsirli vasitə olmaqla bərabər, həm də iqlimin az dəyişkənliyə

məruz qalması vasitəsidir.



166

1

Meşə bizim evimizdir

Meşə təsərrüfatı

Meşə bizim evimizdir

167

1

Meşə təsərrüfatı

II Hissə. Meşə və təsərrüfat fəaliyyəti

1

Şagirdlərə meşənin ölkə üçün ən zəruri iqtisadi resurs olduğunu izah edin. O, inşaat

materiallarının mənbəyi, yanacaq üçün odun, izolyasiya materialları (ruberoid və s.), 

karton və kağız istehsalı üçün xammaldır, əczaçılıq üçün qiymətli resurs maddədir və s.

Bir sıra meşə örtüklü ərazilərdə faydalı qazıntılar çıxardılır, bundan başqa meşə örüş yeri

kimi də istifadə olunur. Dünya miqyasında tədarük edilən ağacın təqribən yarısı yanacaq

və qida hazırlamaq üçün istifadə edilir. Bu, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr

üçün xatakterikdir. Bu zaman bilavasitə ağacların bir hissəsinin özü yandırılır, digər

hissəsindən isə odun kömürü hazırlanır, bəzi istehsal sahələrində və xüsusilə şəhər

əhalisi tərəfindən geniş istehlak edilir. Tədarük olunan ağacların üçdə biri tikintidə

işlətmək üçün (tikinti konstruksiyaları, faner və s.), altıda biri isə kağız, karton və

izolyasiya materiallarının istehsalında istifadə olunur.



2

“Ağacın tədarükü” videofilmini göstərin.



3

Filmdə meşələrdə ağacların qeyri-qanuni kəsilməsi faktını müzakirə edin. Şagirdlərdən şahidi

olduqları və ya kütləvi informasiya vasitələrindən öyrəndikləri buna bənzər hadisələri

söyləmələrini xahiş edin. Müzakirələrin sonunda çalışın bu qənaətə gələsiniz ki, meşələrin

ifrat dərəcədə istismarı bu gün tez mənfəət verirsə, gələcək üçün daimi gəlir alınmasını

mümkünsüz edir.



4

“Ekoloji biryulka” oyununu keçirin: 

Biryulka kimi (4 nəfərdən ibarət qrupa 100 ədəd biryulka tələb olunur) hesablama 



çubuqları, kibrit, qələm, plastik və digər istənilən predmet götürülə bilər. 

Yaxşı olardı ki, biryulkalar 4 eyni qrup arasında bölüşdürülsün;

Oyun qaydaları yazılmış işçi vərəqlərini şagirdlərə paylayın (s. 173);



Tutaq ki, biryulkalar toplusu meşədir və orada ağaclar (birinci tip biryulka), meşənin

qeyri-ağac nemətləri — göbələk, giləmeyvə, qoz-fındıq (ikinci tip biryulka), ov

heyvanları (III tip biryulka) və turbaza (IV tip biryulka) var.

Hər hansı biryulkanın, məsələn, birinci tip biryulkanın bir ədədinin tərpənişi nəyi

modelləşdirir? (ağacların daşınması zamanı ağac pöhrələrinin məhv edilməsi, kəsim

normalarının yüksəldilməsi, ziyanverici həşəratların doğranmış ağacların tam

yığışdırılmadığı sahələrdə sürətlə artması və s.). Bəs digər təsərrüfatçılıq sahələri

üçün? (qırılacaq meşə sahələrində qaragilə və mərsin artıq bar verməz, ağacların

daşınması zamanı göbələk telləri məhv edilər, əgər bütün ağcaqovaq ağacları

kəsilərsə onda bu meşədə həmin ağacların qabığı ilə qidalanan maral və dovşanlar

meşəni tərk edərlər). 

Bəli, kim gözəl şam meşəliyini qoyub, qırılıb, tökülüb-töküşdürülmüş yerdə

məzuniyyətini keçirtmək istər? Bəs turizm necə neqativ təsir göstərə bilər? (Meşə

söndürülməmiş ocaqların ucbatından yana bilər; turistlərin sayı həddindən artıq çox

olarsa, onlar meşəni tapdalayaraq torpağı bərkidə bilərlər və nəticədə də göbələk

telləri məhv olar…). Beləliklə, bütün amilləri müzakirə etmək olar, burada biz bəzi

neqativ təsirləri misal çəkdik.

Yazı lövhəsi üzərində meşədə bu və ya digər növdə təbii fayda verən resurslara və



digər meşə resurslarına neqativ təsir göstərən nümunələri yazın.

5

Yazı lövhəsində “

Ênsanlar meşəyə düşüncəsiz münasibətdən hansı ziyanı çəkə bilərlər?”

yazın və bu barədə müzakirə aparın (Torpağın eroziyasının güclənməsi, landşaftın

estetik keyfiyyətlərinin itirilməsi və nəticədə turizmə ziyan dəyməsi, meşənin

məskunlarına — göbələklərə, bitki və heyvanat aləminə mənfi təsir və s.). Əlavə

informasiyanı CD-ROM-dan (“Meşə təsərrüfatı” bölməsi) əldə etmək olar.

6

“Kağızın təkrar emalı” videofilmini göstərin və kağız istehsalında ağacların zəruriliyini

müzakirə edin.


III Hissə. Meşə və istirahət

1

Êstirahət yeri kimi son onilliklərdə meşənin əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə

yüksəldiyini şagirdlərə izah edin. Bu baxımdan meşələr ölkə iqtisadiyyatına və əhaliyə

böyük, qeyri-maddi xarakterdə xeyir gətirir. Eyni zamanda ilk baxışdan qeyri-maddi

görünən bu xeyir maddiyə də çevrilə bilər. Bir sıra inkişaf etmiş ölkələrin (

Êtaliya,


Êspaniya, Fransa, Finlandiya) istirahət və turizmdən əldə etdiyi gəlir əsas sənaye

sahələrinin əldə etdiyi gəlirlə müqayisə olunur.



2

Meşələrdən əyləncə məqsədi ilə istifadə edilməsi ona neqativ və pozitiv təsir göstərir.

Bir tərəfdən cürbəcür meşələrin qorunub saxlanması, yabanı bitki və heyvanlardan

səmərəli istifadə edilməsinə cəhd müşahidə edilir. Digər tərəfdən də insan axını böhran

həddini aşarsa meşə ekosistemi tənəzzülə uğrayaraq öz funksiyasını çətin yerinə yetirər:

torpağın eroziyası güclənər, bəzi heyvanlar meşəni tərk edər, meşədəki otlar

tapdalandığından korlanıb zibilliyə bənzəyər, budaqların tökülməsi artar, ərazinin xarici

görkəmi korlanar. Müxtəlif meşələrə və bitkilərə ziyan verməmək şərti ilə gün ərzində

gələnlərin sayı (rekreasion yük) fərqlənir. Bizim iqlimdə tapdalanmağa daha çox

dözümlü olan tozağacı və palıd meşələri, az dözümlü olan isə quru şam meşələridir.



3

Azərbaycanın daha məşhur dağ və meşə kurortlarını təsəvvürünüzə gətirin. Bu yerlərin

adını yazı lövhəsində yazın. Onlar nə ilə xarakterizə olunur? Ağac tədarükü, turizm, qış

idman növləri ilə məşğul olma, mal-qaranın otarılması, binaların tikilməsi, yolların

salınması və s. nəticəsində meşə ekosistemində dəyişikliklərin əlaməti sezilirmi?

Şagirdlərdən öz müşahidələrini bölüşmələrini xahiş edin.



4

“Sadəcə meşədə gəzərək mən ətraf mühitə ziyan vura bilərəmmi?” mövzusunda zehni

mükalimə aparın. Cavabları lövhəyə yazın. “Meşədə gəzdiyiniz zaman...” işçi vərəqlərini

kömək üçün şagirdlərə paylayın (s. 172-173).



Sonrakı fəaliyyət

Ênsanların həyatında və təbiətdə ağacların roluna həsr edilmiş plakatların müsabiqəsini keçirin.



Ən yaxşı əsərlərin sərgisini təşkil edin.



Əlavə ədəbiyyat

Damanova 

Ê.M., Teplyakov V.K., Yaroşenko A.Y. Salam, meşə!. M.: Qrinpis Rusiya nəşriyyatı, Rusiya və MDB

ölkələri üçün Ümumdünya Təbiəti Mühafizə 

Êttifaqı Nümayəndəliyinin nəşriyyatı.

Azərbaycan Respublikasının coğrafi atlası - Bakı, 2002 ARDTXK.



Əmirov F. Meşələrin ekoloji rolu. Bakı, 2001. 

Əmirov F. Məhsuldar meşələrin yetişdirilməsi. Bakı, 2003.

168

1

Meşə bizim evimizdir

Meşə təsərrüfatı

169

Meşə təsərrüfatı

Êşçi vərəqlər

Siz meşədə gəzdiyiniz zaman…

Ona zərər yetirməmək üçün bir sıra sadə qaydalara əməl edin:

• Cığırlarda böyük qruplarla gəzməyin

• Bir qədər “xəstə”, çətin bərpa edilən ərazilərə — bataqlığa,

həddindən artıq nəmli sahələrə, sərt enişli-yoxuşlu yerlərə 

və s. çalışın getməyəsiniz;

Êstirahət üçün elə yerlərdə qərar tutun ki, sizin iştirakınız



bitki aləminə ziyan gətirməsin, heyvanlar üçün narahatlıq

yaratmasın;

• Bu yerlər üçün xüsusi quraşdırılmış yerlərdə, ən yaxşısı —

turbaza və kempinqlərdə düşərgə salın; 

• Yerli heyvan və quş növlərinin davranışlarını öyrənin, 

çalışın ki, onları narahat etməyəsiniz;

• Əgər sizi görüblərsə onlara yaxınlaşmayın;

• Quş və vəhşi heyvan balalarına əl vurmayın, bununla siz

onlara yırtıcı heyvanların diqqətini cəlb etdirmiş olarsınız,

iyiniz və yaratdığınız səs-küylə valideynlərini qorxuda

bilərsiniz;

• Heyvanlara adət etdikləri qidanı yeməyə maneçilik etməyin.

Bizim qidalarımız onların səhhətinə pis təsir göstərər,

ələbaxımlığa öyrətmiş olar və onların ovçuluq qabiliyyətlərini

korlayar;

• Odla ehtiyatlı davranın;

• Hər yerində buxarlanma qurtaranadək ocağa su tökün;

• Əgər ocağa su tökmək imkanı yoxdursa, onun üzərində 

hər yerində ağ kül əmələ gəlib sönənədək gözləyin;


170

Meşə təsərrüfatı

Êşçi vərəqlər

“Ekoloji biryulka” oyunu

Oyun qaydaları: 

Stol ətrafında 4 nəfər əyləşir və biryulkalar tökülüb

dağıdılır. Hər bir oyunçunun vəzifəsi ondan ibarət olmalıdır ki,

biryulka topasından bir dənəni (təbii resurslardan istifadə) elə

götürsün ki, digərlərinin heç birinə toxunmamış olsun (Yaxşı olar ki,

hər bir şəxs 4 növ biryulkadan yalnız birini götürsün). Əgər biryulkanı

götürərkən göstərilən şərt pozularsa götürülmüş biryulka təzədən öz

yerinə qoyulmalıdır (təsərrüfatçı “cərimələnir”). Əgər oyunçuda

biryulka qalmayıbsa digərindən borc götürə bilər və borcun miqdarı 

5 biryulkanı aşmamalıdır, əks təqdirdə o, oyundan çıxardılır (təsərrüfatçını

təbiəti mühafizə qaydalarını sistematik pozduğuna görə “oturdurlar”).

Oyun təbii resursların tam tükəndiyi anadək davam etdirilir.

• Qabları bulaqdan ən azı 100 m məsafədə yuyun. Çalışın ki,

sabundan və sintetik yuyucu vasitələrdən az istifadə edəsiniz; 

• Qabları yuduqdan sonra sabunlu suyu su hövzəsinə deyil,

yerə tökün;

• Meşəni zibilləməyin;

• Ərzaq tullantılarını xırda-xırda doğrayıb elə ərazilərə atın ki,

diqqəti cəlb etməsin. Onları kiçik meşə heyvanları iştahla

yeyəcəklər. 

Êsti tullantıları ocaqda yandırmaq olar (plastikdən

başqa), qızğın olmayanları və soyuq plastikləri isə özünüzlə

götürüb zibil konteynerlərinə və xəlvəti yerlərə ata

bilərsiniz;

• Gözəl gül-çiçək açmış bitkiləri qopartmaqdan çəkinin ki,

təbii meşə palitrasına xələl gəlməsin.



Siz meşədə gəzdiyiniz zaman… 

(davamı)


Ona zərər yetirməmək üçün bir sıra sadə qaydalara əməl edin:

Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə